warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | TÜRBAN, YOXSA "TORBA"?!... Adalet.az | TÜRBAN, YOXSA "TORBA"?!... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TÜRBAN, YOXSA "TORBA"?!...

21434    |   2008-02-16 07:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Görəsən, daha bəs deyilmi?! Bezmək, usanmaq yoxmu? Gülüş hədəfi olmaqdan, geri zəkalı görünməkdən ar eləməyin vaxtı çatmamışdırmı? Bunlar bəs deyilsə, şəhid tabutları, əlil arabaları, qoltuq ağacları hələ çoxmu gözümüzü, ürəyimizi deşməlidir?!
   
   Elə bu yazını başdan-ayağa bu türlü suallarla qurmaq olardı. Ancaq mən cavab istəyirəm. Ən nəhayət qadınlarımız özləri hədəf, bəlgə olmaqdan, kullanılmaqdan, hərtərəfli istismardan bezmədilərmi?! Deyəsən, bezmədilər. stəlik... özləri də yardımçı oldular onları əzənlərə, alətə, öz ehtiraslarının bədəlinə çevirənlərə... Nə qədər ki, biz oxumamışdıq, dörd divar arasında yaşayıb "səyyar məhbəs"də gəzirdik, kişilərimiz başqa millətlərin xanımlarıynan könül əyləndirirdilər.Şahlarımız, xanlarımız bir öpüşə torpaq bağışlayır, bu gün "millət atası" adlandırıb uğruna qan-yaş tökdüyümüz milyonçularımız məşuqəsinə qəhvə bişirməkçin əskinasları yandırıb ocaq çatır, təhsil haqqını ödəyə bilməyən Şövkət Məmmədova italyan müəllimi ilə baş-başa verib göz yaşı tökəndə Bakıda əcnəbi aktrisanın şərəfinə opera teatrı tikdirirdilər. Ağzı dualı maşaduşkalarımız belə sonyaların, nataşaların, haykanuşların qabağında çırtma çalıb diringi oynayırdılar... Hər kəsə bəlli həqiqətləri sadalamaqda məqsədim ürəyimi boşaltmaq, əlinə qəzet götürüb oxuyacaq beş-üç adamla dərd bölüşməkdi. Başqa millətlər, xalqlar zaman-zaman yaşamağın, ayaqda durmağın, irəli getməyin daha sivil yollarını axtarıb tapdıqca, biz torpaq, millət satmağın, dəyərləri tapdalamağın, aşağılanmağın daha yeni variantlarını mənimsəyirik. Kənardan uzanan yad əlləri itələmək, yüz illər, min illər boyu yaratdıqlarımızı mənimsəmək, özününküləşdirmək istəyənlərə yox demək əvəzinə, düşmən dəyirmanına su tökür, hiyləgər, fürsətkeş qənimlərə yardımçı olur, yağıları sevindirib, dostları ( bilə- bilə ki, bu ikincilər çox azdır, lap elə yox dərəcəsindədir) məyus edirik.
   
   
   
   ***
   
   
   
   Kiminlə desəniz mübahisə etməyə hazıram ki, geyim-kecim heç bir zaman abır-həya rəmzi olmayıb, sadəcə insanı istidən-soyuqdan qorumaq, bədən qüsurlarını örtmək üçündü. Geyimin yaraşıq, cazibə məqsədilə düşünülən, artırılan hissələri də var. Kim düşünürsə ki, qadını geyimlə gizlətmək, qorumaq, açığı, onun xəyanətkarlığının qarşısını almaq mümkündü, qoy gedib " Min bir gecə" nağıllarını oxusun. Onda görər ki, bu məxluqu pambığa büküb sandığa qoysan, ağzını qıfıllasan da, xeyri yoxdu, əgər istəsə, bildiyini edəcək. Əslində, bu düşüncə tərzi özü insanı əzən, aşağılayan, sarsıdan bir münasibətdir və günümüzdəki utancverici hay-küyün də səbəbi, əslində azdırıcı, sapdırıcı səbəbi də elə odur.Dünyanın ən gözəl yarısı, həyatın, ülviliyin, saf duyğuların daşıyıcısı bu zərif, incə məxluq nədən inamsızlığa tuş olmalı, qorunması, bürünməsi gərək olan varlıq kimi qəbul olunmalıdır?! "Ayağının altında cənnət" olan, müqəddəs sayılan qadının başına niyə torba keçirilməlidir?! Bəyəm, onun ağlı, mühakiməsi, istəyi, arzuları, nəhayət, insan kimi yaşamaq haqqı yoxdurmu?!Bunu hamıdan və hər kəsdən əvvəl qadınlar özləri düşünməlidirlər.
   
   Kişilər öz papaqlarını nə qədər qorusalar da, qadın ləçəyinə həmişə rişxəndlə yanaşıb, ucuz tutublar. zlərini söyəndə də "bu işi belə qoysam, başımdakı papaq arvad ləçəyi olsun" deyiblər. Ancaq ayaq altına atılanda ondan keçməz olublar.Kişilər xəncərə, tüfəngə əl atanda qadınlar araya giriblər, yaylıqlarını açıb qan-qadanın qabağını almaq istəyiblər. Qarabağ hadisələri başlayanda ermənilər tərəfindən öldürülmüş iki cavanın qanını almağa qalxışanların da qarşısına adlı-sanlı pambıqçı qadın öz yaylığını atmışdı. Və o zaman rus şairi Yevgeni Yevtuşenko da bu hadisəylə bağlı şeirini belə bitirmişdi: "Kaş bu qadın öz örpəyini burdan Dəclə-Fərata qədər ataydı"... Ancaq bu olayda qürurverici heç nə görünmür. Kaş, o qadın heç əllərini başına aparmayaydı...
   
   
   
   ***
   
   
   
   Dişnən-dırnaqnan bir para azadlıqlar qazanılmışdı. Qadın oxuyurdu, işləyirdi, müəyyən qədər öz sözünü deyə bilirdi.Bütün bunlar insan azadlığının mində biri olmasa da, ümid vardı ki, bəlkə get-gedə daha işıqlı günlərə qovuşacağıq. Düşünürdük ki, səhərlər uşaq bağçasına, məktəbə qaçan, oradan da işə gələn, işdən sonra evə çatan kimi mətbəxə cuman qadının qramlarla ölçülən azadlığının çəkisini artıra biləcəyik. Amma müstəqillik qazanandan bəri irəliyə deyil, geriyə baxırıq. Məktəblərin yuxarı siniflərində qızlar az gözə dəyir, nikah yaşı azaldılaraq ərə verilirlər. Zalım qayınanalar təzədən baş qaljdırıblar. "Atamın ayağını yumadın, anamın aftafasını daşımadın" deyə arvadını qapazlayan kişilər yenidən peyda olublar.Amma bizə deyirdilər ki, Cəfər Cabbarlının "Sevil", "Almaz" dramlarının vaxtı keçib...
   
   Nə dostumuzu tanıyırıq, nə düşmənimizi. Yad təsirlərə tez qapılırıq. Doxsanıncı illərin əvvəllərində rayonumuzdakı qaçqın düşərgəsində humanitar yardım göstərən iranlılar mədrəsə də açmışdılar. Qəribə burasıdır ki, uzun illər dünyəvi elmlər öyrənən, texnikum və institut bitirən qız-qadınlarımız da həmin mədrəsələrə ayaq açdılar. Şəhərimizin küçələrində başı örtülü qız-qadınlar, hətta 10-12 yaşlı məktəblilər görünməyə başladı. Mənə görə çox kədərli, insanın əl-ayağını yerdən üzən, ümidləri heçliyə bağlayan bir mənzərəydi bu... O zaman həmin mədrəsədə oxuyan bir tanış qadına rişxənd də eləmiş, "sənin kimilərin üzünə çörək yeyirik" demişdim...
   
   
   
   ***
   
   
   
   Demokratiya adı altında əllaməçilik... Heç bir qadın öz xoşuna başını " məhbəs"ə salmaz. Burada mütləq kənar müdaxilə olmalı. Bu gün Türkiyədə baş verənlərin yüzdə-yüz bizə də dəxli var. Atatürkün dünyəvi dövlət qurmaq ideallarına bunca sayğısızlıq bizlərə heç bir fayda gətirməyəcək. Paşanın həyatından bəhs edən bir sənədli filmdə eşitmişəm ki, Böyük Türk küçədə çarşablı qadın görəndə əsəbiləşirmiş. Bildiyimə görə, Onun Mavzoleyinə-Anıtqəbirə girmək də başıörtülü qadınlara yasaqdı...
   
   Bəs, indi nələr olur?! Bir parça əski üstündə davadı. Bəşər tarixində ən böyük imperiyalardan birinin varisi, dünyaya ünlü sərkərdələr, müdriklər bəxş edən, qədim dövlətçilik tarixi,güclü ordusu olan bir məmləkətin mötəbər kürsülərdən dartışdığı mövzuya baxın... Quranı, islamı misal gətirirlər. Bəs, türkün minilliklərlə ölçülən tarixi, əxlaqı, mənəvi dəyərləri?! " Ana haqqı, Tanrı haqqı!" deyən millət bü gün nələrə imza atır?! Heç Quranın, islamın təşəkkül tapdığı ölkələrdə bu hay-küy yoxdu. Son günlər qəsdən ərəb ölkələrindən verilən süjetlərə daha diqqətlə baxıram. Camaat öz işində-gücündədi. Oralarda kişilər qadınlardan daha bürüncəkli gəzirlər...
   
   Bəs, sizlərə nə düşmüş, əfəndilər? Yoxsa, I Pyotrun vəsiyyəti yadınıza düşmüş? Nə demişdi? "Çalışın türk daha qatı dindar müsəlman olsun. Elə etmək lazımdı ki, sünni-şiə mollaları çoxalsın. Hər halda molla müsəlmandı, türk olsa da, türkçü deyil". Hə, o bilirdi ki, müsəlmanda birlik yoxdu... Qorxuram, sabah da molla rejimi qurmağa qalxasınız...
   
   P.S. Sizləri bilmirəm, mən lap boğuluram. Başına torba keçirilmiş adam kimi...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-20
2019-05-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK