Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | O, GÖZLƏRİNDƏ MƏNƏ QARABAĞI GƏTİRMİŞDİ Adalet.az | O, GÖZLƏRİNDƏ MƏNƏ QARABAĞI GƏTİRMİŞDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

O, GÖZLƏRİNDƏ MƏNƏ QARABAĞI GƏTİRMİŞDİ

Kamal Abdullaya gecikmiş məktub

26101    |   2007-08-01 11:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə gün olmur ki, xəyalən o yerləri dolaşmayım. Heç elə də bir gecə olmur ki, ani bir yuxu qanadında o yerlərə ziyarətə getməyim. Və bütün bu gecələrin-gündüzlərin içərisində mən bir şeyi daha çox hiss edirəm. Hiss edirəm ki, az qala gözümü, könlümü döyənək eləyən, qabar bağlayan həmin o gördüklərim, xatırladıqlarım sanki məndən zaman baxımından get-gedə uzaqlaşır. Və get-gedə mən o yerlərdən bir az da uzaq düşürəm. Çox da ki, içimdə, xəyalımda, duyğularımda hopmuş, cilalanmış, az qala elə hisslərimin, duyğularımın özünə çevrilmiş xatirələr var, amma...
   
   Amma xatirələrlə nə qədər yaşamaq olar ki? Bir halda ki, günümüzün reallığı, hadisələrin axarı, insanın xatirələrinə od vurub yandıra bilirsə və "uf" da demədən o yandırılan xatirələrin külünü göy üzünə, axar sulara, küləklərin cənginə atırsa ... onda ümid nəyə qalır ki? Düşünməyin ki, suallar qəlizdir. Xeyr. Bu, sadəcə olaraq az-çox duyumu, yanğısı, hissiyatı olan hər kəsə özü-özlüyündə hər şeyi deyən, açıqlama verən suallardı. Və mən də bu suallarla baş-başa qalanda gözümün önündən yenə həmin o dolamalar, həmin o aşırımlar, həmin o bulaqlar, o meşələr, o çaylar və ən vacibi baş daşlarının çilik-çilik olduğu, şumlanıb vəhşi bir çöllüyə çevrilmiş qəbiristanlıqlar gəlib keçir. Elə bilirəm ki, gəzib dolanıram, əlimlə toxunuram, dizimi yerə atıb bulaqları, çayları öpürəm. Baş daşlarındakı neçə min yerə bölünmüş şəkillərin qırıqlarını toplayıram... Bütün bunlar hamısı xəyal olsa da birdən qulağıma tanış bir səs gəlir. Bu çox hörmətli professorumuz, mənə son dərəcə doğma olan, yaradıcılığına könül verdiyim Kamal Abdullanın tanış səsidi. O, Qarabağ səfərindən dönəndən sonra jurnalistlərə, dostlara gördüklərini danışanda ilk dediyi bu oldu:
   
   - Qarabağ düşmən tapdağı altına düşəndən bəri ilk dəfə idi ki, biz Qarabağa, yəni doğma torpaqlarımıza, elə öz doğma torpaqlarımızdan keçib getdik. Həmin ana kimi işğal altında olan ərazilərə səfərlər gah Yerevandan, gah Tiflisdən keçməklə reallaşmışdı. Biz isə Bərdədən, Tərtərdən keçib qədim el yoluyla Xankəndinə, Şuşaya getdik...
   
   Bu sözlər qulağımda səslənəndə ürəyimdən və Kamal müəllimə həmin o sözləri deyərkən söyləyə bilmədiyim bir fikir keçdi. Özü də bu mənim üçün təzə fikir deyildi. Həmkarım, dostum Kərim Kərimli xeyli öncə Şuşaya gedib qayıdandan sonra ona rəhmətlik Şahmar Əkbərzadənin ithaf etdiyi şer var idi. Təqribən belə idi: "gözlərin Şuşanı görüb ay Kərim. gətir gözlərindən öpüm". Bax elə mən də Kamal Abdullaya onda deyə bilməmişdim, amma indi ərknən, özü də qəzet vasitəsilə deyirəm- gözləriniz Şuşanı, Xankəndini görüb gəlib, gətirin gözlərinizdən öpüm!
   
   Ola bilsin ki, mənim bu yanaşmam, bu münasibətim kimlərinsə ürəyincə olmasın. Amma açığını deyəcəm. Heç kimlərinsə düşüncələrimə necə yanaşması mənim üçün elə bir əhəmiyyət kəsb etmir. Çünki mən yurd itirməyin də, şəhid verməyin də, çadırda yaşamağın da, adını beynəlxalq təşkilatların kif basmış dəftərlərində yaşatmağın da nə olduğunu yaxşı bilirəm. Hər kəsin öz arqumenti olduğu kimi, mənim də yetərincə arqumentlərim var. Və hərdən burda, yəni redaksiyanın şəraitli otağında və yaxud çayxanada, müxtəlif məclislərdə, lap elə tutaq ki, mitinqdə, piketdə "Qarabağ!" - deyə qışqırmağın o qədər də çətin olmadığını özüm üçün dəqiqləşdirmişəm. Hətta bir dəfə islamçılar "Azərbacyan nəşriyyatı"nın qarşısında piket edəndə mən 6-cı mərtəbədən "Qarabağ!" - deyə qışqırdım. Mənə yumruq sirkələdilər. Bunu elə-belə xatırlamadım. Bu xatırlamanın bəlli səbəbi var. O da... yenə həmin o tanış səs...
   
   - Mən də, mənimlə birlikdə olan ziyalılarımız da, o cümlədən İlhami də Şuşada qarşılaşdığımız hər bir erməniyə dedik ki, nə siz burdan köçüb gedənsiniz, nə də biz. Biz burda qonşu kimi yaşamağa məhkumuq və gec-tez də biz bura qayıdacağıq. Çünki bu torpaq bizimdi. Və onlar da bu həqiqəti başa düşdüklərini etiraf etdilər... Bəli, doğrudur- dedilər.
   
   Zaman o qədər iti sürətlə işini görür ki, bəzən nəyin necə olduğunu, hardan başlayıb, harda qurtardığını qavramamış, qiymətini verməmiş, ikinci, üçüncü dalğalar gəlir. Oğul istəyir ki, bu dalğaların qoynunda boğulmasın. Üzüb məqsədinə doğru gedə bilsin, çatsın ona. Bu heç də bədii bənzətmə deyil. Mənim içimdə olan və hər gün də mətbuatda, efirdə, müxtəlif yerlərdə səslənən, dartışılan bir fikrə özəl münasibətimdi. Bu günlərdə dostum Xanəmir məndən bir söz soruşdu və xahiş etdi ki, Dağlıq Qarabağadan olan bir insan kimi səmimi cavab verim. O sual da eyni ilə belə idi:
   
   - İtirilmiş torpaqlarımızın hansı yolla geri qaytarılmasını istərdin?
   
   Cavabım izahlı və geniş olsa da, indi necə deyərlər kəsə deyəcəm. Atalar sözü var: "Qanı su ilə yuyarlar". Amma o yerdə ki, onu qarşı tərəf də dərk eləsin!!!. Dərk eləmirsə qanı-qanla yumaq artıq kişi işidir!!!!. Bax, bu mənada mən Qarabağa səfər etmiş ziyalılarmızın hərəkətləri ilə bir məqamda razılaşıram. Bu elə Kamal Abdullanın dediyi məqamdı:
   
   - Biz bu addımı da atdıq. Bizi dünyaya qaniçən, cəllad kimi tanıtmağa çalışan ermənilərə və dünyaya göstərdik ki, torpaqlarımızın azad olunması üçün istənilən yerdə, istənilən səviyyədə danışıqlar aparmağa hazırıq. Biz heç də ermənilərin iddia etdiyi kimi cəllad, qaniçən deyilik. Ermənilərin arqumentləri onların boş xülyalarının bir təbliğat vasitəsidi. Edilən səfər də bu boş xülyanın sabun köpüyündən başqa bir şey olmadığını hər kəsə göstərdi.
   
   Yazımın əvvəlində o yerlərə xəyalən, yuxu qanadlarında getdiyimi elə-belə söyləməmişdim. Etiraf edim ki, işğal altında olan ərazilərimizi o yerləri tərk edəndən sonra yaxından görmək imkanım ancaq cəbhənin ön xəttindən mümkün olub. Bir də müxtəlif yollarla gətirilmiş çəkilişlərə baxmışam. Mətbuatda gedən, müxtəlif agentliklərin yaydığı xəbərlər, informasiyalar olsa-olsa ötəri bir mahiyyət kəsb edib. Qarabağdan qayıdan ziyalılarımzla görüşəndə mən canlı şahidlərin dediklərini özümə hopdurdum. Yəni, elə bildim ki, mən də onlarla birlikdə həmin səfərdə olmuşam.
   
   - Bizim Şuşa, Ağdərə, Xankəndi barəsində son bilgilərimiz ancaq adda-budda informasiyalardan ibarət idi. Reallığı isə gözlərimizlə gördük. Təsəvvür edin ki, iki saat yarımdan artıq yol qət elədik. Bu müddət ərzində qarşımıza iki-üç köhnə "iquli" çıxdı. Və bir də İrana məxsus iki benzin daşıyan maşın Şuşaya qalxırdı. Onu da gözümlə gördüm. Mətbuatın iddia etdiyi kimi Şuşada, Ağdərədə və digər gördüyümüz yerlərdə ermənilərin quruculuq işləri aparması barəsində deyilənlərin hamısı şaiyədir. Sanki ermənilər də oturub nə isə gözləyir.
   
   Bu həqiqəti görmək, demək zənnimcə öləziyən ümidlərə yağ damızdırmaq qədər zəruridir, qiymətlidir. Və həm də inamın özümüzə qayıtmasına bir təkandı. Məncə, dağılmış Şuşanın, viran edilmiş qəbiristanlıqlarımızın, o cümlədən də daşı-daş üstündə qalmayan Xocalının, Ağdamın və digər yaşayış yerlərimizin səfər edilmiş ziyalılarımızdan "gizlədilməsi" "Cıdır Düzünün yolu bərbaddı" deyərək oraya baş çəkməyə imkan verilməməsi düşmənin üçüncü dövlətlərin mətbuatı vasitəsilə hər şeyin gözəl olması barəsində yalançı fikir yaymasının qarşısında çox böyük bir sual işarəsidi. Birmənalı olaraq canlı insanların, yəni Azərbaycan ziyalılarının gördükləri ilə düşmənin təbliğat maşınının təqdim etdiyi bilgiləri yanaşı qoyanda həqiqət daha tez ortaya çıxır.
   
   Sözün mahiyyəti, dəyəri onda yüksək olur ki, onu qəbul etmək, onu içindən, köynəyindən keçirmək həm asan, həm də vacib olur. Bax, elə bu mənada Kamal Abdullanın dediyi bir söz mənim üçün çox dəyərli oldu. Kamal müəllim televiziyada dedi:
   
   - Biz Şuşada olanda erməni ziyalılarını da özümüzlə birlikdə məscidə apardıq. Məscidin hansı vəziyyətə salındığını sözlə ifadə etmək çətindi. Bakıda da erməni ziyalılarını erməni kilsəsinə apardıq. Onlar burda hər şeyin yerli yerində olduğunu, heç nəyə əl vurulmadığını, qorunduğunu öz gözləri ilə gördülər. Və ona görə də Şuşada da, elə burda da ermənilər bizdən, ən çox da İlhamidən gözlərini gözləyirdilər.
   
   Müharibənin fəsadlarından biri də torpağa əkilmiş minalardı. Onun hansı nəticələr verdiyini çox görmüşəm, hətta ailəmizdə o minanın qurbanları var. Bunu elə-belə-sözgəlişi deyirəm. Amma işğal altında olan ərazilərə kimliyindən asılı olmayaraq istər jurnalistin, istər hüquq müdafiəçisinin, istər alimin, bir sözlə, hər hansı bir insanın real vəziyyəti bilmədən, ərazini tanımadan səfər etməsi böyük risqdi. Bu mənada ziyalılarımızın Qarabağ səfəri də müxtəlif mənalarda təhlükəli idi. Mən indi düşünürəm ki, əgər iraq-iraq o ziyalılardan hansısa biri, lap elə Kamal müəllim minaya düşmüş olsaydı, biz onda nəyi çox qabardacağdıq. İlk ağlıma gələn də bu oldu:
   
   - Biz Kamal Abdullanın qanını yerdə qoymamalıyıq!!!
   
   Yəqin ki, oxucular, o cümlədən də Kamal müəllim mənim bu yanaşmamı düzgün qəbul eləyər. Çünki biz adətən öləndən sonra qiymətləndirməyi, qiymət verməyi sevir və bacarırıq. Amma nədənsə biz bir-birimizi dinləməyi, bir-birimizin əyər-əskiyini araşdırmağı, ortaq məxrəcə gəlməyi ya bacarmırıq, ya da o anda o razılaşmaya gəlirik ki, artıq istədiyimiz effekt alınmır. Necə deyərlər, arxadan atılmış daş kimi. Elə bu səfərlə bağlı yazılanları, deyilənləri (demək olar ki, hamısını oxumuşam, dinləmişəm) bir daha yaddaşımın süzgəcindən keçirəndə yenə də yadıma həmin o tanış səsin ifadə etdiyi fikir düşdü:
   
   - Bizdə bir-birini tamamlamaq yoxdu. Nədənsə, ancaq bir-birimizi vurmağa daha çox meyl göstəririk. Axı, millətin hamısı sülh istəyən və yaxud da hamısı müharibə tələb edən ola bilməz, bu mümkün deyil. Biz o addımı atmaqla sülhpərvər olduğumuzu, danışıqlar aparmağa hazırlığımızı göstərdik. Qoy düşmən görsün ki, biz bunu da bacarırıq. Ancaq ikinci tərəf, yəni bizi qınayanlar isə öz çıxışlarıyla, öz iradlarıyla, öz tələbləriylə müharibəni qabartsınlar, döyüşə səsləsinlər və sülh-müharibə tələbi və yaxud da yanaşması bir-birini tamamlasın. Dünya görsün ki, lap elə düşmənin özü də bilsin ki, biz SÜLH deməklə yanaşı, MÜHARİBƏ etməyi də bacarırıq. Yoxsa XXI əsrdə cəngəllik qanunlarından çıxış etmək o qədər də yaxşı nəticə verə bilməz.
   
   ... Bu yazını bilgisayara diqtə etdikcə yadıma Qarabağa öncəki səfərlər də düşdü. Onda da qınaqlar da oldu, müəyyən müdafiələr də. Bu gün də belədi, amma mənim ağlıma belə bir fikir gəldi ki, bu səfərin ermənilərin "isti aşına soyuq su qatmağı da" oldu. Yəni, "ermənilər Xankəndində özlərinə təzə bir prezident seçdilər" və nədənsə təzə prezident Qukasyan olmadı. Deyəsən, ermənilər hiss etdilər ki, Qukasyan real vəziyyəti artıq başa düşür. Ona görə də bizim ziyalılarımızın səfərindən sonra onun "kəndirini kəsdilər". örünür, Köçəryanın əleyhdarları ona arxadan zərbə vurmağa bu səfərdə bir şans qazandılar.
   
   Bu gün xatirələrin, düşüncələrin qanadında, yuxuların şirinliyində "gəzib-dolaşdığım" doğma yerlərə ziyalılarımızın son səfərindən sonra içimdə yaşatdığım hisslərin kağıza köçürülən varinatını ortaya qoydum. Bilirəm ki, birmənalı qarşılanmaycaq. Amma hər halda mən bu səfərə getmiş insanların risqini də, onların nə qazanıb, nə itirdiklərini də heç ağlıma gətirmədən belə öz-özlüyümdə Şuşaya, Qarabağa öz torpağımızdan keçməklə gedən ayaqlarınız, gözləriniz var olsun!- deyirəm. Və bu məndə inam oyadır ki, biz öz torpaqlarımızdan keçib öz torpaqlarımıza qovuşacağıq. Sadəcə bir şeyə təəssüf edirəm ki, hətta böyük ziyalılarımızdan bəziləri də ermənilərlə bu cür görüşlərin üçüncü bir ölkədə keçirilməsini təklif edirlər. Bunu heç cür qəbul edə bilmirəm. Ocağımın başında oturmuş düşmənlə elə ocağımın başında danışmalıyam. Hər halda mən də belə düşünürəm. Elə düşündüklərimi də yazdım.
   
   
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
SON XƏBƏRLƏR
2019-10-17
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK