hacklink Adalet.az | SƏSİN GƏLSİN, NAĞARA! Adalet.az | SƏSİN GƏLSİN, NAĞARA! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏSİN GƏLSİN, NAĞARA!

16545    |   2007-11-17 04:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir vaxtlar Bakıya həsr olunan nəğmələr dillərdə gəzərdi. Bakının açılan səhərinə, qaş qaralan mənzərəsinə, hətta sayrışan işıqlarına da neçə-neçə mahnı bəstələnmışdi. Vaxtilə Şövkət xanımın oxuduğu mahnıda deyildiyi kimi, "bir-birinə göz vurur"du Bakının işıqları. İndi isə mərkəzi küçə və meydanlar istisna olmaqla, gözümüz tutulur Bakının qaranlığından. tən əsri lampa-şam işiğıyla qarşılamışdıq. Əfsus ki, onu şam işığında yola salanlar da oldu. Sovet dövründə İliç lampalarına adət edən xalq yeni əsrdə müstəqil Azərbaycanda enerji qıtlığına düçar olmağı ağlına sığışdırmır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Həmin ərazilərin elektirik təminatı on ildən artıqdır ki, bizdən ayrıdır. Son vaxtlar respublikanın müxtəlif yerlərində yeni elektirik stansiyaları istifadəyə verilib, mövcud olanların bir qismi moder-nləşdirilıb. Bu səbəbdən enerjimiz gərək bol olaydı. Rusiya ilə sərhəd bağlanan kimi, bazarda satılan kənd təsərrüfatı məhsullarının qiyməti aşağı düşür. Çünki, bolluq ucuzluq gətirər, qıtlıq bahalıq. Əzizbəyov rayonunda xarici şirkətlərin iştirakı ilə yeniləşən elektrik stansiyasının qonşuluğundakı kəndlər qaranlıqda qalırsa, bunu insanlara necə izah etmək olar? Enerjinin verilməsində paytaxtda belə kəsintilər varsa, Azərbaycanın qonşu dövlətlərə enerji satmaq niyyətindən kütləvi informasiya vasitələrində danışmağın yeri varmı? Hər dəfə qış gələndə deyirlər, havaların sərt keçməsi üzündən əhali elektrik qızdırıcılarından daha çox istifadə edir. O səbəbdən enerji verilməsində fasilələr yaranır. Soruşan lazım ki, əhali nə etməlidir? Çoxmərtəbəli binada yaşayanlar mənzilində buz bağlamasın deyə, odun qalamayacaq ki. Qaz və ya elektrik qızdırıcılarından məcburən istifadə edəcəklər. Kənd sakinləri isə əlacsızlıqdan yəqin ki, yenə yaxınlıqdakı meşələrə üz tutacaqlar. Balta kəsməz soyuğa dözümü qalmayanda, ağacları baltalayacaqlar.
   
    Qiymətlər niyə kəllə-çarxa çıxsa da enerji fasilələrlə verilir. Gündə bir söz eşidirik: əhali işığın pulunu vaxtında ödəmir, yanacaq çatışmır, mazutu kənara satılır. Bəli, bəzi məmurlar dövləti aldadırlar, xəzinəni soyurlar, xalq malını dağıdırlar. Ay dövlət! Nə olar, aldanma, razı olma ki, səni soysunlar. Axı, sən güclüsən, müstəqilsən! Xalq indiyədək bir çox məhrumiyyətə dözüb. Yenə dözər, amma bir şərtlə: qoy hamı "palaza bürünüb elnən sürünsün". İkili, üçlü standartlar kənara qoyulsun. Tərəzi daşları hamı üçün eyni çəkidə olsun. Hamı bərabər olsun, demirik. Bərabərlik ideyası tarixdə dəfələrlə ortaya atılsa da, heç vaxt özünü doğrultmayıb. Biz utopik bərabərlikdən danışmırıq. İnsana eyni meyarla yanaşmaqdan bəhs edirik. Belə olsa, millət rahatlar, həqiqi istedadlar parlar. İşbazlar deyil, işgüzar adamlar iş qurar. O zaman işıq məsələsi də düzələr, başqa problemlər də həllini tapar. Təəssüf ki, indi Molla İbrahim Xəlil kimyagərin metodu dəbdədir. Mirzə Fətəli Axundov yaradıcılığına az-çox bələd olanlar bununla nə demək istədiyimi, guman edirəm bildilər. Camaatın mis qablarını gümüşə çevirəcəyini vəd edən İbrahim Xəlil öz "möcüzə"sini göstərməzdən öncə, hər kəsə bərk-bərk tapşırır ki, nəbadə meymunu yada salasız. Yoxsa, əməliyyat pozulacaq. İndiyədək kimsənin ağlına gəlməyən zavallı meymun, bu xəbərdarlıqdan sonra hər kəsin gözünə görünməyə başlayır və nəticədə camaatın "günahı" ucbatından işlər tərs gedir. Bakının qaranlığa qərq olmasının səbəbini orda-burda, onda-bunda axtarmamalıyıq. Məsələnin mahiyyətini anlamaq üçün energetik olmaq lazım deyil. Soruşma ki, səbəb nədir? Fikirləş, cavabı tapacaqsan. Yox, əgər tapmasan, öz məhrumiyyətlərinin gerçək səbəblərini dərk etməsən, kimsədən incimə. Demək, qaranlıqda qalmağı, bu işıqlı dünyada zülmətdə yaşamağı haqq etmisən!
   
   Bakının eyvanları
   
   
   
   Vaxtilə gördüyüm bir televiziya filmi yadıma düşür. Səhv etmirəmsə, adı "Bakının eyvanları" idi. Film dekorativ element kimi diqqəti cəlb edən eyvanların şəhərin ümumi görkəminə yaraşıq verdiyini nümayış edir, çox vaxt yanından tələsik ötüb keçdiyimiz, görə bilmədiyimiz gözəlliyi bizə xatırladırdı. Bəli, bir zamanlar küçə eyvanları evlərin yaraşığı idi. Təəssüf ki, indi binaların konstruksiyasına ciddi xələl gətirən, ölçüləri mənzilin ümumi sahəsindən daha böyük olan eybəcər eyvanların sayı artır. Bəzi məmurların maddi marağını qarşılandığından susur . Bəs, ümumi maraqları kim düşünməlidir? Axı, mühəndis hesablamalarına uymayan, kortəbii aparılan tikililər günün birində uça bilər. Yerli hakimiyyət orqanlarındakı balaca "ağalar" kiməsə nəyisə nəyə görəsə bağışlaya bilərlər. Təbiətsə, heç nəyi, heç kimə bağışlamır. Şəhəri gəzib dolaşarkən, eyvan adıyla binalara pərçimlənən eybəcərliklərə tamaşa etmənizi təvəqqe edərdim. Bunlar bizim Bakımıza vurulan yamağdır. Bunlar kütləvi məsuliyyətsizliyin, özbaşınalığın parlaq nümunəsi, xoş təəssüratı pozan acı hallardır.
   
   Bakıda səki qalmadı
   
   
   
    Bakıda səkilər cox yerdə abırsızcasına zəbt olunduğundan piyadalar nəqliyyat vasitələrinin yoluyla hərəkət etməli olurlar. Bu, onların həyatı üçün təhlükə yaradır, maşınların gedişini əngəlləyir, hər iki halda əsəb gərginliyinə səbəb olur. Səkilərdə küçə satışı ilə məşğul olan kim, evinin sahəsini artıran kim. Yasamal rayonunda qəza vəziyyətində olan və yəqin ki, yaxın gələcəkdə uçacaq, yaxud inşaat şirkətləri tətəfindən baha qiymətə alınandan sonra söküləcək bərbad həyət evlərində kütləvi şəkildə əlavə mərtəbə ucaldır. İnanmaq olmur ki, hansısa dövlət qurumu buna rəsmi icazə versin. Eyni zamanda, bu da inandırıcı deyil ki, heç kimin xəbəri olmadan indiki vaxtda kimsə cürət edib özbaşına inşaat ışləri aparsın. Həyətlərdə olanlarla işimiz yox, küçəyə baxan eyvanları necə gəldi böyütmək, binanın ümumi ahənginə uymayan müxtəlif rənglərlə boyamaq nə zaman bitəcək? Mənzillər özəl ola bilər, binalar ki, özəl deyil. Lap bina da özəl olsa, bu şəhər ki, kimsənin ata malı deyil, bütün azərbaycanlıların paytaxtıdır. Nərimanov küçəsində sovet dövründə tikilən gözəl bir bina var. Yöndəmsiz eyvanlar binanın ilkin görkəminə elə xələl gətirib ki, yanından ötəndə biganə qala bilmirsən. Yaraşıqlı binaların çoxu ilkin görkəmi itirib. Aşağı mərtəbələri dükan eləyiblər. Pəncərələr qapı olub, səkilərdə ikinci mərtəbələrə pilləkən quraşdırılıb, əlavə şüşəbəndlər tikilib. Heç inana bil-mirəm ki, adını memar qoyan insan bu eybəcərliyə "hə" desin. Tarixi-memarlıq abidələrinə də amansızcasına müdaxilə edənlər, heykəllərin üzərinə elan yapışdıranlar da az deyil. Şəhərin mərkəzində kütləvi şəkildə bərpa-abadlıq işləri aparılır, memari dəyəri olan binaların gecələr xüsusi işıqlandırılması problemi nəhayət ki, oz həllini tapır. Parklar xaotik yaşıllıqlardan qurtulub landşaf dizaynerlərinin layihələri ilə yeni görkəm alır. Belə bir vaxtda, ara küçələrdə, mərkəzdən kənar rayonlarda hələ də gecəqonduların ucaldılması, gözdən uzaq yerlərdə necə gəldi tikinti işlərinin aparılması Bakımıza əlavə problemlər yaradır. İndi deyəcəksiz ki, ay rəhmətliyin oğlu, şəhərin mərkəzində 16-18 mərtəbəli binalar bünövrəsi qoyulandan satılmağa başlayır. Son-radan məlum olur ki, bəzi şirkətlərin daşı daş üstünə qoymağa heç bir icazəsi yoxmuş, ozbaşına tikinti işləri aparırlar. Gözümüzün önündə Yasamal rayonunda belə binalardan biri uçub yerlə yeksan oldu. Nə qədər insan bir an içində məhv oldu. Vaxtilə yeri düz müəyyən edilmədiyindən İnşaatçılar prospektində istifadəyə hazır hündürmərtəbəli yaşayış binasını sökürlər. Sual olunur: on iki mərtəbəli bina xeyli vaxtdır ki, tikilirdi. zü də yol kənarında yerləşdiyindən "görmədik" deyən məmurların yalanı üzdədir. Əgər bu boyda məsələni həqiqətən gözdən qaçırmışlarsa, məsuliyyətdən qaçmağı da bacaracaqlar. Bəs, həmin binalarda mənzil alanların aqibətiylə kim maraqlanacaq? Təkcə maraqlanmaqla iş bitmir ki. Onların problemini axıra dək kim həll edəcək?
   
   Qəribədir, niyə bir işi əyri görüb sonradan düzəltməyə çalı-şırıq? Təzə binalar elə inşaat prosesində çatlayır, istismara verilmədən çökür. Yollar asfaltlanır, sonra yeraltı kommunikasıyaların təzələnməsi yada düşür. Faciə baş verməsə, tikintiyə nəzarəti gücləndirmək olmaz? Ali təhsil müəssisələri açılır, bir müddət sonra nazirlik tərəfindən qeyri-qanuni elan edilib bağlanır. Narazı valıdeyənlər, tələbələr qapı-qapı gəzib dərdlərini anlatmağa çalışırlar. Onların gileyini eşidən tapılmır. Mağazalarda istifadə müddəti ötmüş köhnə ərzaq məhsulları, sağlamlığa xələl gətirən uşaq oyuncaqları, sənaye malları, geyim əşyaları satılır, təsadüfən bunun üstü açılanda hay-küy qopur. Yenə toydan sonra nağara? Yəni, həqiqətən nağara səsini biz bu qədər xoşlayırıq? Eləysə, nə üçün nağaranın səsi bizlərdə ancaq toydan sonra eşidilir?
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK