|
Gürcüstanın keçmiş dövlət başçısının ATƏT-lə bağlı açıqlaması
yayımlanıb. Həmin açıqlamada Saakaşvili, açıq mətnlə yazsaq, ATƏT-in
ikiüzlü siyasətini faş edir. |
Onun prezidentliyi dövründə baş vermiş rus-gürcü müharibəsində
ATƏT-in tutduğu mövqe barədə deyir: "Ukraynalılar, 2008-ci ilin Cənubu
Osetiya olaylarında olduğu kimi, ATƏT indi də xanım Talyavinini sizə
soxuşdurur. Bəli, bəli - adı ilə demək lazımdır, məhz soxuşdurur. O vaxt
Talyavini avqust hadisələrinin araşdırılması komissiyasına rəhbər təyin
olunmuşdu. Bəli, həmin vaxt o, faktları olduğu kimi qeyd etmişdi. Lakin
Almaniya Xarici İşlər Nazirliyi onu qarşısında oturdaraq bildirmişdi
ki, bəli, faktlar olduğu kimi yazılıb, amma son rəsmi sənəddə elə
göstərilməlidir ki, Rusiya sanksiyalarla üzləşməsin, elə yazılmalıdır
ki, tərəflərin ikisi də günahkar olsun: həm Gürcüstan, həm də Rusiya”.
(mənbə: axar.az)
Deyilənlər, oxucular və bəzi həmkarlar üçün şok informasiya olsa da,
şəxsən mən təəccüblənmədim. ATƏT-in Qarabağ mühairbəsi ilə bağlı
oyunbazlığı öz yerində. Bundan əlavə, prezident və parlament seçkiləri
zamanı ölkəmizə təşrif buyurmuş ATƏT-in müşahidə missiyaları
rəhbrlərinin nə oyunlardan çıxdıqlarının, necə aciz, zavallı durumda
qaldıqlarının dəfələrlə şahidi olmuşam. Hesabatlardan sonra ATƏT
müşahidə missiyalarının siyasət, seçki və hüquq məsələləri üzrə
ekspertlərinin bizə yaxınlaşaraq, təəccüblərini gizlətməyərək "biz elə
rəy verməmişik”, "tam əksini yazmışıq” demələrini, üzürxahlıq
etdiklırini çox görmüşəm. Zatən, rəsmi görüşlərdə də missiyanın
rəhbərlərindən hesabatlardakı iddiaların hansı faktlara əsaslandığını
soruşduqda, bircə dənə olsun belə, arqument, fakt təqdim edə
bilmirdilər. Məlum olurdu ki, adını qeyd etməyi unutduqları hansısa
müşahidəçinin söylədiklərini əsas götürürlər. Hətta elə olurdu ki,
hesabatda öz ekspertlərinin birbaşa iştirak və şahidlik etdikləri proses
barədə tam tərsinə informasiya yazılırdı. Yuxarıda qeyd etdiyim kimi,
həmin ekspertlər də nəticəyə, rəsmi sənəddə əks olunanlara təəccüb
qalırdılar.
Amma nə olsun? Hesabatlar baş ofisdə təsdiq olunurdu.