viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İŞİD-dən təhlükəli… Adalet.az | İŞİD-dən təhlükəli… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İŞİD-dən təhlükəli…

276724    |   2014-11-24 12:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Silahlı Qüvvələri noyabrın 12-də düşmən ordusuna məxsus hərbi helikopteri vurdu. Bu, sözün həqiqi mənasında həm qəhrəman Azərbaycan Ordusuna inamı artırdı, həm də ölkədə milli vətənpərvərlik ruhunun dirçəlişində yeni bir stimul yaratdı. Milli Ordumuzun bu uğurlu əməliyyatı həm siyasi, həm də hərbi cəhətdən Azərbaycanın mənafeyinə xidmət göstərən əlamətdar bir hadisəyə çevrildi.

Bu hadisənin baş verdiyi dönəmdə ölkəmizdə qonaq olan Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edən ölkə prezidenti, "Bir neçə il əvvəl bizim bir qəhrəman şəhid olub. O, təkbaşına 10-dan çox işğalçını məhv edib. Özü də həlak olub. Aşkar ölümə gedib. Onun cəsədini bir neçə ay qaytarmırdılar. Təsəvvür edirsiniz, bir neçə ay! Heç bir dində belə vəhşilik yoxdur. O, qəhrəmandır, öz torpağını müdafiə edirdi, öz torpağında həlak oldu. O, yad yerdə həlak olmamışdır”, - deməsi, şəhidinə sahib olan ölkə başçısı, Ali BKomandan İlham Əliyevin şəhid Milli Qəhrəman Seyid Mübariz İbrahimovu qəlbinin ən dərinliyində qürurla gəzdirdiyini bir daha təsdiqlədi.

Ancaq, son günlər məni və yüzminlərlə ölkə vətəndaşının qəlbini ağrıdan, məmləkətin milli ruhunu alçaldan bəzi yerli telekanalların həyasızcasına hazırladığı verilişlərdir. Sanki bir sıra televiziyalar bu millətin şüuruna, mənəviyyatına və gələcəyinə hazırlanmış "qəsd ssenarisi”ni həyata keçirirlər. Bir neçə gün bundan öncə Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Əzizov Rüstəm İzzət oğlu torpaqlarımızın bütövlüyü uğrunda, bizim uğrumuzda şəhid olur. Onun haqqında Azərbaycanın bəzi tele kanallarında bir neçə saniyəlik xəbər gedir. Amma bu xəbərin ardınca canlı efirdə millətin genefonduna, milli kimliyinə yad olan müğənniyə bənzər birisinin köpəyinin təbliğatı aparılır. Təsəvvür edin, onun uğrunda öldürülmüş müqəddəs şəhidinə bir dəqiqə vaxt ayırmayan belə televiziya kanalları ədəbdən və həyadan, eləcə də vətənpərvərlik hisslərindən məhrum olan bir cahilin itinə dəqiqələrlə efir vaxtı ayırır. Milli mənafelərimizi ayaqlar altına atan belə televiziya "başbilənləri”nin bu nalayiq, xain əməlləri Azərbaycan dövlətçiliyinin bütövlüyünə ən böyük təxribat və qəsd aksiyasıdır. Mətbəximizə qədər soxulan bu "verilişlər” dünyanı qorxu altında saxlayan İŞİD qədər təhlükəlidir.

Çox maraqlıdır ki, ən böyük təbliğat vasitəsi olan televiziyalarımızın milli-mənəvi dəyərlərə endirdiyi ard-arda zərbələrin hər gün şahidi oluruq. Telekanallar sanki bir-biriləri ilə yarışa giriblər. Televiziya kanallarında gedən bir sıra verilişlərə ekspert qismində dəvət olunan "böyük kişilər” isə əslində bu xalqın və dövlətin əsl düşmənləridir. Öz nəslində, ailəsində, sözün həqiqi mənasında, qəbul olunmayan bu nalayiq "böyük kişilərin” televiziyaların efirlərini bəzəməsinin özü belə bu xalqa ən böyük həqarətdir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanda milli adət-ənənələrin və vətənpərvərlik şüurunun zədələnməsinə ən böyük "xidmət”i elə bu kimi televiziyaların xəyanətindən qaynaqlanır.

Azərbaycanın bütövlüyü, Qarabağın işğaldan azadlığı naminə bütün televiziya rəhbərlərinə müraciət və israrla tələb edirəm ki, milli kimliyimizin qorunmasında, vətənpərvərliyin təbliğində və digər dövlətçiliyə bağlı məsələlərə öz telekanallarında xüsusi önəm versinlər. Onsuzda tarixdə bu millətə öz mənafələri naminə xəyanət edən yüzlərlə məqam sahibi vəzifələrindən sui-istifadə edərək etdikləri pisliklərin qarşılığında Uca Allahın və xalqın lənətini də özlərinə qiyamətə qədər haqq ediblər. Dövlətçilik prinsiplərinin, milli özünüdərkin vətəndaşlarımıza, xüsusilə gənclərimizə doğru aşılanmasında və maariflənməsində televiziya verilişlərinin ayrıca rolu olmalıdır. Gəlin, bu tarixi rolu öz şəxsi istəklərinizin girovluğunda əsir saxlamayaq. Onsuz da düşmən əsirliyində Vətən adına girov qalan yüzlərlə igid oğlanlarımız, uşaqlarımız, qız-gəlinlərimiz var. Hələ şəhid məzarlarımızı demirəm.

Şərqşünas Seyid Camal Əzimbəyli




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK