warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | GÜNAH Adalet.az | GÜNAH Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÜNAH

(Çox istərdim ki, fikirlərim düzgün anlaşılsın)

24327    |   2007-08-15 05:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən bu yazını yazmaq üçün iki ilə yaxındır ki, içimdə çox şeyləri alt-üst etmişəm. Necə deyərlər, dağı arana, aranı dağa çəkmişəm. Dostlarla, ürəyimin ən yaxın adamlarıyla və hətta ilham pərisi deyilən hər nədirsə onunla təkbətək qalanda da bu yazının cizgilərini müzakirələrdən, sorğu-suallardan, araşdırmalardan keçirmişəm. Və hər dəfə də son nəticəm, son qərarım fikir mübadiləsi etdiklərimin dedikləri ilə, məntiqləri ilə üst-üstə düşməyib. Mən yenə öz bildiyimdə qalmışam. Deyə bilərsiniz ki, bir halda ki, "bildiyini dədənə də vermirsən" onda bu adamları niyə öz suallarınla rəncidə edirsən, yorursan. Bilmirəm, sizmi haqlısınız, yoxsa mən. Amma hər halda mən nəhayət, məni yerimdən oynadan, özünə çəkən həmin düşüncələri kağıza köçürmək qərarına gəldim. Necə deyərlər, babalı öz boynuma. Heç kimi suçlamıram, heç kimdə günah axtarmıram. Hər kəs öz məntiqində, öz düşüncəsində, öz yanaşmasında haqlıdır. Yəni hər kəsin öz həqiqəti var.
   
   İlk öncə ondan başlayım ki, jurnalistikada belə bir ədəbi priyom var. Yazı müəllifi ya özünü reklam etmək, ya da qabartdığı məsələyə diqqəti çəkmək üçün sözarası bildirir ki, ona oxucu zəngləri, oxucu məktubları gəlib və o da bu diqqətə görə oxucuları qarşısında özünü borclu sayır. Bu mənada Vahid Əlifoğlu son yazılarının birində ona oxucu məktubu gəldiyini, hətta bir oxucu qızın da telefon açıb ona niyə az yazdığını irad tutduğunu bildirmişdi. Təsadüfdən Vahidin həmin diqqətli oxucusu iki gün öncə, yəni həftənin ilk iş günü redaksiyamızla da əlaqə saxladı və yenə də adını demədən Vahid müəllimin yazılarını tez-tez çap etməyi rica etdi. Və bu da müəyyən insanların Vahidin yazısında toxunduğu həmin məqama zənnimcə, son qoymuş oldu. Necə deyərlər, bir günah yuyuldu. Əgər bunu günah saymaq mümkündürsə...
   
   ... "ünah" anlayışı mənim üçün həm mücərrəddi, həm də konkret. Tutaq ki, sərxoş vəziyyətdə avtomobili idarə edib qəza törətmək artıq cinayətin əvvəlinin günah olduğunu, yəni əlini badəyə uzatdığın andan günahın sənin çiyinlərində oturduğunu faktsız sübut edir. Eləcə də bilə-bilə kiminsə haqqını tapdalayıb çörəyinə bais olmaq, bu da bir başqa günahdı. Həmçinin, adət-ənənəni, dini qanunlarımızı tapdalamaq, sayğısızlıq göstərmək də günahdır... Bu cür misalların sayını artırmaq, çeşidini qabartmaq mümkündür, amma məncə, bu göstərdiyim nümunələr fikrimi açıqlamağa yetər. Ən azı ona görə ki, bu dediklərim heç bir etirazsız, yəqin ki, hər kəs günah kimi qəbul edəcək. Lakin...
   
   Həyatımızda elə anlar, elə duyğular, hisslər var ki, onlar hər birimizə fərdi şəkildə aid olmaqla yanaşı, həm də hər birimizin öz ürəyini, öz dünyasının əksidir, qismətidir, yaratdığıdır, istəyidir. Və hər kəsin duyğusundan, hər kəsin ürək payından bunu təmtəraqsız, çılpaq desək, ən böyük varidatı olan Sevgisindən danışanda mütləq ehtiyatlı olmaq və bu Sevgini olduğu kimi qəbul etmək, görmək həm insanda dünyagörüşün, düşüncənin bu anlayışa yanaşma imkanının, onu həzm etmək bacarığının və nəhayət, öz sevgisi ilə o Sevgiyə qiymət vermək bacarığının, son olaraq isə insanlığının aşkarlanması, görünməsi üzə çıxır. Bu qədər dediklərimi bir sözlə ifadə etsəm, yəni hər kəs öz sevgisi ilə qarşıdakı sevgini görməyi bacarmalıdır. örə bilmirsə, öz sevgisinin də nə boyda olduğunu hətta dünyanı qoynuna aldığını belə bütün müqəddəslərə and içməklə məni inandıra bilməz. Çünki sevgi o vaxt böyük olur ki, təkcə sənə deyil, həm də qarşında olanlara və nəhayət sevginin ünvanına ondan işıq düşür və sən də o işıq düşən ünvanın sevgisini, özünü də olmasa, işartılarını görürsən. Bir az qarmaqarışıq fikirlər olsa da, bu mənim qənaətimdir. Bilirsiniz niyə?
   
   Həyat həmişə öz rəngarəngliyi ilə, öz qeyri-adi gedişləri ilə, burulğanları ilə insanı özünə cəlb edir. Kimliyimizdən asılı olmayaraq hər birimiz yeknəsəklikdən, eyni rəngdən, eyni mühitdən, eyni düşüncədən, eyni yanaşmadan, bir sözlə, eynilikdən gec-tez bezirik. Yeganə sevgidir ki, insan ondan bezmir, çünki bunun kökündə, mayasında valideynə, Tanrıya, Vətənə, insanlığa, həyata, yaşama, ən vacibi isə könül duyğularını pıçıldadığım, ömrünü həsr etdiyin insana Sevgi dayanır. Bu Məcnun sevgisidi, Kərəm sevgisidi, Fərhad sevgisidi. Elə bu günümüzün İlham sevgisidi və bir də lap elə bir insan olaraq, bir söz adamı olaraq mənim sevgimdi. Hökm deyil ki, bu sevgi də dastan olsun, kitablara düşsün, dillərdə dolaşsın. Ancaq əsas odur ki, bu sevgi var və sadaladığım bütün ünvanlara bundan pay düşür. Hətta bu sevgi çörək ağacıma da aiddir. Sevmədən nəyisə görmək, nəyisə etmək zənnimcə çox yorucu və zor işdir, adamı bezdirir.
   
   Bəzən, insanların daha çox isə müxtəlif cinslərin, bir-birinə sevgisinə bizlərin yanaşması çox əcayib olur. Tutaq ki, ailəli bir qadını və yaxud kişini kimsə sevir və mütləq hər kəs bu sevgini yataqla bağlayır. Mən anlaya bilmirəm ki, gözəlliyə, sadəliyə, səmimiyyətə, ən vacibi isə bütün insani keyfiyyətlərə malik olan ailəli bir xanıma içində bir sevgi bəsləmək və yaxud kişiyə həmin o hissləri içində yaşatmaq niyə günah olmalıdır? Bir halda ki, bu sevgi tək sənin özünə bəllidir, bir də Tanrına. Bir halda ki, bu sevgi ev dağıtmır, ocaq söndürmür, əksinə, sevəni daha da kamilləşdirir, daha da duyğusal edir... Bilmirəm, dediklərimi necə qəbul etdiniz, amma şahidi olduğum, az-çox baş verənləri təkrar-təkrar götür-qoy edib süzgəcdən keçirdiyim bir məqam məni bu qənaətə gətirir. Və mən əminəm ki, Tanrıya və özünə bəlli olan sevgi ən müqəddəs, ən pak, ən halal sevgidir. Kiminsə buna hansısa prizmadan baxıb, hansısa donu geyindirib günaha yazmasını qəbul etmirəm.
   
   Hətta ola bilər ki, irad tutsunlar, desinlər həmin sevgi fikri, hissləri məşğul etdiyindən kişini və yaxud qadını müəyyən məqamda evindən, ailəsindən ayırıb, soyuda bilər. Burda müəyyən həqiqət var, amma mənim dediyim və israrla vurğuladığım Sevgi nə evə, nə ailəyə heç bir vəchlə problem yaratmır. Onların güzəranından tutmuş onlara olan diqqətə, qayğıya, sevgiyə qədər heç nəyin üzərinə kölgə salmır. Bu yenə də deyirəm, sırf bir ürəyin və bir də Allahın bildiyi sevgidir. Təbii ki, bunu hər kəs başa düşə bilməz. Bunun üçün dözüm, iradə və bir də o böyük sevgiyə böyük səcdə gərəkdir.
   
   Bəli, mən bir günahdan danışdım. Və yazının əvvəlində də Vahid Əlifoğlunu xatırlatdım. Ona bir oxucu müraciətini dilə gətirdim. Mənə də bu yazını iki ildən artıqdır ki, mövzu dairəsində çəkişdiyim, razılaşmadığım bir duyğu, sevgi adamı yazdırdı. İstədim ki, hər kəs bilsin, sevginin adı yalnız Sevgidir. Onu günah saymaq özü elə günahdı. Təbii ki, yenə deyirəm, insanın özünə və Tanrısına bəlli olan sevgidən söhbət gedir. Yəqin ki, Tanrım da bu sevgini günaha yazmaz...


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-27
2019-05-25
2019-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK