Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SİÇAN OLAN YERDƏ TƏLƏ QURULAR Adalet.az | SİÇAN OLAN YERDƏ TƏLƏ QURULAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SİÇAN OLAN YERDƏ TƏLƏ QURULAR

19773    |   2007-12-29 12:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

mür çeşməmizdən bir ilimiz də nə az, nə cox, düz 365 gündə ya-vaş-yavaş süzülüb getdi. Gələndə nə qədər boş vədlər gətirmiş-disə, gedəndə əliboş getməmək üçün boş kisəmizi də qənimət bilib özüylə apardı. Bazarda qiymətlər qalxdıqca, evdə kişilər qiymətdən düşdü, kişi sözü ucuzlaşdı, kişilik anlayışı yaddan cıxdı. Mənəvi-əxlaqi dəyərlər hərraclarda dəyər-dəyməzinə satılanda qəzəbindən şiddətlənən ruzigar nə qədər evlər yıxdı. Baş girləmək sevimli məş-ğuliyyət, baş saxlamaq qəhrəmanlıq sayılanda bu üzücü olayın məngənəsində nə qədər ümidlər sındı, könüllər qırıldı, ürəklər sıxıldı. Dünya elə yaranıb ki, bir ucunda Günəş doğanda bir yanında qaranlıq çökür. Yaylağa yay gələndə, aranı qar bürüyür.Həyatda xeyirlə-şər qoşa olan kimi, gecəylə gündüz də əbədidir. Tanrının yaratdığı bu ahəngi kimsə poza bilməz. Amma, bir qədər saat fərqilə, birinə tez, birinə gec, sabahlar hər yerdə hamı üçün nurlu açıla bilər. Gecələrin hər yerdə hamı üçün xeyirlə tamamlanması da mümkün. Əgər...
   
   
   
   Bu da bir yuxu idi
   
   
   
   ... Siçan ilinin gəldiyini eşidən kimi, ilk sevinən nədənsə pişiklər oldu. "Myau" mahnısının sədaları altında aləmə meydan oxumağa başladılar.
   
   -Bu il bizim ilimizdi,-dedilər,- aclığa son qoyulacaq. Siçanlar artdıqca günümüz-güzaranımız yaxşılaşacaq. Heyvanlar ətrafımızda sıx bir-ləşəcəklər. Çünki, dövran bizim olacaq. tən il donuzlarla bacar-madıq, amma siçanlar tam bizlikdi.
   
    zbaşına taxta dırmaşıb şahlıq sevdasına düşən pişiklər daha bilmir ki, çərxi-fələk tərsinə dönəndə bəzən siçanlar da pələng olur, qarışqa filə meydan oxuyur. Münəccimlər deyirlər ki, qarşılaya-cağımız il siçan da yox, siçovul üzərində təhvil olacaq. zü də sarı rəngli sıiçovulu gözləyin. Bax, bu rəng məsələsi adamı lap çaşdırır. Pişik sevinməsin qoy! Bundan sonra "Myau" ən cox sevilən, tez-tez səslənən nəğmə olmayacaq. Buqələmunlar hadisələri qabaqlayıb indidən siçovullaşsa, qorxuram ki, yer üzündə yeni ildə salamat taxıl zəmiləri də qalmasın. Artıq indidən hər yerdə sicanların şəkilləri asılır. Hədiyyəlik əşyaların üzərində onların müxtəlif təsvirləri həkk olur. Uşaq oyuncaqları istehsalçıları da siçan mövzusundan ilhamlanaraq satışa yeni əşyalar çıxarıb. Cəmiyyətdə siçana olan ənənəvi mənfi münasibəti dəyişməyə çalışan təşviqat qrupları fəaliyyətə başlayıb. Gəmiricilərin müsbət keyfiyyətlərini üzə çıxarmaq üçün baş sındıran adamlara alimlik dərəcəsi verilir. Məddahlar yeni səfərbəredici şüarlar fikirləşirlər. Artıq ilk uğurlu tapıntılar var. Məsələn:
   
   - "Həyatda kim olursan ol, amma siçan kimi qənaətcil ol!"
   
   - "Qələbənin rəhni siçan kimi bütün deşiklərə girməyi bacarmaqdır."
   
   - "Ucalmaq istəyirsənsə, hər dəlikdən keçməyi öyrən."
   
   -" İtin dilini bilən insan, siçan dilini də bilməlidir."
   
   - "Zər qədrini siçan bilər."
   
   - "Qartal olub özgə göylərində uçmaqdansa, sıçovul olub doğma
   
    torpaqda eşələnmək yaxşıdır"
   
    Bu sloqanların praktik əhəmiyyətini açıqlayan, mənasını şərh edən verilişlərin, qəzet yazılarının, reklam çarxlarının hazırlanması məsələsi gündəmdədir. Xeyli sayda xüsusi daxıllar satışa çıxarılıb. Hamıya məsləhət görülür ki, pulları siçan-daxıla etibar etsinlər. Siçan qənaətcildir, yığıcıdır, ona oxşamaq, o cür olmaq bu il ərzin-də uşaqlara tövsiyyə ediləcək. Yaxın günlərdə "Quş südü" əvə-zinə, "Siçan südü" adlı qənnadı və şirniyyat məhsullarını mağazaların piştaxtalarında görsəniz, heç də təəccüblənməyin.
   
    Deyirlər, xüsusi diqqət və rəğbət əlaməti olaraq, bu il siçanlar üzərində elmi-təcrübə aparılmasına maratoriya qoyulacaq. Labora-toriyalar artıq bu barədə xəbərdar edilib. Zooparklarda bir il müddətinə ilanların gündəlik menyusuna siçanlar daxıl edilməyə-cək. Pişiklərə siçan ovlamaq qəti qadağan ediləcək. Bu barədə qərar dekabrın 31-də, gecə saat 12- dən sonra qüvvəyə minəcək. Hələliksə, rəsmi açıqlanmayan xəbərdən məlumatsız pişiklər boş xülyalarla yaşayıb küçələrdə şellənir, həyət-bacada meydan sula-yırlar. Elə bilirlər ki, siçanlar coxalanda onların yemi artacaq. Bir tərəfdən pişikləri də qınamaq olmaz. Bu dezinformasıya neçə vaxtdır məqsədyönlü şəkildə heyvanat aləmnində geniş yayılır. Həqiqətsə tam başqadır. Pişiklər üzümüzə gələn ili salamat başa vura bilsələr, böyük işdir. Yanvar ayından başlayaraq, hər yerdə pişiklər üçün tələ qurulacaq. Onların bərli-bəzəkli evlərdə yaşayışına son qoyulacaq. Adları ev heyvanları siyahısından çıxarılacaq. İstər zildən olsun, istər bəmdən, heç fərq etməz, miyoldayan milyoner sahiblərindən miras qalan bank hesabları dondurulacaq. Mötəbər pişiklərin nəyi varsa, hamısı müsadirə ediləcək və bu vəsaitlə siçanları müdafiə komitələri qurulacaq. Dünyada cox sayda eşşəkləri qoruma cəmiyyəti varsa, siçanlar bu cür əlverişli imkandan niyə faydalanmasın? Təqvimdə hər dəfə siçan ili olmur ki.
   
    Bəli, bilin və agah olun ki, yanvarın birindən taxt-tac Siçan bəyin olacaq. Tıq-tıq xanım, şıq-şıq xanım, gözünüz aydın! Bu il sizin ilinizdir! Siçan bəydən bərk yapışın! "Əlini mənə, bəstərəcik" sözlərini eşidəndə, nəbadə "yox-yox, mən səndən küsdərəcik" deyəsiz ha... Yadınızda saxlayın ki, bir neçə gündən sonra sahlıq quşu Siçan bəyin başına qonacaq və düz bir il öz yerindən tərpənməyəcək. Quşun nə işi varsa, elə oturduğu yerdə görəcək.
   
    Dünyaya 2008-ci il siçan ili kimi təqdim olundu. Siçan olan yerdə mütləq tələ qurular. Ehtiyatlı olun, tələ var. Tələ varsa, demək real təhlükə var. Tələlərin sayı bir deyil, on deyil, qat-qat cox olacaq. lçüləri də əvvəlkilərə nisbətən xeyli böyüyəcək. Çünki, bu tələlər siçanların sifarişilə pişiklər üçün nəzərdə tutulub. Təsadüfən əl-ayağı ilişsə, insan da xəsarət ala bilər.
   
   
   
   Bəs, mənim istəyim nədir ?
   
   
   
   Arzum budur ki, Yeni ildə qurban gedənlərin yox, qurban kəsən-lərin sayı artsın. Gözümüz yaşla dolmaqdansa, könlümüz sevgiylə, sevinclə dolsun. Mədəmiz doysun, amma beynimiz də boşalmasın. Qoyun başı yeyə-yeyə bu məsum heyvan kimi düşünsək, bizə "qoyun" deyənləri sevindirmiş olarıq. İt əti yeyənlər indiyədək it olmadısa, biz niyə qoyunlaşmalıyıq? Qurbağanı süfrələrinin bəzəyi edənlər danışanda quruldamırlarsa, bizə niyə mələməyi öyrətmək istəyirlər? Qış vaxtı xaşxanalarda baş-ayaq yeməyə meyilli ikən, ətrafımızda adam başı yeyən qansızlar yaman coxaldı. İnsan əza-bından həzz alanlar, kimlərinsə bədbaxtlığı, fəlakəti üzərində özlərinə xoşbaxtlıq sarayı tikənlər göydələnlərdə yaşasalar da, göylərə ucalmazlar. Allah belələrinə yüksək mərtəbə nəsib edirsə, demək daha möhkəm yerə çırpılmaları üçün şərait yaradır. Nə qədər ki,Tanrının ibrət dərslərindən düz nəticə çıxarmırıq, bu cür qalxıb-düşmələr, dağdan sürüşmələr, yerə dəymələr, odda yanıb, suda batmalar hələ cox olacaq.
   
   Ulduz falları aləmi bürüyüb. Ulduzları da bizə mindilli kimi tanı-dırlar. Yalançı münəccimlər deyəsən, planetləri barmağına dolayıb. Teleskopun nə olduğunu bilməyən kəslər səma cisimlərinin adından danışırlar. Qonum-qonşuyla dil tapmayan "mən poliqlotam", deyir. Biz də bu yalanları gündəlik həyatımıza gətirib, onlara həqiqət donu geydirməyə çalışırıq. Diqqətlə baxsaq görərik ki, özünə umac ova bilməyənlər indi hər addımda özgəyə əriştə kəsir. Sican ili belə gəldi, donuz ili elə getdi... Həyatda daha ciddi və real işlər var. Onlardan yapışmaq lazımdır. Bizim kiçik ömür payımızda gözümüzün önündə kimlər gəldi, kimlər getdi bu dünyadan... Nələr gözləyirdik, nələr baş verdi?.. Bunlar barədə düşünmək daha faydalı olmazmı? Yoxsa, mifik cinləri, əcinnələri, özünü münəccim adlandıran kəmsavadları köməyə çağırmağın nə mənası var? İl nə üstə təhvil olursa-olsun, bizə nə? İlin hər gününü biz necə yaşayacayıq, hansı əməllərin sahibi olacayıq, əsas məsələ budur.
   
    Mənsə, bu ili özüm üçün elə İnsan ili elan edirəm. Mən də "Qoy ədalət zəfər çalsın", deyirəm. Mən də "Qalib gələcəkmi cahanda kamal?" sualına nəçə vaxtdır ki, cavab axtarıram. Mən bu şaxtasız qış günündə qarın güclü yağmasını istəyirəm. Qar yağsın ki, təmizlənək, saflaşaq, yatmış torpaq həşəratlardan, mikroblardan qurtulub sağlam oyansın. Mən havaların isinməsini istə-yirəm ki, təbiət yaşıllaşsın, ağaclar çiçək açsın. Dağlarda qarlar ərisin, çaylarda sular coxalıb sel kimi gəlsin, yolumuzdan daş-kəsəyi yuyub aparsın, havamız təmizlənsın, ruhumuz təzələnsin. Qış get-sin ki, bəlkə biz də baharın gəlışiylə, səmanın daha cox işıqlan-masıyla yuxudan tez oyanaq. Atalar demiş, tez evlənənlə, yuxudan erkən qalxan həmişə udar. Mən istəyirəm ki, günümüz yox, ömrü-müz uzansın. Dünya elə yaranıb ki, bir ucunda Günəş doğanda bir yanında qaranlıq çökür. Yaylağa yay gələndə, aranı qar bürüyür.Həyatda xeyirlə-şər qoşa olan kimi, gecəylə gündüz də əbədidir. Tanrının yaratdığı bu ahəngi kimsə poza bilməz. Amma, bir qədər saat fərqilə, birinə tez, birinə gec, sabahlar hər yerdə hamı üçün nurlu açıla bilər. Gecələrin hər yerdə hamı üçün xeyirlə tamamlanması da mümkün. Ağır toplar ancaq salam yaylım atəşləri açılanda yada düşər. Əgər... Dünyanın yeni bir bir fatehi olsa - o da Ədalət, Ağıl, Kamal. "Qalib gələcəkmi cahanda kamal?" Qoy bizi sevgi-məhəbbət, ağıl, kamal, ədalət, mənəniyyət, ruzu-bərəkət işğal etsin.Yer üzünu cahillikdən qurtarsın. Bəlkə o fatehi içimizdə axtaraq?


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK