...Allah-Təalanın hər insana bəxş etdiyi gözəlliklər və varlıqlar var. Əgər bir şeyi Allah-Təala bəxş edirsə və insan da ondan üz döndərirsə, bax, bunun axırı o qədər də yaxşı olmur. Elə bil ki, qapın döyülür, kimsə sənə azuqə gətirir və sən də qapını o azuqə gətirənin üzünə çırpırsan və elə təsəvvür edirsən ki, guya dünyanın yiyəsi sənsən.
Fironlar da bir vaxtlar özlərini dünyanın yiyəsi kimi aparıblar. Qullarına, əshabələrinə hökm ediblər ki, fironlara Allah kimi sitayiş eləsinlər. Amma Musa peyğəmbər fironların Allah-Təalanın göndərişi ilə at oynatmağına son qoyur və bildirir ki, yerin də, göyün də və bütün varlığın da sahibi Ulu Yaradandır. Firon bunu başa düşmür və Allahın yolundan çıxır, axırda da öz ordusu ilə birlikdə dənizdə boğulub ölür...
Gör hardan gəlib hara çıxdıq. Biz Allahın verdiyi qismətdən danışırdıq. Bir də görürsən ki, birinin iki qızı var, həyat yoldaşını həkimə aparır, aparatdan keçirir və məlum olur ki, doğulacaq o körpə də qız uşağıdır. Kişi o dəqiqə həyat yoldaşını həkimə apararaq abort elətdirir və o uşağı məhv etdirir. Fikirləşir ki, bu ən yaxşı çıxış yoludur. Amma onu bilmirik ki, zor gücünə heç bir şey eləmək mümkün deyil.
Bir gün də oğlu dünyaya gəlir və o uşaq nə ipə-sapa yatır, nə də atasından çəkinir, öz bildiyini edir. Yəni qoşulur avara uşaqlara, axırda da olur narkoman. Bala bəlaya çevrilib atasını diri-diri bu dünyada çərlədir...
Bu günlərdə özümü bir balaca pis hiss elədim. Belə anlarda o dəqiqə yaxın dostum, tibb elmləri namizədi, kardioloq-həkim Rafiq Yusiflini axtarıram. Ürəyim ağrısa da çətinliklə onun nömrəsini yığdım. Həkim o dəqiqə hiss elədi ki, vəziyyətim yaxşı deyil. Yaxınlığımızda yaşadığına görə maşına minib bizə gəldi. Hələ telefonda mənə dedi ki, qorxma, heç nəyin yoxdur!
Bu arada qızım zəng çaldı. Gördü ki, danışa bilmirəm. Ümumiyyətlə, bir balaca ağrıyan kimi o dəqiqə qızım bunu hiss edir. Bir də görürsən ki, Füzulidən zəng vurdu və dedi:
- Ata, sənə nə olub?
Təbii ki, mən "heç nə" deyirəm, amma o, bununla razılaşmır və məndən əl çəkmir. O da xəstələnəndə bir neçə dəqiqədən sonra mən hiss edirəm...
Rafiq həkim bizə gəldi və içəri keçən kimi dedi ki, vallah, vəziyyətin elə də qorxulu deyil. Bu dəqiqə kardioqramanı çıxararam, hər şey aydın olar. Kardioqramanı çıxarmamışdan əvvəl trubka ilə ürəyimin döyüntülərini yoxladı, sonra da qan təzyiqimi ölçdü. Bildirdi ki, bir balaca təzyiqin var. Az bir müddətdə kardioqramamı da çıxardı. Diqqətlə onu oxuyub sifətində təbəssüm yarandı:
- Şükür Allaha, qorxulu bir şey yoxdu...
Bir dəqiqə keçməmiş yenidən qızım zəng elədi. Rafiq həkim soruşdu ki, kimdi, dedim, Füzulidə yaşayan qızımdı. O da əlavə elədi ki, qız uşaqlarını atalarını oğlanlardan daha çox istəyirlər. Sonra da mənə bir əhvalat danışdı. Dedi ki, çox imkanlı bir adamdan soruşurlar ki, neçə övladın var? Bildirir ki, beş oğlum var. Həmin adam da diqqətlə o insanı süzür və sonra da deyir:
- Tay de ki, sonsuzam. Xətrinə dəyməsin, qızı olmayan adam elə sonsuz kimi olur.
Həmin kişi iki ildən sonra dostunu axtarıb tapır və deyir ki, mənim qızım olub. İllər keçir, qızın 18 yaşı tamam olur, o beş oğlan hərə öz kefində, damağında olanda qız uşağı atasına hayan olur: dərman istəyəndə dərman verir, su istəyəndə su gətirir. Kişi görür ki, oğlanlarının eləmədiyini qızı eləyir. Əlini göyə qaldırıb Allaha dua edərək bildirir: "İlahi, bu beş oğlandan bu qız mənə daha sədaqətlidir".
Rafiq həkim deyir ki, həmin kişi dünyasını dəyişəndə qız az qala özünü qəbirə atmaq istəyirmiş. Bax, qızların atalarına, valideynlərinə belə böyük sevgisi var...
Bir dəfə kirayənişin qaldığım illərdə "xozeynin" üç oğlu, üç qızı vardı. O oğlanların heç biri nə atasına, nə də anasına əl tutmurdu. Hətta xəstə olanda belə dərman almağa getmir və o dərmanı qızlar alıb gətirirdi. Rəhmətə gedəndə də hər ikisini o üç qız urvatla yola saldı, ehsan verdi və qəbirlərinin üstünü götürdülər...
Heç vaxt insan naşükür olmalı deyil. Allahın verdiyi paydan, özü də qız payından imtina eləmək çox böyük günahdır. Qız var ki, yüz oğula dəyər. Əgər kimsə başqa cür düşünüb qızların dünyaya gəlməsini istəmirlərsə, onlar çox böyük günah işlədirlər. Ay qardaşlar, ay qohumlar, bu günahdan uzaq düşün, Allahın verdiyi hər hansı qismətə və paya üz çevirməyin. Əvvəllər oğlu olmayanlara sonsuz kimi baxırdılar. İndi qızı olmayan adama sonsuz deyirlər...
Faiq QİSMƏTOĞLU
[email protected]