ANA SƏHİFƏ / YAZARLAR

GÖZÜMDƏN, KÖNLÜMDƏN QARABAĞ KEÇİR

Hüseyn Kürdoğlu, ruhun şad olsun!

44403    |   2014-11-25 02:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yəqin ki, bu başlığı oxudunuz və yəqin ki, həmin başlığın nəyə ünvanlan dığını, nəyə işarə vurduğunu da təxmin etdiniz. Amma tələsməyin, necə deyərlər, bir balaca səbrinizə istirahət verin və mən sizə bir neçə misra pıçıldayım.

Ay aman, gözümdən, könlüm yenə
Qarabağ, Qarabağ, Qarabağ keçir!
Ziyaoət, İşıqlı, Qırxqız, Mıxtökən,
Gözəl Gəlinqaya, Dəlidağ keçir.

Ahımız göylərə alovdan dirək,
Yerin məhşərinə neyləsin fələk.
Həsrət çırağıdır hər qaçqın ürək,
Hər keçən saatda yüz çıraq keçirg

Mən bu şeiri sona kimi yazmıram və burada işlətdiyim "son" sözü bir neçə məqamı özündə ifadə edir. Birincisi, haqqında bəhs etdiyim şeirin özünü önə çəkir, ikincisi həmin şeirin mayası, yanğısı, odu olan həsrətimizi, itirdiklərimizi, ağrı-acılarımızı qabardır, üçüncüsü, bu şeirin müəllifin dözümünü (daha doğrusu, artıq dözə bilməyib Tanrıya qovuşduğunu - M.Ə.) diqqətə çatdırır və bu üç məqamın içərisində bir gerçək də ortaya çıxır. O da bu şeiri və bu qəbildən olan misraları oxuyub hələ də dözə bilmək, səbr etmək, Lazımı gözləmək bacarığımızı, qabiliyyətimizi və sg
Hə, mən hər dəfə bu şeirləri oxuyanda özümdən asılı olmadan daxilən haldan-hala düşürəm. Çünki bu şeirlər məni məhz həmin o yerlərə, bir zamanlar gəzib-dolaşdığım, gülünün-çiçəyinin şehinə bulaşdığım, çeşmələrinin, bulaqlarının suyunda təkcə bal dadını yox, həm də dodaq göynədən bu kəsərini yaxşı tanıdığım cənnətə aparıb çıxarır. Sözün bütün mənalarında o yerlər bu dünyanın cənnəti idi. İnanmayanlar inanmasın, heç israr da etmirəm. Amma o yerdə gəzib-dolaşanlar mənimlə yüzə yüz razılaşacaqlar, bu da mənə bəs edir. Çünki bu torpağın qədrini bilənlər və nələr itirdiyimizin fərqinə varanlar yaxşı bilirlər ki, artıq 25 ildən çoxdur ki, biz cənnətin həsrətini yaşayırıq, həsrətini çəkirik. Hətta elə bir həsrət yaşayırıq ki, o həsrətin içərisində doğmalarımızın, şəhidlərimizin məzarları da əlçatmaz olub. Amma buna baxmayaraq, biz hələ də nə ümidimizi itirmişik, nə də qalib gələcəyimizə əminliyimizi. Çünki bizi gözləyənlər varg çünki bizi səsləyənlər varg çünki bizim boynumuzda övlad haqqı varg çünki bizim ömrümüzdə, yaşamımızda vətəndaş missiyamız var. Ona görə də :

Möhlət ver, ey Tanrı, möhlət ver bir az,
Laçın azad olsun, ölüm Laçında.
Öpüm torpağını ölümdən əvvəl,
Bir dinə, imana gəlim Laçında.

Axsın ağ suları qoy axım-axım,
Qırxqızın döşünə ay-ulduz taxım.
Zəfər bayrağıma vüqarla baxım,
Ölümün üzünə gülüm Laçında.

Kürdoğlu qalmasın dünyada naçar,
"Bir yandan bağlayan, bir yandan açar".
Məzarımın daşı şəfəqlər saçar,
Məni basdırarkən elim Laçında.

Hə, bir parçasını diqqətinizə təqdim etdiyim həmin şeirin ardınca dolaşan və qəm notları üstündə köklənən xəyallarım, duyğularım elə bil ki, dolmuş bulud kimi bir anlıq silkələnir və o yağmağa başlayan bulud göz yaşlarını Şuşa dərdinin üstünə çiləyir.

Ya Rəbbim, haçan yuxlarım çin olar,
Yetişərəm vüsalına Şuşanın?!
Üç ildir ki, qan ağlayır gözlərim,
Həsrət qalıb camalına Şuşanın.

Harayına, imdadına yetən yox,
Dağlarında cəh-cəh vurub ötən yox.
Şuşa yoxsça, Laçın yoxsa Vətən yox,
Cavab nədi sualına Şuşanın?!

Elə bilməyin ki, mən yalnız bu kövrək misraları seçib sizə təqdim etməklə sizləri də kövrəltmək, sizləri də üzü dağlara, işğal olunmuş torpaqlara tərəf səsləmək istəyirəm. Yox, artıq səsləməklə, çağıormaqla bu problemin həlli mümkünsüz. İndi hər kəs özü köklənməli, hər kəs özü özünün səsinə qulaq asıb, özü özünü ayağa qaldırmalıdı. Və üstəlik də hər kəs birdəfəlik dərk etməlidi ki, bu ağrını, bu acını su ilə yumağın zamanı keçibg Və nəhayət, yuxumuza haram qatmalıyıq. Axı torpağımızın da yuxusu qaçıbdı. Bunu da Hüseyn Kürdoğlu deyib. İnanmayan oxusun onun şeirlərini.

Dərd var ki, önündə loğman da laldı,
Səadət deyilən hələ xəyaldı.
Şair yaranmışam, mənə halaldı,
Rahat və əbədi torpaq yuxusu.

Son olaraq bir şeyi də diqqətə çatdırmaq istəyirəm. Əslində onu bütün yazı boyu sizə çatdırdım. Bu da gözümdən-könlümdən hər gün keçən Qarabağdı və hər gün də onunla oxuduğum misralar, yazılardı. O cümlədən də ruhuna səcdə etdiyim Hüseyn Kürdoğlu poeziyasıdı.



YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK