ANA SƏHİFƏ / YAZARLAR

TARİXİ GERÇƏKLİYİN TANIDILMASINDA BÖYÜK ADDIM

50769    |   2014-10-17 01:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır





Akademik Ramiz Mehdiyevin Moskvada çap olunmuş əsəri barəsində oxucu sözü



Bugünlərdə ölkənin ədəbi ictimaiyyətinin, xüsusilə araşdırmaçıların və cəmiyyətin siyasi

dairələrinin diqqət mərkəzində olan və hətta hadisəyə çevrilən bir məqam var. Bu da akademik

Ramiz Mehdiyevin Moskvada nəşr olunmuş "Naqorniy Karabax: istoriya, proçitannaya na

istoçnika" kitabıdı. Həmin kitab indi böyük müzakirələrə, diskussiyalara səbəb olub. Bu da

səbəbsiz deyil. Həmin səbəbin bir neçə məqamını özüm müəyyənləşdirdiyim, dərk etdiyim bir

şəkildə diqqətə çatdırmaq istəyirəm. Zənnimcə, burada ən böyük diqqət çəkən məqam kitabın

Azərbaycanın ən böyük probleminə həsr olunmasıdır. Yəni Moskvada rus dilində nəşr olunan bu

kitab hər bir cümləsi, hər bir səhifəsi ilə bilavasitə Qarabağla, Azərbaycanın əzəli torpaqlarından,

sərhəddindən Ermənistan-Azərbaycan probleminin kökündən bəhs edir. Kitabı oxuduqca həmin

problemin yarandığı gündən bu gün dayandığımız məqama qədər böyük bir zaman kəsiyi göz

önündən gəlib keçir. Açıq-aşkar faktlar səninlə həmsöhbət olur, sənə öz gerçək üzünü göstərir.

Söhbət burda Azərbaycanın ictimai-siyasi zümrəsinə aid olan oxucudan getmir. Hər kəsə aydın

olan milli mənsubiyyətindən asılı olmayaraq, bu problemin bünövrəsini görmək istəyən oxucudan

gedir. Həmin oxucu da təbii ki, dünyanın hər bir nöqtəsində var.
Kitabın rus dilində çap olunması da həmin oxucuların coğrafiyasını bir azda böyüdür və

Azərbaycana öz haqqını, öz həqiqətlərini hər kəsə çatdırmaq imkanı verməklə yanaşı, ideoloji

mübarizənin güclənməsinə, düşmənin ideoloji blokadasını darmadağın etməkdə ağır artilleriya

rolunu oynayır.
Mən bir vətəndaş olaraq, özü də Dağlıq Qarabağ probleminin bütün ağrılarını yaşamış,

yurd-yuvasını itirmiş bir insan kimi bu kitabla tanış olanda çox səmimi şəkildə etiraf edim ki,

kifayət qədər yeni faktlarla qarşılaşdım. Hətta mənə bir anlıq elə gəldi ki, akademik Ramiz

Mehdiyev özünün bu çox sanballı, çox dəyərli kitabındakı faktları təkcə tarixçi, araşdırmaçı kimi

yox, həm də hadisənin bir şahidi kimi qələmə alıbdı. Xüsusilə mənim ən ağrılı yerim olan Xocalı,

Xocavənd ərazisində baş verən hadisələr, Qaradağlı faciəsi, Qarakənd səmasında vurulmuş

vertalyotun bizlərə yaşatdığı acı... Bir sözlə, bütün bunlar gerçəyin özündən də gercək nüansdı və

bunu da hörmətli akademik oxuculara bütün çılpaqlığı ilə şərhsiz, necə deyərlər, qanmaq

istəməyəni də qandıra biləcək bir şəkildə ortaya qoyub.
Akademik Ramiz Mehdiyevin bu elmi əsəri mənim üçün bir də ona görə çox önməlidi ki, burada

mənim döyüş yolunu anbaan qeydə aldığım, bildiyim, çox məqamlarının şahidi olduğum

"Azərbaycan bayrağı" ordenli cəsur kəşfiyyatçı İbad Hüseynovdan da söz açılır. Yəni kitabın

238-ci səhifəsində erməni terroru ilə bağlı faktlardan bəhs edən akademik Ramiz Mehdiyev

Ermənistanın həm də terrorçu dövlət olduğunu faktlarla oxucuya çatdırarkən vurğulayır ki,

"Ermənistanın düşündüyü planı gerçəkləşdirmək ASALAnın həmin liderinə, səhra komandiri

Monte Melkonyan həyata keçirməli idi. Hücum 1993-cü il iyun ayının ortalarına təyin edilmişdi.

Lakin həmin vaxta bir neçə gün qalmış Azərbaycan kəşfiyyatçıları İbad Hüseynovun başçılığı ilə

ermənilərin nəzarəti altında olan ərazinin dərinliklərinə keçə bilmişdi. 1993-cü il iyun ayının 12-də

Xocavənd rayonunun Muğanlı kəndində Monte Melkonyan Azərbaycan kəşfiyyatçıları ilə qarşılaşdı

və kəşfiyyatçılar tərəfindən öldürüldü".
Bəli, kitabın məhz həmin səhifələrini oxuyanda bir xocavəndli kimi, bir qarabağlı kimi, bir

azərbaycanlı kimi keçirdiyim qürur hissini dilə gətirməyə bilmirəm. Təbii ki, hər bir vətən oğlunun

qəhrəmanlığı, şəhidlik zirvəsinə yüksəlməsi hamı kimi mənim üçün də əzizdi, çox qiymətlidi.

Ancaq Moskvada nəşr olunmuş çox sanballı bir kitabda, xüsusilə akademik Ramiz Mehdiyevin

müəlifi olduğu bir kitabda həmyerlimlə bağlı faktın yer alması mənə sözün həqiqi mənasında qürur

hisi yaşatdı. Ümumiyyətlə isə kitabın hər bir səhifəsindəki faktların özü belə həmin hadisələrdən

xəbərdar olan oxucu üçün qürurvericidi. Yəni artıq əlindəki kitabdan, orda oxuduğun

gerçəkliklərdən sən bu məsələnin dünya ictimaiyyətinə çatdırılmasında istifadə etmək üçün çox

sanballı, çox dəyərli kitabı əldə edə bilmisən. Bu kitabı götürüb özünlə birlikdə dünyanın istənilən

nöqtəsində Qarabağ həqiqətlərini, Azərbaycanın işğal olunmuş torpaqlarının səlnaməsini həm

təqdim edə bilərsən, həm də sona qədər tərəddüdsüz müdafiə etmək gücün olar.
"Naqorniy Karabax: istoriya, proçitannaya po istoçnika" kitabının əvvəldə xatırlatdığım dəyərli

məqamlarından biri də bu kitabın həm də bir tarixi qaynaq statusu əldə etməsidi. Bu fikrimi də

onunla əsaslandırıram ki, kitab birinci cümləsindən sonuncu cümləsinə qədər konkret tarixləri,

məqamları, mənbələri özündə əks etdirir. Burada həm erməni, həm rus, həm Azərbaycan, həm

də digər tarixçi, etnoqrafçı, araşdırmaçı alimlərin elmi-tarixi əsərləri konkret ünvanı, istinad

nöqtələri göstərilməklə bir növü bütün mənbələrin bir araya gəlməsi ilə formalaşan və bir kitabda

cəmlənən mənbə kimi ortaya qoyulub. Oxucu ən qədim erməni mənbəyindən tutmuş rus

mənbəyinə qədər, həmçinin Qafqazı öyrənən dünya tarixçilərinin əsərlərinə qədər hər kəsin

Azərbaycanla bağlı, Qarabağla bağlı ən qəldim dövrdən tutmuş bu günə qədər yazdıqları, ortaya

qoyduqları fikirləri çox rahatlıqla mütaliə edib mənimsəmək imkanı qazanır. İstər xanlıqlar dövrü,

istər sovet dönəmi, bir sözlə, Qafqazın, xüsusilə, Azərbaycan və Ermənistan ərazilərinin gerçək

coğrafiyası bu kitabda oxucu üçün elə sərgilənib ki, onu sadəcə oxuyub qavramaq və öyrənmək

lazımdı. Və kitabla bağlı düşüncələrimin sonunda bir məqamı da diqqətə çatdırmaq istəyirəm ki,

həm Ulu Öndərimizin zamanında, həm də bu gün onun iqtisadi, siyasi kursunu uğurla davam

etdirən cənab İlham Əliyevin prezidentliyi dövründə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı

aparılan danışıqlar, həyata keçirilən siyasi kurs və iradə də bu əsərdə böyük peşəkarlıqla

oxuculara çatdırılıb.
Təbii ki, bütün gerçəkliklər ona görə gerçəklik sayılır ki, o, faktın, reallığın üzərində dayanır. Bax

elə hörmətli akademikimiz Ramiz Mehdiyevin kitabının da ən dəyərli məqamlarından biri dünyaya

Azərbaycan gerçəkliyini olduğu kimi tanıtmaq, təqdim etməkdi. Mən bu gerçəkliyin təqdimatının

tanıdılmasına bir oxucu kimi sevinirəm və onu da vurğulamaq istəyirəm ki, həmin tanıtmanın,

təqdimatın içərisində türk dünyasının qəhrəman oğlu İbad Hüseynovun və onun kəşfiyyatçı

dostlarının da xidməti öz yerini alıbdı. Yeri gəlmişkən qeyd edim ki, türk dünyasının bu qəhrəman

oğlunu artıq Azərbaycandan çox-çox uzaqlarda da tanıyırlar və bugünkü Türkiyənin prezidenti

Rəcəb Tayyib Ərdoğan da, baş nazir Əhməd Davudoğlu da, ordu rəhbərliyi də, millət vəkilləri də,

sıravi vətəndaşlar da tanıyır, sevir və onu layiqincə mükafatlandırırlar. Təbii ki, bütün bunlar

Azərbaycan əsgərinin, türk oğlunun qəhrəmanlığına böyük sevginin ifadəsidi.
Bir oxucu olaraq düşünürəm ki, akademik Ramiz Mehdiyevin kitabı hələ uzun müddət müzakirə

mövzusu olacaqdır.





YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK