Düzünü deyim ki, bu dünyada az-çox söz-söhbətlər eşitmişəm, xəbərlər dinləmişəm və lap çılpaq desəm, adamların özünü şəraitə, məqama uyğun apardıqlarının dəfələrlə şahidi olmuşam. Görmüşəm ki, dinləmək istəməyəndə özünü dinləyən kimi göstərən də var, susmaq istəyəndə danışan da, gülmək lazım gələn yerdə içi ağlayanın güldüyünü də görmüşəm. Yəni adamların fikri, sifətlərinin çoxluğu mənim üçün daha nə sirr olmayıb, nə də tapmaca. Amma dövlətlərin belə ikilənməsi, özünü həmin o ayrı-ayrı adamlar kimi zamana, məqama, istəyə uyğun göstərməsi, təqdim etməsi mənə son illərdə bəlli olub. Xüsusilə də nüfuz sahibi olan, söz diktə edən, vəziyyəti barmağının ucunda fırlayan dövlətlərin belə ikiləşməsi məni heyrətləndirib.
Bu gün mətbuatın səhifələrində siyasilərin dilində tez-tez səslənən bir söz var. Bu söz artıq leksikonumuza da daxil olubdu. Yəni "ikili standart" deyəndə hər kəs tam şəkildə anlayır ki, söhbət siyasətdən gedir, söhbət yanaşmadan gedir, həm də söhbət məhz bu ikiləşmədən gedir.
Bugünlərdə Milli Məclisin vitse-spikeri Bahar Muradovanın bir açıqlaması diqqətimizi çəkdi. Açığını deyim ki, iqtidarın ən öndə olan nümayəndələrindən birinin bu cür açıq və sərt, həm də kifayət qədər kəskin açıqlaması mənim üçün bir az gözlənilməz oldu. Çünki burada həmin o ikili standartın güllə birbaşa ürəyinə sıxılmışdı. Yəni vitse-spiker Bahar xanım Muradova açıq şəkildə bu cür yanaşmanın ikili standartın bariz nümunəsi olduğunu bəyan etmişdi.
Fikrimi bir az de geniş təqdim etmək üçün bildirim ki, həmin açıqlamada söhbət bilavasitə azərbaycanlı girovlardan, öz dədə-baba torpaqlarında öz mərhum əzizlərini ziyarətə getmiş kəlbəcərli sakinlərimizdən, onların talelərindən gedirdi. Vitse-spiker məsələ ilə bağlı ABŞ departamenti sözçüsünün açıqlamalarının birində işğal olunmuş Azərbaycan torpağında özünü qondarma bir qurum elan etmiş "Dağlıq Qarabağ Respublikasının" mərkəzində, yəni Xankəndində azərbaycanlı girovların məhkəməsindən xəbərsiz olmaları barəsində fikir səsləndirməsini çox yumuşaq desək, qeyri-ciddi yanaşma kimi dəyərləndirmiş və vurğulamışdı ki, bu, əslində ikili standartın nümunəsidir.
Həqiqətən də elə vitse-spikerin də dediyi kimi, dünyanın ən ucqar bir guşəsində heç kimin ağlına gəlməyən bir yerdə nə isə baş verəndə cəmi bir neçə dəqiqədən, saatdan sonra hadisədən xəbər tutan ABŞ nədənsə Azərbaycanın haqq səsini eşitməkdə, azərbaycanlı girovlara qurulan məhkəmənin gedişindən xəbər tutmaqda gecikib, daha doğrusu, bundan məlumatsız olubdu. Çox gülməlidir, xüsusilə ona görə gülməlidir ki, ABŞ-ın Azərbaycanda səfirliyi var, üstəlik ABŞ-ın Azərbaycanda kifayət qədər "sevimliləri və sevənləri" varg Bir halda ki, onlar ABŞ-ı bu barədə məlumatlandırmaıyıbsa və ABŞ departamentinin sözçüsü də bütün dünyanın üzünə çox soyuqqanlı bir şəkildə məlumatdan xəbərsiz olduqlarını söyləyirsə, onda həmin o səfirlik, o "sevimlilər və sevənlər" nəyə, kimə lazımdır? Axı ABŞ bunların hamısını maliyyələşdirir. Bu səfirlik, bu adamlar yumuşaq desək, quru süfrəyə dua oxumurlar ki. Onlar da öz ehtiyaclarını, öz təmənnalarını ABŞ-dan nə iləsə alırlar, təmin olunurlar. Deməli, departament sözçüsünün söylədiklərinə inansaq, onların Azərbaycandakı həmin o dediyim adamları işləmirlər, ya da bizə gərəkli olanda, daha doğrusu, haqqa, ədalətə aid olanda ABŞ-ın qulaqları eşitmir.
Bəli, bu gün ABŞ hökuməti dünyanın hər yerində öz niyyətini, öz istəyini müxtəlif vasitələrlə gerçəkləşdirir və bunun da adını demokratiyanın insan haqlarının bərpası qoyur. Çox təəssüf ki, Azərbaycanın bir milyondan artıq qaçqın və köçkün insanının həmin o demokratiyadan qaynaqlanan, həmin o demokratiyaya söykənən haqlarının hüquqlarını bərpa etmək, ən azı onun işğala məruz qaldığıın tanımaq dünyanın bir nömrəli demokratının qəzetlərin də yazdığı kimi, demokratiyanın beşiyinin heç ağlının ucundan da gəlib keçmir. Bu isə ABŞ demokratiyasının ikinci üzünü də göstərir. Bu həm də elə ikili standartı bir daha qabardır. Məlum olur ki, (bu da mənim qənaətimdi - Ə.M.) görünür, ABŞ-da demokratiyada ikilidi. Axı o da müəyyən bir standartdı.
Doğrudan da Misirdə, Liviyada, Suriyada, İraqda, daha nə bilim haralarda, lap elə keçmiş SSRİ məkanında Gürcüstanda, Ukraynada özünü məqsədini və bəyan etdiyi demokratiyanı hər an müxtəlif formalarda diqqətə çatdıran ABŞ Azərbaycan-Ermənistan probleminin, daha doğrusu, bu işğalçı müharibənin əsl üzünü, mahiyyətini dilə gətirməkdə öz demokratiya yumruğu, süngüsü ilə insan haqlarını sözün həqiqi mənasında qorumaqda, yardımçı olmaqda özünün ikili standartları donunda qorunur. Bu ya xristian həmrəyliyinin nəticəsidir, ya dag Bəlkə ABŞ-ın bu regionda kimlərəsə güzəştə getməyinin...