ANA SƏHİFƏ / YAZARLAR

DÖN

Həyat hekayəsi

17452    |   2014-07-05 02:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bitsin! - dedi. Belə davam edə bilmirəm!
Hər şeyə son qoya biləcəyini düşünürdü...
Tanıdığı gündən qız, sevgisi ayaqlarını yerdən üzən, ona həyat, yaşam stimulu verən, içində səbəbsiz sevincə, kədərə, göz yaşlarına yol açan bu hissdən, baxışından, susmasından belə nə demək istədiyini anlayan bu adamdan, mənasını tam olaraq anlamadığı - içini riqqətə, ehtizaza gətirən, onu göyün yeddinci qatına qaldıran bu gecikmiş, gizli sevgidən qorxurdu. Bəli, məhz qorxurdu. Dünyanın heç bir zövqü ilə müqayisə edilə bilməyəcək bu gözəl hissi başqa nə əvəz edə bilərdi ki, insan üçün... Qəlbinin hər döyüntüsündə onun adı, hər ətrafa baxışında onun xatirəsi, hər açılan səhərdə ilk xatırladığı, hər batan günəşdə ən son düşüncəsiylə yuxuya getdiyi insanın qəlbini qırmaq ona nə qədər çətin gəlirdisə, onun öz halı da o qırıq-qırıq olmuş qəlbinkindən geri qalmırdı...
Axşam ayrılıq təklifini ortaya atıb, onu şoka saldığı üçün çox üzülmüşdü. Içini paramparça edən ayrılıq kəlməsini nə qədər soyuqqanlı səsləndirsə də ürəyi qan ağlayırdı...
Onun son kəlmələri qulağında idi: Nə oldu ki? Səbəb nədir bu ayrılığa? Mənə tutarlı bir səbəb de! Belə eləmə, bizə yazığın gəlsin, sevgimizə heyfin gəlsin, heç bir söz bu gözəlliyi pozmağa səbəb ola bilməz. Axı biz ayrı-ayrılıqda qanadları qırılmış quş kimi olacağıq. Mən bu zərbədən özümü toparlaya bilmərəm. Belə etmə, canım! Mənim ölüm hökmümü verdiyinin fərqindəmisən? Sən demə, sevərkən ölüm qorxusunu unudurmuş insan. Ölümdən betər qorxu varmış - ayrılıq! Bir gün sevdiyinə bir şey olarsa nə edəcəyini düşünəndə, dəli olmaq dərəcəsinə gəlirmiş insan. Ondansa özümə olsun, deyə düşünər. Amma sonra da sevdiyinə qıymaz - mən ölsəm, onun da halı mənimki kimi olmazmı? İlahi, bizi ayırma... Bir zamanlar bunu aralarında müzakirə edərkən E.Mirzəzadənin çox sevdikləri şeirini ikisi də eyni anda söyləmişdilər:

Bir gün mən olmasam...
Qəribsəyərsən...
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyandan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?

Bir gün mən olmasam...
Dəyişəcəksən...
Dərdin yandıracaq səni od kimi.
Bütün dünya ilə döyüşəcəksən,
Tənha qalacaqsan - son ümid kimig

Yadındamı, bir gün eşqlə sevginin arasındakı fərq nədir? - deyə soruşmuşdun. Şəmsin sözləriylə cavab vermişdim: Mənim baxdığıma hər kəs baxar, amma mənim onda görə bildiyimi hər kəs görə bilməz. Hər kəs aşiq ola bilər, amma heç kimsə mənim kimi sevə bilməz. Tək fərq mənəmg Məni özəl edən sevdiyim deyil, sevgimg Nə oldu indi, nə dəyişdi ki, canım. Halıma zərrə qədər acımırsanmı?

Adımı min kərə sil dodağından-
Bir ölüm hökmü kəs dodağın altda.
O mənəm,
yıxıldım eşq budağından -
Odur...
can verirəm ayağın altda.

Üşüyür əllərim...
buzdu göz yaşın -
Bir ovuc istilik ummağa qoymur.
Yarama basılan duzdu göz yaşın,
Ölürəm...
Gözümü yummağa qoymur.

Yox mən telefonla ayrılığı qəbul eləmirəm. Yanına gələcəm, üz-üzə dayanaq, gözlərimə baxaraq de mənə, məni heç sevmədiyini. O zaman mən sənin həyatından tamamilə gedəcəm...
Bu son kəlmə ümidini qırdı: həyatından tamimlə gedəcəm... Get desə də. içində getməyəcəyinə dair ümid vardı. Doğrudanmı gedəcək? Axı onun mənsiz yaşaya bilməyəcəyinə inanmışdım. Bir anlıq aralarındakı səmimiyyəti, ürək rahatlığı ilə bir-birlərinə açdıqları sirrlərini, acılı-şirinli günlərindəki paylaşmalarını xatırladı. Sanki bu son kəlməylə canından can ayrıldı. Sözünü bitirməmiş artıq peşmandı. İçindən "mən sənsiz yaşaya bilmərəm, dediklərimə fikir vermə, mən sənsiz yarım qalaram, indidən darıxdım sənsiz, həsrətinə dözə bilmərəm, sözlərimi geri alıram!" kəlmələri dalbadal düzülmüşdü. Amma qüruru bunların birinin də dilinə keçməsinə imkan vermirdi. İçindəki burulğanı gizləyərək hətta ona təskinlik də verirdi: Hamı necə, sən də elə. Bir az zaman lazım olacaq, unudacaqsan hər şeyi. Unutmalısan. Içində isə ancaq bu rica vardı: Noolar, getmə, vaz keçmə sevgimizdən, səni buraxmaram de, sənsiz yaşaya bilmərəm de! Əslində neçənci dəfə idi bu söhbət təkrarlanırdı və yenidən barışırdılar. Bu dəfə isə son olduğu aydın idi...
Bu gediş səni rahat edəcəksə gedərəm mən. Bilirsən ki, sənin üçün hər şeyə hazıram. Içim parçalana-parçalana, qəlbim bu oddan qovrula-qovrula gedəcəm. Bundan sonrakı həyatımı necə davam edəcəm bilmirəm, amma sənin yüngülləşmən üçün, həyatına yük olan məndən azad olman üçün gedəcəm. Amma bil ki, heç kim səni mənim qədər sevməyəcək. Heç kimi sənin qədər sevmədim! Heç kim məni bu qədər ağlatmamışdı. Kişilər ağlamaz deyirdilər, təsdiq edərdim. Sən bunu inkar etməmə məcbur etdin məni. Ağlarmış kişilər sevgisi üçün, özü də hönkür-hönkür ağlarmış. Bu gediş adi gediş deyil, ölüm havası var bu gedişdə, inam, güvən, ümid itkisi var, həm içimi, həm çölümü yandıran göz yaşı var, əbədi sevgisizlik boşluğu var bu gedişdə. Mən bir daha sevə bilmərəm ki, səndən sonra. Bu hissi mən yalnız səndə yaşadım. Bu sevgi elə bir yandırdı ki, içimi yerində külündən başqa bir şey qalmadı. Bir köz, bir qığılcım belə qoymadın... Səsini eşidəndə titrəyən ürəyimin telləri indi yanıq qoxusu verir, indi o sözlər dondurur, buza döndərir məni, gözlərinə baxmaqla dünyanın zövqünü , rahatlığını yaşamama rəğmən o gözlərdən məhrum edirsən məni. Hara qeyb oldu o gözlərdəki sevgi? O ürəkdən məsafələr adlayıb naməlum tellərlə ürəyimə sirayət edərək mənə güc, güvən verən o hiss necə yox ola bilər axı? Mənə bir tutarlı səbəb göstərə bilərsənmi, canım? Mən səni unutmayacam, səni incidəcək bir söz işlətməyəcəm, sevgi adlı müqəddəs varlığı içimdə dəfn edəcəm. Təki sən istəyən kimi olsun!

Sən demə heç yoxmuş həsrətin sonu,
Sən elə tənhaydın, mən elə təkdimg
Nə çəkdin, nə çəkdim,
Bilirəm bunu -
Sən eşqi, mən eşqin şəklini çəkdimg

Sil mənim adımı,
Silg
Yenidən silg
Sevgi qatarının son biletindən.
Qəlbimdə ilməsiz bircə yer qalıb
Dur as gözündəki portretimdəng

Son bir diləyim var, dinlə, öldüyümdə gözlərimi sən bağla, son kəs üzümə bax. Mən deyil, qəlbim görmək istər səni. Sevməmiş də olsan, qulağıma canım kəlməsini pıçılda! Üzümü görmək istəməsən ilk torpağımı sən at üstümə, qara torpaq hayqıracaq sənə: O səni çox sevdi! Bircə dəfə ağla, göz yaşın torpağıma damlasın. Gedərkən əl elə, bu mənə yetər. Unutma, hərdən gəl yanıma, sevmişdim de, yalandan da olsa! Unutma məni!
Gecəni yata bilməmişdi. Səhərə yaxın yuxulasa da, yorğunluğu çıxmamış, əzilmiş, döyülmüş vəziyyətdə kimi hiss edirdi özünü. Adəti üzrə ilk oyandığında gözü telefonu axtardı, əli ixtiyarsız telefona uzandı. Bəlkə yuxu idi, bəlkə yersiz bir zarafat idi, bəlkə sınaq idi? Yox, çox açıq şəkildə söylədi, mənim varlığım ona yükdür, dözməliyəm, unutmalıyam. Amma artıq telefonun mesaj yerini axtarırdı, bəlkə yazıb... heç nə yoxdu mesaj yerində... özünə, iradəsizliyinə acığı tutdu. Yox, artıq üçüncü dəfədir ki, onun həyatından qovuluram. Bu qədər qürursuzluq olmaz, bitdi, qürurumu bu qədər əzdirməyəcəm. Fikri bitməmiş əli yenə telefona getdi. Mesaj yerini əzbərdən yığan barmaqları sözünə baxmır, nəsə yazırdı... "Salam! Məndən qurtulandan sora rahat ola bildinmi, canım?"...
Telefonun o biri ucunda axşamdan bir qız ağlayırdı... O, göz yaşları içində bu hisslərə çarpışırkən təkrar mesaj gəldi: Mən sənsiz nəfəs ala bilmirəm...
... Mən də...

Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK