ANA SƏHİFƏ / YAZARLAR

SƏNİN OLMAYAN DÜNYADAN

Sən öz kökünü çəkdin

48953    |   2014-12-05 15:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəlkə də həyatımda ən böyük zərbələrdən birini həmin gün aldım. Bu elə bir zərbə idi ki, mən uzun müddət özümə gələ bilmədim və özümə gələndə də ilk ağlıma gələn bu oldu ki, doğulduğum kənd, böyüdüyüm ev ikinci dəfə işğal olundu… ikinci dəfə yandı… dağıdıldı… yerlə-yeksan edildi. İnanın ki, bunu tam səmimi deyirəm. Çünki o, mənim üçün bir ev idi, bir kənd idi, bütövlükdə Qarabağ idi. Mən hər dəfə telefonda onun səsini eşidəndə, onunla üz-üzə oturanda, onun süfrəsinin nemətlərini dadanda, ya da eləcə ədəbiyyatımızın altından girib üstündən çıxanda hamıdan güclü olurdum, hamıdan dözümlü olurdum, hamıdan təpərli olurdum və bir az da özümə yuxarıdan aşağı baxırdım. Çünki o yanımda idi... çünki mən ona güvənirdim. Üstəlik də tam səmimiyyətimlə deyim, ondan bir az da çəkinirdim də. Çünki o, bu dünyanın adamı deyildi… o, yalan bilmirdi… o, biclik anlayışını ağlına da gətirmirdi… o, yarınmağı da bacarmırdı… o…
Hə, orta məktəbdə oxuyurdum. Bugünkü kimi yadımdadı – 6-cı sinifdə. Bir gün əlimə «Araz» qəzeti düşdü. Qəzetin son səhifəsində bir elan var idi. Həmin elanda bildirilirdi ki, ayın son bazar günü «Araz» qəzetinin nəzdində fəaliyyət göstərən «Ərgünəş» Ədəbi Birliyinin növbəti məclisi toplanacaq. Arzu edənlər iştirak edə bilərlər… Elanı oxudum, qəzeti dörd qatlayıb pencəyimin qoltuq cibində gizlətdim. Həmin vaxta qədər məktəbin divar qəzetində, şeir dəftərçəmdə olan yazıları min dəfə alt-üst etdim. Axır ki, onlardan üzə çıxarılası bir neçəsini səliqə ilə kağıza köçürdüm, qoydum cibimə, başladım həmin günü gözləməyə. Elə ki, vaxt gəlib çatdı, evdən bir bəhanə ilə icazə alıb Tuğdan Füzuli şəhərinə gedən avtobusa əyləşdim. O da yadımdadı ki, rəhmətlik nənəm pensiyasından mənə bir rubl vermişdi. Avtobusla gedib-gəlmək 70 qəpik edirdi. Mən də o bir rublla və bir də qoltuq cibimdəki şeirlər, həmçinin «Araz» qəzeti olmaqla gəldim redaksiyaya. Redaksiyanın həyətində xeyli adam toplaşmışdı. İçərilərində yaşlılar da var idi, cavanlar da, mənim kimi orta məktəb şagirdləri də. İlk dəfə onda  diri şair gördüm. O, həyatımda üz-üzə gəldiyim, qarşılaşdığım ilk canlı şair olan Mətləb Misirdi. Adını sonra öyrəndim, daha doğrusu, ona müraciət edənlərdən eşitdim bu adı. O, hamını içəri dəvət etdi. Mən yaxınlaşıb Tuğdan gəldiyimi bildirdim. Bircə kəlmə dedi:
- Noolar, xoş gəlmisən. Keç içəri görək, sənin çilədanında nələr var?
Bəli, məclis başladı, kimi şeir oxudu, kimi hekayə. Mən fikir verirdim ki, oxunan yazılara hamı münasibət bildirir. Amma yaşına görə cavan, lakin saçlarında xeyli bəyazlıq olan bir nəfər daha kəskin danışır. Necə deyərlər, onun tənqid qılıncının altından bir dənə də olsun yazı sivişib gedə bilmir və  bu adama da yaşlılar da, cavanlar da hörmətlə yanaşırlar, onun fikirləri ilə demək olar ki, razılaşırlar. Yenə etiraf edim. Bu kəskin tənqidin yaratdığı mənzərə məni bir balaca qorxutdu. Özümdən asılı olmayaraq şeir yazdığım vərəqləri qatlayıb cibimə qoydum. Elə həmin vaxt Mətləb Misir üzünü mənə tutub:
- Bu oğlan Tuğdan gəlib, məktəblidi. Gəlin indi də ona qulaq asaq.
Geri çəkilməyə yer qalmamışdı. Ayağa qalxdım, vərəqləri cibimdən çıxardım. Onları əlimdə tutanda əllərimin əsdiyi də aydınca hiss olunurdu. Bax bu vaxt onun gözləmədiyim vaxtda toxtaqlıq verən səsini eşitdim:
- Hə, qağa, qorxub-eləmə, döşə gəlsin.
İnanın ki, elə bir üstümə günəş doğdu. Şeirləri oxudum. Bir anlıq ortaya sükut çökdü. Heç kim danışmadı, hamı bir-birinin üzünə baxdı və sonra məclisin bütün üzvləri üzünü Vahidə tərəf çevirdi. Elə bil içimdən soyuq bir külək əsdi. Düşündüm ki, indi yıxıb sürüyəcək məni və bununla da şeirə, qələmə əlvida deyəcəm. Amma əksinə oldu…
- Şeirlərin hamısına qulaq asdım. Bu yaşda belə şeirlər yazmaq ümidvericidi, xüsusilə «Şorbulaq» şeiri. Onun bir misrası xoşuma gəlmədi. Həmin misraya əl gəzdirib çap eləmək də olar…
Bəli, bu sözlərdən sonra hamı başladı fikir söyləməyə. Elə bil ki, suyun ağzı açılmışdı. Hərə bir tərəfdən mənim yazılarımın uğurlu-uğursuz tərəflərini diqqətə çatdırırdı. Nəhayət, məclis başa çatdı. Mətləb Misir mənim «Şorbulaq şeirimi də qəzetdə çap etmək üçün götürdü və mən dünyanın ən xoşbəxt insanı kimi loru dildə desək, forslana-forslana hamı ilə birlikdə otaqdan çıxdım. O, qarşıda gedirdi. Ürəyimdən keçdi ki, yaxınlaşıb ona təşəkkür edim. Elə bil ürəyimi oxudu. Bir azacıq geri boylanıb:
- Ə, qağa, bir az cəld yeri - dedi. 
Sürətimi artırıb ona yaxınlaşdım. 
 - Bizdə belə bir qayda var. Hər dəfə məclis bitəndən sonra yığışıb gedirik qeyd eləməyə. Hərə üçdən-beşdən qoyur ortaya, bir qısmət çörək kəsib dağılışırıq. Bu gündən sən də qoşuldun bizə…
Onun dedikləri ürəyimcə olsa da, cibimdəki qəpiklərə görə əməlli-başlı qızardım.  Bir ayağımı qaçaq qoyub aradan çıxmaq istədim, imkan vermədi:
- Bilirəm, sən hələ məktəbdə oxuyursan, sənin pulun hardandı? Bundan sonra qağan sənin də xərcini çəkəcək...
Bəli, beləcə başladı onunla tanışlığım və o gündən bu günə qədər yaşadığım hər günün, hər anın içərisində o mənimlə oldu, yanımda oldu. Onda öyrəndim ki, bu saçlarına bəyaz düşmüş, şair qardaşım Vahid Əlifoğludu. Ali təhsilini başa vurub qayıdıb doğma kəndinə. Amma ixtisasına uyğun iş tapa bilmədiyindən tikintidə fəhlə kimi çalışır və ilk dəfə onda haqsızlığa qarşı içimdə bir etiraz baş qaldırdı. Necə ola bilər ki, ali təhsilli mühəndis bu boyda rayonda, bu boyda Azərbaycanda işlə təmin olunmasın. İllər keçdi, biz daha çox qaynayıb qarışdıq bir-birimizə…. Evlərimiz qardaşlaşdı, bacılaşdı… Ailələrimiz bir köynəkdən keçdi… övladlarımız qardaş-bacı oldu və nəhayət, ən önəmlisi, ən vacibi və mənim üçün həyat əhəmiyyəti kəsb edən bir gerçəklik taleyimə yazıldı. Biz bir-birimizə qardaş dedik, dost dedik və bir-birimizə Allahın qəlbimizə əkdiyi ən böyük sevgiylə qağa deyib ərk etdik, güvəndik. Mən bundan böyük mükafatı, bündan böyük həyat uğurunu özüm üçün kimsədən ummamışam və təsəvvürümə də gətirməmişəm. Görünür, Allahdan gələn bu istək, Allahın xeyir-duası ilə gerçəkləşən bu dostluq bir tarixi zərurət idi, mənim tariximin, mənim həyat kitabımın, mənim alın yazımın…
Hər dəfə telefon zənginə diqqət yetirəndə uyğun nömərələr məni çaşdırır. Elə bilirəm ki, zəng vuran Vahiddi. Amma telefonda başqa səs eşidirəm. Onda mən də ölürəm, mən də bitib-tükənirəm. Axı biz ölümün belə vaxtsız gələcəyinə, ayrılığın belə tez baş verəcəyinə heç vaxt inanmamışdıq. Özümüzü  bu gün üçün iynə ucu boyda da hazırlamamışdıq. Biz başqa arzularla, başqa xəyallarla yaşamışdıq, lap gənclik illərində olduğu kimi. 1987-ci il idi. «Araz» qəzetində işləyirdim. Kəndimizdən rayon mərkəzinə 18 km idi. Vahid də  Aşağı Seyidəhmədli kəndindən gəlirdi rayon mərkəzinə. Bəxti gətirmişdi, ona qaz idarəsində  iş icraçısı vəzifəsi vermişdilər. Rayonun hansı künc-bucağında işləməsindən asılı olmayaraq, nahar vaxtı özünü çatdırırdı yanıma. Birlikdə çıxırdıq  şəhər bazarına tərəf. Bir az göy-göyərti, bir az turşu, bir az kənd pendiri, sonra da isti təndir çörəyi alıb bəzən kolbasa da gözünə qatırdıq. Hərdən «ruski»ni də unutmurduq. Bütün bu bazarılqlardan sonra qayıdırdıq mənim iş otağıma. Qapını bağlayıb iki qardaş, iki dost nahar edirdik. Bu, 1988-ci ilin fevralına kimi beləcə də davam etdi. Mən iş yerimi dəyişəndən sonra biz nisbətən az-az görüşdük. Sonra doğulduğum kənd işğal olundu… Ardınca Füzuli şəhəri. Onda Vahid qalmışdı odla su arasında. Bir otaqda yaşayırdı. Çox istəyirdi ki, bizim ailəni də ora yerləşdirsin. Ancaq heç cür mümkün deyildi. Bunu o da bilirdi, mən də. Lakin israr edirdi. Axır ki, onun qarşısında ilk dəfə səsimi ucaltdım. Bu qədər adamın bir evdə yerləşə bilməyəcəyini söylədim. Gözlərimin içinə baxdı. Baxışlarından peşman olsam da, sözümün üstündə durdum. Razılaşdı. Mən ailəmi Beyləqanda uşaq bağçasına yerləşdirdim. Kəndlər işğal olunurdu. Vahid isə Aşağı Seyidəhməlidə ev tikdirirdi. Kəndin işğalından təqribən 40-45 gün əvvəl məni soraqlayıb tapdı. Dedi ki, sabah evə yığışırıq, uşaqları da götür gəl. Gəldik. Gördüm ki, Vahid evini əsl gəlin kimi bəzəyib, hər şey yerli-yerində. Amma nədənsə evin adamlarının hamısı həyətdədi. Üzünə baxdım. Gülə-gülə: - - Mənim hökumət adamım da sənsən, evin açılışını sən elə. 

Hamımız bir-birismizə qoşulub necə güldüksə… Hələ də o gülüş, o hərarət canımdadı, qulaqlarımdadı. Təəssüf ki, o evdə çox yaşamaq Vahidə qismət olmadı. Bütün əmək fəaliyyəti dövründə arzuladığı evi tikib-qurub sonra da qaçqın həyatı yaşamağa məhkum oldu. Qaçqınlıq onu Biləsuvar qaçqın şəhərciyinə çıxarıb apardı. Burda da Vahidin ziyarətinə getdik, özü də dəfələrlə… Burda da Vahid özünü tanıtdı, sevidirdi… Burda da Vahidin sözünə hamı, hətta məmurlar da dəyər verdi. Sonra «Qayıdış» qəsəbəsinə köç etdi Vahid. Doğulduğu kəndə bir az da yaxınlaşdı…. Haramı düzündən boylandı üzü Ərgünəşə… Haramı düzündən boylandı üzü Bakıya… Haramı düzündən boylandı üzü Araza… Və Haramı düzündən silsilə yazılarını göndərməyə davam etdi «Ədalət» qəzetinə… İki qız övladı ilə yanaşı, əl boyda kitabları da işıq üzü gördü Vahidin. O, bu kitabları da övlad sayırdı… Birlikdə işldədik, ön söz yazdım, redaktorluğunu etdim. Hər dəfə də kitabların siqnal nüsxəsini ona çatdıranda ilk dəfə şahidi olduğum o ərkli, bir az köntöy səsiylə: 
- Qağa, sən mənim Bakıdakı səfirimsən. Məni Bakıya çağırıb-eləmə, darıxıram orda. Mənimki Haramının düzüdü. Heç sənin də o Bakıda bir ölümün yoxdu, yır-yığış elə, qayıt gəl yanıma…
Hər dəfə Horadiz istiqamətinə, Beyləqana yolum düşəndə öncədən ona zəng vururdum. İnanın ki, mən gedib o mənzilin sonuna çatana qədər bəlkə 10-15 dəfə Vahiddən zəng gəlirdi:
- Ay qağa, harda qaldın? Bu asfaltın qırağında «stolba» kimi bitməkdən ayağıma su gəldi…
Görüşüb-öpüşürdük, bütün dünyanı unudurduq, elə ikimiz olurduq bu dünyada. Lakin…
Bu dünya Vahidi sıxdı… Bu dünya aldı onu mənim əlimdən… Bəlkə də Vahid bu dünyaya tüpürdü, dözə bilmədi onun oyunlarına… Çünki Vahid heç cür ipə-sapa yatmayan, heç bir ölçülərə sığmayan, özü olduğu kimi düşünən və sözü də bütün rəndələrdən, bütün ütülərdən kənar bir şəkildə, necə doğulurdusa, o cür də ifadə edən bir şair idi. Vahid  dostluğun mənim düşüncəmdə, mənim anlamımda kriteriyası idi. Vahid poeziyanın, publisistikanın çılpaq, amma gerçək özü idi - gördüyünü, yaşadığını kağıza köçürən müəllif idi. Ona görə də xalq şairləri Məmməd Araz və Bəxtiyar Vahabzadə onun məktublarına həssaslıqla cavab verirdilər və onun şeirləri də dinləyənlərə bir növü şəkili yox, şəkilin arxasındakıları göstərirdi…
Bəli, mən bu gün də, əgər yaşasam sabah da mənimlə birlikdə olan Vahidin haqq dünyasına köç etməsindən sarsıldım. Amma indi düşünürəm ki, Vahid bəlkə də bu köçü özü istəyirdi, özü arzulayırdı. Çünki sifəti getdikcə sürtülmüş pencək qolundan daha çox payırldayan bu dünya Vahidlik deyildi. O, hər şeyi öz rəngində sevirdi. Çünki o, öz xarakteri ilə gəldi, öz xarakteri ilə də getdi. Təbii ki, cismən…



YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK