bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | "QIZIM , SƏNİ ƏRƏ VERİM..." Adalet.az | "QIZIM , SƏNİ ƏRƏ VERİM..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"QIZIM , SƏNİ ƏRƏ VERİM..."

(1-ci yazı)

22294    |   2007-11-10 06:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Bu başlığı gözünüz alan kimi " O olmasın, bu olsun" filmindəki Rüstəm bəyi xatırlayacaqsınız. Və o səhnə gözünüz önündə canlancaq ki, şux görkəmli, qədd-qamətli bəy nəvazişkar, bariton səsiylə oxuya-oxuya yeniyetmə qızını ərə getməyə dilə tutur. Bu səhnəni azı yüz dəfə görsəniz də bəlkə bir məqamı diqqətdən yayındırmısınız. Cəhalət və mövhumatın at oynatdığı bir dövrdə bəy öz fikrini dilə gətirməyə ürək eləmir.Qızına yaylıq, başmaq almağı birbaşa desə də, ərə vermək istədiyini bildirməyə ürək eləmir, üç dəfə təkrar edir: " Qızım, səni... qızım, səni... qızım, səni ərə verim..." Bəy bilir ki, qızı hələ uşaqdı, nazlı, ərköyün böyüdülmüş bir uşaq. Onu bu şirin uşaqlıq dünyasından, şirin xəyallar aləmindən birdən-birə qoparıb tamam başqa bir mühitə atmaq, həm də qoca bir baqqala ərə vermək ən azından günahdı. Deyəcəksiniz ki, onsuz da mühit eyni idi. Elə deyil. İnanmıram ki, Rüstəm bəyin gül bağçalı malikanəsi baqqal Məşədi İbadın quşqonmaz qala kimi xəyala gələn evinin tayı olsun. (Nədənsə, mənim bu Məşədi İbada həmişə yazığım gəlir. Ətrafında bu qədər fırıldaqçı, dələduz ola-ola ancaq onu hədəf seçirik). Nə isə... Mən məşədi ibadlardan deyil, gülnazlardan danışmaq istəyirəm bu yazıda...
   
   Getdikcə sayı çoxalan gülnazlardan. Az qala bir əsrdi ki Məşədi İbada gülürük. Gülə-gülə bir də ayıldıq ki, dörd-bir yanımız gülnazlarla doludu...
   
   Deyəsən, axı, biz çox sürətlə geri gedirik.İlk baxışda guya müasirləşir, mədəniləşirik, amma əslində qarmaqarışıq, riyakar bir aləmə qovuşuruq. Bir yandan azyaşlı qızların ərə verilməsi, bir yandan türbanlı qadınlar...
   
    Kim deyir ki, bu demokratiyadır?! Xeyr! Bunlar kimlərinsə çubuğuynan idarə olunan təbliğatdır. Həm də sərgilənmiş, reklamlaşmış bir təbliğat...
   
   Gülnaz Nazlı deyildi, Məşədi İbad da Şeyx Nəsrullah. Şeyx ətrafdakıların nadanlığından istifadə edən əxlaqsızdı. Məşədi İbad əxlaqsız deyil, dul qalmış varlı tacirdir. O, özü də bir qurbandır...
   
    Bu gün ərə verdiyimiz qızlar nə Nazlıdı, nə də Gülnaz. İlk baxışdan ayırmaq olmur: sanki hər şey öz qaydasındadı. Nə əzilən var, nə də hüququ tapdanan. Deməli, mətləb daha incə və riyakardı...
   
   Kəndimizin yaşlı arvadlarından çox eşitmişdim azyaşlı qızların necə ərə verildiklərini. Kişilərin az qala bir qoyun dərisindən tikilmiş motal papağını zərblə 9=10 yaşlı qızlara tullayırmışlar. Əgər qız uşağı bu zərbəyə davam gətiridisə, deməli, ərə getməli vaxtıdı. Əgər papaq zərbəsindən yıxılırdısa, hələ uşaq sayılırdı.Bu qızların əksəriyyəti də ərə gedəndən 4-5 il sonra ana olurduolar...
   
   Xalalarımızdan, bibilərimizdən də, yəni o papaqdan yıxılmayan nənələrimizin qızlarından da tez-tez bu cümlələri eşidirdik: " Nişanlananda hələ evcik-evcik oynayırdım", " Elə evciyimizi təzə bəzəmişdik, məni çağırdılar ki, gəl, elçilərin gəlib". Sonra da keçirdilər təbliğata: " Hə , nə itirmişik ki? Vaxtında ev-eşik sahibi, oğul-qız yiyəsi olduq". Bilmirəm, o vaxt bu qadınlar nə itiriblər. Əslində nəyləri vardı ki, itirəydilər. Məktəb yoxdu, institut yoxdu.Bu xalaların bir qisminin taleyinin 5-6 ilini də müharibə oğurlamışdı. Amma bu gün təhsildən yayındırılıb ərə verilən qızlar çox şey itirirlər. Hər şeydən əvvəl öz talelərinin yiyəsi ola bilmirlər.Bu isə bütün ömrün bada verilməsi deməkdi...
   
   Heç bilmirəm, necə oldu ki, qızlar birdən-birə oxumağın daşını atdılar.Əvvəl maddi durumu bəhanə gətirdilər.Yəni, fərli əyin-başı yoxdu, qız uşağıdı, tay-tuşuna baxır, gərək yaxşı geyinə. Bir tərəfdən də həyata qara eynəknən baxan oğlanlar başladılar ki, yox, zəmanə dəyişib, oxumuş qızlara etibar yoxdu, biz gərək elə qız alaq ki,burnunu həyət qapısından çıxartmamış olsun. Guya 13-14 yaşında ailə quran qızlar daha sədaqətli və ailəcanlı olurlar. Tamamilə absurd bir fikirdi. Əvvəla, insanın sədaqətli və ya xəyanətkar olması yaşla bağlı deyil, onun naturasından,əsil-kökündən qaynaqlanan bir şeydir. İkincisi də, gözü açılmamış ərə verilən qızların " gözü açılandan" sonra ailədə yaranan problemlər bu məntiqin nə qədər əsassız olduğunu tarix boyu sübut edib.
   
   Normal orta və ali təhsil almış, bir qədər də iş təcrübəsi almış qızlar adətən 24-25 yaşlarında ailə qururlar. Deməli, azyaşlı qızların ərə verilməsi bu təhsil görmüş, öz taleyini düşüncəli surətdə,ağıllı başla qurmaq istəyən qızların yolunu əngəlləyirlər. Nəticədə yaşı ötmüş subay qızların sayı getdikcə artır.
   
   Əslində türk soylarında qızların uşaq yaşlarında ərə verilməsi adəti olmayıb. Nağıl və dastanlarımızda da belə hallara rast gəlinmir.Bu, müsəlmançılıqdan gəlmə bir şeydir. Xalq mahnılarımızdan birində deyilir:
   
   
   
    Yaşı iyirmiyə yenicə yetmiş,
   
    Gözəllikdə xəlqi tamam mat etmiş...
   
   
   
   İnsanın ilk ağıl dişi 19 yaşında, bəzilərində bundan da gec çıxır. Deməli, ğu yaşda olanların da hələ sümüyü bərkiməyib. Bizsə, bu bərkiməmiş sümüklərin çiyninə dünyanın ən ağır yükünü- bir ailəni, yəni kiçik bir dövləti idarə etməyi yükləyirik. Qızlarımız gəncliyini yaşamadan yeniyetməlikdən birbaşa qocalmağa doğru sürüklənir. Elə bil bütün çabalar qadını qocalmağa,gözəlliyini və şuxluğunu vaxtından əvvəl əlindən almağa yönəlib. Münasibət və davranışlarımız, rəftarımız da beləcə...
   
    Bir də görürsən, bığıburmanın biri 35-40 yaşlarında gəlinə "xala", "bibi" deyə müraciət edir.Nümunə götürdüyümüz Avropa ölkələrində belə şey varmı? Oralarda hər millətin qıza və qadına ayrıca müraciət forması var. Lap elə Türkiyədə 70-80 yaşlı kişi və qadınlara "bəy əfəndi", " xanım əfəndi" , hətta azyaşlı oğlan və qızlara da nəvazişlə " küçük bəy", "küçük xanım" deyilməsi nə qədər gözəldir...
   
    Bizdə isə yaşı 50-ni ötənlərə "ağsaqqal", "ağbirçək" deyib ün vururlar...
   
   Bir tərəfdən də mətbəx. Telekanallarımız mətbəxi qadınlığın simvoluna, həyat tərzinə çeviriblər. Qadının təhsili, mədəniyyəti, uzun-uzadı sadalamaq istəmirəm, bütün insanlıq xisləti, qadınlıq məlahəti bir tərəfədi, mətbəx bir tərəfə. Dəqiq desək, tərəzinin mətbəx gözü daha ağır gəlir.Roman, povest və hekayələrimizin əksəriyyətində bu cümlələrə rast gələ bilərsən: " Filankəs xalanın düşbərəsindən olmaz", "gedək, Filankəs xanımın bişirdiyi plovun dadına baxaq" və s. və i. a.Qadın mətbəxdə, qadın moda, gözəllik, dərzi salonlarında, qadın şou-biznesdə...
   
   Vəssəlam. Daha özgə məkan yoxdu sanki. Bəs, elm, mədəniyyət, idman,siyasət sahələri?!
   
   
   
    (Birinci yazının sonu)
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK