Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SAHİLƏ-nin dedikləri Adalet.az | SAHİLƏ-nin dedikləri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SAHİLƏ-nin dedikləri

23593    |   2014-08-16 02:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gözlərindən sevinc yağır elə bil. Nəsə onu görəndə sevinirsən, rahatlıq tapırsan. Səsinin musiqisi var. Yəni adi deyil, maraqlıdı, cazibəsi var.
Fərqlidi, söz adamıdı; elə bil körpəlikdən tanıyıram. Təbii ki, bütün bunlar onun yaradıcılığına maraq oyatmaya bilməzdi.Sahiləni oxudum. Əvvəlcə "Aşağı və yuxarı ətraflar"ı. Adı da qəribə gəldi bir az. "Məhv edilmiş xilaskarlar"la başlayır. İnsanlardan yazır, "aşağılar"dan, "yuxarı"lardan yazır Sahilə, sadəcə insanlardan: "Müxtəlif irqdən olan ala-bəzək insanlar rəngli karandaşlar kimi yaşamları ilə qeyri-peşəkar həyat rəsmi çəkirdilər. "Və bu insanların içində 8 yaşlı şagirdinin uğuruna sevinən "Müəllimim "8 yaşlı aktrisa"adlı müsahibəm olan qəzeti hər rastlaşdığına ona şəxsən direktorun təqdim etdiyini, belə istedadlı şagird yetişdirdiyinə görə təşəkkürünü bildirdiyini deyirmiş. Təsəvvür edin, heç kim ona "direktor iki gündür ezamiyyətdədir" deməyib. Kövrəldim bir az da. Şagirdləri üçün yaşayan müəllimləri düşündüm. Sevinc yaşamaq üçün səbəbləri tapa biləcəyimiz halda niyə axtarmadığımızı düşündüm. İnsanları böyük görmək istədim. 8 yaşlı qəhrəmanının diliylə: o vaxtlar adamlar mənə böyük görünürdü. Onlara güvənirdim... Zaman keçdikcə böyük adamlarla daha az-az rastlaşmağa başladım. İndisə böyük adamla nə vaxt rastlaşdığımı xatırlamıram belə, - deyir. Bu əslində insanın-insanlığın faciəsidi: Böyük ola bilmirik, bir-birimizə güvənə, bir-birimizi qoruya bilmirik. İllər öncə yazdığım şeirimi xatırladım: "təəccübüm azalıb adətim artıb indi. İndi anlayıram ki, böyümək çətin deyil, böyük olmaq çətindi. "Həmişə böyüklük axtarmaq" və nə vaxt rastlaşdığını xatırlamamaq". Bundan qorxulu nə ola bilər ki! İnsanları bu qorxudan xəbərdar edir yazarım: "Güclü təlim görmüş kədər orduları tez-tez sevincin, ümidin, əzmin, cəsarətin, səbrin üzərinə hücumlar edirdi. İnsanlar bir-birinə kömək etməyə çalışsalar da get-gedə bunu bacarmamağa başlamışdılar. "Bir az pafoslu görünsə də həyatın-yaşamın kədərini görən, dadan yazarın yanaşmasıdı. Həm də bu həqiqətdi. Axı kədər heç kəsin qapısını döyüb icazə istəmir, o istənilən vaxt icazə-filan gözləmədən təpiklə, yumruqla qapını açar, başının üstünü kəsər. Sevincsə axtarmasan, tapmasan, anında görməsən, dəyər verməsən üz çevirib gedər. Bir-birimizin üstünə kədəri göndərmək çətin deyil, bunu asanlıqla edərik və sevincin qarşısını kəsərik, azdıra da bilərik... Sahilənin yazılarının, demək olar ki, hamısında insan-insanlıq var. Bir-birimzə dayaq olmağı, sevindirməyi, xoşbəxt etməyi, riyakarlıqdan uzaq, səmimi olmağı deyir bizə. Bəlkə ona görə də sovet dönəmində yaşamayan, uşaqlıqda bu dönəmin abu-havasını hiss edən Sahilə o illəri əldə qılınc doğrayanlardan fərqli olaraq müsbət tərəflərini də görür bir çoxları kimi. "Zemi"də valideynlərini itirən qızcığazı gənc professorlar övladlığa götürür. Onlar gənc alimlərin müvəqqəti yaşaması üçün ayrılan yataqxanada qalırlar. Sovet dağılanda yeni mənzilə köçmək ümidlərini itirən ailə qızcığazı saxlamır. Sovet dönəmində gec-tez hamı dövlətdən ev alırdı. Biz də almışdıq. İndi gənc mütəxəssis, gənc alim, ya kim olursan ol, ev nə gəzir? Pulun olsun lap get kilometrlərlə sahə al, 5 mərtəbəli ev tik. Kim nə deyə bilər? Pulun yoxdu özün bil. İndi sovetdən qalma bir otağın varsa, onu qoru, onu hayına qal ki, sökməsinlər. İndi Sahilənin qəhrəmanı kimi hamının təəccübü itib, narahatlığı artıb, dərinləşib, bu narahatlıq təəccüb kimi heç vaxt yoxa çıxmayıb. Əgər "ən böyük həqiqət yalanı tapmaq, onun həqiqət olmadığını anlamaq, ən böyük yalan ən böyük həqiqəti axtarmaqdan başqa bir şey deyil"sə,"Əslində hər kəsin içində dəlilik var. Ağıllı olmaq bu dəliliyi gizlətməkdi"sə narahatlıq necə yoxa çıxa bilər. "Nədən qorxursan? - Adamlardan və demokratiyadan"("Qorxu" hekayəsi) və bu qorxu yaşayırsa, deməli, narahatlıq daha uzunömürlü olacaq.
"Varlı kişinin portmanatı"nda "Zırrama", "Qorxu", "Elə deyilmiş", "Qara əlcəyin əhvalatı", "Avqustun iyirmi üçünə üç gün qalmış" və s. hekayələrini oxudum. Etiraf edim ki, oxuyanda arada redaktə etmək keçdi ürəyimdən. Amma Sahilənin yazı tərzini-demək istədiyini ifadə etməsini, səliqəsini, mövzularını bəyəndim. Hətta mənə sevə-sevə oxuduğum yazıçılarımızı xatırlatdı. Yəni anlayırsan. Həyata baxışını duyursan. İnsanları gördüyünü görürsən. Dağıtdığımız sosializmdən, qurduğumuz kapitalizmdən yazır. "Varlı kişinin portmanatı"nı tapan, övladlarını saxlamaq üçün bədənini satan qadın tapdığı 12 min dolları bir gündə xərcləyə bilən sahibinə qaytarır, ruhunu, ağlını, ürəyini sata bilmir, "özgə pulu" kimi çirkaba bulaşa bilmir. Amma qadının ehtiyac içində yaşadığını görən varlı kişi bütün varlığıyla pula satılıb, çirkaba bulaşıb. İndi əks cinsin cavan nümayəndələrindən fərqli olaraq qadın-fahişə obrazı yaratmır. Qadından-Ruhunu, vicdanını satmayan, xəyallarından əziyyət çəkən, sevilən, sevilməyən qadınlardan yazır. Ağrılarından, sevgisindən yazır "Təxirə salınmaz nikbinlik planı"nda. "Mən daim xoşbəxtlik axtaranları sevmirəm. Hətta bu xoşbəxtliyi mənim hesabıma yaşamaq istəyənlərdən qorxuram. "Qorxur Sahilənin qəhrəmanı: Belə olur axı, xoşbəxtliyi sənin hesabına yaşamaq istəyirlər... Hekayə maraqlı, mövzu elə gözlənilməz, elə ağrılı həqiqətdi ki... Üç ay öncə qızı dəlicəsinə sevdiyini düşünən gənc artıq onu sevmir. Ruhi xəstə olan anasını sevməyən qız bundan xəbərsizdi. Oğlanla yaşayacağı xoşbəxtliyə inanır. Amma bu inamda bir ağrı, sızıltı var. Və qıza elə gəlir ki, günahkar anadı... Xoşbəxt olanda "Mən buna layiqəm. Hər şeyi özüm etdim" - deyən, dara düşəndə yalnışını görməyən və bütün günahları anada görən, hətta onu ruhi xəstə hesab edən övladlar yoxmu? Yəqin ki, Sahilə onlara səslənir "ana qədər sevən olmaz, xoşbəxtlik arzulayan olmaz" deyir. Qız oğlana xilaskarı kimi baxır, oğlansa düşünür: Bir gün anladım ki, onu sevmirəm. Bu həqiqəti bilsə də gizlədəcəyini düşünür: "Onu sevmədən yaşamağa hazır idim. Hər kəs razı idi. Ondan başqa - anasından. O dəli ruhu ilə bütün ağıllıların gizlətdiyini açmaq istəyirdi. Onların evlərindən uzaqlaşdığımda arxamca zillənən baxışların vahiməsindən titrəyir, onun dürüst dəli ruhuna yazığım gəlir, qızının, özümün, bizim kimi milyonların riyakarlığına nifrət edirdim... "Sahilənin qəhrəmanı belə düşünür. Belə düşünmək də qəhrəmanlıqdı - həqiqəti görməkdi. Hekayənin sonu daha ağır, daha kədərli, daha gözlənilməz həqiqəti çırpır üzümüzə -özümüzə: Ana qızını öldürür və sevilmədən yaşamağa məhkum olan qadın bağırır, içindəki acıları bağırır: "Sənin toyun olmayacaq. Sən mənim kimi ərə getməyəcəksən. Səni yalandan sevməyəcəklər. Sevdiklərinə inandırmayacaqlar. Sonra sevilmədiyini öyrənməyəcək, bu həqiqətlə yaşamayacaqsan... Səni sevməyən birinin uşağını sevməyəcəksən. Bu həqiqətdən havalanıb o uşaq tərəfindən sevilmədiyini bilməyəcəksən. Səni xilas edirəm mənim balam.
Əlində balta vardı...
...Böyük riyakarlığı amansızca məhv etdiyi üçün qalib kimi mənə baxırdı. Ancaq mənə. Oynaq, cinayətkar, dəli baxışları ilə mənə meydan oxuyur, onu aldada bilmədiyim üçün, qızını öz taleyini təkrarlamağa qoymadığı üçün qalib sayılırdı. "Hekayə belə bitir. Oxudum, nə düşünəcəyimi, nə deyəcəyimi bilmədim. Amansızdı bir az da. Amma "milli dəyər" kimi qoruduğumuz sevmədiyinlə yaşamaq və dözmək məhkumluğunun bağırtısıdı. Bəlkə riyakarlıqla dolu həyata etirazdı. Bəlkə ana sevgisinin böyüklüyüdü. Bəlkə adətən qulağıyla sevib xəyallar quran qadınlarımızın ağlının göz yaşıdı. Əslində dəqiq deyə bilmədim. Amma bilirəm ki, çoxunun ört-basdır eləməyə çalışdığı yaşamaq istəmədiyi, amma yaşadığıdı Sahilənin dedikləri. Və mən cavanların sırasından özümə yazıçı tapdığıma sevindim. Üzündə sahilsiz görünən elə təmizlik, elə işıq var ki Sahilənin. Bu ancaq içdən gələ bilər. Sahiləyə həyatında, yaradıcılığında içindəki sahilsiz duyğular kimi sahilsiz uğurlar arzulayıram. Sizəsə, Sahiləni oxumağı.

Kəmalə ABIYEVA


İmza:

YAZARIN ARXİVİ

2015-02-21 : BEZDİM
2014-12-13 : CAN BORCU
2014-07-19 : ELƏ SEVİNİRƏM
2014-07-05 : CEYHUN olmasaydı
2014-05-09 : Möhtəşəm gün
2014-04-19 : Eyibdi axı
2014-02-22 : ALİK-ALEKO-ƏLİ
2014-02-08 : NƏ DEYİRSİZ
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK