ANA SƏHİFƏ / YAZARLAR

Beş arvadlı Molla Nəsrəddin və...

Üç ölkənin birgə teatr layihəsi

57516    |   2014-04-12 09:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Teatr kollektivlərimiz xarici ölkələrdəki həmkarları ilə əlaqələrini genişləndirir, qarşılıqlı qastrollara diqqəti artırır. Nüfuzlu festivallarda iştirak, müştərək beynəlxalq layihələr milli teatrımızın dünyaya inteqrasiya olunmasında mühüm rol oynayır. Mədəniyyət və Turizm Nazirliyi də teatrlarımızın bu sahədəki fəaliyyətini diqqətdə saxlayır, yaradıcılıq əlaqələrinin genişlənməsinə dəstəyini əsirgəmir.
Təmir və yenidənqurma işlərilə əlaqədar yaranan bir neçə illik fasilədən sonra yenidən tamaşaçılarını öz binasında qəbul edən Dövlət Musiqili Teatrı da beynəlxalq layihələrdə iştiraka önəm verir. Teatrda bu günlərdə maraqlı bir müştərək layihənin icrasına başlanacaq. Hazırlanacaq yeni tamaşanı üç ölkənin birgə yaradıcılıq işi də adlandırmaq olar.
Dövlət Musiqili Teatrı tamaşaçılarına təqdim etmək istədiyi "Molla Nəsrəddinin beş arvadı" adlı səhnə əsərini istedadlı özbək dramaturqu İbrahim Sadıqov qələmə alıb. Komediya janrında yazılan bu maraqlı əsərə isə tanınmış tacik rejissoru, Tacikistanın Xalq artisti, Qırğızıstanın Əməkdar incəsənət xadimi Sultan Usmanov quruluş verəcək. Bu günlərdə Bakıda olan rejissorla Musiqili Teatrın binasında görüşdük və Qoqolun "Evlənmə" tamaşasına birgə baxdıq. Tamaşanın fasiləsində yeni layihə ilə bağlı söhbətləşmək imkanımız oldu.
Həmin söhbəti təqdim etməzdən öncə oxucularımıza Sultan Usmanov haqqında ətraflı bilgi verək.
Sultan Usmanov Moskvada A. V. Lunaçarski adına Dövlət Teatr İnstitutunda təhsil alıb, ixtisasca musiqili komediya rejissora olan həmsöhbətimiz bu günə kimi müxtəlif ölkələrin teatrlarında 70-ə yaxın tamaşaya quruluş verib. Onun Düşənbədəki S. Aini adına Dövlət Opera və Balet Teatrının, V. Mayakovski adına Rus Dram Teatrının və Vahidov adına Dövlət Gənclər Teatrının səhnəsində hazırladığı müxtəlif janrlı tamaşalar təkcə Orta Asiyada deyil, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində uğurla göstərilib. Avilyon (Fransa), Çexov (Rusiya) və Fəcr (İran) Beynəlxalq Teatr Festivallarında dəfələrlə iştirak edib və mükafatlara layiq görülüb.
Sultan Usmanov Tacikistanın Xalq artisti, Qırğızıstanın Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.
- Bakıya xoş gəlmisiniz. Gəlişinizin səbəbini soruşmayacam, bilirəm ki, Dövlət Musiqili Teatrının beynəlxalq layihəsində iştirak edəcəksiz. Bu teatrda tamaşa hazırlamaq ideyası necə yarandı?
- Tacikistanla Azərbaycan arasında ədəbi və mədəni əlaqələrin qədim tarixi var. Hər iki xalqı bir-birinə daha da yaxınlaşdıran ortaq dəyərlər çoxdur. Şadam ki, bizlərə də mədəni əlaqələri inkişafına töhfə vermək nəsib olacaq. Azərbaycan Dövlət Musiqili Teatrında tamaşa hazırlamaq təklifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdən gəldi. İranda keçirilən XXVII Beynəlxalq Fəcr Festivalında iştirak edərkən hörmətli Əliqismət müəllimlə tanış oldum. Vahidov adına Tacikistan Dövlət Gənclər Teatrı Fəcr Festivalında mənim quruluş verdiyim tamaşa ilə təmsil olunurdu. Tamaşamız Beynəlxalq Festivalın mükafatına layiq görüldü. Əliqismət Lalayev kollektivi bu uğur münasibətilə təbrik etdi və biz onunla xeyli fikir mübadiləsi apardıq. Əliqismət müəllimin müasir teatr barədə düşüncələri, sənətə yanaşması mənə çox maraqlı gəldi və dostumun birgə əməkdaşlıqla bağlı təklifinə razılıq verdim. Gördüyünüz kimi, mən artıq Bakıdayam.
- Hətta Qoqolun "Evlənmə" tamaşasına baxmaq imkanı da qazanmısınız. Tamaşa barədə fikirləriniz maraqlı olardı...
- Budəfəki səfərim qısa müddətli olduğundan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi ilə tam şəkildə tanış ola bilmədim. Yalnız "Evlənmə"yə baxa bildim. Bilirəm ki, bu tamaşada digər teatrlarda çalışan istedadlı aktyorlar da rol alıb, çox maraqlı tamaşadı. Sözün açığı, mən bu gün daha çox səhnənin işıq, səs və digər texniki imkanlarını nəzərdən keçirməyə çalışdım. Ona görə də azərbaycanlı həmkarımın "Evlənmə" əsərinə verdiyi quruluş barədə geniş fikir bildirmək istəmirəm.
Bayaq dediyim kimi, işlərimin çoxluğu üzündən Bakını tərk etməliyəm. Yəqin ki, növbəti dəfə gələndə Musiqili Teatrın repertuarındakı tamaşalara baxacam, digər teatrlara da baş çəkəcəm.
- Bəlkə quruluş verəcəyiniz "Molla Nəsrəddinin beş arvadı" əsəri barədə danışaq...
Üç ölkənin birgə teatr layihəsi
- Komediya janrında qələmə alınan bu əsərin müəllifi istedadlı özbək dramaturqu İbrahim Sadıqovdur. Pyes Orta Asiyanın müxtəlif teatrlarında uğurla oynanılıb.
Əsərin ideyası barədə danışmaq, quruluşçu rejissor kimi düşüncələrimi bölüşmək istəməzdim. Buna hələ vaxtımız olacaq. Yalnız onu deyə bilərəm ki, maraqlı və dinamik bir tamaşa hazırlamaq fikrindəyik. Tamaşada bolluca musiqilər, rəqslər olacaq. Uzun illərdir ki, müxtəlif teatrlarda opera, balet və operettalara quruluş vermişəm. Belə əsərləri hazırlayanda özümü daha rahat ifadə edə bilirəm.
- Məşqlər nə zaman başlayacaq?
- Dediyim kimi, işlərim çoxdur, Tacikistanda və Qırğızıstanda bir neçə tamaşa hazırlayıram. Artıq işlər yekunlaşmaq üzrədir, yaxın günlərdə premyeralar olacaq. Tamaşaları təhvil verdikdən sonra yenidən Bakıya gələcəm.
- Tamaşanı yenidən qurulan bu binada hazırlayacaqsız. Təəssüratlarınız necədi?
- Musiqili Teatrın binasını görüb heyrətlənməmək mümkün deyil. Təmir və yenidənqurma zamanı işlər çox zövqlə aparılıb. Bunu sizə dünyanın müxtəlif ölkələrinin teatrlarını görən biri kimi deyirəm.
- Bu binaya "Kiçik La Skala" da deyirlər...
- Çox düzgün də edirlər. Azərbaycan dövlətinin teatr binalarını, digər mədəniyyət müəssisələrini dünya standartlarına uyğun təmir və bərpa etməsi sənətə verilən böyük dəyərdir. Görülən bu işləri yalnız alqışlamaq olar.

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK