ANA SƏHİFƏ / YAZARLAR

Şaxta pulsuz, qar havayı

24294    |   2008-01-19 00:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ncə babalarımız, sonra da atalarımız yaxşı deyiblər ki, başına gələn çəkməçi olar. Əvvəllər heç cür başa düşə bilmirdim ki, Rusiyada, digər soyuq ölkələrdə yaşayan insanlar qardan və şaxtadan nə ləzzət alırlar. Sürüşüb yıxılan kimi anladım. zü də necə anladım...
   
   Rəhmətlik Nyuton başına alma düşəndə nə müsibət çəkib. Yeri gəlmişkən, Nyuton müəllim başına alma düşən andaca yerin cazibə qanununu kəşf etdi. Mənsə elmi kəşfə məhləmizdə sürüşüb yıxılanda imza atdım. Bildiyim qədər dünya elmində sürüşüb yerə çırpılandan sonra nəsə kəşf etmək faktı yoxdu. Hər halda təzə il yeniliklərlə başlayır.
   
   Yazımın yuxarı mərtəbəsində dediyim kimi buz kimi soyuq ölkə camaatının qardan nə ləzzət aldığını fikirləşə-fikirləşə gedirdim. Nə gizlədim, məşhur bir mahnıdan
   
   
   
   Yar gəlir görüşə,
   
   Sürüşə- sürüşə
   
   
   
    bəndini təzə zümzümə etməyə başlamışdım ki, sürüşməklə yerə çırpılmağım bir oldu. Birinci elə bildim yenə Bayılın sürüşməyi tutub. Sonra gördüm ki, yox. Bayıl bu dəfə yerindədi. Amma mən gedirəm, daha dəqiqi, sürüşürəm. Yerdən qalxmağa cəhd edən andaca anladım ki, niyə bəzi ölkələrin camaatı qarı, şaxtanı belə çox sevir. Sonra "Kişinin başına tük gələr" deyib qalxdım ayağa. Təbii ki, daha mahnının ardını oxumadım.
   
   İllərlə axtardığım suala cavab tapmışdım. Daha mahnı nəyimə gərək idi...
   
   Yeni ilin ilk həftələrində Bakı başda olmaqla məmləkətimiz qara düşdü. Biz də Rusiyadakı qonşularımız kimi kefə baxdıq. Onların qışdan necə ləzzət aldıqlarının şahidi olduq.
   
   Yollarımız şüşə kimi tərtəmiz parıldayırdı, Bakının küçələrini tanımaq olmurdu. Zibilxanalarda mikroskopla da baxanda zibil tapmaq mümkün deyildi. Adamın evinə nə qədər su verərlər... Bu arada bir neçə gün Niaqara şəlaləsinin üstündə yaşadıq. Şəxsən özüm neçə dəfə "Su aydınlıqdır" idarəsinə gedib minnətçi düşdüm, yalvardım ki, imkan varsa suyu kəsin. Bu qədər su heç zaman görməmişik, bizi pis öyrətməyin. Nəsə, sözümə baxan olmadı. Hələ mən qazı demirəm. "Hamımız qazlı oğlanlarıq" idarəsinin işini demirəm. Qazı yüksək təzyiqlə elə verirdilər ki, evdə nəfəs almaq olmurdu. Həmin günləri yadıma salanda indi də məni tər yuyub aparır. "Qoy işığı söndürüm" idarəsinə də xeyli ayaq döydüm, neçə dəfə yalvarıb-yaxardım. Dedim ki, ay qardaşlar, belə qar-qiyamətdə bu qədər işığı nə edəcəyik? İmkan varsa işığımızı kəsin. Orada da səsimə səs verən tapılmadı.
   
   Güclü qar yağan günləri elə bilirdim şəhərdə bir dənə də avtobus işləməz. Məlum oldu ki, kökündən yanılmışam. Rəngbərəng "QAZel"lərimiz aşağı-yuxarı şütüyürdülər. Hələ mən avtobusların içərisindəki mənzərəni demirəm. Bir- birinin ayağını tapdamaq nədi, saç yolmaq nədi... Hamı elə mehriban idi, gəl görəsən.
   
   Sürüşüb yıxılmağım yaxşı oldu. Bayaq dediyim kimi bir həqiqəti dərk etdim ki, qar yağanda başqa məmləkətdə yaşayanlar kef edirmişlər. Biz də bu arada həmin kefdən daddıq. Böyük şairimiz Ramiz Rövşən demişkən
   
   
   
    Yenə gəldi yanvar ayı,
   
    Şaxta pulsuz, qar havayı
   
   
   
   "Havalara uçacaqsan" idarəsindən deyirlər ki, yenə havamız soyuyacaq, qar yağacaq. Deməli, soyuq ölkələrdə yaşayan adamlar kimi kefə baxacağıq. Havalar belə davam eləsə Rusiyaya gedən bizimkilər tezliklə qayıdıb gələcəklər. O kefdən buralarda da varsa uzaqlara getməyin nə mənası...


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK