Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ÖMÜRDƏN UZUN KƏDƏR Adalet.az | ÖMÜRDƏN UZUN KƏDƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÖMÜRDƏN UZUN KƏDƏR

20590    |   2008-03-15 00:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Bir əlin pəncəsi boyda balaca bir kitabdı. İkinci vərəqində iri hərflərlə bu sözlər yazılıb: " Bu kitab 1992-ci ilin 5 fevralında Şuşada həlak olmuş igid döyüşçü Heydər Həmidov haqqındadır". Anasının, bacılarının, ömür-gün yoldaşının, müəllimlərinin, döyüşçü dostlarının ürək sözləri toplanıb bu kitaba. Müəllifi maraqlı şeirləri ilə tanınan həkim Süleyman İsmayıldı. stünə də şəkli vurulub. Qarasaçlı, qarabığlı, alagöz oğlangNə qədər istəyirsən bax bu şəklə. Nə istəsən cavabını tapacaqsan bu baxışlardag
   
   " O, sadə bir ailədə dünyaya göz açdı. Dünyaya gəlişi ilə bir ata və bir ana qəlbini dünyaya sığmayan sevincə bələdi. Xoşbəxt böyüdü. Həm Kürün, həm Arazın sularında çimdi. Uşaq yaşlarından ağlı, fərasəti ilə seçildi. Hələ məktəb illərində əla oxumaqla bərabər idman yarışlarında da ad çıxardı. Çox erkən meylini silaha saldı, güllə atıcılığı yarışlarında bir-birinin ardınca qələbələr qazandıg
   
   Heydər həmidov xalq hərəkatı başladıqda ona ilk qoşulanlardan, Qarabağda erməni özbaşınalığına, ölkə rəhbərliyinin fəaliyyətsizliyinə və səriştəsizliyinə ən çox dözümsüzlük göstərənlərdən biri oldu. Qədim İrəvan torpaqlarından azərbaycanlılar qovulub çıxarılmış, indi isə Qarabağda azərbaycanlılar yaşayan kəndlər tez-tez atəşə tutulurdu. Bu kəndlərdə yaşayan azərbaycanlı əhali yaraqlı düşmən qarşısında əliyalın qaldığından və bu əhalinin müdafiəsini təşkil edən respublika təşkilatı olmadığından (!) onları da belə bir aqibət gözlədiyi duyulmaqda idi. Bu gözlənilən aqibət Heydər xalq hərəkatına qoşulduqdan az sonra onun üçün birinci dərəcəli narahatlığa və mübarizəyə çevrildig"
   
   Onların ailəsi bəlkə də sadədi, ancaq adi ailə deyil. Hər şeydən əvvəl başqalarında çox az rastlanan Vətən təəssübkeşliyi , millətsevərlik hissləri güclüdü bu ailədə.Evin kişisini tez itiriblər. Ana, bir oğul və üç qız. Söhbət edəndə heyran qalırsan. Və düşünürsən ki, başqa cür ola da bilməzdi, Heydər başqa ailədə böyüyüb əsl Vətən keşikçisi yetişə bilməzdi. Gəlin etiraf edək ki, bizdə vətənpərvərlik bütün duyğularımızdan öndə deyil. Bu anlayış çoxlarıyçın çəpərləyib ev tikdirdiyi torpaq sahəsinin hüdudunu aşa bilmirg Həmidovlar Azərbaycan poeziyasında Vətən haqqında ən gözəl şeirlərin birincisini yazmış Abbas Səhhətin qohumudurlar və Səhhətin, Sabirin, Seyid Əzimin şeirləri dillərindən düşmür. Heydərin anası Gülbacı xanımın " Ailə kitabı" adlandırdığı iki xatirə dəftəri var. Yazır ki, Heydər həmişə bu şeiri dodaqaltı zümzümə edirmişg
   
   
   
   ləndə qoynunda qoy ölüm ki, mən
   
   Çürüyüm, bir ovuc torpağın artsın.
   
   
   
   " Ailə kitabı"ndən sətirlər: " Heydər qarlı, şaxtalı bir gündə doğuldu. Sevincdən atası ilə babası doğum evinin qarşısına gəlmişdə. Heydər atası Rzanın və babasının oğul arzusu idi. 2 dekabr 1962-ci il idig
   
   Çox nadinc və ağıllı bir uşaq oldug Məktəb yaşı çatanda onu Sabirabad şəhərindəki M.Ə.Sabir adına məktəbə qoyduq. O gün sevincimizin həddi-hüdudu yox idi. Heydər məktəbə gedən gündən elə intizamlı, sevimli şagird oldu ki, çoxları o cür ərköyün böyümüş uşaqda bu qabiliyyətə heyran qaldığını gizlətmirdi. Altıncı sinfi bitirəndə onu 45 günlüyə Artekə göndərdilər. İlk dəfə Artekdə sərbəst güləş yarışlarında qələbə qazanıb evə tərifnamələrlə qayıtdı. Sonralar da orta məktəbdə oxuya-oxuya müxtəlif idman yarışlarında iştirak edirdi.zündən bir sinif aşağıda oxuyan bacısı Xanımı da idmana həvəsləndirmişdi. Bacı-qardaş Lənkəran, Əli Bayramlı, Bakı şəhərlərinə idman yarışlarına gedir, qələbələrlə ceri dönürdülər. Heydər atıcılıq idmanı üzrə püxtələşmişdi. İdmanın bu növü üzrə qələbələrinə görə 9-cu sinifdə oxuyanda onu Moskvaya ekskursiyaya göndərdilərg"
   
   Ananın hər cümləsində çox zaman əhəmiyyət vermədiyimiz sirli, dərin mənalar gizlənir. Deməli, heç kəs təsadüfən qəhrəman olmur. Bəlkə də işıqlı dünyaya qədəm basdığı andan taleyi onu bu yola sürükləyirg. rəyi dolu ana Heydərin uşaqlığından danışmaqdan doymur, sanki bu xatirələrlə o günləri, oğlu ilə ilə keçən bəxtəvər çağları bir də, bir də yaşamaq istəyirg Bir dəfə onu qonşuya göndərir, hava qaralır, uşaq gəlib çıxmaq bilmir. Nəhayət, hisin-pasın içində qapıdan girir. Sən demə, Heydər qonşuya çatar-çatmaz evin yandığını görür, köməyə adam çağırır, amma onu heç kim eşitmir. zü çəpəri aşıb həyətə girir, taxta parçasıynan elektrik xəttini ayırır, sonra yanan yerləri söndürürg. Bir dəfə də geyimli-kecimli evdən çıxıb Bakıya getmək istəyir. Beş-altı saatdan sonra tanınmaz halda evə dönür. rəyi qopmuş ana özünü oğlunun üstünə salanda onun ağladığını görür: " Maşınımız Sabirabaddan çıxhaçıxda bərk partlayış eşitdik, beşmərtəbəli binaya bitişik mağazanın göyə sovrulduğunu gördük. Avtobusdan düşüb köməyə çatdıq. Qışqırıb adamları köməyə çağırırdıq, bir yandan da yaralıları dartıb çıxarır, təcili yardım maşınına yığıb xəstəxanaya göndərirdikg"
   
   O, belə oğul idi!
   
   Gülbacı xalanın mənə bağışladığı, həmişə iş stolumun siyirməsində saxladığım kitabçanı yanvar, fevral, mart aylarında daha çox vərəqləyirəmg " Vəsilə müəlliməyə əzizlədiyi oğlumun yadigarı Gülbacı anadan. 03 iyul 1997-ci il." Bu " əzizlədiyi" sözünün mənasını bir mən, bir də Gülbacı xala bilirikg
   
   Heydəri cəmi bir dəfə görmüşdüm. Dostu ilə redaksiyaya , yanıma gəlmişdilər. O zaman məndən soruşmuşdu:
   
   - Xanım, siz silahların yığılmasına necə baxırsınız?
   
   - Çox pis baxıram. Bu, azğın düşmən qabağında xalqı əliyalın qoymaq deməkdi.
   
   Ala gözləri mehribanlıqla parıldamışdı. Ancaq " əzizlədiyi" sözü buna görə də deyil. Gülbacı xala bəlkə heç o görüşü bilmir dəg
   
   O cavanlar cəbhəyə könüllü gedirdilər. Onları heç kəs səfərbərliyə almırdı. Başlarının üstündə " Ana Vətən çağırır!" plakatı da asılmamışdı. Çoxu ata-anasından, bacı-qardşından, ömür yoldaşından, sevgilisindən xəlvət qaçıb Qarabağa gedirdi. Nə şöhrət, nə təltif haqqında düşünürdülər. Bilirdilər ki, onlara " sağ ol" deyən də olmayacaq. Nəinki olmadı, hətta onları müxtəlif bəhanələrlə istintaqa çəkənlər də tapılırdı. Rayonumuzda Qaratəpə deyilən bir kənd var. Bu kənd öz şəhidləri ilə tanınır. Milli Qəhrəman Mübariz Əhmədov, məşhur topçu İlqar , Vüqar, Novruz, Natiqg (Adını unutduqlarımın ruhu məni bağışlasın.) Çoxu da 18-19 yaşında cavanlardı. Necə deyərlər, dimdiklərinin sarısı getməyən günahsız quşcuğazlardıg Bu uşaqlar həm də demokratik hərəkatın fəalları idilərg Hamısı şəhid oldular. Ancaq bir zaman oğurluq adıynan məhkəmə qarşısında oturtmuşdular bu şəhidləri. İşlədiyim qəzet xalq həroəkatına qarşı aqressiv mövqe tutmuşdu, yerli-yersiz , haq-nahaq yazılar verirdi. Mənə belə mövzuları tapşırmağa ürək eləmirdilər. Bilirdilər ki, yazmayacağam. Ancaq şəhidlər haqqında yazmağı nədənsə həmişə mənə tapşırırdlar. Bunun da mənasını sonralar başa düşdüm. O zaman nəinki Qarabağ uğrunda döyüşə gedənləri , onlardan yazan jurnalistləri də ekstremist, vandalist adlandırırdılarg
   
   Bir gün redaktor məni otağına çağırıb vəzifə başında həlak olmuş bir nəfər haqqında yazmağı tapşırdı. Halbuki yazmalı, tanıtmalı onlarla şəhid vardı.
   
   - ...müəllim, tək bir nəfərdən yazmaqla qəzetimizi oxucuların gözündən sala bilərik. Camaat bizə nə deyər?.
   
   Fikrə getdi. Hiss edirdim ki, tərəddüd eləyir.
   
   - Yaxşı, qoy qalsın, görək sabah neynirikg
   
   Evə qanıqara getdim. O zaman yanımda qalan bacıma məsələni anlatdım. Dedim ki, əgər məni tək bir nəfərdən yazmağa məcbur etsələr, ərizə yazıb işdən çıxacağam.
   
   Deyəsən, sözüm redaktorun ağlına batmışdı. Çağırıb dedi ki, şəhidlərin hamısından yaz. Sevinə- sevinə işə başladım. Allah kəssin belə sevinci!
   
   İyrimiyə yaxın şəhid haqqında qoşa səhifə hazırladımg Onların arasında Heydər Həmidov da vardıg Yazını hazırlayanda Heydərin bacısı Yeganə ilə görühdüm. O, qarlı-şaxtalı bir qış günündə doğulduğu kimi, qarlı-şaxtalı bir qış günündə də Şuşada xain gülləsi ilə qətlə yetirilmişdig Aylar, illər keçəcək, günlərin birində məsələdən hali olan Gülbacı xala məni görəndə " Ay mənim dərdimə yanang" deyib bağrına basacaqdıg Neçə il sonra Gülbacı xala bir gəlin qızını da, gözəl-göyçək Mehribanını da itirdigMehribanın yadigarını Heydər adlandırdılarg
   
   Hamımız elə bilirik ki, övladlarımızdan qabaq dünyadan köçəcəyik. Elə bilirik ki, ölümlə övladlarımızın arasında dura biləcəyik. Amma qədəri biz yazmırıq, biz ancaq düşünür, xəyallar qururuq. vlad yarasının hətta dəvənin, o dözümlü heyvanın da ürəyinə xal salması barədə rəvayəti eşitməyən yoxdu.Bu dərdi anlatmaq belə mümkün deyil. Bu acının əsl adını hələ heç kəs tapa bilməyib. Yaxşı ki, tapmayıb, yoxsa bu yara da sağalıb dəyərini, qiymətsizliyini itirərdig Bir gün onu küçədə gördüm, əllərimi çiyninə qoyub gözlərinin içinə baxdım:
   
   - Sən bu dərdə necə dözdün? -dedim,- mənə də öyrət...
   
   Baxışlarını yayındırdı. " Bircə ona çalışdım ki, havalanmayım" dedig Hə, qorxub ki, ağlını itirər, ağlını itirsə ləyaqətini də itirər. Gülbacı xala kimi qadınlar üçünsə ləyaqət hər şeydən əzəldig" Sənsiz yaşadığıma görə məni bağışla, oğul! Balalarını yaşatmaqçın dözürəm bu əzablara!" Bilirəm, Gülbacı xala bu sözləri bəlkə gündə yüz dəfə ürəyində təkrarlayır. Amma dözür. Çünki o, Heydərin anasıdıg
   
   
   
   P.S. Bu ailə ayaq üstə durmağı bacardı. mür-gün yoldaşı Fəxridə Heydərlə bir sinifdə oxüdüğü, bir partada oturduğu orta məktəbdə dərs deyir. Böyük oğlu Rza BDU-nun hüquq fakültəsini bitirib Bakıda işləyir. Nəzirə N. Tusi adına Pedaqoji Universitetdə oxuyur. Həmid hələ məktəblidi...
   
   
   
   
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK