ANA SƏHİFƏ / YAZARLAR

Sevdiyimiz ətir

146793    |   2014-09-27 01:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Düzünü desəm, tamam başqa mövzudan yazmaq istəyirdim. Kompüteri yandırdım. Səhərin yağışlı Bakısı torpaq ətrinə qarışıb hopdu ruhuma. Bu sonbahar günü ağaclar çiçəklərinin, meyvələrinin ardından yarpaqları ilə vidalaşmağa hazırlaşırdı sanki. Baharda həmin ağacların bəzəkli gəlin kimi görünüşünü, ağappaq çiçəklərinin otağa dolan rayihəsini xatırladım. Qarşımdakı fincanda buğlanan isti qəhvə yayındırdı fikrimi. Qəhvə ətrini çox sevirəm...
Elə qoxular var ki, onu tək içinə çəkmirsən, həm də ruhuna hopdurursan. Uzaqlaşırsan o ətirdən. Amma elə bilirsən ki, ruhundadır artıq. Və həmişə cismin, ruhun onu özündə daşıyacaq.
Məsələn, yasəmən, nərgiz, heyva, iydə çiçəyi, kəklikotu ətri kimi. Siyahını kim necə istəyir, o cür davam etdirə bilər.
İlk öncə anamızın ətrinə alışırıq. Körpələr analarını ətrindən tanıyır. Sonra Tanrının nemətlərinə, təbiətin möcüzələrinə alışırıq. Gül-çiçəyə, parfümlərə valeh oluruq. Sevdiyimiz insanın qoxusunu daşıyırıq özümüzdə...
İnsan əllərinin qüdrəti, zəhmətilə yaranan ətirlər təbiətdən alınır. Ən gözəl ətirlər Tanrının yaratdıqlarına, təbiətə aiddir. Baxmayaraq ki, Patrik Züskind insan əllərinin yaratdığı möcüzəni daha çox qabardır. Sonda yenə İNSAN özü qalib gəlir! Deməli, ən gözəl qoxu elə insanın özünə məxsusudur.
Züskindin"Ətriyyatçı"sı Qrenuy... Yeniyetmə qızların qoxusunu alıb onları axtarır, tapır və qətlə yetirərək qoxularından sirli bir parfüm hazırlayır. Həmin ətirlə ovsunlayır hamını. Gözəl qızların bədəninin iyi onu ölümdən xilas edir. Hətta öldürüb qoxusunu oğurladığı Lauranın atası Antuan Rişi də bu ətrin cazibəsi qarşısında tab gətirmir. Qrenuyun vurduğu ətirdən Laurasının iyini alır. Övladlığa götürmək istəyir qatili. Və sonra Qrenuy özü də həmin ətirin qurbanına çevrilir. O qoxuya görə onu qəbiristanlıqda yeyirlər.
Yazıçı, qadın qoxusunun möcüzəsini elə təsvirlərlə göstərib ki...
Hardasa qəhvə ətrini duyanda Qrenuyun Mare küçəsindəki kürənsaçlı qızın iyini alıb arxasınca düşməsini xatırlayıram.
Ən gözəl qoxu üçün sevgiyə borcluyuq.
Çiçəklərin, parfümlərin, qəhvənin... qoxusu kəşf edilmədən İNSAN vardı...





YAZARIN ARXİVİ

2014-09-27 : Sevdiyimiz ətir
2014-09-13 : Ən ağır gecə
2014-09-06 : Ömür köynəyi
2014-08-23 : Bokserin taleyi
2014-06-21 : Rabiyə
2014-05-31 : Borc
2014-05-24 : Rövşən
2014-05-17 : Lalə dövrü
2014-04-19 : Yasəmən dövrü
2014-03-15 : İşıq
2014-03-08 : Bizim günümüz
2014-02-22 : ""Qan-çox pis!
2014-01-25 : Rəngli dünya...
2014-01-18 : Sintetik estetika
2014-01-11 : Bir udum hava
2013-12-21 : Qara qar
2013-12-07 : Qəm dəftəri
2013-10-19 : Röya
2013-10-12 : Heyva ətri
2013-08-24 : Şeytan
2013-08-17 : Bədbəxtlər
2013-07-27 : Xilas
2013-07-13 : Quyudakı həyat
2013-02-09 : Şairin ölümü
2013-02-02 : Əkrəm Əylisli
2013-01-12 : Tabut -"sürpriz"
2012-12-15 : Heyvan dərisi
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK