ANA SƏHİFƏ / YAZARLAR

Özümlə müsahibə

20329    |   2008-01-12 00:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sovet hökumətinin 7-8 babat qayda-qanunu vardı. Onlardan biri yaman xoşuma gəlirdi. Hər ilin sonunda və ya yeni ilin əvvəlində yaradıcı adamlardan müsahibə götürürdülər. Yazıçılar deyirdi ku, filan romanımı bitirmişəm, filan kitabım çapa hazırdır. Şairlər poemalarından danışırdıar, rəssamlar portiretdən-filandan söz edirdilər. Aktyorlar oynadıqları rollar barədə hesabat verir, çəkiləcəkləri filmlərdən kadrlar danışır, yaradıcılıq planlarını açıb-tökürdülər.
   
   İndi daha sovet dövrü yoxdur, nəsə başqa bir quruluşdu. Daha heç kim yaradıcı adamlardan müsahibə götürmür. Bunu dəqiq bilirəm. Elə mən özüm xeyli gözlədim, nə zəng edən müxbir oldu, nə də taxta qapımı döyən qəzetçi. Nə olar, bircə ATƏT-in Minsk Qrupu həmsədrlərindən qurtulmağın yolu yoxdur. Hər şeyə çarə tapmaq mümkün işdi. Evdə oturub xoruzquyruğu çay içə-içə özümdən müsahibə götürdüm. "Ədalət"in çoxsaylı oxucularının təkidli xahişlərini nəzərə alıb eksklüziv müsahibəni təqdim edirəm.
   
   - Xoş gördük. Müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm.
   
   - Məhz Sizin qəzetə müsahibə verməyi özümə borc bildim.
   
   - Başlaya bilərikmi?
   
   - Buyurun.
   
   - Artıq yola saldığımız 2007-ci il Sizin üçün necə yadda qaldı?
   
   - Çox gözəl və olduqca maraqlı sualdır. tən il mənim üçün məhsuldar oldu. Yazılarım qəzet və jurnal səhifələrindən düşmədi. Telekanallarda da tez-tez göründüm. Daha iki yeni mənzil almaq üçün həmin verilişlərdə gildir-gildir göz yaşı tökdüm. mid edirəm ki, bu öz müsbət bəhrəsini verəcək.
   
   - Yeni hansı əsərlər üzərində işləyirsiniz?
   
   - Bu sualı sizdən gözləyirdim. Yeni bir roman üzərində çalışıram. Sözün açığı ancaq bu roman barədə düşünürəm. Necə deyərlər, nə gecəm var, nə gündüzüm.
   
   - Sirr deyilsə...
   
   - Nə sirr olacaq, rəhmətliyin nəvəsi. ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçilərindən gizlin deyil, dəyərli oxucularımdan nə gizlin? Böyük həcmli bir roman olacaq. Hələ ki, adı barədə qəti qərara gəlməmişəm. Bizim Dədə Qorqudla məsləhətləşəcəyəm. Yalnız onu deyə bilərəm ki, əbədi mövzu-məhəbbət mövzusundadı. Baş qəhrəmanlarım sadə insanlardı. Güloğlan rayondan gəlib Bakıda iş axtarır. Körpü tikintisində fəhlə kimi işə düzəlir, kirayə qalmaq üçün ev tapır. Digər bir rayondan iş ardınca paytaxta gələn Gülqıza vurulur. Gülqız şirniyyat sexlərinin birində işə düzəlib, özü də gecə növbəsinə. Bir neçə müddət sonra Gülqız əsgərlikdən yeni qayıdan kiçik qardaşı Gülqardaşı da həmin sexdə işə düzəldir. Birlikdə işə gəlib gedirlər. Güloğlan Gülqızla "QAZel"də tanış olurlar. Düzdü, əvvəlcə Gülqardaş bu tanışlıqdan narazı olur. Hətta bir dəfə Güloğlanla dalaşırlar, məsələyə sahə müvəkkili qarışır. Sonra onlar dostlaşırlar. Bir dəfə hər üçü dönərxanada lavaşarası dönər yeyirlər.
   
   - Oxucularınız Güloğlanla Gülqızın toy səhnəsini görə biləcəklərmi?
   
   - Çox vaxtında verilmiş sualdır. Bütün hadisləri tam açıqlamaq istəməzdim. Qoy bunu dəyərli oxucularım yaradıcılıq sirrim kimi qəbul etsinlər. Yalnız onu deyə bilərəm ki, ürəklərəri saf məhəbbətlə döyünən bu iki gəncin münasibətlərində gərginlik yaşanır. ABŞ-ın İranı bombalaması və ordunu İraqdan çıxarmaq məsələsində Güloğlanla Gülqız arasında fikir müxtəlifliyi olur. Milli Parkın oturacaqlarından birində başlanan mübahisəyə Post Patrul Xidmətinin əməkdaşı müdaxilə edir.
   
   - Romanı nə zaman oxucularınızın müzakirəsinə verəcəksiniz?
   
   - Yəqin ki, müəllimlərin peşə bayramı ərəfəsində yeni romanım dəyərli oxucularımın ixtiyarına veriləcək.
   
   - Maraqlı müsahibəyə görə sağ olun.
   
   - Siz də sağ olun!


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK