deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | SİÇAN İLİ?!... Adalet.az | SİÇAN İLİ?!... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SİÇAN İLİ?!...

29263    |   2008-01-12 00:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   tən il qəzetlərin birində oxumuşdum ki, Mozambikdə bir kişinin bədənindən ağac çıxır. Və xəbəri oxuyanda ağlıma gələn ilk şey müdriklərdən birinin sözləri oldu: " İnsanın ağlına nə gəlirsə, o da mümkündü". Bizdən qat-qat zəkalı olan əcdadlarımız insanla təbiətdəki canlı və cansız nə varsa, hamısının bir-birinə çox oxşadığını, yeri gələrsə, birinin digərinə çevrilə bildiyini anlamışdılar. Və bu bənzərliyi, çevrilməni əks etdirən nəğmələr, nağıllar, dastanlar yaratmışdılar. Sərv boylu, ceyran gözlü, şamama sinəli, şahmar zülflü, püstə ağızlı, qumru səsli gözəllərin, çinar qamətli, polad biləkli, qartal baxışlı, pələng nərəli, yel atlı, şimşək qılınclı igidlərin tərifi belə yaranmışdı. Bunlar bənzətmələrdi. Şifahi ədəbiyyatımızda dara düşən, çıxış yolu tapmayan, bəzən çarəsizlikdən, bəzən xəcalətdən özünün heyvana, quşa çevrilməsini Yaradandan təmənna edənlər var. Bir cüt göyərçinə dönmüş bacılar, qoyunları itirib ağasının qorxusundan daşlaşmış çoban, analığının zülmündən quş olub uçmuş qızcığaz haqqında nağıl və rəvayətləri hamımız sevə-sevə, duyğulana-duyğulana dinləmiş və oxumuşuq. Rəvayətə görə, tovuz quşu Süleyman peyğəmbərin arvadıymış. Bədəninin hər tərəfinə baxanda qürurla nazlanan xanım ayaqlarına gözü sataşanda xəcalət çəkirmiş. Tanrıdan xahiş edir ki, onu bu xəcalətdən qurtarıb quşa döndərsin. Doğrudan da, o gözəlliyin, əlvanlığın qabağında tovuz quşunun ayaqları çox çirkindi. Hələ buynuz çıxarmış İsgəndər Zülqərneynin nağılı. Dəlləyin dözə bilməyib gördüyünü quyuya danışması, quyuda bitən qarğıdan düzəldilmiş tütəyin dil olub bu sirri aləmə faş etməsi. Hələ sfinkslər, kentavrlar, su pərilərig " Hər şeyə qadir" sehrbazların adamları itə, ulağa, ayıya və s. döndərməsig Millət və xalqların öz əcdadlarının heyvanlardan başladığını güman eləməsi. Böyük Aytmatovun əsərlərində öz əcdadlarının maraldan, balıqdan, törədiyini hesab edən tayfalar haqqında rəvayətlər nə qədər maraqlıdı. Biz türklərin Boz qurddan törəməyimiz haqqında rəvayət çox önəmlidi. Çünki qurd nə qədər yırtıcı olsa da, bir o qədər də təmiz heyvan sayılır. İnanca görə yuxuda qurd görmək xeyirə yozulur. Və qurd yeganə heyvandı ki, əhliləşmir, dəmir barmaqlıqlara salınsa belə sirk artistinin çubuğuna mayallaq aşmırg
   
   
   
   ***
   
   Hələ bunlar harasıdı?! Mən balaca olanda ərlik qız olan bibim danışırdı ki, yer yekə bir öküzün üstündə dayanıb. Həmin öküz də gecə-gündüz sakitcə yatır.Bir balaca dərisi səyriyəndə, tükü tərpənəndə yer üzündə zəlzələlər olur. Əgər, Allah eləməmiş, o öküz ayağa dursa, dünya alt-üst olar. Axırıncı cümləni necə vahimə içində dinlədiyimi təsəvvür edə bilərsiniz. Bibimin dediklərinə o qədər inanmışdım ki, qaçmağa, atılıb-düşməyə də qorxurdum- birdən öküzü hirsləndirərəm. Uşaqlarnan deyirdik ki, görəsən, torpağı neçə metr qazsaq, öküzün beli görünər?!...
   
   Bəsit düşüncə ilə yaşamaq, hər şeyə inanmaq necə də xoş və rahatdı!
   
   Tarix dərslərində qədim yunanların yer kürəsini çiyinlərində saxlayan əfsanəvi qəhrəman haqqında öyrəndiklərim bibimin dediklərini unutdururdu.Amma heyf! Yatmış öküz daha etibarlı, daha rahat dünya vəd eləmirmi? Axı, o qəhrəmanın çiyinləri bir gün yorula bilərdig Və ya hirslənib özündən çıxa bilərdi.
   
   
   
   ***
   
   
   
   Hər Novruz bayramında böyüklər deyirdilər ki, bu il filan heyvanın üstündə təhvil olub. Sonra da həmin heyvanın huyunu-xasiyyətini saf-çürük edir, onun adamlara nə gətirəcəyini bəzən xoşluqla, bəzən də nigarançılıqla, qayğılana-qayğılana danışırdılar. İl At üstündə təhvil olanda deyirdilər ki, at Tanrının yaratdığı ən təmiz, ən gözəl heyvandı. At muraddı. Ancaq at ilində müharibə də ola bilər. İt ilində deyirdilər ki, bu il adamlar yola getməyəcək, bir-birlərini it kimi tutacaqlar. İlan ilini də bu ayaqdan sayırdılar. Meymun dəcəldi, ola bilər ki, bu ildə dövlətlər dinc dayanmayıb aranı qarışdırsınlar. Hamısından yaxşı qoyun ili hesab olunurdu. Həm sakit, həlim heyvandı, həm də ruzi-bərəkətdi. ( mumiyyətlə, bizdə qoyuna qarşı sevgi və rəğbət böyükdü).
   
   
   
   ***
   
   
   
   İndi də bu siçan ili!...
   
   tən ilin son aylarında bu siçan-siçovullarla bağlı bir macəra yaşadım. Binamız təmir olunanda ustaya dedim ki, qoyduğunuz bu Avropa qapı-pəncərələrinə arxayın olma, otağımdakı qızdırıcı sobanın böyür-başını sementlə yaxşı-yaxşı tut. " Baş üstə" desə də, bir ay keçməmiş otağım siçovulların poliqonuna çevrildi. Daha azara düşmüşdüm, heç nəyə əl vurmaq istəmirdim. ç-dörd ay komendanta saqqal tərpədəndən sonra nəhayət, o da siçan-pişik idarəsinə ağız açdı. Təxminən iki aya oranın bir işçisi gəlib diqqətlə otağımı gözdən keçirdi. Zalım oğlu elə bil əjdaha yuvası dağıdacaqdı. Bir on-onbeş gündən sonra da cibində kağıza bükülü zəhər gətirib dəlik-deşikləri tutdu. Beləliklə, əməliyyat Yeni ilə beş-altı gün qalmış uğurla başa çatdırıldı. Rahat nəfəs aldım...
   
   Ancaq... sevincim uzun sürmədi. Şənliklər başlanan gündən təşvişə düşdüm. Siçan-siçovulun altdan kəsməyi, ziyankarlığı-ərzağı murdarlaması, xalça-gəbəni, paltar-palazı, yorğan döşəyi kəsib zay eləməsi yaddan çıxmışdı. Bu işlər heç olmayıbmış sanki. İndi hamı tərif yağdırırdı. Hər tərəf onların rəngli şəkilləri ilə bəzədilmişdi. Biz beləyik, axıg Hər şeyi tez unuduruq. Bu xasiyyətimiz indi lap tüğyan edirdi. Sən demə, bu kəsəyənlər dünyanın ən nəcib, xeyirxah heyvanıymışlar. Yığıcılıqda, qənaətcillikdə tayları yoxmuş. Onların bu keyfiyyətlərinə görə də bu il var-dövlətimiz başdan aşacaqmışg Dedim, bəlkə mən düz eləməmişəm. Hamının sevdiyi, əzizlədiyi məxluqlara qarşı onların öz ilinə beş-on gün qalmış qətliam törədilməsinə fitva vermişəm. Görəsən, buna başqa don geyindirməzlər ki?.. Birdən işin içindən iş çıxar eyg Təzə ili bu nigarançılıqla qarşıladımg
   
   İndi şənliklər səngidikcə mən də sakitləşirəm. Hətta ürəklənirəm də. Lap yaxşı eləmişəm. İstəyir, bütün dünya bu məxluqların şəninə danışsa da, yumşalan deyiləm. Ziyankardılar. ç-dörd aydan bir o idarənin işçisini çağırtdıracağam, vəssəlam.
   
   P. S. Yekə-yekə danışmağıma baxmayın, heç özüm də fərli-başlı bir ildən deyiləm. Dovşan ilindənəm. z aramızdı, qorxaq, ürkək olsa da, təmiz heyvandı, deyilmi? Bəlkə qorxaqlığı da elə təmizliyindəndi?!...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK