Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Eşq və şərab" Adalet.az | "Eşq və şərab" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Eşq və şərab"

16083    |   2014-03-31 11:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yolum mötəbər təşkilatlardan birinə düşmüşdü. Həmin o təşkilatda diqqətimi yeni nəşrlər çəkdi. Marağımı nəzərə alan "ev" sahibləri kitablara toxunmağıma razılıq verdilər. Mən də bu fürsətdən istifadə edib bir neçə kitabı gözdən keçirdim. Düşünmsəyin ki, burda mən nəyisə şişirtmək və yaxud sözün başqa bir çalarından istifadə edib indiki iqtisadi durumu qılınclamaq istəyirəm. Xeyr, sadəcə, bir gerçək var: o da həqiqi, dəyərli kitabları əldə etmək istəyənlərin maddi durumunun qənaətbəxş olmamasıdı. Yəni kitab oxumaq, kitab əldə etmək istəyən həmin o durum üzündən sıxıntı yaşayır. Durumu, sıxıntısı olmayanlar isə kitabın yanından ötüb keçir... Nə isə...

Bəli, həmin kitablar arasında diqqətimi "Eşq və şərab" çəkdi. Doğrusunu deyim ki, kitabın üz qabığı bir qəribə nostalji duyğular oyadırdı məndə. Elə bilirdim ki, hansısa qədim bir kitabı, qədim bir əlyazmanı əlimə götürmüşəm. Kitabın naşiri Umud Rəhimoğlu kitabın tərtibatına xüsusi önəm verib. Yəni kitabın içi ilə çölü, bir az da açıq desəm, söz yükü ilə görüntü yükü bir oxucu kimi məndə həm bütün mənalarda çəkidə ağır və bütün mənalarda da görünüşündə sanballı təəssürat yaratdı. Dərhal müəllifin adını oxudum:
- Şaiq Vəli...
Hə, artıq hər şey mənə bəlli oldu. Bildimi ki, Umud Rəhimoğlu və kitabın redaktoru İbrahim İlyaslı bu müqəddəs işi görəndə nələri nəzərə alıb, nələrə söykənib və nələri qabardıblar.

Mən "mən" olmaq istəmirdim,
Açıb-solmaq istəmirdim,
Bir də gəlmək istəmirdim,
Bir ulu eşq ilə gəldim!

Bu misralar ən daşürəkli, ən duyğusuz oxucunun da mütləq yaxasından tutub silkələyəcək və mütləq onu məcbur edəcək ki, söz dünyasına, bu poeziya aləminə baş vursun, oxusun, kövrəlsin, düşünsün. Və görsün ki, bu dünyada bir Şaiq Vəli olubdu. Həmin o Şaiq Vəli bu dünyaya gəlmək istəməyib. Amma onu bu dünyaya gəlmək istəməyən bir ilahi eşq olub. Və o da həmin o ilahi eşqin iradəsinə tabe olaraq sözündən çıxmayıb başını aşağı salıb gəlib bu dünyaya. Və gəlib görüb ki:

Dünya mənə çoxdan soyuq,
Dünya məndən çoxdan doyub...
Ölümə bir şey qalmayıb -
Gecikib ölüm ağlayır.

Və yaxud:

Haqqın dərgahı, taxtı...
Halın halı var, vaxtı..
Qorxun ölüm idi - yoxdu
Mübarək, mübarək!

Mən Şaiq Vəliylə çox həmsöhbət olmuşam. Xüsusilə Tahir bəyin redaktoru olduğu və bir zamanlar çox hay-küylə oxucu auditoriyası qazanan "Proloq" qəzetinin yerləşdiyi otaqda... Həmin o söhbətlərin də mövzusu həyat, ədəbiyyat, insanlıq, cəmiyyət və bir də yaşadığımız, məhkum olduğumuz durum...
İndi bunları xatırladıqca istər-istəməz içimdə bir sızıltı baş qaldırır. O da Şaiq Vəlinin dünyadan vaxtsız köçünə səbəb olan həyat sıxıntıları idi. Həmin sıxıntılar şairin ürəyini içəridən sorğusuz-sualsız didib-parçalayır, onun ömrünə balta çalırdı. Amma buna baxmayaraq, Şaiq Vəli yazırdı:

Boyumuz Tanrıya doğru
boylandı,
Gözümüz,
Könlümüz gözəlliyə sarı...
Hələ daha oxumamış
Tanrının böyüklüyünə
Şeirlər yazdıq,
mahnılar oxuduq
Aman, qara qaşlar,
Aman, qara gözlər, aman!

Və şeirin sonunda vurğulayır:

Alınmaz qapqara vətən torpağı,
Könlümüz göy üzü kimi...
Əyilə-əyilə ürəyimizin üstə
Bir ömür yol gəlirik
Üzü gözəlliyə sarı
Çiçəklər günəşə, yağışa
Kəpənəklər işığa sarı öldüyü kimi
Ölərik üzü gözəlliyə sarı -
Tanrının yaratdığı özündən gözəl...

Şaiq Vəlinin "Eşq və şərab" kitabını oxuduqca dünyanın namərdliyini qınamaq, ona üsyan etmək istəyi də keçirdi ürəyimdən. Amma Şaiqin şeirləri buna imkan vermirdi və poeziyanın dili ilə günahın dunyada yox, dünyanın başına kəndir salan, ona corab hörən namərd insanlarda olduğunu söyləyirdi mənə. Həmin o fikirlərin işığında bu misralar məni susmağa və onun ruhuna salavat çevirməyə çağırırdı.

Əyrilək, itək əyrilikdən
Sıyrılaq, ötək sıyrılıqdan...
Ayrılaq, gedək ayrılıqdan,
Ölək, ölümdən gedək...

Və yaxud:

Qismətin yer üzündə əvvəl yaranıb,
Göz yaşın gözündən əvvəl yaranıb,
Başdaşın özündən əvvəl yaranıb,
Alın yazısı var, tale var, var..

"Eşq və şərab" kitabını oxuyub başa çıxandan sonra onu bir kənara qoyub nəşriyyatın yeməkxanasına düşürəm. Müştərilərə xidmət edən cavan oğlan mənə yaxınlaşır. Yüz qram sifariş verirəm... Gözlərimin qabağında ilahi bir eşq və onun ağrılarına dözüm kimi qəbul olunmuş şərab! Məncə, indiki məqamda, yəni sözün göylərə qaldırdığı yaşanmış bir eşqi yalnız şərabla bir balaca ovutmaq olar. Yalnız ovutmaq...
Hə, imkanınız olsa, bu kitabı siz də oxuyun. Onda özünüzün də, elə Şaiq Vəlinin də ruhu şad olacaq. Mən bunu özümdə hiss etdim.

P.S. Şaiq Vəlinin vəfatından sonra bu kitabı araya-ərsəyə gətirən hər kəsə, xüsusilə naşir Umud Rəhimoğluna, redaktor İbrahim İlyaslıya və bütövlükdə "Avraasiya Press" nəşriyyatının əziyyəti olan əməkdaşlarına təşəkkür edirəm. Təbii ki, oxucu olaraq.

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK