ANA SƏHİFƏ / YAZARLAR

DUMANDAN SÜZÜLƏN İŞIQ

"Çəhrayi dünyanın notları"

50988    |   2014-10-18 01:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazını bilgisayara diktə etməyə başlayanda paytaxtın üstünün dumanı hələ çəkilməmişdi. Əslində gecə yarıdan başlayan bu duman yuxusu qaçmış bir Allah bəndəsi kimi məni bu yazıya kökləmişdi. Yəni içimdə də bir payız əhval-ruhiyyəsi hakim idi və mən də payızın təkcə xəzəlini yox, həm də dumanını, çənini yazıma çəkib gətirmək istəyirdim. Elə bil Allah səsimi eşitdi. Pəncərədən boylananda qaranlığın nə qədər qatılaşdığını hiss etdim. Dərhal pəncərəni açdım və uşaq kimi sevindim:
- Həyətə qatı bir duman çökmüşdü...
Hə, insan təbiətin bir parçasıdı. Bunu mən deməmişəm, bunu eşitmişəm və sonra da eşitdiyim bu həqiqət mənim gözümün önündə də gerçəkləşib. Sadəcə, bir az da dərindən anlamışam ki, təbiətin bir parçası olan insan danışmaq gücünə, özünü ifadə etmək qabiliyyətinə malikdi, yəni canlıdı. Doğrudu, təbiət bütün mənalarda onu anlayanla, onun dilini bilənlə həmsöhbət olur. Təkcə şairlərlə, rəssamlarla deyil, o, çobandan tutmuş alimə qədər, uşaqdan tutmuş böyüyə qədər hər kəsə özünü göstərir... öz yaxasını, öz qapısını açır, ip ucu uzadır. Hər kim o ipucunu görürsə, tutursa, onun naxışı gətirir, o, təbiətlə danışır və danışdığı zaman kəsiyində saflaşır, hətta mən deyərdim ki, elə o təbiətin özünə çevrilir... Bir anlıq gözünüzün önünə gətirin şəlalə səsini... şəlalə mənzərəsini... şəlalənin yaratdığı qeyri-adi vahimə, hiss, həyəcan... Və bütün bunların içərisinə qarışan əlini açıb şəlaləni tutmaq istəyən Allah bəndəsinin sevincini... Görün bu harmoniyanın içərisində nə qədər söz var, nə qədər fikir var, nə qədər pıçıltı var. Dinləyə bildinizmi? Sizi deyə bilmərəm, mən elə indicə o səslərin, o pıçıltıların içərisində idim. O səslərin, pıçıltıların içərisində hardansa yadıma bir səs də məni öz dünyasına çəkib aparmaq üçün əl uzatdı.

Bu payız sevgimin taleyi küskün,
Dumanda yol azan durna kimiyik.
Qayıtmaq, görüşmək müşküldən müşkül -
Biz oxundan çıxan dünya kimiyik.

Hə, mən də elə oxumdan çıxdım və üzü o payıza tərəf baş alıb yol tutdum. Sadəcə, mən qatarından qalmış durna kimi gedirəm. Səsimi özüm eşidirəm, sözümü özümə deyirəm və səsimi, sözümü payızın dumanına bükürəm. Düşünürəm ki, dumana bükdüyüm bu səs, bu söz günün birində bir şeh damlası kimi hansısa gülün yanağını oxşayar, hansısa çiçəyin qönçəsini sərinlədər və yaxud da hansısa arının bir udum suyuna sevrilər...
Yerlə göyün qovuşduğunu adama xatırladan bu qatı payız dumanında rəngləri seçmək bəlkə də çətindi. Amma yaxınlaşıb bütün diqqətimi cəm edəndə həm kövrək, həm də bir az adamın içində müəyyən telləri qıran, müəyyən hissləri dəli edən nöqtələri görmək, duymaq çox rahat olur. Təbii ki, əgər görmək istəsən. Çünki görmək istəməyəndə heç gün işığı da köməyə çatmır. Ona görə də bax o görmək istəyəndə qaranlığın lap dibində də sən işığı tapa bilirsən. Mən də bax o qatı payız dumanın içində öz-özümə pıçıldadım ki:

Əllərimdən əlini üzmə
Yıxılsam ürəyim sınar...

Bilmirəm, eşitdin, yoxsa yox, heç soruşmağım da doğru olmaz. Amma doğrudan-doğruya eşitməyini çox istəyirəm. İstəyirəm biləsən ki:

İtirdiklərimizdən əlimizi üzüb
İtirmədiklərimizi gəzirik...

Sən bunu bilsən, bu dumanın içində işini rahatca görəcəksən. Təkcə dumanı yox, həm də qaranlığı yaran işığı. Görüb biləcəksən ki:

Bu şəhər özgədi, qərib gəlmişik.
Dolanbac yollarda itib gəlmişik.
Bizə qismət qəhət heç bilməmişik -
Sonda duyan oldu, ay Qaragilə.

Hə, yadıma bir məqam da düşdü. Bu da elə həmin payızla, həmin o dumanla bağlıdı. Nə vaxtdı onu ürəyimdə gəzdirirəm. İndi gəlib çatdı deyilmək vaxtı. Onu da deyim, eşit. Yəqin xoşuna gələr. Axı sən kövrək notları dəyərləndirməyi bacarırsan. Bunu mənə çoxları nöqsan sayır. Amma neyləyim, nostalji hisslər, şirinli-acılı xatirələr, ən vacibi isə səninlə sənsiz qalmaq mənim kövrək duyğulardan, kövrək pıçıltılardan qaçıb qurtarmaq imkanımı əlimdən alıb. Elə həmin o kövrəkliyin bir payız çiçəyi:

Bu nə eşq sevdası, necə möcüzə
Fəslinmi yubanıb, ağlınmı çaşıb?
Şirin sözə möhtac qadın kimisən
İçin çiçəkləyib çölünə çıxıb.
Yəqin söhbətin nədən getdiyini bildin. Anladın ki, payız çiçəkləri həm də təəccüb doğurur. Ona görə həm də deyirəm ki, bəzən bu çiçəkləri ya vaxtsız sayırlar, ya baxtsız, ya da təbiətin möcüzəsi. Amma mən bunların heç birinə inanmıram. Çünki mən o çiçiəklərlə danışanda onların gecikmiş bir arzunun özü olduğunu, illərlə ünvanına gəlib çatmayan bir məktubun bir cümləsi olduğunu eşidirəm, görürəm, duyuram və bütünlüklə inanıram ki, bu çiçək məhz payızda açmalı idi... üzü xəzana, üzü qüruba gedən bir ömrə ümid vermək üçün... bir quruyan ağaca vida nəğməsi oxumaq üçün. Lap olsun ərik ağacı:

Erkən gəldi, xəzan yaşın
Qoşa düşməz şeşə daşın.
Gördüm bəxtimdə savaşı,
Gözümlə, ərik ağacı.

Dərdə yaxa tanıtma gəl,
Fağırsansa, tapar əcəl.
Ölümü özün öldür gəl,
Dözümlə, ərik ağacı.

Hə, mən də elə bunu düşünürəm. Mən də elə bu fikirdəyəm və tam əminəm ki, dözümü, taqəti olan, sona kimi vuruşan hər kəs mütləq bir yerə gedib çatıb. Doğrudur, bəzən deyirlər ki, "qırxında öyrənən gorunda çalar". Amma mən bu fikirlə razılaşmıram. Çünki ömrün hər anı yaşayan üçün qiymətlidi, dəyərlidi və onu mənalı etmək də insanın ən böyük vəzifəsindən biridi. Əgər həmin o atalar sözünü kimsə özünə bir həyat gerçəkliyi kimi qəbul edirsə, bu onun psixoloji durumunun ürəkaçan olmadığından xəbər verir. Ona görə də bu məqamın üstündən elə bil payız dumanı içində ötüb keçmək mənim üçün, yəqin elə sənin üçün də daha uyğun olar. Keçib getdikcə də quruyan ərik ağacının mütləq göyərəcəyinə. Mütləq çiçək açacağına bir ümidi də özümüzlə birlikdə təkcə aparmayaq. Onu həm də keçib gəldiyimiz yol boyu bir toxum kimi əkək və inanaq ki, onlar mütləq göyrəcək. Axı:

Min qınaq bir borcu ödəyə bilməz,
Ölənə, itənə çatmaq da çətin.
Yolu tək, ümidi qeyb olanlara,
Mənim qollarımı körpü eləyin.

Doğrudan da ümid körpüsü olmaq və bu körpünü hamının üzünə açmaq, özü də təmənnasız xidmətdə durmaq çox gözəldi. Mən hələ bunun savab tərəfini demirəm, yazmıram. Sadəcə onun maddi, mənəvi çalarlarını xatırladıram, yəni ona işarə edirəm. Və bu işarədən də yəqin, siz də anlayacaqsınız, biləcəksiniz :

Biz varlı deyildik, qibtə yeriydik,
Dövlət qamarlayıb pul yığanlara.
Bu evdə heç nəyin olmayan vaxtı,
Sevgi paylayardıq pay umanlara.

Və elə bu yerdəcə mütləq xatırlatmaq lazımdır ki:

Sən bildin, mən bildim, bir də dörd divar,
Başqası duymasın dərdimiz nədir.
Yarıya böldüyün papirosların,
Kül yeri, köz yeri ürəyimdədir.

Məncə bu notlar payızın bütün gözəlliyini oxumağa, görməyə mütləq stimul verəcək... mütləq səni də mənim kimi havalandıracaq. Üzü göylərə yol alıb getmək, ulduzlar aləmində özünə bir balaca dayanacaq keçəcək könlümdən . Axı, ulduzların işığı yerə çox gec gəlib çatır. Sən də o ulduzun işığının gec gəlməsinə, insanlara gec görünməsinə bir az təəssüflənəcəksən. Amma nahaq. Təəssüf etmə. Necə deyərlər, "gec gələn güc gələr" deyiblər. Qoy gec də olsa gəlsin. Gəlib bu misraları dinləsin:

Bu da bir fürsətdi ələ düşməyən,
Sözlərin mələklər göydən gətirən.
Min ildi heç kimə söylənilməyən,
Gəl, sənə bir həzin şeir oxuyum.

Bax, buna varam. Bu çağırış başdan-başa ümiddi. İstəyirəm qışqıram ki, "yaşasın ümid!". Amma qışqırmıram. Çünki bu payızın bu qatı dumanında əvvəldə dediyim kimi, işığı da, ümidi də görmək istəyən mənim səsimə, mənim qışqırtıma həsrət deyil, ona tamarzı deyil, onu axtarmır. Əksinə, mən qışqırsam bəlkə də gülüş doğurar və mən də bu yersiz hərəkətimdən pərt olaram. Odur ki, başımı aşağı salıb şairlərdən birinin dediyi kimi, bir kənd uşağı kimi öz yolumla getməyə üstünlük verirəm. Bu yolun yağışı da var, qarı da var, dağı-dərəsi də, çətinlikləri də, sevinci də. Ona görə də darıxmağa, sıxılmağa, yorulmağa imkan vermir və mən də gedirəm - Bağdada ümid aparan duran kimi.

Ürəyim Bağdad günündə,
talehiniz, ruziniz
ilan əlində.
Dözün, durnalar gəlincə,
durnalar ümid gətirir uzaqdan,
dözün,
başınıza dönüm!

Elə mən də bax onu demək istəyirdim, necə ki də dedim. Dedim ki, dözün və bilin ki, dözənlər qaliblərdi. Hətta payızı sevməsələr də. Amma qərib payızın mənzərəsini inanmıram ki, kimsə sevməsin. Axı bu qərib payız bir tablodu - qarşında dayan və sükuta dal. Dağı arana apar, aranı dağa. Dayanmadan çək bu yükü. Çək ki, nələr çəkdiyini, nələrdən keçdiyini bir də son damlasına, son nöqtəsinə qədər yaşaya biləsən:

Bu necə payızdı, bu necə Allah,
Budaqda saralan min ümid ölür.
Yarpaq qırğınına azğın küləklər,
Bilmirsən ağlayır, bilmirsən gülür!

... Mənim dərdlərimə qoşulu yenə,
Dünyanın minlərlə durna qatarı.
Mən nəyə gəlmişdim, kimləri tapdım,
Ruhumun günəşli dost adamları.

Hə, axır ki, bu payız notunun sonuncu nöqətsinə hələlik gəlib çatıram. Ona görə hələlik deyirəm ki, həm yaşımın, həm də iç dünyamın payız fəsli mənimlə qol-boyundu. Və mən bu payızın hələ neçə dumanı, çəni ələkdən keçirəcəyini bilmirəm. Amma bircə onu bilirəm ki, bir görüş yeri var - lap qədim, lap köhnə görüş yeri. O da bizim ürəyimizdi. İmkanın olsa, o görüş yerinə baş çək, o görüş yerinə dəy. Payızdan qorxma. Xatirələrin təzələnəndə payızın qorxusu canından çıxacaq. Biləcəksən ki:

Zaman xəbərsiz ötüb
Qalan xatirələrdir.
Başımda çətir - yarpaq
Ayağımda inlədi.

Bəli, bu payız, daha doğrusu, bu yazının yazıldığı dumanlı payız günü ola bilsin ki, kiminsə gözünə görünmədi. Yəni yatıb yuxuya qalanlar oldu və Bakını bürüyən bu dumanı görmədi. Ancaq mən bu dumanın içində bu misraları dinləyəndə içim o qədər rahat idi ki... Ona görə ki, mən işıq toplayırdım!..

P.S. Yazımdakı bütün şeir parçalarının, misraların müəllifi dəyərli Sona xanım Vəliyevadı. Ürəyinə, qələminə qüvvət.



YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

70-ci illərdə İranın bir «Qeysər» filmi vardı. Qısa, 3 nəfər Qeysərin bacısını zorlayır, özləri isə Qeysəri tutdururlar. Vaxt keçir, Qeysər həbsxanadan çıxır. Onun da bir adəti olur, ayaqqabısının dabanlarını tapdayıb geyinir. Elə ki barmağını salıb ayaqqabının dalını düzəltdi, deməli, kimisə, yəni daha dəqiq desək, bacısını zorlayanlardan kimisə öldürəcək. Beləliklə, Qeysər ayaqqabılarının dabanını düzəldə-düzəldə bacısının qisasını alır.

Həmin vaxt dəbə düşmüşdü. Şəhərdə və eləcə də rayonlarda özlərini Qeysərə oxşadan oğlanlar peyda olmuşdular, ayaqqabılarının dabanını tapdayıb geyinirdilər.

Deməli, Ağdamda 4-5 cavan küçədə «Qarabağ»ın məşhur futbolçusu və «Qarabağ»ın Lobanovskisi Adil Nadirovla rastlaşırlar. Adil görür ki, cavanların içində özündən razılarından biri ayaqqabılarının dabanını tapdayıb geyinib, onu saxlayır və deyir:

- Ə, qaqa, ayaqqabılarının dabanını niyə tapdamısan, sənin də bacını…





digər lətifələr
ARXİV
FACEBOOK