deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | ETİRAF Adalet.az | ETİRAF Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ETİRAF

18809    |   2007-10-27 11:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Yenə oturub qarşımda. Yenə sual, imdad dolu baxışlarını zilləyib üzümə. Neçə illərdi ikimiz də vərdiş eləmişik buna.Ürəksiz-ürəksiz qapılarımızı döyür, kimdən üz görürsə, ürəknən keçib oturur həmin adamnan üzbəüz. Oturur və başlayır danışmağa... Yenə həmin allı-güllü, uzun saçaqlı şalı başındadı. Bir ucunu sağ çiynindən kürəyinə atıb, bir ucunu da sol qolunun üstünə. Bilirəm ki, şalnan örtdüyü sol qoltuğunun altında nəsə var.Görməsəm də bilirəm o nəsənin içində nələr olduğunu. Şəffaf sellofan torbada qırx ilin kağız-kuğuzu... Sovet pasportundan tutmuş pensiya kartınacan müxtəlif sənədlər - diplomlar, Fəxri fərman və tərifnamələr, orden və medalların vəsiqələri, dəvətnamələr, mandatlar.. Kirilnən, latınnan yazılmış, saralıb-solmuş, əzik-üzük olmuş kağızlar...
   
    Deyir, qırx ildən çox kolxozda işləmişəm, İşləmişəm nədi, can qoymuşam. Evim rayon mərkəzində olsa da Kürün o tayında kolxozda mexanizator işləyirdim. Hər gün çayı keçib işə gedirdim. Bircə balamı qonşuların umuduna qoyub sabahın gözü açılmamış evdən çıxır, bir də axşam düşəndə geri dönürdüm. Hansı işə gücüm çatırdı əl yetirirdim. Kultivasiya çəkirdim, pambıq yığırdım, taxıl biçirdim. Qış aylarında da fermada işləyirdim. O vaxt "Universal" deyilən üçtəkərli traktor vardı ey, bax, ona lafet qoşub mal-heyvana yem daşıyırdım.Yorulmaq nədi bilmirdim. Top kimi gəlindim, hər biləyimdə, yalan olmasın, iki kişinin gücü vardı. Cavanlığıma saldım, canımın qədrini bilmədim. İndi göy üzünə bulud gələn kimi sümüklərim sız-sız sızıldayır.
   
   Pis dolanmırdım. Adamın başının üstündə Allah var. Yaxşı əməkgünü alırdım. Neçə dəfə orden-medal vermişdilər. İclaslarda yuxarı başda, katibin böyründə oturdurdular. Moskvayacan gedib çıxmışdım. Bir-iki yol xaricə də aparmışdılar. Sandığım atlas-qumaşnan doluydu.. lkə dağılannan sonra hamısını satıb yedik. Bir dənə "QAZ-24" də vermişdilər, oğlum sürürdü. Oğlumu instituta da qoymuşdum.Bax, bu binanın pilləkənnərin uça-uça çıxırdım. Bilirdim ki, nə desəm yoldaş katib cannan, başnan yerinə yetirəcək. Sözümü eşidirdilər... Susub başını aşağı dikir...
   
   Ancaq mən söz eşidən olmadım. Kolxozun sədri mənə cəmi bir dəfə söz dedi.Dedi, səni o göydəki ulduzlardan da parlaq ulduz eliyərəm, əgər... Razı olmadım. Dedim, yaxşı döyül, balaca rayondu, hamı bir-birini tanıyır. Elə indiyəcən nə qazanmışam, bəsimdi. Qarın çuval döyül ki, dolmaya.
   
   Sual vermək istəyirəm, macal vermir. Ürəyimdəkiləri oxuyurmuş kimi, sözünə davam eləyir... Peşman döyüləm, yox. Sabah yıxılıb öləndə üç-dörd kişinin çiynində gora gedəcəm, elə o mənə bəsdi.Qoy deməsinnər ki, filankəsin anası... Nəvələrim, nəticələrim bu dünyada başıuca gəzəcəklərsə, o dünyada da mən rahat olacam.Gözünü yuxarıya - naməlum nöqtəyə dikir. Mən o Qurban Olduğumun da hüzuruna tərtəmiz getmək istəyirəm... Yenə tərpənirəm, nəsə demək istəyirəm. Sözümü ağzımda qoyur. Deyirlər, zənən xeylağının tək qalmağı günahdı. Dul arvadın ayaq basdığı torpaq da od tutub yanır.Heç Allaha da xoş gedən iş döyül. Ancaq... day neyniyim? Günahıydı, niyə cavan ərimi öldürüb məni tək qoyurdu?! Əstəğfürullah... Dilim-ağzım qurusun. Canımın odundan belə deyirəm. Allah keçsin günahımdan...
   
   Hamısını düz deyir. O vaxtlar rayon qəzetində tez-tez şəklini verirdilər. Dolğun sifətli, ağbəniz qadındı. Qabaqcıl mexanizatorların siyahısında həmişə adı olardı. zünü isə bura gəlib-gedəndən tanıyıram. Həmişə ev başmağında gəlir.Ayaqqabı ala bilmir, yoxsa rahat gəzməkdən ötrü belə eləyir, bilmirəm. Azı ayda bir dəfə gəlir. Keçmiş əmək qəhrəmanlarına Prezident təqaüdü verilməyə başlayandan bizə daha tez-tez baş çəkir.Hər dəfə də eyni sözləri danışır, axırda da qoltuğundakı sellofan torbadakı kağız-kuğuzu stolumun üstünə töküb soruşur: "Yəni bulara görə mənə Prezident təqaüdü düşmür?" Sözünü deyib zənnlə gözümün içinə baxır. Deyirəm ki, yox, düşmür. O təqaüdü almaqdan ötrü gərək sənin, bax, bu sinəndə ulduz yanaydı. Susur. Çox güman ki, kolxoz sədrinin sözlərini xatırlayır. Boynuna almasa da, bilirəm ki, peşmandı. Arzuları gözündə qalan, istəklərini içində boğan qadının yaşanmamış duyğularının rəsmi sir-sifətinə çəkilir həmişə. Peşmançılığı elə mənə verdiyi öyüd-nəsihətdən də bilinir. Biz heç, deyir, ağlımız olmadı, siz ağıllı olun, cavanlığınızın qədrini bilin. Vaxtında özünüzə gün ağlayın.
   
   O danışır, mən də qulaq asıram. Onsuz da mən hamını dinləyirəm, hamıdan öyrənirəm. Ancaq xeyri yoxdu. İndiyədək nə dinlədiklərimin, nə də öyrəndiklərimin nəticəsini görməmişəm. Həmişə belə olub. Başqasından ibrət götürüb ağıllanan deyilik.Gərək öz başımız əhlət daşına dəyə.Əhlət daşına dəyən alınların sahibləri isə bir də bu dünyaya dönmürlər.
   
   Mən elə bilirdim canım həmişə sulu olacaq, deyir, öz köçümü yola verə biləcəyəm. Həmişə sözüm ötəcək, hər yerdə yuxarı başa çəkiləcəm. Belə döyülmüş... Pensiyama hər ay bir kisə un alırıq, qaz, işıq pulunu veririk. Bir az da qənddən- çaydan, vəssəlam... Qocalmışam, gərəkdi yaxşı şeylər yeyəm. Ürəyim istəyəni alıb yeyə bilmirəm. Oğlum institut qurtarıb, buxaltırdı, iş tapa bilmir.Oğlannarı əsgərlikdən qayıdıb, olar da işsizdi. Qızdarı yetişib, ərə getmək vaxtdarıdı, ancaq kasıbın qapısını döyən kimdi?!
   
   Hıqqana-hıqqana qalxır, keyimiş ayaqları ilə bir-iki addım atır. Mən də ayağa dururam.Axır ki, bayaqdan bəri ürəyimi deşən sualı verirəm:
   
   - Bəs, biz nə edək ki, sizin gününüzə düşməyək?!
   
   İndi o, mənə müəllim öz korazehin şagirdinə baxan kimi baxır:
   
   - Bayaqdan bəri bir kitablıq söz danışmışam. Hansı döşüvə yatır, götür özüvə, - o yan-bu yana baxıb səsini yavaşıdır:
   
   - Heç övlad da adama baxmır. Üç - dörd gün xəstə yatdım, qapını da açan olmadı. Bir gün tezdən oğlum gəlib hirsnən nə böyruvu vermisən yerə, evdə bir dişdəm qənd yoxdu, dedi, pensiyalar paylanır, get al.Hə, nə üzümə baxırsan?Deyirəm ki, vaxtında...
   
   Sözünü bitirməyib əlini yellədir, yəni, sizə də söz deməyin xeyri yoxdu.Yavaş-yavaş otaqdan çıxır, ancaq qapını yaman bərk çırpır.
   
   Yerimdə otururam. Həmişə başımdan keçən fikirlər bir də təkrarlanır: " Bu qadın elə bilir ki, biz yaşamağı bacarırıq..."
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK