ANA SƏHİFƏ / YAZARLAR

Buşun sponsoru var

26065    |   2007-11-17 04:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bin Ladenin qaldığı mağaranın pulunu kim ödəyir?
   
   
   
   Etibar Cəbrayıloğlu
   
   
   
   Sponsor sözünü yaradan ölübsə Allah ona rəhmət eləsin. Əgər Əzrayıl onun yaşadığı ünvanı hələ tapa bilməyibsə, neyləmək olar... Əslinə qalanda bəzi dirilərə də rəhmət düşür.
   
   Bu gün sənət aləmində, şou-biznes meydanında kimi dindirirsən, lap elə kimi dindirmirsən, hamı sponsordan danışır. zünə sponsor tapan müğənni qadın bütün günü həmin adamı tərifləyir. Deyir ki, sponsorum mənim üçün bahalı maşın, təzə göydələnlərdən bir-ikisində mənzil, xeyli pal-paltar alıb. Sponsor növbəti dəfə əlini cibinə salanda reklamımı düzüb-qoşmuşam, solo konsertimi təşkil etmişəm. Mən də ona borclu qalmamışam. Ərimin arxa tərəfindən elə bir təpik vurmuşam ki, bir də adımı çəkməyə heyi qalmayıb. Sənətimin səviyyəsi yüksəlməsə də, yubkamın ətəyi xeyli yuxarı qalxıb.
   
   Hələ sponsor tapmayan qadın müğənni isə gələcək zamanda danışır. Deyir ki, yağlı sponsorla rastlaşan gündən bütün işlərim dərhal yağ kimi gedəcək. Evim, maşınım, albomum olacaq. Sonra da məhkəməyə ərizə yazacağam. zü də bilirsiniz kimdən? Əlbəttə ki, ərimdən. Yekə-yekə hərflərlə yazacağam ki, ərimlə ailə quranda çox uşaq olmuşam, qanmamışam. İndi də görürəm biz bir-birimizi başa düşmürük. Elə ki, məhkəmə bizi boşadı... Qalan işləri sponsor bilər, mən bilərəm.
   
   Söz vaxtına çəkər, ötən həftənin elə bu günü köhnə tanışlarımdan birini gördüm. Həmin qadın əvvəllər qəzetlərin birində hava haqqında xəbərlər yazırdı. İndi nə işlə məşğul olduğunu soruşmağıma peşman oldum. Geyim-keçimi ilə küçəni bir-birinə qatan, onsuz da basırıq olan yerdə tıxac yaradan köhnə tanışım dedi ki, sponsorla görüşə tələsir. Sponsorla anlaşa bilsə, müğənni kimi şou-biznesə qatılacaq. Daha heç vaxt piyada gəzməyəcək. Bir həftə ötüb, telekanallardakı maqazin proqramların birini də gözdən qaçırmıram. Bilirəm ki, həmin köhnə tanışımın çəkdirdiyi klipi göstərəcəklər. Sponsorun təklifinə etiraz edənə oxşamırdı...
   
   İş o yerə çatıb ki, sponsor məsələsi artıq şou-biznesə sığmır. Siyasət aləmini başına götürüb. Ermənilər ABŞ və Fransa boyda yağlı sponsor tapıblar. İki gündən bir hay-küy salırlar, ağlaşma qururlar. Dünyanın harasına gedirlərsə, deyirlər ki, türklər bizim anamızı belə edib, bacımızla elə davranıb...
   
   İraq sponsordan iraq düşüb, ona görə də ABŞ o boyda ölkənin başında turp əkir. Orada böyür-başında bomba partlamayan adama birtəhər baxırlar. Səddam Hüseynin vaxtında yaxşı sponsorları vardı, ona görə də Amerika yel olub Bağdad üzərindən uça bilmirdi. Səddam müəllimin əli sponsorun ətəyindən üzülən kimi boğazı Buşun kəndirinə keçdi.
   
   İran isə Amerikadan qorxmur. Niyə qorxmalıdı ki, sponsor tapıb deyə ABŞ-a meydan oxuyur.
   
   
   
   Bin Laden də kef edir. zü də hamını aldadır. Ayda bir dəfə "Əl-Cəzirə" telekanalına çıxıb deyir ki, sponsorum yoxdu. Guya bilmirik...
   
   Sponsorun yoxdursa bəs sığındığın o yekəlikdə Tora-bora mağarasının pulunu kim ödəyir? Bakıda kirayə pulunu bircə gün gecikdirəndə ev sahibi adamın nəfəsini kəsir.
   
   Sponsor demişkən, bu yazının işıq üzü görməsinə "Ədalət" qəzetinin rəhbərliyi sponsorluq edib.
   
   


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK