deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Mənə "beş" ver Adalet.az | Mənə "beş" ver Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Mənə "beş" ver

Və ya Nobel mükafatını Biləcərinin çəpərinə qədər gətirən şairimiz kimdi?

27515    |   2008-03-01 05:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cavanlıqdan qəribə bir adətim var. İmzasına böyük rəğbət bəslədiyim yazıçı və şairlərin siyahısını hazırlayıram. Bəyəndiyim ədəbiyyat xadimlərinin adını dəftərimə yazıram. İllərdən bəri qoruduğum həmin dəftərdə o qədər tanınmış və tanınmağa hələ bir o qədər də vaxt tapmayan qələm əhlinin adı var ki, gəl görəsən. Dəftər qalınlaşdıqca adamın üstünə gəlir. Qəribə adətimin ikinci hissəsi bir qədər də qəribədir. İki-üç aydan bir dəftəri varaqlayır, imzaların bəzilərini yeniləri ilə əvəzləyirəm. Sonuncu belə dəyişiklik ötən həftə olmuşdu. Rus poeziyasının ikinci dəfə yetirə bilməyəcəyi Sergey Yeseninin adını dəftərdən pozub onun əvəzinə nəğməkar şairimiz Vüqar Əhmədi yazmışdım. Bunun səbəbləri çoxdu. İkisini yazsam, dəyərli oxucular məni başa düşər. Birincisi, Vüqar Əhməd öz şairimizdi, təkcə Azərbaycanda deyil, Almaniya və Alyaskada camaat əllərini ağdan qaraya vurmur, onun şeirlərini oxuyur. Bu bir, ikincisi, Vüqar Əhmədi bölsən, 76 Sergey Yesenin çıxar.
   
   Dünən əlim yenə dinc durmadı, dəftəri saf-çürük etdim. Tanınmışlardan hələlik heç kimin adını pozmağa ürəyim gəlmədi, amma şair Həmid Nağının adını yekə hərflərlə dəftərə yazdım. Aləm də ondan sonra qarışdı.
   
   Neçə illik dostum Əbülfət Mədətoğlu məndən küsdü. İndi heç telefonlarıma da cavab vermir. Deyir ki, məmləkətin əli qələm tutan adamlarının demək olar hamısı ilə salam-kəlamım var, əksəriyyəti ilə Malikin dəmlədiyi çaydan içmişəm, özüm də bir neçə şeir kitabının müəllifiyəm, amma Həmid Nağı adlı şair tanımıram, Etibar onun adını dahilərin siyahısına necə yazır?
   
   Vallah, bu məsələdə məndən inciməli bir iş yoxdu. Şair dostumun son günlər problemləri başından aşır, ona görə də Həmid Nağının poeziya nümunələrini oxuya bilməyib. Amma mənə bu xoşbəxtlik nəsib olub. Canlı klassikimiz sayıla biləcək Həmid Nağının qəzetlərin birində "Mənə "beş" ver" şeirini oxumuşam.
   
   
   
   Görürsən, yerli-yersiz danışmıram, gülmürəm,
   
   Deyirsən mənə "beş" yaz, axı yaza bilmirəm.
   
   Gərək danışdığından razı qalam, zövq alam,
   
   Hər qurduğun cümlədən tamam razı qalam.
   
   
   
   Bilirsən ki, sinifdə yaxşı oxuyan çoxdur,
   
   Lakin əla danışan bircə nəfər də yoxdur.
   
   Hər dərsi danışana "beş" yaza bilmərəm mən,
   
   "Beş" üçün sən hamıdan düz cavab verməlisən.
   
   
   
   Biz az əməlli çalış, seçil yoldaşlarından,
   
   Səhər ertədən oyan, hələ sökülməmiş dan.
   
   Zehnin açıq olacaq onda, sən mənə inan,
   
   Gərək yeri gələndə əziyyət çəksin insan.
   
   
   
   Yaxşı bilirəm ki, belə gözəl poeziya nümunəsini oxuyan kimi dostum Əbülfət Mədətoğlu mənimlə dərhal barışacaq, üstəlik babat qonaqlıq da verəcək. Belə sətirlərin sağlığına içməyəsən, neyləyəsən...
   
   Hələ mən əsas məsələni yazmıram, qonaqlıqlar əlindən ayıq vaxtımız olmayacaq. Bəs nə? Orxan Pamuk daha darıxmayacaq. Yaxın vaxtlarda Həmid Nağı ədəbiyyat üzrə Nobel mükafatı alan ikinci türk yazarı olacaq. Təkcə "Mənə "beş" ver" şeiri sübut edir ki, Nobel mükafatı Azərbaycana addım-addım yaxınlaşmaqdadır, indi Biləcərinin çəpərinə qədər gəlir. Qalır bu çəpəri də aşmaq. Çəpərdən aşmaq Həmid Nağı poeziyasının əlində su içmək kimi bir şeydir...


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK