viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | NƏ QƏDƏR Kİ, O DAŞ UÇUR,.. Adalet.az | NƏ QƏDƏR Kİ, O DAŞ UÇUR,.. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

NƏ QƏDƏR Kİ, O DAŞ UÇUR,..

25691    |   2008-05-03 01:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Anam Levitanın səsindən qorxurdu. Deyirdi ki, o, qaraxəbərdi, müharibənin başlanması xəbərini o, verdig Böyük Vətən müharibəsini nəzərdə tuturdu. Müharibə başlananda ikinci sinifdə oxuyurmuş. Həm atasız böyümüşdü ( atasını heç xatırlamırdı da), həm də uşaqlığı müharibəyə düşmüşdü. Dünya savaşı onun yetimliyini ikiqat eləmişdi. İlk günlərdən iki qardaşını cəbhəyə aparırlar. On üç-on dörd yaşlarında yeniyetmə olan kiçik dayım gücü çatandan kolxoz işlərinə kömək edər, çox zaman da gecələr böyüklərlə birlikdə tarlada qalarmış. Nənəm un, taxıl almaqçın başqa rayonlara gedərmiş. Anamla özündən bir yaş kiçik bacısı evdə tək qalarmışlar. Danışırdı ki, gecə səhərəcən qorxudan yata bilmirdik. İri bir daşı gətirib evə qoymuşduq, hava qaralan kimi qapını içəridən bağlayıb, daşı da dalına söykəyərdik. Uzun qış gecələrində dan yeri sökülənəcən əl dəyirmanında arpa, buğda çəkərdik. Uzun, yoğun hörüklərim vardı, dəyirman daşını hərlədikcə hörüklərim də kürəyimdə yellənir, ucları una bulaşırdıg Yazmağa mürəkkəbimiz də olmurdu. Arvadların iplik boyadıqları göy rəngə su qatıb mürəkkəbqabına tökürdüm. Gecələr lapma işığında ağzıüstə uzanıb cəbhəyə məktub yazırdım. Gözümün yaşı burnumun ucuynan süzülüb vərəqlərə tökülürdü. Dərsdən qayıdanda uzaqdan görürdüm ki, anam məktəb yoluna baxa-baxa tez-tez girib-çıxır. Bilirdim ki, cəbhədən məktub gəlib, oxuya bilmədiyinə görə səbirsizliklə yolumu gözləyir...
   Özü uşaq olmuşdu, bu səbəbdən müharibə illərində uşaqların çəkdikləri əzabları daha çox xatırlayırdı.Balacalar evin yerinə sərilmiş palazı bir ucundan yarısına qədər bürmələyib deyirmişlər: " Bu boyda yağ dürməcim olsa, hamısını yeyərəm". Həmişə təkrar eləyirdi: " Çox pis günlərdi. Millət qan ağlayırdı. Allah bir də göstərməsin!" Qardaşlarının ikisi də sağ-salamat cəbhədən dönmüşdü. Ancaq müharibə illərinin zilləti onu elə yaralamışdı ki, efir uğuldayıb Kreml kurantı çalınanda qarabuğdayı sifəti bomboz bozarırdı. Bu qorxu mənə də keçmişdi. Bilirdim ki, ya kosmosa uçublar, ya da geri dönüblər, amma yenə də əməlli-başlı vahimələnirdim...
   İndi Levitan yoxdu, Kreml kurantı da daha bizlik deyil. Amma hər il televizorda 20 Yanvar görüntülərini izləyəndə onun səsi qulaqlarıma gəlir. Əvvəllər səbəbini anlamırdım, ağlıma nəsə qarma-qarışıq fikirlər gəlirdi. Üç-dörd il bundan qabaq qəzetdə " Müharibəni kim başlamışdır: Hitler, yoxsa Stalin?!" adlı yazını oxuyanda anladım ki, mənim o bənzətməm qətiyyən mistik duyğu-zad deyilmiş. Bir də onu anladım ki, müharinbənin kimin, daha doğrusu, hansı dövlətin tərəfindən başlanılmasının elə də ciddi əhəmiyyəti yoxdur. Güllələr açılanda, mərmilər partlayanda, sinələr qana boyanıb gözlər yumulanda, evlər viran olub uşaqlar yetim qalanda bunu araşdırmaq da artıq daldan atılan daşdan başqa bir şey deyil. Mən tarixdə Nürnberq prosesi kimi gülünc bir olay xatırlamıramg Qanunların, " ədalət" adlanan o puçluğun bunca aşağılanmasını , tapdanmasını təsəvvür eləmirəm. Təxminən iyirmi beş-iyirmi altı il bundan qabaq əlimə bir kitabça düşmüşdü: " Yaşamaq qadağandır!" Almanların həbs düşərgəsində uşaqlara verilən işgəncələrdən danışılırdı bu kitabçada. O zaman artıq ana idim, Oxuduqca oturduğum yerdə dizlərimin necə əsdiyini, çənəmin kilidləndiyini indi də canımda hiss edirəm. Nürnberq məhkəməsinə bax! Dünyanı qana boyayanlara sıradan bir oğruya, caniyə edildiyi kimi məhkəmə qurmaq baş sığallamaq deyilmi?! Ən azından ona görə ki, məhkəmə olan yerdə mütləq bir " bəraət" sözü də olur...
   Müharibənin insan vücuduna çökən ağırlığını, məhvedici, öldürücü, pozucu gücünü öz üzərində duymadan dərk eləmək müşküldü. Tarix müəllimimiz deyirdi: " Uşaqlar, müharibə nə sizin kitablarda oxuduqlarınızdı, nə də kinoda gördüklərinizg O, tamam başqa şeydig" Doğrudan da, Sovet filmlərində, romanlarında müharibənin " tamam başqalığı" görünmürdüg Faşist ordusu bir yığın fərsiz və maymaqdan ibarətdi, əliyalın bir partizan və ya boynu qaltuklu pioner onların on-on beşini birdən məhv edə bilərdig Bu gün də erməni " döyüşçü" əsl cəngavər kimi bizə sırınır. Bu nədir? Bir medalın iki üzümü?! Vahimə və ruh düşgünlüyü yaratmaq sindromumu?!..
   Müharibə ən dəhşətli gerçəkdi. Bir də ən dəhşətlisi odur ki, insanların xisləti ibtidaidən üzübəri heç irəli getmir, sanki sanki bir az da qəddarlaşır. Əli Kərim demişkən:
   
   Yarıçılpaq
   Qədim insan
   Düşməninə bir daş atdı,
   Qana batdı,
   Daş düşmədi
   Amma yerə,
   Uçub getdi
   Üfüqlərdən-üfüqlərə,
   Deməyin ki, daş yox oldu,
   Daş çevrilib bir ox oldu,
   Oldu qılınc,
   Güllə,
   Mərmi.
   Dayanmadı fikir kimi
   Atom oldu...
   
   Daş üfüqlərdən-üfüqlərə uçub getdikcə, adamların da düşüncəsi zəifləyir, ağlı-kamalı azalır sanki. Müharibələr də getdikcə iyrənc oyunlara çevrilir. Bir paradoks daha. Elə bəşəriyyətin ən ağıllı saydıqları ən dəhşətli müharibələri törətməyiblərmi?! Makedoniyalı İsgəndər, Yuli Sezar, Napoleon Bonapartg Fərq ondadı ki, onlar savaş meydanlarında döyüşçülərlə döyüşürdülər, indikilər arvad-uşaqnan vuruşurg Dünya siyasəti də bu gün yüngülməcazların, bambılıların əlindədi...
   Amma dünya bu qədər də boş, xali olmamalıdı, axı...
   
   Ey həməsrim,
   Həqiqətin qan qardaşı,
   Dayandırmaq olmazmı, de,
   Yarımçılpaq,
   Yarımvəhşi,
   Qədim insan
   Atan daşı?!...
   
   Dörd-beş gündən sonra Qələbə günüdü! Kimin, nəyin qələbəsi?! Ümumiyyətlə, müharibələrdə qələbə olurmu?! Yox, müharibələr bəşəri olan hər şeyin, insanlıq anlamının hər mənada çöküşüdü. Biz qalib idiksə, Levitanın səsi niyə qorxuluydu?!
   Anam o səsdən ömrü boyu diksindi. Bizim nəsil Qarabağ savaşının acılarını yaşayır. Bəs, övladlarımız, nəvələrimiz?! Qızım uşaqlıqda zəlzələdən, göy gurultusundan, şimşəkdən qorxurdu. İndi müharibələrdən qorxur. Çünki anadı, iki uşağı var. Bir dəfə oynayan körpələri göstərib soruşdu: " Görəsən, bunlar da müharibə görəcəklər?" Təsəlli verməyi, lazım gələndə gözəl yalanlar deməyi bacarıram. " Yox!" dedim. Nə qədər çalışsam da, səsim qətiyyətli çıxmadı. İçimdəki başqa cavab titrətdi səsimi: " Bilmirəm..."
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-08-22
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK