hacklink Adalet.az | GÖZƏLLƏŞƏN AZƏRBAYCAN - 3 Adalet.az | GÖZƏLLƏŞƏN AZƏRBAYCAN - 3 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÖZƏLLƏŞƏN AZƏRBAYCAN - 3

52397    |   2014-08-23 09:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyədə bir ifadə var, "gəz dünyanı, gör qonyanı". Məncə İsmayıllı da Azərbaycan üçün bu ifadəyə uyğun gəlir, çünki ölkənin gözəl, füsunkar guşəsidir. Qardaşım Aqil Abbas ve hörmətli həyat yoldaşı İradə xanımla birlikdə İsmayıllı səfərimiz üç gün çəkdi, ürəyimiz ordan ayrılmağı istəməsə də məcburən Bakıya qayıtdıq, axı bizi gözləyən ayrı dostlarımız da vardı.
Gördüyümüz o gözəllikləri geridə buraxdığımıza görə içimdə qəribə hisslər oyanmışdı. Hər bir şey insanın arzularına görə gerçəkləşmir, fələyin dəyirmanı öz qaydasında işləyir, onu heç bir kəs yolundan nə döndərə, nə də saxlaya bilər. Mifoloji çağlardan bəri buna nail ola biləcək bir oğul da tapılmayıb, tapılmayacaq da.
Bakıda bir neçə gün qaldıqdan sonra dostum Səfər Rzayev zəng etdi və bizi Lənkərana dəvət etdi.
Səfər Bəylə 90-cı illərdən tanış olub dostlaşmışıq. Ata-babaları Şamaxıdan gedib Lənkəranda məskunlaşıblar. Milli şairimiz Məmməd Arazın vurğunlarından biridir və hansı şerindən söhbət açsanız onu əzbərdən oxuyur. Bir araya gəldikdə söz-söhbət nədən açılsa da axırda yol üzünü Məmməd Araz dünyasına tutur. Səfər bəyin özü də gözəl şeirlər yazan bir şəxsdir.
Dostum Əhməd Oğuz o axşam zəng etdi və səhər-səhər Lənkərana çıxası olduğumuzu söylədi. Səhər durub Əhməd bəyi də götürüb Lənkərana yola düşmək istəsək də Bayılda bir xanım sürətlə sürdüyü "JEEP"lə gəlib bizim maşına bir kəllə vurdu və günortaya kimi maşının ora-burasının düzəldilməsiylə məşğul olduq, axırda yola düşüb axşama az qalmış Lənkərana çatdıq.
1993-94-95-ci illərdə də Lənkəran, Astara, Lərik və digər şəhərlərdə olmuşdum. TRT adına "Xocalı Tragediyası" və "Qafqaz Ulduzu" adlı sənədli filmləri çəkərkən bölgəni deyilə bilər ki, kəndbəkənd, şəhərbəşəhər dolanmışdım. O vaxt ölkə yeni müstəqilliyini qazandığına görə hələlik quruculuq işləri deyilə bilər ki, başlamamışdı. Orda-burda bəzi şəxslərin təşəbbüsü ilə tikinti işləri gedirdi. Ancaq indi həmin şəhərləri və yolüstü kəndləri tanımaqda çətinlik çəkdim. Sovet dövrünün baxımsız kəndlərinin və inkişafın intizarında olan şəhərlərinin sanki buxarlanmış əvəzində müasir tipli kəndlərin və şəhərlərin yarandığının şahidi oldum. 90-cı illərdəki xalqın əhvali-ruhiyyəsi ilə indiki arasında yerlə-göy qədər fərq vardı. O vaxtların səhlənkar, sabahına olan ümidini itirmiş insanların əvəzində torpağını əkib-biçən, ailəsinin güzəranını yaxşılaşdırmaq yolunda hər cürə işdə əmək xərcləyib tər tökən və çörək pulu qazanan insanlar peyda olmuşdu. Yolboyu zəmilərdə sanki insan seli vardı, əkilən məhsullar yığılır və aramsız haralarasa yollanırdı. Xalqda bu əhvali-ruhiyyəni yaradanlara eşq olsun.
Lənkəranda bizi Səfər Rzayev qarşıladı və Palıdlı İstirahət Mərkəzində yerləşib şəhərə üz tutduq. İndiki Lənkəran, 90-cı illərdəki Lənkəran deyildi, sanki bu şəhər ayrı bir planetdən gəlmişdi. Səfər bəyin qardaşı Kamil, qohumu Namiq bəy başda olmaqla digər yaxınları bizi dörd gün ərzində əl üstündə tutdular. Qohumlarının toyunda iştirak etdik. Düzünü deyim özümü Anadolunun hər hansı bir kəndində keçirilən toy mərasimində hiss etdim. Lənkəranla Anadolu arasında minlərlə kilometr məsafə olsa da qonaq-qaranı qəbul etmə, toy mərasimi, sürfədə oturub-durma, mətbəx gələnəyi arasında balaca nüanslar müşahidə olunurdu, başqaca fərq yoxdu.
Şəhərə getdikdən bir gün sonra üzümüzü Astaraya tutduq və Səfər bəyin dostunun yaşadığı Miki kəndinə getdik. Talış Dağlarının yamacında yerləşən kənd bir sözlə cənnətdən töhfə kimi idi. Səfər bəyin dostu kəndin ziyalılarındandı və özü arı saxlayırdı. Bizi gülərüzlə qarşıladı və Səfər bəyin bütün etirazlarına baxmayaraq kürəkəni ilə birlikdə bir saatın içində bir quzunu kəsib həyat yoldaşı və qızı ilə birlikdə bizə ləziz yeməklər hazırladılar. Həyat yoldaşı ingilis dili müəlliməsi idi, Azərbaycan insanının qonaqpərvərliyini bütün hərəkətlərində əks etdirirdi. Axşama yaxın kənddən qayıdası olduq. Lənkəranda iki gün daha qalıb Səfər bəylərlə sağollaşıb Bakıya qayıtdıq.
Palıdlı İstirahət Mərkəzi Xəzər dənizinin sahilində yaradılmış maraqlı bir məkandı. Mərkəzə gələn qonaqlara göstərilən diqqət, ətrafın təmizliyinə deyəcək hər hansı söz ola bilməz.
Lənkəran-Bakı yolunda gedərkən də, qayıdarkən də ölkəni dolanan xarici vətəndaş kimi diqqətimi bir şey çəkdi. Yolüstü şəhərlərdən keçərkən haçalanan yollarda hansı yolun hara getdiyi ilə bağlı hər hansı lövhə yoxdu. Deyilə bilər ki, hər şəhərdə yol ayrıclarında maşını saxlayıb camaatdan Bakı yolunu soruşmalı oldum. Bakı yolu üstündə olan Masallı, Cəlilabad və digər şəhər və qəsəbələrin idarəçiləri bir metrlik bir lövhəni niyə yazdırıb yol ayrıcılarına qoydurmurlar, bu məsələ şəxsən mənə çatmır. Axı ölkəni dolanan hər bir xarici gördüyü bu mənfilikləri o bələdiyyə sədrlərinin, ya da o işlə bağlı məsul şəxslərin yox, birbaşa dövlət rəhbərinin ayağına yazır. O şəxslərin də Azərbaycan Dövlətinin Dövlət Rəhbərinin bu cür kiçicik bir detalla tənqid edilməsinə icazə verməməsi onların məsuliyyətindədir. Bir iradım da dairələrlə bağlıdır. Şəhərlərdə dairələrdə get-gəli tənzimləyən, maşınların birinə keçiş üstünlüyü verib digərini saxlayan Azərbaycanlı qardaşlarımın svetofor, Türkiyədə trafik lambası (bu sözlərin ikisi də Latın köklüdür və dilimizlə hər hansı rabitəsi yoxdur) deyilən lampaların olmaması çox qəribədir. Dairəyə kim cəld tərpənib daxil olursa, keçiş üstünlüyü onun olur. Belə şey olar? Avropanı bir başdan bir başa dolandım, bu cür məntiqsizliyə heç yerdə rast gəlmədim. Bakıda 20 Yanvar metrosunun yanındakı dairə günün hər saatında Türkiyədəki ifadəylə desək ana-baba günü olur, hansı maşın keçməlidir, hansı ona yol verməlidir, müəyyən deyil. Dairələrdə yolların istiqamətlərinə görə dörd ədəd işıq qoysalar və get-gəli onlar təyin etsə, günah olar, yoxsa cinayətə Azərbaycanı Türkiyə qədər, hətta ondan da yaxşı tanıyan bir xarici kimi mən dairələrdə çətinlik çəkirəmsə diyək ki, bir Hollandiyalı vətəndaş gəlsə və maşını ilə dairəyə girməli olsa, nə etməlidir? O Hollandiyalı ölkəsinə dönsə, kimi tənqid edəcəkdi, Bakı və ya başqa bir şəhərin bələdiyyə sədrini, ya da yollara nəzarət edən polis idarəsini, yoxsa Azərbaycan Dövlətçiliyini? Onlar birbaşa Azərbaycan Dövlətçiliyini və onun Dövlət Başqanını təndiq oxlarının hədəfinə çevirəcəklər. Azərbaycanın bir doğması kimi şəxsən bunu qəbul edə bilmərəm. Yollara nəzarət edən hansı idarədirsə lövhələri də, dairələrdə olmayan işıq məsələsini də onlar həll etməli, Azərbaycan dövlətçiliyinin təbliğatı adına bunu həyata keçirməlidilər.
Bakıda bir həftə qaldıqdan sonra Aqil Abbas bəy zəng etdi ki, cümə günü Lerikə gedəcəyik, hər hansı ayrı planın olmasın. Yenə həyat yoldaşı İradə xanım Tuncay və mənimlə Fatma xanım Lerikə sarı yola düşdük. 90-cı illərdə Lerikdə bir neçə dəfə olsam da çox qala bilməmiş, sadəcə olaraq bölgəylə bağlı sənədli filmləri çəkib qayıtmışdım. Axşama yaxın Relax İstirahət Mərkəzinə çatdıq. Bizi mərkəzin işçiləri qarşıladı. Davranışlarından işlərinin ərbabı olduqları aydın görünürdü. Relax, içində alabalıqların oynaşdığı, şırıltıyla axıb axırda Xəzərlə qucaqlaşan bir dərənin kənarında yaradılıb. Sağı və solu yalanqoz, ceviz, yemişan, şabalıd, palıd, dəmirağaclarla dolu meşəlikdi. Burada elə bir atmosfer var ki, insan özünü ayrı bir dünyadaymış kimi təsəvvür edir. Özü dörd ulduzlu olsa da məncə, Avropanın beş ulduzlu məkanlarından da üstündür. Birinci günə kimi Relaxda qaldıq. Aqil bəy bizi Ərdəbilə qırx kilometr qalmış yerlərə kimi apardı, gedib sərhəddə çatdıq, qarşımızda Sovet dövründən qalma sərhəd məftilləri dayanmışdı. O məftillərdən o tərəf Ərdəbil şəhərinin torpaqları idi, yəni Güney Azərbaycan. Ustad Şəhriyar, "Səhəndim" şeirinin bir yerində "Qaçdıq üzləşdik Arazda, yenə qəmlər qalaq oldu, yenə gözlər bulaq oldu" deyib. Ustad, Arazın o tayında və bu tayında yaşayan bacı-qardaşların bir-birilərinə olan həsrətini o ikicə misrada nə gözəl dilə gətirib. Tanrı yerini nurla doldursun Ustad. Məftillərin qarşısında dayanarkən ürəyimdən nələr-nələr keçmədi ki?.. Dördümüz də həsrətlə köks ötürərək gəldiyimiz yoldan geri qayıtdıq. Aqil bəy maşını, yol üstündə olan Zuvand kəndinin qırağında yaradılan yeməkxanada saxladı. Allah, nə gözəl, nə təmiz yerdi. Bütün bu gözəllikləri və təmizliyi müstəqillik yaratmışdı, çünki Sovet dövründə də xeyli kənddə olmuşdum, ancaq indinin kəndlərindəki atmosferə heç yerdə rast gəlməmişdim. Zuvandlı qardaşlarımızın təamlarından dadıb xeyli dincəldikdən sonra Relaxa qayıtdıq. Birinci gün günortadan sonra Bakıya sarı yola düşdük. Aqil bəy, qayıdarkən maşının üzünü Yardımlıya sarı döndərdi, Yardımlı şəlaləsinə gedib oranı da gördük, xatirə şəkilləri çəkdirdik və qayıdıb Masallıda insanı valeh edən bir restoranda oturduq. Bunu da deyim ki, Lerikdən çıxandan Masallıdan ayrılana kimi yağış bizi müşayiət etdi. Aqil bəy və İradə xanımın ürəklərinin açıqlığından, alicənablıqlarından Tanrı da rəhmətini yol boyu onların başına səpələyirdi.
Əziz bacım İradə xanım və qardaşım Aqil bəy, Ulu Tanrıdan diləyim, dünya durduqca ocağınızın üstündən Tanrının kölgəsi əskik olmasın, gələcək nəsilləriniz adlarınızla iftixar etsinlər.






YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK