Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Lənkəranlıların Sankt-Peterburqda qeyri-adi sərgüzəştləri Adalet.az | Lənkəranlıların Sankt-Peterburqda qeyri-adi sərgüzəştləri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Lənkəranlıların Sankt-Peterburqda qeyri-adi sərgüzəştləri

26408    |   2008-02-07 13:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizim lənkəranlılar Rusiyada yenə aranı qarışdırdılar. Onların milisi, camaatı, şəhərə gələn qonaqları bir-birinə dəydi. "Birini də vur!"- qışqıran kim, "Uzunboylunu gözdən qoyma!" -deyib ağlayan kim, "Səni verənə şükür"- deyib sevinən kim... Nə isə, əsl həngamə idi. Ağasəlim Mircavadov başının dəstəsini yığıb Rusiyanın Şimal paytaxtı sayılan Sankt-Peterburqa gedəndə ürəyimə dammışdı ki, bizimkilər orda sakit oturmayacaqlar.
   
   Artıq aradan bir neçə gün keçib, rahat nəfəs dərmək olar. Olan oldu, torba kubokla doldu. Ağasəlim müəllimlə birgə gedənlər Rusiyadan əlidolu qayıtdılar, yalan olmasın, bir "Mersedes" avtobus dolusu medal gətirdilər.
   
   Yəqin ki, söhbətin futboldan getdiyi anlaşıldı. Son günlər hamı futboldan, daha dəqiqi "Xəzər-Lənkəran"ın "Birlik Kuboku"nudakı parlaq qələbəsindən danışır, flaqmanımız "Neftçi"dən sonra ikinci dəfə mükafatı Azərbaycana gətirməsindən yazır. Bəs mən niyə yazmayım? Lənkəranlıyam, bu bir, futbolun nə demək olduğunu az da olsa anlayıram, bu iki, "Xəzər- Lənkəran"ın çılğın azarkeşiyəm, bu üç, məktəblilər arasında rayon çempionu olmuşam, bu dörd... Hələ bu, səbəblərin hamısı deyil.
   
   Müstəqil Dövlətlər Birliyinin özünə olduğu kimi onun futbol üzrə çempionları arasında keçirilən "Birlik Kuboku"na da münasibət birmənalı deyil. Biriləri belə hesab edir ki, turnirin reytinqi aşağı olduğundan "Neftçi"nin və "Xəzər-Lənkəran"ın qazandığı uğura görə o qədər də sevinməyə dəyməz. Yazımın yuxarı mərtəbəsində yazdığım kimi bəndəniz də futboldan bəzi məsələləri anlayır. Yaxşı bilir ki, Rusiyanın və Ukraynanın çempionları son illər yarışa özləri gəlmirlər, əvəzedicilərini göndərirlər. Şimal qonşumuzun televiziyları və qəzetləri turnirə yetərincə diqqət ayırmırlar. Amma bu nə "Neftçi"nin, nə də "Xəzər-Lənkəran"ın əzmkar qələbəsinə kölgə sala bilməz. Bizim komandalar nə zaman UEFA Kubokunda, Çempionlar Liqasında yüksək nəticə əldə etdi ki, biz sevinmədik? Bir qədər səbr edək, həmin nüfuzlu yarışlarda qalib gələk, sonra "Birlik Kuboku"nun yanından saymazyana keçərik.
   
   Hamı şahid oldu ki, "Xəzər-Lənkəran" gözəl futbol sərgilədi, əzmkar, sürətli və texnikalı oyunla final oyununu tribunadan izləyən FİFA prezidenti Yozef Blatteri və UEFA prezidenti, ötənlərin məşhur futbolçusu Mişel Platinini təccübləndirdi. Lənkəran futbolçuları sübut etdilər ki, azərbaycanlılar təkcə Rusiya bazarlarında meyvə-tərəvəz satmağı yox, gözəl top qovmağı da bacarırlar.
   
   Sayca 16-cı dəfə oynanılan "Birlik Kuboku" mənim yadımda yalnız ilk kərə Sankt-Peterburqda keçirilməsi və Azərbaycan klubunun qələbə qazanması ilə qalmadı. "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin Sankt-Peterburqdan hazırladığı reportajlar bir oxucu və futbol həvəskarı kimi mənə ləzzət elədi. Belə idman reportajları yaza bilsəydim... İdman jurnalisti olmaq istəyən gənclər, tənbəllik etməyin, Mahirin Sankt-Peterburqdan hazırladığı reportajlara, müsahibələrə bizim türklər demiş, göz atın.
   
   Mahir Rüstəmli ilə bir zamanlar "Press-fakt" qəzetində birgə çalışmışıq. Həmin illər Mahir tələbə idi, lakin istedadından söz etdirə bilmişdi. Gözlənilən kimi oldu, Mahir bacarıqlı jurnalist olduğunu təsdiqlədi, 10 ildir ölkənin ən çox oxunan "Futbol+" qəzetinə başçılıq edir. zü də necə....
   
   Deyilənə görə, körpüsü açılıb-bağlanan Sankt-Peterburqda indi ara sakitləşib. Belə baxanda nəyimizə gərək, ürəklərindən qışqırmaq keçirsə, yenə qışqırsınlar. Kubok ki, artıq Lənkərandadı.
   
   Bu illər ərzində heç bir yaramızı islatmayan MDB-nin iki ildən bir "Birlik Kuboku"nu Azərbaycana gətirməyin nəyi pisdi ki? Atalar demişkən, MDB-dən bir kubok da qənimətdi...
   
   


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK