warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | İŞİ İŞBİLƏN GÖRƏRSƏ... Adalet.az | İŞİ İŞBİLƏN GÖRƏRSƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İŞİ İŞBİLƏN GÖRƏRSƏ...

"Mən gözüyumulu qaçmıram..."

20489    |   2012-03-31 08:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İstənilən prizmadan baxanda barəsində söhbət açacağımız mövzu kifayət qədər aktual görünür və öz-özlüyündə müzakirə tələb edir. Təbii ki, bu mövzu bir müzakirəylə, bir söhbətlə necə deyərlər, həllini tapıb öz axarına düşəsi deyil. Çünki bu elə bir sahədir ki, oraya təkcə maddi yox, həm də mənəvi dəstək yönəlməli, son nəticədə isə ortaya çıxan məhsul xalqın malı, mülkü, əmlakı olmalıdır. Özü də təkcə yenə maddiyyat kimi yox, daha çox mənəviyyat kimi, milli sərvət kimi.
   
   Həmsöhbətim "Təhsil" nəşriyyat-poliqrafiya MMC-nin rəhbəri Bəhruz Axundovdur. Zənnimcə Bəhruz müəllimi oxuculara, ümumiyyətlə, sözlə, kitab işiylə, nəşriyyat məhsulları ilə maraqlanan oxuculara geniş təqdim etməyə ehtiyac yoxdur. Çünki o, öz sahəsində öz-özünü kifayət qədər tanıtmış, necə deyərlər, haqqı-sayı olan oturuşmuş bir naşirdi. Bax elə sənətinin kifayət qədər bilicisi olan və hər gün də öyrənməkdə davam edən Bəhruz müəllimlə görüşüb həmsöhbət olmağımın əsas məqsədlərindən biri də, əvvəldə dediyim kimi, hər birimizin milli-mənəvi sərvəti olan nəşriyyat-poliqrafiya işinin, kitab-oxucu münasibətlərinin birlikdə çözümüdür.
   
   - Bəhruz müəllim, "Təhsil" Azərbaycanda artıq öz sözünü deyib dünya arenasına çıxmış populyar nəşriyyatlarımızdan biri, bəlkə də birincisidir. Gəlin, birlikdə onun yaranma tarixinə nəzər salaq.
   
   - Doğrudan da "Təhsil" nəşriyyatı bu gün özünün müəyyən uğurları ilə həm ölkədə, həm də onun hüdudlarından kənarda populyarlaşmağa, necə deyərlər, daha əhatəli qol-qanad açmağa başlayıb. Amma bu məqama gəlib çatana qədər "Təhsil"in kollektivi böyük çətinlikləri arxada qoymalı olub. Onu da qeyd edim ki, bizim söhbətimiz "Təhsil"in 20 yaşına təsadüf edir. 1992-ci ilin sonlarında sonuncu dövlət nəşriyyatı kimi yaranan və 1993-cü ilin əvvəllərində, həm də müstəqil Azərbaycan Respublikasının ilk dövlət nəşriyyatı kimi qeydiyyatdan keçən "Təhsil" onda çox primitiv bir bazaya malik idi. Yəni biz əslində bir mətbəənin bazası üzərində yaranırdıq, dünyaya gəlirdik. O vaxtlar Təhsil Nazirliyinin mətbəəsi kimi fəaliyyət göstərən və sovetlər dönəmindən qalma sınıq-salxaq avadanlıqlarla işləyən "Təhsil" yaradılanda çoxları bunu uğursuz bir təşəbbüs kimi qiymətləndirdi. Hətta bəzi dost-tanış dünyanın bu qarışıq vaxtında "Təhsil"in heç bir uğur qazanmayacağını, çəkiləcək xərclərin batacağını, bir sözlə, iflası qaçılmaz hesab edir və məni bu yoldan döndərməyə çalışırdılar. Amma mən nə edəcəyimi çox dəqiq bilirdim və içimdə böyük bir inam hakimlik edirdi. Tam əmin idim ki, gördüyüm işin böyük və uğurlu gələcəyi var. Çünki bütün sular sonda durulur, bütün qarışıqlıqlar sonda öz nizamlı dövrünə qədəm qoyur. Bax, həmin o primitiv, heç bir dövlət dəstəyi olmayan, öz gücü, öz dişi-dırnağı hesabına az qala dizin-dizin, cırmaqlaşa-cırmaqlaşa irəliyə can atan "Təhsil" bu gün artıq beynəlxalq mükafatların qalibi, Azərbaycanın tanınmış bir nəşriyyat-poliqrafiya müəssisəsidir. Deməli, biz bu addımı atanda həm də işi kiminlə görəcəyimizi əvvəlcədən qətiləşdirmişdik. Kollektiv bir yumuruq kimi birləşmişdi və bu birlik də sonda öz sözünü dedi.
   
   - Hər halda, mən "Təhsil"in ilk yaranma dövrünü bildiyimdən sizin dediklərinizi bir növ gözümün önündən gətirib keçirirəm. Ancaq bilmədiklərim də, yəni bu müəssisənin yaradılması üçün sizin hansı qurumlardan keçdiyinizi, hansı sənədləşmələri apardığınızı da bilmək maraqlıdır. Çünki 90-cı illərin əvvəllərində insanlar daha çox pul gətirəcək sahələrə üz tutur, yəni öz bizneslərini böyük məbləğlərə hesablayırdılar. Siz isə az qala ölmüş bir sahəyə üz tutmuşdunuz.
   
   - Bəli, həmin o məqamlar Azərbaycanda müharibənin, eləcə də qaçqınçılığın insanlara gətirdiyi bəlalar, hakimiyyət çəkişmələri, bir sözlə, bir başıpozuqluq müəyyən qrup insanları az məsrəflə çox qazanmaq həvəsinə kökləmişdi. Ölkədə kitab, satışı, nəşri başlı-başına buraxılmışdı. Adamlar daha çox Azadlıq meydanına üz tuturdular. Əgər xatırlayırsınızsa, mitinqlərdə çağırışlar edilirdi ki, həkimlər, çörəkbişirmə sexlərində işləyənlər növbəyə qayıtsınlar. Təəssüf ki, bu çağırışları edənlərin heç biri nəşriyyat, mətbəə işçilərini, jurnalistləri də iş başına qayıtmağa çağırmırdı. Əslində çox az bir təbəqə olan nəşriyyat, mətbuat işçiləri o meydana getmək əvəzinə iş başında olub xalqı maarifləndirmək yolunu tutsaydılar, həmin o dövrün gerçəkliklərini yazıb tarixləşdirsəydilər, bu daha faydalı olardı. Bax, belə bir vaxtda bizim 40-45 nəfərlik kollektivimiz o meydana toplaşanlardan heç də az iş görmədi. Bizim nəşr etdiyimiz vərəqlər, müəyyən qəzet, jurnal, kitablar onda əl-əl gəzirdi və bu gün də o nüsxələr bir tarixi mənbə kimi qalmaqdadı. Bizə irad tuturdular ki, hər kəs Azadlıq meydanına gedir, siz isə işləyirsiniz. Bu iradı deyənləri başa salmaq çətin olsa da, onlar da bizi yolumuzdan döndərə bilmədilər və biz israrlı şəkildə işimizi görməkdə davam etdik. Bir məqama toxunum ki, sovet dönəmində həm "Azərittifaqı"ın, həm də Mətbuat və İnformasiya Nazirliyinin tərkibində kitab yayımı, nəşriyyat işi ilə bağlı şöbələr var idi. Demək olar ki, bu şöbələr də "ölü təşkilat"a çevrilmişdi. Ona görə də nəşriyyatlar, mətbəələr külli miqdarda borc içərisində idi. Onlar nəşr etdikləri məhsulların pulunu ala bilmirdilər. Kitab mağazaları qanuna zidd olaraq, özəlləşdirilmiş və fəaliyyət növünü dəyişmişdi. Elə bu gün də Bakının özündə az qala adla sayılacaq beş-altı kitab mağazası var. Bu istiqamətdə apardığımız mübarizə bir nəticə verməsə də, biz sona qədər getdik. Nəticədə əvvəl Mətbuat və İnformasiya Nazirliyinin, sonra isə Nazirlər Kabinetinin müavfiq qanunları ilə fəaliyyətimizi rəsmiləşdirdik. Öncə bizim adımız "Öyrətmən" oldu və üç il bu adla fəaliyyət göstərdik. Üç ildən sonra bizi Təhsil Nazirliyinin tabeçiliyinə verdiklərinə görə, müəssisəmizin adı dəyişib "Təhsil" nəşriyyat-poliqrafiya müəssisəsi oldu. Bir müddətdən sonra isə biz də özəlləşməyə qatıldıq və məhdud məsuliyyətli cəmiyyət kimi müstəqil şəkildə öz fəaliyyətimizi yönəltdik. Onu da deyim ki, bütün fəaliyyətimiz dövründə biz dövlətdən cüzi şəkildə də olsun dotasiya, maliyyə yardımı almamışıq. Özümüz öz işimizi qurmuşuq, öz layihələrimiz hesabına özümüzü təsdiq etmişik.
   
   - Bəhruz müəllim, mən dəfələrlə sizin nəşriyyatın uğurları ilə bağlı bilgiləri həm mətbuatda, həm efirdə görmüşəm, izləmişəm. Sirr deyilsə, bu barədə oxucularımıza məlumat vermənizi istərdim.
   
   - "Təhsil" artıq müstəqil fəaliyyətə qədəm qoyandan sonra köhnə baza ilə fəaliyyət göstərməyin bizə uğur gətirməyəcəyini ətraflı götür-qoy edib yaxın-uzaq ölkələrə üz tutduq. Həm öyrənmək üçün, həm də müasir poliqrafiya avadanlıqları əldə etmək məqsədi ilə olduğumuz ölkələrdə, xüsusilə Türkiyədə, Almaniyada, Rusiyada və digərlərində tərəfdaşlar tapdıq, onlarla birlikdə müəyyən layihələrdə iştirak etdik. Artıq 2005-ci ildə ilk dəfə biz Moskvada beynəlxalq müsabiqənin iştirakçısı olduq. Orada bizim məhsullarımız mükafat qazandı. Xüsusilə Çingiz Əlioğlunun" Atlantlar" kitabı müasir tələblərə cavab verən nəşriyyat-poliqrafiya işi kimi yüksək mükafata layiq görüldü. Sonra sanki üzümüzə uğurların qapısı açıldı. Həm iştirakçısı olduğumuz beynəlxalq müsabiqələrdə, həm kitab yarmarkalarında qazandığımız diplomların, fəxri fərmanların, medalların, prizlərin sayı günbəgün artmağa başladı. 2010-cu ildə beynəlxalq kitab sərgisində "Çərçivə" kitabı (müəllifi Çingiz Əlioğludur) müsabiqənin baş qran-prini və pul mükafatını qazandı. Bu bizim üçün çox böyük uğur idi. Necə deyərlər, Azərbaycanın nəşriyyat tarixində bu, ölkəmizə gətirilən ilk və ən böyük mükafat idi. 2011-ci ildə isə nəşriyyatımız Madrid şəhərində keçirilən və dünyanın çoxsaylı ölkələrini əhatə edən, konkret desək, 90 ölkəni birləşdirən Beynəlxalq Ticarət Təşkilatının Beynəlxalq Liderlər Qurumunun keçirdiyi müsabiqənin qalibi oldu. Bu qələbə bizim özümüzün xəbərimiz olmadan məhz beynəlxalq təşkilatın araşdırması hesabına layiq görüldüyümüz bir ödül idi və ona görə də bu bizi çox sevindirdi. Yəni xəbərimiz, gözləntimiz olmadan bizi, daha doğrusu, "Təhsil"in fəaliyyətini yüksək qiymətləndirmişdilər. Elə bu günlərdə də əsas ofisi Madriddə olan OMAK-ın Beynəlxalq Araşdırma və Məsləhətləşmə Assosiasiyasının keçirdiyi müsabiqədə, nəşriyyatımızın "texnologiya-innovasiya və keyfiyyət" müsabiqəsində "Yeni era" prizinə və mükafata layiq görülüb. Artıq iki gündür ki, həmin tədbirdən qayıdan əməkdaşlarımız prizi və mükafatı "Təhsil"in kollektivinə gətirib çatdırıb. Bizim üçün ən uğurlu olan məqamlardan biri də odur ki, artıq 7 ildir ki, biz bütün beynəlxalq sərgilərdə uğurla iştirak edirik. Buna görə də dünyanın üç böyük ölkəsində fəaliyyət göstərən ən müasir aparıcı poliqrafiya avadanlıqlarının satışı, yayımı ilə bağlı fəaliyyət göstərən qurumun üzvü olan "Təhsil" öz üzərinə Türkiyə, Ukrayna və Gürcüstan nümayəndəliyini də götürübdü. Yəni bizim razılığımız olmadan bu üç ölkəyə son model avadanlıqların satılması mümkün deyil. Bunun nə demək olduğu yəqin ki, hər kəsə bəlli olar. Bir az açıq desəm, bu "Təhsil" beynəlxalq aləmdəki reytinq göstəricisidir.
   
   - Bəhruz müəllim, sizin rəhbərlik etdiyiniz müəssisə bu gün kifayət qədər maddi-texniki bazaya malikdir və ona görə də sizə üz tutanların da sayı getdikcə artmaqdadır. Siz kitabı bildiyiniz kimi, kitabı oxucuya çatdırmağın, oxutmağın yollarını da yəqin bilirsiniz. Ümumiyyətlə, oxucunu kitaba necə qaytarmaq olar?
   
   - Gəlin, açıq danışaq. Sovet dönəminin özündə də digər respubliklarla müqayisədə bizdə oxucu faizi o qədər də yüksək deyildi. Amma Azərbaycanın ən ucqar nöqtəsində, hətta dənizin içərisində də yetərincə kitabxanalar, kitab mağazaları var idi. Bu gün biz bunlardan məhrum olmuşuq. Üstəlik, 90-cı illərin əvvələrindəki qarışıqlıq zamanı nəşriyyat-poliqrafiya sahəsi bir növ başlı-başına qaldı. Vəziyyətdən istifadə edən müəyyən qrup insanlar nəşriyyat işini biznes sahəsi kimi bilib səriştələri olmadan bu sahəyə üz tutdular. Onların da əksəriyyəti ya iflas etdi, ya da hərəkətsiz bir duruma düşdü. Ancaq heç kim bilmədi ki, dövlətin ən qapalı sahələrindən bir məhz nəşriyyat-mətbəə sahəsidir. Buraya mütləq nəzarət edilməli, dövlət dəstəyi verilməlidir. Elə ona görə də yaranmış müxtəlif adlı nəşriyyatlar necə deyərlər, pul xətrinə nə gəldi, necə gəldi çap edib satışa çıxardılar. Hətta piratlıq da etdilər. Bu da oxucunun uzaqlaşmasına təsir edən ikinci bir səbəb oldu. Üstəlik, əlifbanın dəyişməsi və bunun da nəticəsində yeni avadanlıqların alına bilinməməsi və yaxud gecikməsi yaşlı və orta nəsil oxucuların latın qrafikasını bilməməsi, bütün bunlar oxucu itkisinə gətirib çıxardı. Deməli, belə bir şəriatdə oxucunu yenidən kitaba qaytarmaq həm peşəkarlıq, həm dözüm, həm də güclü təbliğat rıçaqı tələb edirdi. Biz də bunu nəzərə alaraq birinci çap etdiyimiz məhsulların keyfiyyətini, müasirliyini önə çəkdik.
   
   Çünki nəyi çap etdiyimizi və niyə çap etdiyimizi bilərək fəaliyyət göstəririk və yaxşı bilirik ki, bu işin üç istiqaməti var: yaradıcılıq, istehsal və kommersiya. Yəni işimizə yaradıcı yanaşmaq, nəyi istehsal etmək və nəhayət, onu ünvanına çatdırmaq. Bax, bu formada fəaliyyət göstərdiyimiz üçün artıq bizə üz tutan müəlliflərin də sayı artdı, istehsal etdiyimiz məsulun da alıcıları çoxaldı. Nəticədə biz ölkədən kənarda da tərəfdaşlar qazandıq. Həmçinin il ərzində özümüzün təqdim etdiyimiz çoxlu sayda layihələr hesabına da maddi-texniki bazamızı, maliyyə durumumuzu qaydaya sala bildik. Təsadüfi deyil ki, 130 nəfər olan müəssisəmizin özünün ən müasir iş şəraiti, avadanlığı, eləcə də kitab mağazası var. Bu da bizə imkan verir ki, həm daha çox layihələr təqdim edək, həm də işçilərimizin sosial şəraitini yüksəldək.
   
   - Layihələr demişkən, mənim iştirakçısı olduğum bir tədbirdə siz çıxış edərək bildirdiniz ki, öz hesabınıza Yazıçılar Birliyinin təqdim etdiyi gənc yazarlardan il ərzində bir neçə nəfərinin kitablarını nəşr edəcəksiniz. Bu fikriniz reallaşdı, yoxsa?..
   
   - Doğrudan da mən belə bir layihə irəli sürdüm və şükürlər olsun ki, artıq həmin layihəyə uyğun olaraq gənc yazarlardan Zərdüşt Şəfinin "Başqa adamlar" və Pərvanənin "Qar yağacaq" kitabları ilk kitab seriyasından işıq üzü görüb. Biz bu işimizi də inşallah davam etdirəcəyik. Həmçinin "Məktəbli kitabxanası" layihəmizə uyğun olaraq, kiçik və məktəb yaşlı uşaqlar üçün yüzdən artıq adda kitablar çap etmişik. Bu kitablar həm uşaqların dünya görüşünün artması, həm də zövqünün oxşaması üçün çox dəyərli bir vəsaitdir. Şəkillərlə, müxtəlif ornamentlərlə zəngin olan həmin kitablar, əldə etdiyimiz məlumata görə, uşaqların rəğbətini qazanıbdır. Eləcə də Azərbaycan, xüsusilə, Qarabağın tarixi ilə bağlı çoxlu sayda elmi, bədii-publisistik kitaların çapı və yayımı da bizim əsas işlərimizdən biridir. Onu da deyim ki, millət vəkili, dəyərli alimimiz Yaqub Mahmudovun tariximizlə bağlı kitabların nəşrində bizə yaxından yardımçı olması çox sevindirici haldır. Hətta bizim hələ ilk addımlarımızda da hörmətli Yaqub müəllim tarix kitabının ilk variantının çapında çox yaxından iştirak etdi, onun və digər iştirakçıların bizimlə birlikdə hansı hissləri keçirdiyini indi də unuda bilmirəm. Xatırladım ki, bu gün həmin tarix kitabı daha təkmil, daha əhatəli formada tərəfimizdən nəşr edilibdir və bu iş davam etdirilir.
   
   - Bəhruz müəllim, siz elə bir sahədə işləyirsiniz ki, bir söhbətdə onu bütünlüklə əhatə etmək mümkün deyil. Ancaq məni maraqlandıran bir məsələ var və çox istərdim ki, həmin məsələyə də aydınlıq gətirəsiniz. Məlum olduğu kimi, Azərbaycanda bu gün çoxlu sayda nəşriyyat və mətbəələr var. Doğrudur, onların müəyyən qisminin nə oturmağa yerİ, nə də harda fəaliyyət göstərdiyi ünvan heç kimə məlum deyil. Amma fakt budur ki, onlar var və ara-sıra məhsullarına da rast gəlmək olar. Bilmək istərdim ki, digər sahələrdə olduğu kimi, bu sahədə də pərakəndəliyi aradan qaldırmaq mümkündümü? Ümumiyyətlə, Azərbaycanın nəşriyyat-poliqrafiya sahəsində çalışan təşkilatlarını öz ətrafında birləşdirəcək konkret bir qurum yaratmaq olmazmı?
   
   - Siz bizim hamımızı düşündürən ağrılı bir nöqtəyə toxundunuz. Şəxsən mən və mənimlə həmfikir olan digər hörmətli naşir həmkarlarımla bu barədə xeyli müzakirələr aparmışıq və artıq müəyyən bir qərara da gəlmişik. Bu barədə indi açıqlama da verə bilərəm. Oxucuların da, sizin də məlumunuz olsun ki, uzun cəhdlərldən, müzakirələrdən sonra Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi təsis olunub. Artıq bu birlik var və biz onun dövlət qeydiyyatından keçirilməsi üzərində işləyirik. Yəqin ki, yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq və ümidvaram ki, Azərbaycanın bütün naşirləri, poliqrafiya sahəsində çalışanları bizimlə bir araya gələcəklər. Bu həm qarşılıqlı əməkdaşlıq, həm müasir texnologiyaya sahib olmaq, həm də digər məsələləri nizamlı şəkildə həll etməyimizdə bizə kifayət qədər kömək olacaqdı. Digər tərəfdən bu bizim müəyyən dövlət dəstəyi qazanmağımıza da təsir edəcək. Ümumiyyətlə isə bugünkü iqtisadi-siyasi şəraitdə bizim fəaliyyət göstərməyimiz üçün heç bir problem görmürəm. Sadəcə, yaradıcılıq, əzmkarlıq və axtarış qabiliyyəti olmalıdır ki, bizim üçün dövlətin açdığı meydandan, verdiyi imkandan istifadə edə bilək. Mən şəxsən bugünkü uğurlarımıza görə, səmərəli fəaliyyətimizə görə bizə şərait yaradan, dəstək olan dövlət qurumlarına, ölkə rəhbərliyinə minnətdaram. Yəni demək istəyirəm ki, işləmək, yaxşı nəticə əldə etmək, dünya standartlarına cavab verən məhsul ortaya qoymaq üçün hər kəsin özündən böyük məsuliyyət tələb edilir. Bu hiss əgər naşirin qəlbinə hakimdirsə, o, istəyinə qovuşa biləcəkdir.
   
   ...Bəhruz müəllimlə etdiyim bu söhbət zamanı o, müəyyən məqamlara da toxundu və sözarası onu da dedi ki, mən bütün həyatım boyu heç bir işin dalınca gözüyumulu qaçmamışam. Hətta bu gün Mədəniyyət və İncəsənət Universitetində bir dosent kimi tələbələrimlə də söhbətlərimdə, canlı müzakirlərimdə də onlardan yeganə tələbim odur ki, həyata açıq gözlə baxsınlar, məqsədlərinə doğru inamlı və qələbəni görən qəhrəmanlar kimi addımlasınlar. Onda mütləq uğur qazanacaqlar. Düzü, onunla söhbət boyu mən Bəhruz Axundovun toxunduğu hər məsələyə inamlı yanaşmasının, ciddi, işgüzar araşdırmaçı kimi fikir söyləməsinin canlı şahidi oldum. Bildim ki, "Təhsil"də işi işbilənlər görür. Onlar az qala nəşriyyat və poliqrafiyanın fanatlarıdılar. Ona görə də saatlarla mübahisə və müqayisə etməkdən yorulmurlar. Nəticə isə sonda sifarişçinin və onların da ürəyincə olur.


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK