adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DARIXAN ADAMLAR

VƏSİLƏ USUBOVA
28319 | 2007-12-16 21:13
- Burda tək oturub darıxmırsan?
   
   - Mən tək deyiləm, axı...
   
   Təəccüblə otağa göz dolandırır, şübhəli-şübhəli üzümə baxıb çıxır.
   
   Mən görəni o, görə bilməz. Hiss edirəm ki, özü darıxır. İşdə ola-ola darıxır. Mənim tək-tənha, öz iş otağımda kağız-kuğuzla əlləşməyim, nəsə yazmağım, arada qəzet-jurnal, kitab oxumağım ona darıxdırıcı görünür.

TƏQVİM / ARXİV