ANA SƏHİFƏ / YAZARLAR

RUSİYA SƏFİRİ NİYƏ SİNƏSİN CIRIR?!

91119    |   2007-09-01 01:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heç demə, "Zerkalo" qəzetinin Bakıdakı binanın uçması ilə əlaqədar yazdığı yazı Rusiya səfirinin xətrinə dəyib. İtik bir yerə gedir, güman min yerə. İndi insanlar baş verən fəlakətlərlə bağlı müxtəlif ehtimalların üzərində dayanırlar, bu həmişə belə olub. Və qəzet də apardığı araşdırmalar nəticəsində bu ehtimalları öz səhifəsinə çıxarıb. Ehtimalların biri də odur ki, binanı partladıblar. Və qəzet bu ehtimallara söykənərək burada Rusiya izinin olmasını da yazıb. Və buna görə də nə dünya dağılıb, nə də Rusiya.
   
   Bu da Rusiya səfirinin bərk xətrinə dəyib. Olsun, adam öz ölkəsini müdafiə edir və bu, həm də onun görəvidir.
   
   Amma məsələnin başqa bir tərəfi var. Rusiya mətbuatı, xüsusilə də telekanallar dövlətimizin əleyhinə yalan böhtan yaymaqda, dövlətçiliyimizi zərbə altına qoymaqda az qala innesin "Rekordlar kitabı"na düşmək dərəcəsindədi. Azərbaycan torpağını Ermənistan torpağı kimi təqdim edirlər. Dağlıq Qarabağı müstəqil dövlət adlandırırlar. Dağlıq Qarabağdakı terrorçuların azərbaycanlılara qarşı qətliamını reportaj halında bayram kimi təqdim edirlər. Day nə bilim nə qələt eləyirlər, nə yeyirlər.
   
   ərək ki, bizim də Moskvada səfirliyimiz olsun, amma bizim səfirliyimiz ya susur, görünür iş-gücləri çoxdu (biri vedrə istəyir, biri vanna istəyir, biri viza istəyir, biri Bakıdan mayonez sifariş edir, smetan sifariş edir, kapiçonnı kolbasa sifariş edir, həqiqətən yazıqların işi-gücü çoxdu, qınamalı deyil), ya da uzaqbaşı öz etirazlarını bizim telekanallara, qəzetlərə telefonla iki-üç kəlmə söyləməklə bildirirlər.
   
   Şah İsmayılı taxtda, Şah Abbası qundaqda görən adam kimi hələ bir dəfə görməmişəm ki, Rusiyanın telekanallarında bizim səfirliyimizin etirazı səsləndirilsin. Bu həm bizim günahımızdı, həm də səfirliyimizin.
   
   Amma Rusiya səfiri şappadanxeyir bir mətbuat konfransı keçirtdi, jurnalistlərimiz də tökülüb getdi konfransa, televiziya kanallarımız da bu mətbuat konfransı haqqında ətraflı bilgi verdi.
   
   Amma mən inanmıram ki, Rusiya kimi humanist bir dövlət, bizi 70 il (əslində təxminən 200 il) böyük qardaş kimi bağırlarına basmış bir dövlət, belə bir namussuz işə qol qoysun.
   
   Xocalı soyqırımında erməni terrorçularına böyük bir dəstək verən 366-cı alay da Rusiyanın deyildi ha, nemesləriniydi!
   
   Ermənistana bir milyard dollarlıq silah-sursat bağışlayan da Rusiya deyil ha, nemeslərdi!
   
   Srağagün Moskvada iki iş adamını güllələyənlər də ruslar deyildi ha, nemeslərdi!
   
   Allah bu nemeslərə insaf versin! Elçin Şıxlı da nemeslərin günahını rusların üstünə yıxır, ayıb olsun ona!
   
   


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam orda-burda qadınlar haqqında danışıb dururmuş... "Dünyada pul ilə əldə edilməyəcək qadın yoxdu” deyirmiş...

Bir gün işi azıdıb:

"Mən Kraliçanı belə pulla əldə edə bilərəm. Yetər ki, qiymətini öyrənim!” demiş.

Söz dönüb dolaşıb Kraliçanın qulağına çatıb. Kraliça əsəbləşmiş və adamı çağırdıb:

-Sən belə belə dedinmi?

-Bəli əfəndim, dedim...

-Necə bunu deyə bilərsən ədəbsiz? Sənin kəlləni uçurdaram! Nə imiş mənim qiymətim?

-10 milyon euro, necədi əfəndim, yetərmi?

-Sus tərbiyəsiz, əxlaqsız adam!

-Hirslənməyin görkəmli Kraliçam... 100 milyon euro olsun...

Kraliça daha da əsəbləşmiş:

-Sən mənə necə qiymət verərsən? Kimsən axı?

Adam düşüncəli bir şəkildə başını qaşımış:

-Əsəbləşməyin əfəndim, bu sarayınızı qızıldan inşa edib sizə hədiyyə etsəm nə deyərsiz?

Kraliça birdən fikrə getdi:

-Səndə o qədər qızıl varmı?

Adam qanrılıb arxasında dayanan gözçətçiyə fısıldamış:

Kraliçanın da qiymətini tapdıq! İndi iş o qədər qızılı tapmağa qaldı!





digər lətifələr
ARXİV
FACEBOOK