ANA SƏHİFƏ / YAZARLAR

Gedək, sənə gül verim

Yeni il bayramı ərəfəsində sevdiyiniz insana hansı hədiyyəni bağışlamalı?

22331    |   2007-12-16 21:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2008-ci il işıq idarəsinin işçiləri kimi qapını kəsdirib. Siyasət dili ilə yazası olsaq, yeni il köhnəsinə sərt mesaj göndərib. Deyib ki, istefa verib xoşluqla get, onsuz da bir neçə gündən sonra heç kim sənin legitimliyini qəbul etməyəcək. Ağıllı ol, zamanında yığışıb get dincəl özünçün. 2007-ci ilin təzə gələnə nə cavab verdiyini bilmirəm. Heç maraqlanmıram da. zləri bilərlər. İndi zəmanə elədi ki, iki adamın "razborkasına" qarışmaq olmur, sonda onsuz da səni "ne prav" çıxaracaqlar. Kimdi iki ilin davasına qarışıb özünü pis edən.
   
   Məni daha ciddi məsələlər maraqlandırır. İl dəyişirsə, deməli bayram olacaq. Bayram ki, oldu sabiq nazir Molla Pənah Vaqifin sözünə qüvvət, heç bilmirəm neyləyim... Sevdiyin insana hədiyyəni necə seçməli, hansı hədiyyəni almalı ki, qab-qacaq başda sınmasın? Qiymətindən asılı olmayaraq, hansı hədiyyəni bağışlamalı ki, sevdiyin insan onu açan kimi nə arzuladığını dərhal bilsin? Düzünə qalsa, bu suallar ilin-günün indiki zamanında az qala bütün bəşəriyyəti düşündürür. Mən də çox götür-qoydan sonra bəşəriyyəti xilas etmək yolları axtardım. Bütün axtaranlar kimi tapdım da. Hədiyyələrin siyahısını hazırladım, bu hədiyyənin nə məna daşıdığını yazdım. Qoy bu tapıntımla bütün dünya tanış olsun. Əvəzində Nobel mükafatı da istəmirəm. Nəyimə lazımdı?
   
   Nə isə tanış olun. Yəqin ki, qarşıdakı günlərdə gərəyiniz olacaq.
   
   
   
   Gül dəstəsi - Mitinqə dəvət etsəm gələrsənmi?
   
   Tort - Biz qocalanda təqaüdlərimiz artırılacaq
   
   Şokolad - Avtobusda ayağını bir də tapdamaq arzulardım
   
   Araq - Anam sizə dadlı mürəbbələr göndərmək fikrindədir
   
   Konyak - Tellərini yan darayanda daha gözəl görünürsən
   
   Şampan - Evdə tək olanda qaz idarəsinin işçilərinə qapı açma
   
   Çətir - Başından bir tük də əskik olmasın
   
   Ətir - İlin ilk altı ayı üçün kanalzasiya pulunuzu özüm ödəyəcəyəm
   
   Sırğa - Müdirinizin ən böyük tikəsini qulağı boyda edərəm
   
   Üzük - Əhmədli dairəsində sənə kirayə ev tutmuşam
   
   Kəmər - Neftin bahalaşması belə bizi ayıra bilməz
   
   Düymə - Söz verirəm ki, toyumuzda Röya oxuyacaq
   
   Papaq - Maşınımız, bağımız olmasa da, namusumuz, qeyrətimiz var
   
   Şalvar - Hazırlaş, səni Samir Bağırovun solo konsertinə aparacağam
   
   Büllur vaza - Gözlərin Xumar Qədimovanın gözlərinə bənzəyir
   
   Lotereya bileti - Aləm gözələ dönsə, mənim gözüm səndədir
   
   Təyyarə bileti - Anan icazə versəydi bu dəqiqə çıxıb damınıza qır basardım
   
   Kino bileti - Hər səhər "28 may" stansiyasında görüşəcəyimizə ümid edirəm
   
   Teatr bileti - Sənə görə qayınanamı dünyalar qədər sevirəm
   
   Şeir kitabı - Suyunuz kəsilən kimi mənə zəng et
   
   Metro kartı - Cibimiz ayrı olsa da, qəlbimiz bir döyünür
   
   Qədim qılınc - Mini yubkada necə də cazibədar görünürsən
   
   Qədim tüfəng - Oğlumuz olsa, adını İlqar Sailin şərəfinə Səməd qoyacağam
   
   
   
   Bu, mənim tapıntım. Təmənnasız - filansız sizlərə təqdim etdim. Yenə deyirəm, Nobel mükafatı da gərək deyil. "Ədalət" çap etsə, yetər. Qarşıdakı bayramınız mübarək. O gün olsun ki, verdiyiniz hədiyyə sevdiyiniz insanın qəlbinə yatsın. Başınıza gül səpsinlər, külqabı tullamasınlar!


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK