viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BİZƏ QALSA... Adalet.az | BİZƏ QALSA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİZƏ QALSA...

17769    |   2007-12-01 06:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdənbir qeyd dəftərçəmi vərəqləyib yaddaşımı təzələməyə adət eləmişəm. Hələ desəniz bu işdən (əgər buna iş demək olarsa) zövq də alıram. Hətta söhbətləşdiyim adi adamların belə ağlıma batan sözlərini, cümlələrini qeyd eləyirəm. Bu adamların elə maraqlı fikirləri olur ki,heç illərdən bəri oxuduğun ədəbiyyatlarda belə sərt, real həqiqətlərlə qarşılaşmırsan. Desəm ki, bu dəftərçədə bazarda süpürgəçi işləyən, hərdənbir qəfil təşrifləriynən bizi feyziyab edən yaşlı, bir qədər də yaddaşını itirən qadının da sözləri var, bəlkə də inanmazsınız. Yəqin mən də o qadının gününə düşməməkdən ötrü özümə "yaddaş dəftəri" tuturam.
   
   Dəftərimdə çox ağıllı adamların deyimləri var. Həm də bunların hamısı filosofanə, müdrik kəlamlar da deyil. Şəxsi təcrübəsi əsasında yaşam tərzini bizlərə təlqin edən adamların fikirləri çox önəmlidi məndən ötrü. Qəzetlərin birində Vilhelm Rayçın "Dinlə, balaca adam" kitabı haqqında oxumuşdum. Və o kitabdan gətirilən sitatı da "can dəftəri"mə yazmışam: " Əgər şansın sayəsində bir yerə gəlmisənsə,istismar işində səni istismar edəndən irəli getmə!Ziyafət paltarlarını və papağını çıxarıb at! Başqalarından icazə almadan sevdiyin qadına sarıl! Digər ölkələrdəki insanları görməyə get, çünki onlar da sənin kimi yaşayırlar, onların da sənin kimi yaxşı və pis tərəfləri var. Qoy uşaqların, Allah necə yaradıbsa, elə də böyüsünlər. Təbiətdən daha yaxşısını yaratmağa çalışma. Daha çox anlamağa, daha çox qorumağa çalış! Boksa baxmağa, əyləncə mərkəzinə əylənməyə getmək əvəzinə kitabxanalara üz tut! Doğru düşün! İçindəki səsi dinlə! z həyatının sahibi sənsən, heç kimə həyatını etibar etmə! "
   
   Əslində Rayçın kimliyi yadımda qalmayıb. Amma yuxarıda yazdıqlarımı cümlə-cümlə oxuyub onunla xəyalən əməlli-başlı mübahisəyə girişirəm. "Əgər şansın sayəsində bir yerə gəlmisənsə, istismar işində səni istismar edəndən irəli getmə!" Əvvəla, bizim cəmiyyətdə adama heç şans imkanı da vermirlər ki, bir yerə çıxasan. Versələr, adam bir şeylərə sahib olar, sonra da başqa şeylər barədə düşünər, yəni qazandıqlarından başqalarının nəfinə istifadə edər. İkincisi, istismar birdi, ikidi ki, sən də ondan ötəyə getməyəsən? Elə hansı tərəfə baxırsan, hara üz tutursan, hansı qapını döyürsən, istismardı. Biliyin də istismar olunur, ağlın, savadın da, sevgin, istəyin, arzuların da. Bir barmaq kağızdan ötrü dərini boğazından çıxarırlar.İndi gəl özünə həyat qur, karyera qazan, görüm, necə qurursan, necə qazanırsan.Qalsın hələ sənin də bir tərəfdən istismar etməyin. Yox, əzizim Rayç, bu bizlik olmadı.
   
   "Ziyafət paltarlarını və papağını çıxarıb at! Başqalarından icazə almadan sevdiyin qadına sarıl!" Adam lap bəxtəvərlikdən dəm vurur. Bizim aşkarlığnan işimiz yoxdu. Hər işi xəlvətdə görməyin ustasıyıq. Gizlində nə deyirsən, eləyərik, amma üzdə mentalitetdən, müsəlmançılıqdan dəm vuranda ağzımız köpüklənir. Sarılmaq ha! Sevdiyimizə adam yanında heç salam da verə bilmərik.Salam vermək bir yana dursun, lazım gəlsə, lap qeybətini də qırarıq. zümüzü sığortalamaqçın...
   
   "Digər ölkələrdəki insanları görməyə get, çünki onlar da sənin kimi yaşayırlar, onların da sənin kimi yaxşı və pis tərəfləri var!" Bunu da edə bilməyəcəyik. Başqa ölkələrdəkilər bir yana, heç özümüzünküləri də görməyə gedə bilmirik.Niyə görə? Ona görə ki, hansı tanış-bilişi yoxlamağa getsən, gərək əlində ən azından bir şokolad qutusu ola. Əlbəttə, olsa yaxşıdı, ağız şirinliyidi, amma olmasa, ovqatını zəhərdən də acı edəcəklər...
   
   Qapının gözlüyündən baxıb əlləri cibində durduğunu görsələr, ayaqlarının ucunda geri qayıdıb balaca uşağı göndərəcəklər. O da əzbərlədiyi sözləri cır səsiynən qulaqlarına çatdıracaq: "Bağışlayın xala, (əmi,dayı və s.) evdə məndən başqa heç kim yoxdu, mən də qapını aça bilməyəcəyəm. Anam açar qoymayıb". Amma əlin dolu olsa... Bu başqa məsələ... Sən demə, bu evdə çoxdan sənin yolunu gözləyirlərmiş...
   
   "Qoy uşaqların Allah necə yaradıbsa, elə də böyüsünlər". Bu lap ağ oldu. Uşaqları öz xoşuna buraxaq?! Bizim heç böyüklərimizi öz xoşuna buraxan yoxdu, onda qalmış ağlıkəsməz balacalar ola. Hərçənd, bəzən bu uşaqlar elə söz danışır, elə fikirlər yürüdürlər ki, özümüz də məəttəl qalırıq. Amma bu hərdənbir olur. Uşağa nə etibar? zümüzün gül kimi tərbiyə üsullarımız var. Dili söz tutandan yalan danışmağı, kələk gəlməyi, yaltaqlanmağı, yarınmağı öyrədirik. Dönə-dönə tapşırırıq ki, gördün biri yıxılıb ölür, üzünü yana çevir, keç get. Heç kəsi müdafiə eləmə! Haqq-ədalət sənəmi qalıb? Gördün birin döyürlər,bir daş da sən götürüb at! Onda hamı səni görəndə ikiqat olub salam verəcək!
   
   "Təbiətdən daha yaxşısını yaratmağa çalışma. Daha çox anlamağa, daha çox qorumağa çalış!" Onsuz da təbiətdən yaxşısını yarada bilməmişik.Yarada bilmərik də.Bu dünyanın 7-8 möcüzəsi var, onların da çoxunu öz adımıza yaza bilmirik. Deyirik bəlkə başqa planetlərdən gələnlər tikib-qurublar. Anlamağa çalış, deyirsən, biz o möcüzələri əməlli-başlı dərk edə bilmirik. Bir-birimizi də anlamırıq. Əslində buna cəhd də eləmirik. Nəyimizə lazımdı? Hər şey anlaşılmaz olanda daha çox yararlanmaq olur. Qorumaqnan heç aramız yoxdu. Kimi anlayaq, nəyi qoruyaq?! Bizi necə anlayıblar, necə qoruyublar, biz də elə. Necə deyərlər, köçün qabağı hara, dalı da ora..
   
   "Boksa baxmağa,əyləncə mərkəzinə əylənməyə getmək əvəzinə kitabxanalara üz tut! Doğru düşün! İçindəki səsi dinlə!z həyatının sahibi sənsən, heç kimə həyatını etibar etmə!"
   
   Ay-hay!... Bircə dəfə ayağını bu tərəflərə qoy, biz sənə necə əylənməyi göstərərik. Görərsən, şadlıq evlərimizdə, bar və restoranlarımızda, stadion və saraylarımızda nə həngamə var. Niyə də əylənməyək?! Qurd keçinin nəyini yeyib ki... Doğrudanmı, tarixdən bu qədər bixəbərsiniz? Gör, neçə yüz ildir, biz torpaq itirə-itirə gəlirik. Durub bunu özümüzə dərd eləyək, deyirsən? Yox, çalıb-oynamağımız məsləhətdi... Heç kitabxana söhbəti də ağlabatan deyil. Çox oxumaqdan kim xeyir görüb ki?.. Çox oxuyanın başı şişir.Şişən başın sahibinin də bir gün ürəyi partlamalıdı.Bir də açığı, bizim tərəflərdə çox oxuyanın haqqında deyirlər ki, başı xarab olub...
   
   Bunu gərək əvvəldən yazaydınız, möhtərəm Rayç! Doğru düşünənlərimiz var.Ancaq içlərindəki səsi boğmağa məcburdular. z həyatına sahib çıxmaq, həyatını heç kimə əmanət etməmək üçün adamın gərək ağlı olsun! Bizim də əvvəl-əvvəl ağlımız olmur. Müsəlmanıq, bizim sonrakı ağlımız kəsərlidi. Hətta buna sahib çıxmaq istəyənlər də var... Yəni bizim sonrakı ağlımıza...
   
   
   
   P.S. İnsafən, çox ağıllı sözlər deyir cənab Rayç. Ağıllı olasan, əməl edə biləsən, ömrün birə-on artar...
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-08-22
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK