hacklink Adalet.az | "BUGÜNKÜ MÜXALİFƏT TÜKƏNİB" Adalet.az | "BUGÜNKÜ MÜXALİFƏT TÜKƏNİB" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"BUGÜNKÜ MÜXALİFƏT TÜKƏNİB"

"Hər birimiz öz yerimizdə İlham Əliyev olmalıyıq"

23932    |   2007-11-08 07:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bugünkü həmsöhbətim öz fəaliyyəti ilə, özünün bundan öncə parlamentdəki mövqeyi və siyasi hadisələrə konkret yanaşması ilə həmişə diqqəti çəkən insanlardan biridir. Mən deyərdim ki, ziyalılığı, dünyagörüşü və ölkədə aparılan islahatlara özünün orijinal yanaşması ilə diqqəti çəkən Anar Axundzadə bu gün də sıralarında olduğu Yeni Azərbaycan Partiyasının mövqeyini, ilk öncə isə Ulu Öndərimiz Heydər Əliyev cənablarının layiqli varisi olan Azərbaycan prezidentinin dəst-xəttini yüksək qiymətləndirməklə özünü həmin sıranın bir əsgəri sayır. Elə söhbətimiz zamanı da biz bugünkü reallıqlardan, baş verən hadisələrdən söz açdıq.
   
   - Anar müəllim, necəsiniz? Naxçıvanda nə var, nə yox?
   
   - Çox sağ olun. Öncə onu deyim ki, bu gün Naxçıvan da Azərbaycanın bir bölgəsi kimi öz inkişafının yeni, uğurlu bir mərhələsini yaşayır. Bütün bölgələrimiz kimi, Naxçıvanda da quruculuq işləri öz tempinə görə çox diqqətə layiqdir, insanların yaşamaq, yaratmaq istəyi daha böyükdür.
   
   - Sualımı ona görə Naxçıvandan başladım ki, siz ötən çağırış parlament seçkilərində Naxçıvandan millət vəkili seçilmişdiniz və bu gün Naxçıvan barəsində mətbuatda ziddiyyətli fikirlərə rast gəlirik. Sizcə, əsl həqiqət necədir?
   
   - Xatırlatdığınız kimi, mən 2000-2005-ci illərdə parlamentdə təmsil olunmuşam. Onda da, elə indi də Naxçıvanda baş verən hadisələrə, görülən işlərə həmişə müxalif mətbuat, müxalif düşərgə qara eynəklə baxıbdır. Mən Naxçıvanla bağlı adamam. Ailəm, doğmalarım ordadır. Odur ki, buradakı real vəziyyəti burada oturub Naxçıvan barəsində yazanlardan daha yaxşı bilirəm. Mən çox istərdim ki, Azərbaycan müxalifəti nəhayət ki, öz keçmiş qaragüruhluğundan, qarayaxmalarından əl çəksin. Çünki bugünkü müxalifət öz missiyasını artıq çoxdan başa vurub. Bu gün yeni müxalifətə, reallığı görə bilən, hər şeyi öz adıyla çağıra bilən müxalifətə ehtiyac var. Yenə vurğulayıram ki, meydan müxalifəti artıq öz dövrünü başa vurub. Bizim Azərbaycan cəmiyyəti artıq 1993-cü ildən başlayaraq dirçəliş, inkişaf, tərəqqi yolundadır və onun təkcə regionda deyil, eləcə də dünya miqyasında böyük uğur qazanması təbii ki, məhz Heydər Əliyev iqtisadi-siyasi kursunun bəhrəsidir. 2003-cü ildən həmin kursu cənab İlham Əliyev həyata keçirir. Bu kurs birmənalı olaraq Azərbaycan xalqının rifahına və dövlətçiliyinə xidmət edir. Deməli, Azərbaycanın bir bölgəsi olan Naxçıvanda da qeyd etdiyim inkişaf məhz bugünkü iqtidarımızın uğurlu siyasətinin bəhrəsidir. Müxalifətin də bugünkü xəstəliyi qarayaxmadır. Onlar da Naxçıvan barəsində öz arzularını, öz qara fikirlərini yazırlar. Unudurlar ki, bu gün Azərbaycanın bütün regionları inkişaf edir və möhtərəm prezidentimiz bəyan edib ki, o, bütün Azərbaycanın prezidentidir. Deməli, Azərbaycanda yaşayan hər bir kəsin prezidentidir. Bir məqamı qeyd etməliyəm ki, bugünkü uğurların bəhrəsindən Azərbaycan vətəndaşı olaraq müxalifət də istifadə edibdir, ancaq nədənsə onu qiymətləndirməyi unudurlar. Blokada vəziyyətində yaşayan Naxçıvan bugünkü uğurları ilə yaşayır və döyüşür.
   
   - Anar müəllim, blokadada olan Naxçıvanın bir "nəfəs yolu" da Türkiyədir. Artıq Türkiyənin yeni prezidenti özünün ilk rəsmi səfəri ilə ölkəmizə təşrif buyurub. Sizcə, bu əlaqələrin bizim üçün, Naxçıvan üçün daha hansı perspektivləri ola bilər?
   
   - əlin bir anlıq xatırlayaq. Türkiyə-Naxçıvan münasibətlərinin təməli Ulu Öndərimiz tərəfindən qoyulmuşdur. Bəzilərinin "ümid körpüsü", "həsrət körpüsü" adlandırdıqları körpünün açılışı Naçxıvanda insanların yaşam mühitini özünə qaytardı. Artıq insanlar Türkiyə ilə qurulan əlaqələrin hesabına blokadanın ümidsizliyindən nisbətən xilas oldular. Ümummilli liderimiz hakimiyyətdə olduğu illərdə bu əlaqələr daha da genişləndi, "Əsrin müqaviləsi" imzalandıqdan sonra isə demək olar ki, daha böyük perspektivlər yarandı. Dəmiryolu xəttinin, qaz kəmərinin çəkilişi də dediklərimin sübutudur. Xatırlayırsınızsa, Ulu Öndərimiz qardaş Türkiyə barəsində danışanda həmişə "bir millət, iki dövlət" deyə reallığı birmənalı olaraq ortaya qoymuşdu. Bu gün Abdulla ülün bir prezident olaraq Azərbaycana ilk rəsmi səfər etməsi məhz bizim bir millət olmağımızdan xəbər verir. Ümumiyyətlə isə hər iki ölkənin dövlət başçıları, müxtəlif səviyyəli nazirləri mütəmadi olaraq qarşılıqlı səfərlər ediblər və hər dəfə də əlaqələrdə yeni çalarlar, yeni məqamlar yaranıbdır. Mən tam əminəm ki, Abdulla ülün bu səfərindən sonra da imzalanacaq sənədlər bizim və eləcə də Türkiyə Cümhuriyyətinin həyatında daha böyük perspektivlərin açılmasına şərait yaradacaq. Onu da qeyd etmək lazımdır ki, Türkiyə bütövlükdə türk dünyasının həmişə ümidlə, güvənclə yanaşdığı cümhuriyyət olmaqla yanaşı, həm də türk dövlətlərinin müəyyən mənada himayədarıdır. Yəni artıq bütün dünyada Türkiyənin və onunla bir arada olan türk dövlətlərinin mövqeyi danılmazdır. Bütövlükdə isə Abdulla ülün Azərbaycan səfəri sevindirici hal olmaqla yüksək təqdirəlayiq bir hadisədir.
   
   - Anar müəllim, bu gün regionların inkişaf etdirilməsi barədə Dövlət Proqramı, eləcə də büdcənin daha da artması və digər məqamlar reallıqdır. Sizcə, görülən bu işlər təkcə iqtisadi həyatımızın müəyyən bir hissəsi ilə reallaşacaq, yoxsa...
   
   - Mən belə düşünürəm ki, bugünkü iqtisadi inkişafın təməli Ulu Öndərimiz tərəfindən bütün detallarına qədər işlənib hazırlanmış şəkildə qoyulubdur. Xarici investisiyanın Azərbaycanda qoyulması da məhz həmin o inkişafa və daxili sabitliyə əsaslanır. Yəqin hər kəs etiraf edir ki, dünyanın nüfuzlu iş adamları sabitliyin və perspektivin olmadığı heç bir ölkəyə yatırım qoymurlar. Deməli, bizdə münbit şərait var ki, onlar da bizə üz tuturlar. Hətta Dünya Bankı iki dəfə Azərbaycanın öz inkişaf tempinə görə birinci yerdə olduğunu bəyan edib. Bu elə bir faktdır ki, hər şeyi qara görən müxalifət buna etiraz edə bilmir. Mən millət vəkili olarkən bir çox beynəlxalq qurumlarda, o cümlədən Dünya Bankının təşkil etdiyi seminarlarda da iştirak etmişəm və birmənalı olaraq deyə bilərəm ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev cənablarının apardığı daxili siyasət Azərbaycan iqtisadiyyatını yalnız neft sektorundan asılı olmaq meyllərindən xilas etməyə yönəlibdir. İstər kənd təsərrüfatı, istər sənaye, istər elmi-texniki sahə, bir sözlə, həyatımızın bütün sahələrində paralel olaraq inkişaf proqramı həyata keçirilir. Etiraf edək ki, ölkəmizdəki iqtisadi inkişaf həqiqətən bir sıçrayışla baş verdi. Bu da aparılan düzgün siyasətin nəticəsidir və onun bəhrəsində də Azərbaycan regionun lider dövlətinə çevrilib və Azərbaycandakı iqtisadi inkişafı biz, eləcə də bizi istəməyənlər aşkar görə bilir. Siz bir anlıq bugünkü Azərbaycan, elə Bakının özünü gözünüzün qarşısına gətirin. örülən işlərin mənzərəsi, surəti özü-özlüyündə sizə hər şeyi deyəcək. O ki qaldı büdcəmizin artımına, bu, ilk növbədə insanların rifahı üçündür. Yeni ildən yəqin ki, parlamentin komissiyalarında müzakirəsi aparılacaq büdcəmizin imkanlarının şahidi olacağıq.
   
   - Anar müəllim, siz səhv etmirəmsə, 27 yaşınız olanda millət vəkili seçilmişdiniz. Bu mənada gənc, müstəqil dövlətin, gənclərin perspektivini necə görürsünüz?
   
   - Mən düşünürəm ki, Azərbaycan gəncliyi dövlətimizin quruculuq işlərində, həyatın bütün sahələrində yaxından iştirak edir və onun üçün daha böyük fəaliyyət meydanları yaranır. Şəxsən mən öz timsalımda bunun şahidi və iştirakçısı olmuşam. İndi istənilən dövlət idarəçiliyi sahəsində gənclərin imkanlarından istifadə olunur, onlara şərait yaradılır, o cümlədən də parlamentimizdə də gənclər üçün geniş qapılar açılıb. Mən hələ prlamentdə təmsil olunanda demişdim ki, bizim hər birimiz öz iş yerimizdə öz düşüncəmizlə, fəaliyyətimizlə Heydər Əliyev olmalıyıq ki, bu dövlətin nüfuzunu, qüdrətini artıra bilək. Bu gün isə biz öz işimizlə, öz əməlimizlə Heydər Əliyevin davamçısı olan Azərbaycan prezidenti İlham Əliyev olmalıyıq. Onda bu uğurların və perspektivlərin nə qədər geniş olacağını söyləmək üçün yəqin ki, qəzet səhifələri kifayət etməyəcək. Təsadüfi deyil ki, Azərbaycan gəncliyinin indiki intellekti, indiki enerjisi yetərincədir və bunun sayəsində məhz arzusunda olduğumuz böyük xoşbəxt gələcəyi reallığa çevirə bilərik. Çünki bizim öyrənməli, nümunə götürməli Ulu Öndərimiz və gənc prezidentimiz var. Yeri gəlmişkən onu da vurğulayım ki, bu gün Azərbaycanın gələcəyi olan övladlarımızın elm, təhsil sahəsində mövcud problemlərinin aradan qaldırılmasında Heydər Əliyev Fondunun, onun rəhbəri, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri xüsusi təşəkkürə layiqdir. İstər müasir təhsil, səhiyyə obyektlərinin tikilməsi, istər mədəniyyətimizə göstərilən qayğı, eləcə də muğam sənətinin yenidən öz layiq olduğu mərtəbəyə qaldırılması Mehriban xanım Əliyevanın həm prezidentimizə dəstəyidir, həm xalqımıza xidmətidir, həm də Ulu Öndərimizə ehtiramın nümunəsidir.
   
   - Anar Axundzadə bu gün millət vəkili olmasa da, amma hər kəsin, o cümlədən də bizim də yadımızdadır. Bilmək istərdim Anar müəllim bugünkü parlamentimizi kənardan necə görür?
   
   - Səmimi demək istərdim ki, bu gün xatırlandığıma görə kollektivinizə, eləcə də Aqil müəllimə təşəkkürümü bildirirəm. O ki qaldı sualınıza, mən də bir vətəndaş, bir seçici olaraq parlamentimizin fəaliyyətini müşahidə edirəm və açığını deyim ki, istər parlament binasının daxili və xaricində aparılan təmir-abadlıq işləri, istər millət vəkillərinin fəaliyyətinin geniş mənada müsbət nailiyyətləri məni sevindirir. Bir də ki, həyatımız müsbət çalarlarla inkişaf edirsə, parlamentimizdə bu özünü göstərməlidir və göstərir də. Spikerimiz Oqtay Əsədov cənabları, o cümlədən də parlamentarilərimiz öz fəaliyyətləri ilə dövlət başçımızın apardığı siyasəti qanun vasitəsi ilə cilalayır, ona dəstək verirlər. Çox istərdim ki, bundan sonra da millət vəkillərimiz təkcə sözdə yox, həm də öz əməli işlərində həqiqətən də xalqının xidmətçisi, onun vəkili olsun. Mən son seçkilərdə iştirak etməsəm də özümü YAP-ın sıralarında, Heydər Əliyev kursunun davamçıları arasında, İlham Əliyev cənablarının xalqa xidmət edən əsgərlərinin yanında sayıram. Nəhayət bildirmək istəyirəm ki, dövlətə, xalqa xidmət etmək təkcə millət vəkilliyindən keçmir. İstənilən sahədə xidmət etmək mümkündür. Təki qəlbində bu istək, bu sevgi olsun.
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK