Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | DÜŞMƏNİMİZ KİMDİR? Adalet.az | DÜŞMƏNİMİZ KİMDİR? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÜŞMƏNİMİZ KİMDİR?

14912    |   2007-09-22 04:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məlumdur ki, ermənilər təkcə coğrafi məkanlarımızı deyil, sənət əsərimizi, musiqi alətimizi, milli mətbəximizin ləziz yeməklərini sərkərdəmizi, sənət adamımızı belə öz adlarına çıxırlar. Bəzən digər dövlətlərin kütləvi informasiya vasitələrində də bu cür yanlış məlumatlar məqsədyönlü şəkildə yerləşdirilir. Xəbər tutanda cavab verməyə cəhd göstəririk, təkzib verilməsinə çalışırıq. Hər belə dezinformasiyadan vaxtında xəbər tutmaq olurmu? Ən yaxşı halda sonradan təkzib verilsə belə, onu hər kəs bilirmi? Atəşkəs olsa belə, cəbhə bölgələrində güllə səsləri eşidilir. İdeoloji cəbhədə isə bu mübarizə silahlı toqquşmalardan çox-çox əvvəl necə başlamışdısa, indi də həmin minvalla davam edir. Müdafiə Nazirliyindən verilən məlumatlarda tez-tez deyilir ki, mövqelərimizi atəşə tutan düşmən cavab atəşiylə susdurulub. Bəs, ideoloji cəbhədə belə operativlik göstərə bilirikmi? Məncə, bu haqda daha ciddi düşünmək lazımdır. Bu məsələdə özəl çalışmalar, planlar, proqramlar niyə də olmasın? Son zamanlar erməni yalanlarını ifşa edən nəfis kitabların müxtəlif dillərdə nəşr olunub dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlıların başına gətirilən müsibətləri nümayiş etdirən foto sərgilərin təşkili, xarici ölkələrdə diaspor təşkilatlarının fəallaşması, türk diaspor təşkilatları ilə birgə tədbirlərin kecirilməsi bu sahədə də irəliləyişə səbəb olub. Daha təsirli vasitələrə, irimiqyaslı olmasa da iti atılan addımlara ehtiyac artır. Biz müharibəni sülh yoluyla bitirmək, torpaqlarımızı sülh yoluyla azad etmək istəyiriksə, iqtisadi qüdrətimizi artırmaqla yanaşı, ideoloji cəbhədə mövqelərimizi daha da möhkəmlətməliyik. Döyüşdə müxtəlif silahlardan istifadə oluna bilər: iri çapli, kiçik çaplı, soyuq, odlu... Əsas odur ki, hamı bir səngərdə olsun və bir istiqamətdə döyüşsün. Hədəf də, amal da meyar da bir olsun. Qələbəni təmin edən şərtlərdən biri də bu deyilmi?
   
   Sovet dövründə Ermənistanda 180.000 tirajla "Voznn" adlı (tərcüməsi "Kirpi" - E.B.) satirik jurnal dərc olunardı. 1988-ci ilin aprelində həmin jurnalda rəssam Yarelyanın çəkdiyi bir şəkil yerləşdirilmişdi. Bu rəsmə tapmacamı deyək, bulmacamı, heç bilmirəm. Alt yazısı da vardı: televizor qarşısında oturan uşaqlara sual verilirdi ki, ekranda gördüyünüz adamlar arasında bizim düşmənimiz hansıdır?
   
   Təsvirdə iki silahlı əsgər enli qaşlı, qalın buğlu bir kişini qabaqlarına qatıb harasa aparırdılar. İlk ağla gələn düşmən obrazı yəqin ki, elə bu adam olmalıydı. Fəqət, belə cavab doğru deyildi. Əsl düşməni tapmaq üçün bir qədər fərqli düşünmək lazım gəlirdi. Məkrli erməni hiyləsinin mahiyyəti həmin rəsmə tərsinə baxarkən aydın olurdu. Sizə təqdim olunan şəkil həmin rəsmin repraduksiyasıdır. Onu 180 dərəcə çevirin. Onda görəcəksiz ki, erməni təbliğatı uşaqların beyninə düşmən obrazını necə üsulluca yeridir. Fikir verin, başı əmmaməli adam türk də ola bilər, iranlı da, azərbaycanlı da. Ermənilər üçün bu fərq etməz. Beyinə yeridilən əsas mesaj odur ki, düşmənimiz müsəlmandır. Bu isə dini zəmində düşmənçilik ideyalarının birbaşa təbliğatıdir. Həmin dövrdə SSRİ-nin tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının rəsmi mətbuat orqanında belə şəkillərin, milli ədavət hissi yaradan yazıların yerləşdirilməsi adi hal almışdı. Əslində, oxucunu bu cür zərərli və zəhərli istiqamətləndirmə, sovet ideologiyasının təbliğat maşınının özü üçün də təhlükəli idi. Amma Moskvada yüksək mövqe tutan ermənipərəst məmurlar və digər qüvvələr bu cür hallara rəsmi dairələrdə siyasi rəng vermənin qarşısını məharətlə ala bilirdilər. SSRİ-nin dinc yolla yavaş-yavaş dağıdılması böyük Ermənistan ideyasının yenidən dirçəlməsinə ümidləri artırırdı. Bu mənada 2 oktyabr 1989-cu ildə Erməni televiziyası ilə katalikos I Vazgenin çıxışından müəyyən məqamları misal gətirmək yerinə düşər:
   
   -Mənim övladlarım, mən, erməni-qriqoryan kilsəsinin katalokosu I Vazgen Sizə müraciət edirəm. Mən də sizin kimi Dağlıq Qarabağda yaranan vəziyyətlə bağlı çox narahatam. Ancaq, hesab edirəm ki , "Qurtuluş" təşkilatı rəhbərlərinin tutduğu yol kökündən yanlışdır. Əgər bu cür açıq şəkildə mübarizə aparılarsa, bizim uzun illərdən bəri yürütdüyümüz məqsədyönlü siyasət, çoxşaxəli fəaliyyət ciddi zərbə altında qalar. Dünya xalqları başa düşərlər ki, Ermənisran torpağı millətçilik ocağıdır. Belə ad cıxarmaq bizə yaramaz. Sizin aparmaq istədiyiniz açıq mübarizə bizim Böyük Ermənistan arzumuzun gerçəkləşməsini məhv edər. Hadisələrin bu şəkildə inkişafı Xəzər sahili boyunca Azərbaycan və Dağıstan ərazisində məskunlaşan 700 mindən çox erməni bacı və qardaşımızın qan içində boğulmasına gətirib çıxarar.
   
   İlk baxışda I Vazgenin bu çağırışı sağlam məntiqə əsaslanır və sanki erməniləri qan tökməkdən uzaq olmağa, digər millətlərlə dinc qonşuluq şəraitində yaşamağa çağırırdı. Amma indiyə kimi deyilənlər onun çıxışının başlanğıcı idi. Daha sonra fikrini davam etdirən din xadiminin həmvətənlərinə tövsiyəsi mübarizəni gizli şəkildə aparmaq olur. O deyir :
   
   - Məlumdur ki, hələlik tarixi torpaqlarımızın hamısı öz əlimizdə deyil. Lakin arzumuzun gerçəkləşəcəyi günə çox qalmayıb. Nəzərə alın ki, biz müqəddəs torpaqlarımızı hərbi yolla zəbt etməməliyik. Biz həmin torpaqlarda yerləşməli, əməlli-başlı məskunlaşmalı, mövqelərimizi hər vəchlə möhkəmlətməliyik. Bu çox vacib məsələdir.
   
   Yaşlı oxucuların yaxşı yadındadır ki, bir vaxtlar Bakının mərkəzində yerləşən ən gözəl binalarda ermənilər yaşayardı. Şəhər ərazisindəki abad həyət evlərinin çoxunun sahibi ermənilər idi. Yadımdadır, hələ SSRİ-nin vaxtında Bakı erməniləri Qarabağdakı separatçıların hərəkətlərini pislədiklərini mətbuatda bəyan etdilər. O zaman mənim və mənim kimi bir çoxlarının diqqətini çəkən rəsmi təşkilatların tapşırığı ilə tərtib edilmiş əhəmiyyətsiz müraciətin mətni deyildi. Əsas məsələ ona imza atanların kimliyi idi. Sən demə, mərkəzi partiya-sovet təşkilatlarında, xüsusən, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrin əksəriyyətini erməni millətindən olan insanlar tutmuşdular. Bəlkə də ayrı-ayrılıqda bu, o qədər gözə dəymirdi. Fəqət, qəzetdə siyahı çap olunanda çoxlarını dəhşət bürümüşdü. Deyirdilər ki, gör bizim müqəddəratımızı bu cür nüfuzlu orqanlarda kimlər həll edir... İndi aydın olur ki, Bakının ən yaraşıqlı, havası təmiz hissəsində vaxtilə bizim Ermənikənd dediyimiz ərazi təsadüfən yaranmayıb və el içində belə adlandırılmasında da kimlərsə xüsusilə maraqlı olub. Heç bir rəsmi sənəddə yazılmasa da hamı o yerləri Ermənikənd adlandırardı. Bir vaxtlar Nəsimi rayonunda açılan yeni bazara da Ermənikənd bazarı deyərdilər. Satılan mallar da, satıcılar da bizim idi, adsa onların. Bazarda alınan malları hərə öz səbətinə, torbasına qoyub evinə aparırdı, dildə-dodaqda səslənən bu ad isə sərhəd bilmədən hər yerdə sərbəst dola-şır, bizi o ada alışdırırdı. Hələ "armyanskaya voda" adıyla həyətbəhəyət gəzib bəhbəhlə ucuz qiymətə satılan təmizləyici mayeni demirəm. İndiki "Sahil" metrosunun arxasında ermənilərin işlətdiyi məşhur su dükanını yada salmıram. Orda hər zaman basabas olardı. Belə bir mif yaranmışdı ki, ən dadlı, şirəli sular orda satılır. Nə isə... Görək bütün ermənilərin katalikosu I Vazgen daha nə deyirdi:
   
    -Mənim balalarım, yüz illər boyu bizim kilsə sədaqətlə, sidq ürəklə böyük Erməni xalqına xidmət etmişdir. Biz onun istəklərini həyata keçirərək Allahın böyüklüyünə inanırıq. Erməni xalqı bizim ağıllı məsləhətlərə qulaq asaraq Böyük Ermənistan sərhədlərinin şimalında və cənubunda yerləşmişlər. Son 40 ildə ermənilər Qara dəniz sahili boyunca əcdadlarımızın qədim torpaqlarında məskunlaşıblar. Belə düzənli toplum halında olan yaşayış yerlərinin ümumi sayi indi 64-ə çatıb.Tədricən Krasnodar və Stavropol vilayətləri də bu yolla azad edilir. O yerlərin münbit torpaqlarında artıq erməni ailələri yaşayırlar. Məsələn, Armavir şəhərində (oranı Şimali Ermənistan kimi tanıdırlar-E.B.) əhalinin 80%-ni erməni millətinin nümayəndələri təşkil edir. Bax, beləcə tədbirli davranmaqla biz özümüzə, soykökümüzə qayıdırıq.
   
   Daha sonra bu fikri bir qədər də inkişaf etdirən I Vazgen qədim erməni torpaqlarında yerləşməyi, iqtisadi və siyasi rəhbərlikdə yer almağı, məhz bu yolla əsrlərlə qəlblərində, fikirlərində yaşatdıqları Böyük Ermənistan arzusuna çatmağı məqbul bilir və bu yolla getməyi tər-ci edir. Dindarlarına ürək-dirək verərək "qorxmaq lazım deyil" söyləyir. "Narahatçılığa heç bir əsas yoxdur" deyərək arxayınlaşdırır. Əminliklə bildirir ki, katolik kilsə onları dəstəkləyir. Moskvada dinbir qardaşlarının yüksək vəzifələrdə çalışdıqlarını xüsusi vurğulayır. Moskva şə-həri, eləcə də Moskva vilayətində yaşayan və işləyən 400 min soydaşıyla qürurlanır. Tövsiyə edir ki, öz işinizi hərtərəfli dərindən düşünüb, daşınıb sakitcə aparın. Mİllətin say tərkibinin artmasına çalışın, dövlət aparatında yüksək vəzifələr tutmağı qarşınıza məqsəd qoyun. Vazgenin fikrincə, beynəlxalq təşkilatlarla daim təmasda olmaq lazımdır. Təbliğat maşını erməni millətinin əzabkeş, zəhmətkeş, ağıllı, sülhsevər obrazını hamıya tanıtmağı bacarmalıdır. Aparılacaq mübarizənin məqsəd və vasitələrini açıq şəkildə ifadə edən dini rəhbər çoxillik fəaliyyələrinin nəticələrini belə təsvir edirdi:
   
   -Bu halda biz artıq qan tökmədən təbii şəkildə yenidən ata-baba torpaqlarımızı qazanar, Böyük Ermənistan arzumuzu nəhayət ki, gerçəkləşdirmiş olarıq.
   
   Erməni-qriqoryan kilsəsinin başçısı, bütün ermənilərin katalikosu I Vazgenin Ermənistan televiziyası ilə bu çıxışını inanmıram ki, Bakıda və ya digər şəhərlərdə yaşayan ermənilər də görmüşdü. O vaxt peyk antenləri indiki kimi kütləviləşməmişdi. Odur ki, erməni emissarları həmin çıxışın mətnini çoxaldaraq əhali arasında yayırdılar. Texnoloji vasitələrin sürətlə inkişafı ideoloji cəbhənin sərhədlərini də aradan qaldırıb. İndi azad sözü, sərbəst fikri (düz olub olmamağı başqa bir məsələ) dünya ictimaiyyətinə çatdırmaq daha asanlaşıb. Qəzetlərin, teleradioların sayı çoxalıb. İnternet şəbəkəsi dünyanı zəbt edib. Hər gün peyk vasitəsiylə minlərlə telekanal öz auditoriyasını genişləndirmək, nüfuz dairəsini, təsir gücünü artırmaq üçün 24 saat tamaşaçı ovuna çıxır. Bəzən səngərlərdə nər kimi döyüşən, güllə yarasından qorxmayan cəsur igidləri məntiqli sözün, təsirli görüntünün, yaxşı düşünülmüş əyləncəli proqramların, cəlbedici filmlərin, serialların vasitəsiylə öz evlərindəcə mənən işğal edirlər. Millət üçün, dövlət üçün ən böyük itki elə bu ola bilər: cibində Azərbaycan pasportu gəzdirən adamların beynində, qəlbində başqa dövlətlərin maraqları hakim olarsa, vay bizim günümüzə. Milli ideologiya məsələləri üzərində çalışan alimlər, siyasətçilər yəqin ki, bu məqamları da ciddi şəkildə nəzərə alacaqlar. Bəzən mətləbi anlamaq üçün nəyisə 180 dərəcə döndərmək lazım gəlir. Yarelyanın "Voznn" jurnalındakı rəsm buna misal ola bilər. Bunu başa düşmək olar. Hərdən adamları da əqidəsindən, amalından, inancından 180 dərəcə döndərirlər. Bax, onda mən nə qədər kənardan baxsam da heç nə başa düşə bilmirəm. Ermənilər düşmənlərini uşaqlara belə tanıtdırdılar. Bəs, bizim düşmənlərimiz kimdir? Onları tanıyırıqmı? Yoxsa, biz də hansısa şəkli çevirib baxmalıyıq?
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK