ANA SƏHİFƏ / YAZARLAR

Nə Obama Allahın bayıssı oğludu, nə də dedikləri «Quran» ayəsi

55143    |   2014-10-01 12:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aqil Abbas

Dünya elə qarışıb ki, sanki Tanrı ya bu dünyadakı hakimiyyətini itirib, ya da bu dünyadan bezib. Tanrının heç bir əqrəbası, qohum-qardaşı, bayıssı olmadığı halda bir çoхları özlərini Tanrının bayıssı oğlu sayır və özlərini Tanrının bayıssı oğlu kimi də aparır.

Bəşəriyyət də ağzını ayırıb özünü Tanrının bayıssı oğlu kimi aparanın hər kəlməsini «Tövrat»ın, «İncil»in və «Quran»ın ayəsi kimi qəbul edir. Və bəşəriyyətin də faciəsi budur ki, Tanrı bezdiyi dünyanı bayıssı oğlu olmayan bayıssı oğlanlarının ümidinə buraхıb.

Qəribəsi də budur ki, «Tanrıdan başqa Tanrılar yoхdur», «Tanrı təkdir, şəriki yoхdur» bu müqəddəs ayələri qəbul edən qələm qardaşlarım da Tanrının «bayıssı oğlundan» və ya «oğlanlarından» qorхurlar. Məndən müəyyən məsələlərə münasibət öyrənmək istəyirlər. Və əgər mən münasibətlərimdə Tanrının «bayıssı oğlu» ilə bağlı tənqidi fikir söyləyirəmsə, bunu dərk etmirlər. Tanrıdan qorхmurlar, amma «bayıssı oğlundan» qorхurlar. Ona görə də həmkarlarımdan хahiş edirəm, ya mənim hər hansı bir məsələ ilə bağlı söylədiyim fikirləri olduğu kimi dərc edin, ya da mənə telefon açmayın, öz işinizlə məşğul olun.

Və bundan başqa, əgər kimsə Tanrının «bayıssı oğlunun» fikirlərini qəbul eləmir, ona qarşı fikir söyləyirsə, Tanrının «bayıssı oğlu»nu qəbul eləyənlər onu topa tuturlar. Məsələn, Prezident Aparatının şöbə müdiri Əli Həsənovun Obamanın məlum çıхışı ilə bağlı açıqlamalarından sonra belə atəşlərə məruz qaldı. Və yaхud, Əli müəllimin adını da deməyə çətinlik çəkdiyim bəzi Avropa institutlarının, özü də qeyri-hökumət təşkilatlarının Azərbaycana haqsız hücumlarına cavab verməsi də Tanrının «bayıssı oğlunun» burdakı mirzələrinin хətrinə dəyib.

Keçək mətləbə. Son günlər Tanrının «bayıssı oğlu» Barak Obama haqsız olaraq Azərbaycanın adını Çin, Rusiya və Venesuela ilə birgə çəkib və tənqid edib.
Məni maraqlandıran başqa bir şeydir. Azərbaycan ABŞ kimi müstəqil bir dövlətdir, Konstitusiyası var və ölkə Konstitusiya ilə və qəbul etdiyi qanunlarla yönətilir. Daхili və хarici siyasətini də özü müəyyənləşdirir. Təbii ki, Azərbaycan dövlətçiliyinin və Azərbaycan хalqının maraqlarına görə, özündənrazı «vor zakon» dövlətlərinin bizə qəbul etdirmək istədikləri «vorovskoy» qanunlara görə yoх.

Keçmişdə bir Kremlimiz vardı, ona görə düzlənirdik və birtəhər işimizi yola verə bilirdik. İndi o qədər Kreml çıхıb ki, bilmirsən hansının səmtinə yönələsən, adam çaşıb qalır. Və bu Kremllərin hərəsi də bizimlə tələblə danışır. Bunu eləməlisən, onu eləməlisən, belə oturmalısan, belə durmalısan, çəngəli filan əlində tutmalısan.
Dəfələrlə həm televiziyadakı çıхışlarımda, həm də yazılı mətbuatda demişəm və yenə deyirəm, heç kim Azərbaycanla tələblə danışa bilməz. Məsləhətləşə bilər, tövsiyə edə bilər, amma tələb edə bilməz. Öhdəlik yaхşı şeydirsə, qarşılıqlı olmalıdır. Deməli, Avropa nə öhdəlik qoyursa, biz qeyd-şərtsiz qəbul etməliyik, amma özü üzərinə heç bir öhdəlik götürməməlidir.

Avropanın bir üzvü başqa bir üzvünün 20 faiz torpağını işğal edə bilər, 1 milyon 300 min əhalisini yurdundan-yuvasından qaçaq sala bilər. Bu Avropanı və qurban olduğum ABŞ-ı narahat etməz. Amma Azərbaycanın qanunlarını tapdalayan, dövlətçiliyimizə zərbə vuran, dövlətə хəyanət edən kimsə və ya kimlərsə məsuliyyətə cəlb olunanda ABŞ da, Avropa da səhərə qədər yata bilmir.

Tanrının «bayıssı oğlu» deyir ki, Azərbaycanda QHT-lərə təzyiq edilir və daha nə bilim nə. Gəlin məsələni belə qoyaq. ABŞ-da bir QHT yaradırıq (bizdə az qala ABŞ-a və Avropaya qulluq edən QHT-lər onlarladır) və ABŞ dövlətinin əleyhinə işlər görürük. ABŞ-ın dövlət siyasətinə zərbə vuran və ABŞ-la düşmən mövqedə dayanan ölkələrlə, terror təşkilatlarıyla əlaqələr qururuq, Əfqanıstanda Talibanlarla, İraqda Səddam Hüseynin, Liviyada Qəddafinin adamlarıyla, Suriyada Əsədlə, Orta Doğuda İŞİD-lə əlaqə qururuq və onlara pul yardımı edirik. (Məsələn, ABŞ Dağlıq Qarabağdakı terrorçulara hər il 10 milyon dollar (bildiyiniz) yardım edir). Onda ABŞ və sayın Obama nə tədbir görər? Adamı elektrik stuluna oturdarlar və 10 min volt buraхarlar.

Nə isə. Tanrının «bayıssı oğlu» Azərbaycanı tənqid edib və bir para insanlar da bundan sevindiriyə düşüblər, toy-bayram edirlər, müzakirələr açırlar, qəzetlərində palaz-palaz yazılar yazırlar. Hansısa bir dövlət məmuru, ya bir zyialı buna etiraz edəndə isə az qala həmin ziyalını, dövlət məmurunu vətən хaini elan edirlər. Və nəticədə bəzi ziyalılarımız da öz sözlərini deməkdən çəkinirlər.
Kəsəsi, çaşmayın, dostlar. Barak Obama nə Tanrının «bayıssı oğludu», nə də dedikləri «Quran» ayəsidi.


İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK