ANA SƏHİFƏ / YAZARLAR

Buz, toz, qaz və başqa məsələlər

Çarəsiz sərnişinlər barədə iki hissəli yazının sonu

23470    |   2008-02-16 07:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qaldığımız yerdən davam edək. Xalqımızın gələcəyə inamla baxan oğul və qızlarının düşüncələrini öyrənmək üçün uzaqlara getmək, baş sındırmaq, ictimai rəyi öyrənən araşdırma mərkəzləri saxlamaq o qədər də vacib deyil. Avtobusa, bədəbəd ayaqda lap elə metroya minmək yetər. Necə deyərlər, min, get. Bizim camaatın düşüncələri ilə yaxından tanış olmaq üçün "QAZel"dən, metrodan yaxşı yer tapmaq mümkün deyil.
   
   tən həftə dübarə bunun şahidi oldum. Söz verdiyim kimi bu həftə də işimi davam etdirirəm. Təkrar biliyin hər nəyidirsə yaxşı işdir. Siz də şahid olun ki, neftin qiyməti qalxdıqca yaşayış səviyyəsi gözəlləşən xalqımız nə düşünür, hansı dağı hansı dağın üstünə və necə qoymaq barədə fikirləşir...
   
   I sərnişin: - Alo, qaqa, eşidirsən? Sabahın xeyir, sən Allah bağışla, dünən yadımdan çıxdı, zəng vura bilmədim. Yerin məlum, uşaqlarla səhərəcən "Xanlar" arağından vurduq, adama bəlkə 50 dənə gürcü xəngəli yedik. Sonra da meyxanaya qulaq asdıq. Hələ mən Tosugilin oynamağların demirəm. İtin balasıdı yalan deyən, nə qədər oynadılar... Dedim ki, it uşaqları oynamayın, dəvə oynayanda qar yağar.
   
   Sürücü: - Bu qar da vaxt tapdı yağmağa. Hər yan buzdu, səhər beş maşın bir-birinə dəymişdi. Yol polisinin bir serjantı sevincindən elə çırtma çalırdı ki, gəl görəsən.
   
   II sərnişin: - Bizimkilərin işi Allaha qalıb. Hər dəfə qışda qar yağanda deyirlər ki, gözlənilmədən yağdı. Soruşan da yoxdur ki, ay balam, indi avqust deyil axı, fevraldı. Fevralda qar yağanda gözlənilməz niyə olur? Bilmirəm bu camaat niyə soruşmur?
   
   III sərnişin: - Sən özün niyə soruşmursan? Düz adamsansa elə özün soruş da...
   
   Sürücü: - Bir az mehriban olun. Danışmaqla dünya düzəlsəydi nə vardı ki... Dünən 15 "Şirvan"ımı ağlada-ağlada əlimdən aldılar. Sıxlaşın, qapı bağlansın.
   
   II sərnişin: - Qaz da elə bil qarın yağmağını gözləyir, qar yerə gəlib çatmamış qaz zəifləyir. Sonra da bizdən qaz pulu istəyirlər. Bu qədər neftimiz, qazımız var, yenə qışda canımız qızmır.
   
   IV sərnişin: - Qardaşımsan maral kimi, qaz ver gedək, görək başımıza nə gəlir.
   
   Sürücü: - Bacım, başını o yana çək, güzgünü görmürəm.
   
   I sərnişin: - Alo, salam cana, yatmışdın? Deyəsən, axşam işin çox olub, ay xatakar... Sənnən bir dənədi. Eşidirsən? O gün telefonundakını mənə göndər. Onu yox, o birini, qız oğlanla... Bildin də... pürəm.
   
   III sərnişin: - Televiziyalar lap ağını çıxarıblar. O qədər serial göstərirlər ki, sayını da bilən yoxdu. Bu seriallar uşaqların tərbiyəsini pozur. Belə də kino olar kim kimi harada tutdu öpür. Sən öl birinə də baxmıram. "Aliyə" nəsə birtəhər qurtardı. Heç nə qanmaq olmadı, Sinanla barışdı, yoxsa Dənizə getdi?
   
   Sürücü: - Dənizin adı bizimdi, hünərin var get bir dənə kilkə tut. Başına elə oyun açarlar ki, adın yadından çıxar. Bir az da sıxlaşın.
   
   V sərnişin: - Sən maşınıvı sür, politoloq olub mənimçün. Bu qədər danışana kimi avtobusun təmizliyinə fikir ver. Toz - torpaq əlindən minmək olmur.
   
   Sürücü: - Bilməmişdim, sabah sən gələndə avtobusun yerinə İran xalçası düzərəm.
   
   I sərnişin: - Göndərdiyin klip gəlib çatdı. Sənnən bir dənədir də...
   
   VI sərnişin: - Əlini yığışdır, zontiki çırparam təpənə.
   
   Sürücü: - Bir az da mehribanlaşın. Qoy bu iki nəfər də minsin. Bu qaralar qarışqa kimi yaman daraşıblar Bakıya. Sən öl, dünən bəlkə 50-sini daşımışam.
   
   III sərnişin: - Bircə bunlar çatmırdı Bakıda. Elə bilirlər ki, burda yel əsir, qoz tökülür. Adam baxmağa da qorxur.
   
   VII sərnişin: - Ay bacı, sənə nə pisliyimiz dəyib, bəlkə qapınıza borca gəlmişəm? Bizim tərəflərə gəl, gör necə qonaqpərvərik...
   
   III sərnişin: - Bunlar bizim dili hardan öyrəndi? Mənim sizin tərəflərdə nə işim var? Mən heç Razinə gedib çıxa bilmirəm.
   
   Sürücü: - Arxaya çəkilin də. Hamilə adama yer verin.
   
   II sərnişin: - Axşam Rəqsanəyə baxdın? Qarnı burnuna dəyirdi. Bacım gecə rayondan zəng eləmişdi, deyir Nura da hamilədi.
   
   Sürücü: - Bir az da mehribanlaşın, çatırıq.
   
   Sonuncu dayanacaqda avtobusdan düşdüm və bir daha əmin oldum ki, ABŞ-da, İngiltərədə, Fransada və digər yekə ölkələrdəki alimlər boşuna özlərinə əziyyət verirlər. İctimai rəyi öyrənmək üçün illərlə baş sındırmaqdansa, niyə bir dəfə "QAZel"ə, lap elə metroya minmirlər axı, savadları çatmır?


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK