ANA SƏHİFƏ / YAZARLAR

ƏYLƏNCƏYƏ ÇEVRİLƏN HİSSLƏR

38823    |   2014-09-27 00:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsanın insan kimi formalaşmasında cəmiyyətin, ətrafın rolu danılmazdır. Genetik kod, qan yaddaşı, ailə, məktəb tərbiyəsinin böyük rolu olsa da, cəmiyyətin, ətrafın təsiri də bir gerçəklikdir. Aqil Abbas söhbətlərinin birində dedi ki: "Bizə evdə də, məktəbdə də tərbiyəli olmağı təbliğ edirdilər. Amma biz küçədə pozulduq. Küçə ilə məktəbin arası isə on-on beş metr idi"...
Yəni, uşağı nə qədər qapalı saxlasan, qorusan da bir gün cəmiyyət arasına çıxanda əsl həqiqəti görəcək və reallıq onu çaşdıracaq. O üzdən övlad tərbiyəsində evin, ailənin, məktəbin tərbiyəsinə cəmiyyətin reallığını da əlavə etmək lazımdı ki, gördüyündən xəyal qırıqlığına uğramasın. İnsan cəmiyyətdən təcrid olunmuş halda bir canlı olaraq doğula, yaşaya, qidalana bilsə də, insani münasibətlər, duyğu, səmimiyyət, qayğıkeşlik, mərhəmət, məhəbbət, bir-birinə maddi-mənəvi yardım etmək, əl tutmaq və sair kimi keyfiyyətlər çoxluq içində mümkündür. Bir anlıq, təsadüf nəticəsində adaya düşən insanı təsəvvür edin. Orda nə pul, nə geyim-kecim, nə romantika, nə səmimiyyət, nə təkəbbür, kiməsə acıq vermək, kimdənsə fərqlənmək, qəlb qırmaq, bir sözlə heç bir şey o insanı maraqlandırmayacaq. Çünki bu keyfiyyətlər insanlar arasında üzə çıxır. O, adadakı insana yalnız sağ qalması, xilas olması üçün qida və çarpışması - reallıq lazımdı. Amma bu cəmiyyətdə yaşayırıqsa bir-birimizi qəbul etməli, dərdinə şərik olmalı, heç olmasa bir-birimizi anlamağa çalışmalıyıq. Bir-biriylə maraqlanmayan, yalnız şəxsi mənafeyi üçün çalışanların bir gün mütləq başqasının mənəvi də olsa, yardımına ehtiyacı olacaq. İnsan insanın səmimiyyətinə, mərhəmətinə, məhəbbətinə, sevgisinə, anlayışına möhtacdır.
Müşfiq adlı bir facebook dostumuz vardı. Zarafatcıl, nikbin auralı, söhbətləri bütün dostları "canlandıran", paylaşdığı müsiqilərlə ürəkləri duyğulandıran və... içindəki kədərlə, dərdlə çarpışan bir virtual dost. Hərdən dərdini söylərdi, amma zarafatla, ironiya ilə, kimsədən mərhəmət ummadan. Bir gün qəza nəticəsində dünyasını dəyişdiyini eşidib şoka düşdü bütün dostlar. Sonra anladılar dərdin onu için-için yediyini. Bilə-bilə laqeyd qaldıqları, yardım etmədikləri, edə bilmədikləri üçün çox yanıb-yaxıldı dostlar. Amma gec idi artıq...
Ətrafımız elə dərdli insanlarla doludur. Birinə maddi-mənəvi yardımla, dəstəklə, lap adicə bir təbəssümlə, xoş kəlmə ilə kömək edə bilmə imkanımız olsa da etmirik bəzən. Halbuki o köməklə bir insanı dərdin caynağından ala, hətta intihardan xilas etmiş olarıq.
Bu günlərdə Ağdaş rayonundan olan iki 14 və 15 yaşlı qızın anasından inciyərək, Zərdablı facebook dostunun dəvəti ilə evdən qaçmaları və orada təcavüzə uğramaları haqda xəbər yayıldı. Xəbər nə qədər sarsıdıcı idisə, ətrafın reaksiyası ondan da betər idi. "Əcəb olub, o qızın nə işi vardı..." kimi fikirlər səslənməyə başladı. Bizim cəmiyyətdə belə hadisələrdə ancaq qadını, qızı günahlandırırlar. Qızın əzabları, alt-üst olmuş həyatı, çəkdiyi əzab, qorxu, peşmançılıq, bundan sonra necə yaşayacağı heç kimi maraqlandırmadı sanki. Ancaq günahkar axtardılar. Bu hadisədə ananın - valideynlərin qohumların əzabı, utancı, məktəbin, ətrafın məsuliyyəti, dəvət edən və qarşılamayıb onları küçədə buraxan o vicdansız oğlanın, cinayəti törədən bir qrup tərbiyəsiz gəncin cəzası, yaxud qızları buna vadar edən səbəblərin heç biri deyəsən maraqlandırmadı cəmiyyəti.
Analar, qızlara ən yaxın rəfiqə siz özünüz olmalısınız!
Zəhminizdən çəkinən, laqeydliyinizdən sizdən soyuyan qızınız mütləq öz qəlbini, dərdini, sevgisini bölüşmək, yüngülləşmək, məsləhət almaq üçün başqa ünvan seçəcək və bu da çox vaxt yaxşı nəticə vermir. Facebook-un yaxşı tərəfləri çox olsa da, bu cür təhlükəli tərəfləri də var. Uşaqlarımıza nəzarəti əksiltməməliyik. Əlbəttə, müəyyən yaş həddinə qədər. Yeniyetmə çağı gənclərin ən təhlükəli yaşlarıdı. Bu yaşda həssas olan uşaqların qəlblərinə sevgi də yerləşdiysə, daha diqqətli olmalıyıq. Ən çox intiharlar da bu yaşa təsadüf edir. Çünki sevgi adlı ilahi duyğunu yenicə dadan gənc xəyal qırıqlığına uğrayanda həyatın sonu olduğunu düşünür. Bu dövründə övladlarımıza dayaq, kömək olmaq lazımdı. Keçid dövrünü layiqincə ötürsə, sonrakı addımları həyat özü öyrədəcək.
O qız nə qədər dikbaş, sözəbaxmayan olsaydı da, valideyni onunla dostluğu yarada, içini, qəlbindəkini öyrənə bilsəydi, onun hər halı ilə arxasında durduğunu hiss etdirsəydi, məsələ bu sayaq pis nəticəylə sonuclanmazdı. Onun bundan sonrakı həyatı da yenə ətrafın diktəsi altında dəyişə bilər. Səhv etdiyini, amma bu səhvlə həyatın bitmədiyini anladan, ona arxa duran insanlar sayəsində sonrakı həyatını da qura bilər, ətrafın kinayəli, nifrətli baxışları altında əzilib intihar da edə bilər (Çünki bu hadisə nə ilk, nə də sondur).
Başqasını günahlandırmaq, məsləhət verməkdən asan iş yoxdur. Ancaq söz deyəndə diqqətli olmağı, bir kəlmə ilə bir ömrü uzada, yaxud bitirə biləcəyimizi düşünməliyik.
Ətrafa sözünüzlə, köməyinizlə, mərhəmətinizlə, məhəbbətinizlə sevinc bəxş edin! Sevinc də, nifrət də bumeranq kimidir - özünüzə dönəcək...



YAZARIN ARXİVİ

2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK