deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "KİTAB OXUYANIN HƏMİŞƏ ÇÖRƏYİ OLUR" Adalet.az | "KİTAB OXUYANIN HƏMİŞƏ ÇÖRƏYİ OLUR" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"KİTAB OXUYANIN HƏMİŞƏ ÇÖRƏYİ OLUR"

23734    |   2007-10-02 05:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda öz intellektinə və və cəmiyyətdəki mövqeyinə görə sayılan və dəyərləndirilən ziyalılardan biri də millət vəkili Aydın Mirzəzadədir. Bu günlərdə Aydın müəllimlə həmsöhbət olduq. Cəmiyyətdə baş verən hadisələr, dinimizə, dilimizə olan münasibətlər barədə fikir mübadiləsi etdik. Və bir də gördüm ki, bütün bu söhbətlər oxucu üçün də maraq doğuran, diqqət çəkəndir və tərəddüdsüz onu sizlərə də təqdim etməyi qərara aldım.
   
   - Aydın müəllim, gəlin etiraf edək ki, bu gün mənəviyyatımız SMS-lərdən asılı qalıb. İndi az qala hər şey, o cümlədən sevib ailə quracağın qızı da SMS-lə müəyyənləşdirməyə başlayıblar. Təbii ki, bu bir zarafatdır. Amma gözəllik müsabiqələrində də SMS-lər öz işini görür. Ancaq mənə elə gəlir ki, kiminsə həyatını xilas etmək, hansısa bir əsgərimizə, şəhid ailəsinə yardım göstərmək barədə SMS ehtiyacı olsa, ən çox beş-altı adamdan səs çıxar. Niyə belə olur?
   
   - Əbülfət müəllim, çox maraqlı bir məsələyə toxunursunuz. Mən də bu barədə çox düşünürəm. Etiraf edək ki, telekanallarımız şou-biznes xəstəliyinə tutulub. Təəssüf ki, bu virus da efir vasitəsilə cəmiyyətin bir hissəsinə təsir edir. Məsələn, mən oturub analiz edirəm ki, bu gün hansısa bir ulduz yarışmasında bir yerə beş min, on min namizəd ərizə verir. Bax, bunun ardınca da düşünürəm ki, görəsən, hansı ali məktəbin hansı yeri üçün bu qədər ərizə verən var? Təəssüf ki, bu suala cavab tapa bilmirəm. Düzdür, ola bilsin ki, buna lokal şəkildə də baxmaq olar. Lakin iş burasındadır ki, bu gün telekanallarda şou ulduzu olmaq təbliğ edilirsə, mühəndis, həkim, müəllim, aqronom, hərbçi olmaq təbliğ edilmir. Yaddan çıxırsa, deməli, cəmiyyətimiz müəyyən bir ağrılı dövrə qədəm qoyur. Əgər bizim hansısa bir ulduzun yeni maşın alması bir nömrəli mövzuya çevrilirsə, telekanalllarda, internet saytlarında yer tutursa, o biri tərəfdən bir alimimizin yeni ixtirası unudulursa, bu artıq yeni problemlərimizin olacağından xəbər verir. Kiminsə erotik bir şəkil görüntüsü qəzetlərin, ekranın baş xəbərinə çevrilir. Amma gənc bir alimin 25 yaşında elmi dərəcə alması, 30 yaşında Akademiyanın müxbir üzvü seçilməsi unudulur. Bu gün keçid dövründə olduğumuzdan müxtəlif sahələrdə müəyyən qarışıqlıqlar var. Biz bundan keçməliyik. O cümlədən telekanalların cəmiyyətə təsirindən də. İnanıram ki, nə vaxtsa cəmiyyət buna qarşı immunitet qazanacaq və biz efirdən, ekrandan ziyalı söhbətlərinin şahidi olacağıq. Bu nə qədər tez olarsa bir o qədər yaxşıdır. Mən etiraz etmirəm. Musiqidə də, mədəniyyətin digər sahələrində də ulduzlara ehtiyac var. Ancaq ondan çox-çox əvvəl yaxşı alimə, müəllimə, zabitə böyük ehtiyac var. Nəhayət, xalqın mənəvi dəyəri olan müdrikliyin, ziyalılığın təbliğinə böyük ehtityac var. Digər tərəfdən bir məsələni də deyim. Mən təəssüf edirəm ki, indi Azərbaycanda çoxuşaqlı ailələrin sayı minimuma enib. Bu gün çoxuşaqlı ailələrin təbliği ilə bağlı heç bir proqramımız yoxdur. Bir ailədən bir neçə alimin olması ilə bağlı heç bir proqramımız yoxdur. Ali məktəbi, aspiranturanı əla bitirən gənclərin qorunub saxlanmasına və istifadə olunması ətrafında ciddi fikirləşməliyik. Xaricdə haxırlıqlı mütəxəssislərin yetişməsi bizə böyük potensial verəcək. Bunlara münasibət bildirmək lazımdır, bu məsələləri araşdırmaq lazımdır. Elə etmək lazımdır ki, ilk növbədə insani dəyərlər, ölkəmizi inkişaf etdirəcək prioritetlərin təbliğinə daha çox yer ayırmalıyıq.
   
   - Biz eyni nəslin nümayəndələriyik. Yəqin xatırlayırsınız, bir vaxtlar metroda, ictimai nəqliyyatda kitab, qəzet oxuyan çoxlu sayda gənclərimiz vardı. Bu gün isə kitab, qəzet çoxdur, oxuyan isə təəssüf ki, az...
   
   - Bu təkcə Azərbaycanda deyil. Dünyanın bir çox ölkəsində belədir. Bunun bir səbəbi internetin çox sürətlə həyatımıza daxil olmasıdır. Lakin bilmək lazımdır ki, kitabı heç vaxt heç nə əvəz edə bilməz. Kitab hər bir xalqın ən qiymətli sərvətidir. Biz "Avesta"mızla, "Dədə Qorqud"umuzla, Nizaminin "Xəmsə"silə fəxr edirik. O cümlədən böyük mütəfəkkirlərimizin, söz-sənət adamlarımızın əsərləri ilə fəxr edirik. Bu baxımdan şəxsi tərbiyə də böyük önəm daşıyır. Ata əgər bu gün dəyərli bir kitab oxuyursa, istər-istəməz onun övlada təsiri olacaq. Bu gün də olmasa, beş ildən, on ildən sonra təsiri olacaq. Evdə ailənin böyüyü bir yazıçımızın, bir şairimizin əsərlərindən danışırsa, stolun üstündə Orxan Pamukun "Mənim adım Qırmızıdır" kitabını görürsə, müəyyən bir müddətdən sonra zənnimcə övladlar da ona müraciət edəcək. Odur ki, internet müəyyən informasiyalar daşıyıcısı olsa da dünyanın yaratdığı böyük kitabları, o cümlədən də bizim qiymətli kitablarımızı heç nə əvəz edə bilməz.
   
   - Mən bu mövzuda danışanda həmişə həmsöhbətlərim iqtisadiyyatı önə çəkirlər. Deyirlər ki, indi hamı çörəyi düşünür.
   
   - Bu yaxınlarda Rusiyada olmuşam. Oradan 10 kitab aldım. Rusiya dövlətinin tarixi, Yaponiya ilə bağlı, ingilis alimlərinin ermənilərlə bağlı kitabları, Konfutsinin əsərini və digər kitabları alıb gətirdim. Bir hissəsini iş yerimdəki kitabxanama qoymuşam, bir hissəsi evdədir. Oğlum da bu işdə mənə kömək etdi və hiss etdim ki, artıq mənəvi borcumdan müəyyən qədər çıxmışam. Çünki onda da kitaba müəyyən maraq yaratmışam. O ki qaldı kitab və çörək məsələsinə, bunları qarşı-qarşıya qoymaq düzgün deyil. Bunlar birlikdə olmalıdır. Həmişə çörəkli olmaq istəyirsənsə, mütləq kitab oxumalısan. Əgər kitaba bağlı adamsansa, inanıram ki, mütləq çörəyin də olacaq.
   
   - Aydın müəllim, bir vaxtlar rus dilinə qəribə bir maraqmı deyim, həvəsmi var idi. Özü də burda sünilik də hiss olunurdu. İndi də ingilis dilinə meyl artıb. Hamı istəyir ki, övladı mütləq ingilis dilini öyrənsin. Bunu necə dəyərləndirirsiniz?
   
   - Dil öyrənmək, dil bilmək heç də pis deyil. Hətta məşhur ifadə var:neçə dil bilirsənsə, o sayda da adamsan. Lakin burda bəhsə-bəhs, kor-koranəlik, öz dilinə laqeydlik, xor baxmaq halları olmamalıdır. Hər kəs birinci öz ana dilini sevməlidir, sonra həyatın tələbinə uyğun olaraq böyük dünyaya çıxmaq, informasiyalar əldə etmək üçün istədiyi dili də, o cümlədən ingilis dilini də öyrənməlidir. Yəni hər kəsin öz hüququdur. Burada zor tətbiqinə, eləcə də hardasa kiməsə yarınmaq, xoş getmək üçün canfəşanlıq etmək insanı müəyyən qədər yumşaq desək şikəst edə bilər. Nizaminin "Yarımçıq papaqçı" fikri yəqin ki, bu yerdə yaxşı bir misaldır. Nəticəni hər kəs özü çıxarmalıdır.
   
   - Bəs onda bir məqama da münasibətinizi bilmək istəyirəm. izli deyil ki, bu gün dinlə bağlı məsələlərdə də bir qarışıqlıq, anlaşılmazlıq var...
   
   - Bilirəm nə demək istəyirsiniz. Bəli, həqiqətən gənclərimiz İslam dininə, Quranımıza böyük maraq göstərirlər. Mən bunu alqışlayıram. Lakin qorxulu burasıdır ki, təriqətçilik, fanatçılıq, kor-koranə dini sektalara, cəmiyyətlərə qoşulma halları da var, bu isə heç də yaxşı hal deyil. Yəni biz çalışmalıyıq ki, övladlarımız, bütövlükdə Azərbaycan cəmiyyəti öz dininə, dilinə bağlı olsun, onu dərk eləsin və imkan verməsin ki, onun dilindən, dinindən hansısa məqsədlər üçün istifadə olunsun. Əks halda arzuolunmaz nəticələr baş verə bilər. Yəqin bilirsiniz, müxtəlif şirnikləndirici vasitələrlə cavanları müxtəlif təriqətlər, sektalar, ayrı-ayrı emsarlar öz ətraflarına çəkməyə çalışırlar. Pul verirlər, müxtəlif yardımlar göstərirlər və sairə. Ona görə də biz dinimizin müqəddəsliyini və saflığını qorumaq yolunda ayıq və diqqətli olmalıyıq. Heç bir halda övladlarımızın, gənclərimizin kimlərinsə iradəsinə xidmət etməyə, yuvarlanmasına qoşulmasına yol verə bilmərik. Hər halda bu gün Azərbaycanda din azadlığıdır, seçim hər kəsin öz işidir. Ancaq bununla tariximizin islam dini ilə bağlı olduğu unudulmamalıdı. Azərbaycanın bu günü və sabahı keçmişimizin dəyərləri ilə müasirliyin vəhdətində olmalıdır.
   
   ... Aydın müəllimlə xeyli söhbət etdik. Təəssüf ki, müəyyən məqamlar yaddaşımda tam aydınlığı ilə qalmadığından, necə deyərlər, özüm üçün "tutub saxlaya" bildiklərimi kağıza köçürdüm. Düşünürəm ki, bunun özü də oxucular üçün az maraqlı olmadı. Hər halda həmin söhbətdən mən özüm üçün çox şeylər götürə bilmişdim.
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK