Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Fırçam keçir Qarabağdan Adalet.az | Fırçam keçir Qarabağdan Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Fırçam keçir Qarabağdan

Gənc rəssam Nərminə Vəliyevanın düşüncəsindəki "Xarı bülbül"

57464    |   2014-08-16 00:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün təkcə əli silah tutan əsgər və zabitlərimiz deyil, qələmlə yazıb yaradan şair və yazıçılarımız, fırça ilə sənət əsərləri çəkən rəssamlarımız da Qarabağ torpaqlarını erməni işğalından azad etmək üçün çalışır. Böyük və möhtəşəm Qələbəyə birlikdə və addım-addım gedirik.
Gənc rəssam Nərminə Vəliyeva da öz əsərlərində Qarabağ mövzusuna tez-tez yer ayırır. Nərminə xanım 1989-cu ildə anadan olub, Rəssamlar İttifaqının üzvü, Dövlət Rəssamlıq Akademiyasının dissertantıdı. Bakıda və bir neçə xarici ölkədə fərdi sərgisi təşkil edilib. Amerikada, İtaliyada, Fransada, Yaponiyada, Rusiyada, Almaniyada, Estoniyada keçirilən sərgilərdə uğurla iştirak edib. Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun təşkil etdiyi sərginin qalibi olub.
Onun çəkdiyi "Xarı bülbül", "Şuşa qalası", "Düşmən gözü", "Ruhun rəqsi" adlı rəsm əsərləri bu yaxınlarda Avstraliyanın Melburn şəhərində təşkil olunan "Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda" layihəsi çərçivəsində keçirilən sərgidə nümayiş olunub.
İstedadlı rəssam bizimlə söhbətdə həmin tədbir barədə ətraflı danışdı: "Bu layihəni "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirirdi. "Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melbrunda" layihəsi çərçivəsində sərgi Melburndakı Dikin Universitetində təşkil olundu. Həmin sərgidə mənimlə yanaşı Şəhla Qəhrəmanlının və Günay Həsənovanın əsərləri təqdim olundu. Universitetin müəllim və tələbələri "Qarabağ atları", "Torpaq həsrəti", "Şuşa məscidi", "Xudafərin körpüsü" və digər rəsm əsərlərinə tamaşa etmək imkanı qazandılar. Mənim həmin tədbirdə "Xarı bülbül", "Şuşa qalası", "Düşmən gözü", "Ruhun rəqsi" əsərlərim sərgiləndi. Sərgiyə gələnlər hər üçümüzün əsərlərini maraqla qarşıladılar, müsbət fikirlər söylədilər".
Nərminə Vəliyeva sənət əsərlərini dünyada yaşayan müxtəlif xalqlar arasında körpü hesab edir: "Musiqi kimi rənglərin də dili birdi, ona görə rəsm əsərləri də xalqlar arasında ünsiyyət körpüsü yarada bilir. "Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda" sərgisinə gələnlər də bizim ürəyimizdən keçən və fırça vasitəsilə çatdırdığımız hisləri, düşüncələri rahat anlaya bildilər".
Gənc rəssam belə tədbirləri əhəmiyyətli sayır və belə hesab edir ki, təşkilatçılar çox mühüm bir addım atıblar: "Bayaq dediyim kimi, layihəni "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi həyata keçirir. Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyevanın rəhbərlik etdiyi bu təşkilat çox mühüm bir iş görür. Azərbaycandakı reallıqları, Qarabağ həqiqətlərini dünyaya sənət əsərləri vasitəsi ilə çatdırır. "Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda" layihəsinin reallaşmasında zəhməti keçən hər kəsə qəzetiniz vasitəsilə təşəkkürlərimi yetirmək istəyirəm. Belə layihələri davamlı etmək lazımdı, çünki bu bizim ümumi işimizin xeyrinə olar".
Hər bir Azərbaycanlı kimi Nərminə Vəliyevanın da qəlbində Qarabağın özəl bir yeri var. Gənc rəssam Qarabağa sevgisini belə izah edir: "Biz Qarabağ kimi bir ərazini itirmişik, ona görə də bu dərd hamımızın ürəyində yara bağlayıb. Lakin insanın istəyi olanda bütün dərdlərə məlhəm tapa bilir. Biz də ərazilərimizi gec-tez işğaldan azad edəcəyik. Şablon da səslənsə, deyim ki, bunun üçün hər birimiz çalışmalıyıq. Bunu özümüzə bir vətəndaşlıq borcu hesab etməliyik. Mən də Allahın yardımı sayəsində fırçamla öz üzərimə düşən işi görməyə çalışıram. Buna nail olanda da daxili rahatlıq tapıram. Öz əsərlərimlə insanları düşündürəndə xoşbəxt oluram".

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK