Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Abini anarkən... Adalet.az | Abini anarkən... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Abini anarkən...

40 gün əvvəl vəfat edən Tofiq Abdin xatirələrdə

26773    |   2014-04-05 06:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gedirsiniz...
kiminizi ürək çökdürür
bir arkadaşın düyün sonrası
bu bəlkə bir alın yazısı
kiminizi
təzə bir ölüm tərcihi
gedirsiniz...
bu dünyayla tənha buraxıb məni
gedirsiniz...
sizsiz mənim ölümüm
yaraşıqsız olacaq
sizi araya-araya
qapalı gözlərim açıq qalacaq...

Tofiq Abdin bu şeirini dünyadan erkən köçən dostlarına həsr etmişdi. Bu yazıda isə Tofiq Abdinsiz qalan dostları onu xatırlayacaq. Abi uzun birgə çalışdığı, illər uzunu təmasda olduğu insanların yaddaşında belə qalıb.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Tofiq Abdini anır: "...1967-ci ildə "Qobustan" incəsənət toplusuna baş redaktor təyin olunanda mətbuatda yazılarını maraqla izlədiyim Tofiq Məhərrəmoğlunu dəvət edib, teatr və kino şöbəsinin müdiri təyin etdim. "Qobustan"ı mərhum Vidadi Paşayevlə, mərhum Yusif Əliyevlə və bu gün ağrıya-ağrıya rəhmətlik dediyim Tofiqlə birgə yaratdıq. Məfkurəsini, amalını, dilini, üslubunu birgə əməkdaşlıq şəraitində müəyyənləşdirdik. Bu gün "Qobustan" redaksiyasının ilk tərkibindən bir mən qalmışam, bir də Azər Abdulla.
Tofiq istedadlı şair idi, eyni zamanda çox iti və kəskin qələmi, orijinal üslubu olan, cəsarətli publisistik yazılarıyla, maraqlı müsahibələriylə mətbuatımızda geniş tanınmış və hörmət qazanmış müəllif idi.
...Yaşlansa da görkəmi ilə də, ruhu ilə də, döyüşkənliyi və bənzərsizliyi ilə də əlli il qabaq tanıdığım həmin Tofiq idi. Odur ki, yazmaq həvəsi ilə, yaradıcılıq şövqüylə döyünən qəlbinin susmasına heç cür inanana bilmirəm.
Sədaqətli, etibarlı, mərhəm bir adamı itirməkdən çox üzgünəm. Gördüyü işləriylə, yazılarıyla yaddaşlarda yaşayacaq xatirələriylə Tofiq həmişə onu tanıyanların qəlbində qalacaq..."

... Heç belə gözləmirdim
mən ömrümün sonunu.
yazıq ömrümə yazıq
məni güdürmüş bu şər
atalar düz deyibmiş
qorxan gözə çöp düşər.

Şair Taleh Həmidin yaddaşında Tofiq Abdin belə qalıb: "Tofiq Abdinin simasında mehriban, dostsevər, istedadlı bir insanı, şairi, publisisti itirdik. İstəkli dostu Aslan Qəhrəmanovun 40 mərasiminə gəlmədi, özü onun yanına getdi. Əlvida! Yerin Cənnət olsun, gözəl insan!"

Həyəcan fırlanır, çölümüzdən içimizə,
İçimizdən çölümüzə.
Hava həyəcanı var,
dava həyəcanı var!
Həyəcan içində
Yer kürəsi fırlanar
belədən belə
Yaxşı ki sabaha ümid var hələ!

Yazıçı-tərcüməçi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində Tofiq Abdinlə birgə çalışmış Saday Budaqlı eyni otaqda oturduğu Tofiq Abdinin son günlərini anladır: "İstəyirdim 70 yaşına nəsə yazam. Sonra dedi, mənim yaşım azdı, o vaxt səhv düşüb. Sonra doğum günün də dandı. Nəsə, hər şeyi qatıb-qarışdırmışdı, elə bil iz azdırırdı. Deyirdim, sən başqa planetin adamısan. Yerişi, duruşu, geyimi, hərəkətləri - heç nə yaşına uyğun gəlmirdi...
...Ürəyindəki dilindəydi. Fikirləşirdim, yəqin ona görə cavan qalıb. Öz ziyanına olan sözü də deyirdi. Bir az bicliyi olsa, onları dilinə gətirməzdi. Bəlkə Tofiqin gözəlliyi də bunda idi.
Son dəfə cümə günü, ölümündən üç gün əvvəl işə gəldi. Deyirdi, zəhərlənmişəm. Sir-sifəti heç xoşuma gəlmədi. Rəngi boğulmuşdu, gözlərində nəsə bir qorxu varıydı. Ancaq ağlımıza başqa şey gəlmədi. Özü də dedi ki, hər şey qaydasındadı, bir balaca halsızlığı var. Həmin axşam zəng vurdu ki, avtobus dayanacağına qədər zorla gedib, taqəti yoxuymuş. Demə, infarkt keçirib, özünün də xəbəri olmayıb.
Nəsə, belə-belə işlər, Tofiq. Yenə sakitcə aradan çıxdın. Ancaq bu dəfə həmişəlik. Dostlar arasında, işdə sənin yerin görünür, Zakirlə, İlhamla sənin söhbətini eləyirik. Sənin üçün hər şey bitdi: oğul sarıdan, nəvələrin sarıdan narahatçılıqların, başqa problemlərin yoxa çıxdı. Sən o dünyaya inanmırdın. Ancaq nə bilmək olar. Dünyanın bir böyük sirri var ki, öləndə bizə agah olacaq. Sənə indi agah oldu. Bu sirrə vaqif olmaq üçün ölməyə dəyər".

... Əlifbanın ilk hərfidir
İş günüm;
Çıxmaz yadımdan.
Hər yanda açıq ürəklə danışarlar
İş günümdəki adımdan.
Sabaha addımlayanlar
sırasındadır
Səsim, ünüm.
Təki işlə başlasın
hər günüm.

Tanınmış bədii qiraət ustası Nadir Hüseynov həmkəndlisi və dostu Tofiq Abdini belə xatırlayır: "Tofiq kasıb ailədə böyüdü, heç vaxt da arxa-dayağı olmadı. Kənddən şəhərə gələndən sonra da hər şeyi öz gücünə, bacarığının və istedadının hesabına qazandı. Kasıb da olsa mərd, saf və xeyirxah adam idi Tofiq abi. Bütün dövrlərdə ləyaqətini qorumağı bacardı. Təəssüf ki, cəmiyyətimiz belə insanları qəbul etmək istəmir.
Cavan vaxtlarımızda məni telestudiyadakı çəkilişlərə həmişə öz maşınında aparardı və 2 manatı da alardı. Çox orijinal idi, heç kimə bənzəmirdi. Şairliyinə də söz ola bilməzdi.
Sözün düzünü yazmaqdan, dilə gətirməkdən çəkinməzdi. Başı ilə deyil, ürəyi ilə yaşadı. Dost-tanışa qarşı necə diqqətli olmasını hamı yaxşı bilirdi, ailə də belə idi. Ailəsinə, övladlarına qayğıkeş insan oldu. Heyf Tofiqdən..."

İtmək istərdim, səssiz-səmirsiz
günlərin birində
Qorxuram kimsənin xəbəri olmaya
bu itkidən.
Əziz bir adamım olaydı
düşəydi yollara payi-piyada
axtaraydı məni

gözləri yaşlı
bu dünyada...

Tofiq Abdinin son illərdə işıq üzü görən 5 kitabı "Vektor" Nəşrlər Evində, professor Elçin İsgəndərzadənin diqqət və qayğısı ilə çap olunub. Elçin İsgəndərzadə Tofiq abini belə yad edir: "... Tofiq bəyin simasında milli jurnalistikamız öz məhək daşlarından və ağır artilleriyasından birini itirdi... Aqil Abbas onu "Jurnalistikamızın Rəmişi" adlandırırdı...
Tofiq bəyin simasında milli publisistikamız SÖZün AZAD ruhlarından birini, bəlkə də birincisini itirdi...
Məncə ƏLAHƏZRƏT SÖZlə onun qədər AZAD və SƏRBƏST davranan ikinci bir adam tapmaq çox çətindir...
O, bütün davranış və hərəkətləriylə çox demokratik bir TÜRK ƏFƏNDİSİ idi..."

... deməli öləndən sonra
dünyanın bütün acları
doyunca yemək tapacaq yeməyə
deməli boğazlara tıxanmış şirin sözlər
tıxaclıqdan çıxacaq
şirin təbəssüm kimi
balalarımın üst-başından axacaq
ancaq inanmıram bütün bunlar ola
az görmədim səhərisi unudulan yası
ulu Nazim deyib ki,
iyirminci əsrdə ən çox
bir il çəkər ölüm acısı
eləsə ölməyə dəyərmi
əcəl canını almayınca
heç kəs düşməyəcək
bir ölümün dalınca
kimlər unudulmayıb
o zaman nədir bu giley
ölümmü, ölməyimmi
eheyyyy, adəm oğlu eheyyyy...

***
Öləndən sonra
çox demirəm
bir azacıq üşüyə bilsəydim
qışda
canım bir azacıq isinsəydi
yayda
öləndən sonra darıxmaya bilsəydim
o tənhalıqda
ah... bir oyana bilsəydim
hər sabah
oyandığım kimi Dan üzü
gəlib öpə bilsəydim
balalarımın üzündən
ruhum bir duman olub
keçsəydi Muğan düzündən
oyana bilsəydim
bir daha ölməzdim düşünürəm...

Yazıda istifadə olunan şeirlər Tofiq Abdinindi. Bu gün vəfatından 40 gün ötən abimizin...

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-12-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK