viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "A GÖY DONDAKI..." Adalet.az | "A GÖY DONDAKI..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"A GÖY DONDAKI..."

19691    |   2014-03-29 08:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"... Niyə gəlirlər, xeyir gətirirlər? Ay gətirdilər aaa, Kərbəlayı!!!". Hər dəfə Avropa Şurasından, BMT-dən, Amerikadan, Rusiyadan bir rəsmi nümayəndə bizim ölkəyə təşrif buyuranda ilk ağlıma gələn "Axırıncı aşırım" filmindəki bu epizod olur.
Şərq ölkələrindən elə biri yoxdur ki, qərbin orada "barmağı" olmasın. Və bu barmaqlar da öz işlərini elə ustalıqla, uğurla görməkdədir ki, Əzrayıl misalı, heç kəs günahı onlarda görmür. İstər siyasi, istər iqtisadi, mədəni, ictimai və sair məsələlərdə olsun, istər adət-ənənələrdə hər yedrə "əl izləri" aşkar görünməkdədir. Xeyir pərdəsi altındakı şər oyunları qanımıza elə tərzdə yeridilir ki, ruhumuz da incimir. Bu durumu qəbul etməyən köhnə dövrə aid "qanlar" da var ki, bunlar azlıq təşkil edir və səsləri çoxluq içərisində bataraq yox olur və sahibinə ürək ağrısından, təəssüfdən başqa bir şey vermir...
Bu, əl gəzdirilmiş adət-ənənələrimizdən biri də Novruz bayramıdır ki, illər öncə - dövlət səviyyəsində bayram kimi qəbul olunmayanda, BMT-nin umurunda belə olmayanda xalqımız, millətimiz tərəfindən çox böyük təmtəraqla qeyd olunur, uşaqlara da, böyüklərə də sonsuz sevinc bəxş edirdi.
Uzaq bir kənd rayonundakı o uşaqlıq illərimi xatırlayanda, həmin xoşbəxtliyin tən ortasında Novruz Bayramı dayanır həmişə. Adətən boz, yeknəsək, sadə, zəhmətlə dolu kənd həyatını rəngləndirən çoz az şeylər vardı ki, bunlardan da birincisi bu bayram (sonra isə həftədə bir dəfə kəndə nümayiş etdirilən və yaddaşımın gözəl səhifələrindən olan hind filmləri) idi...
Sovetin qadağaları xalqa bu milli gələnəklərini nəinki unutdura bilirdi, əksinə elə mühafizəkar qorunurdu ki bu dəyərlər, ona cəsarət belə edə bilmirdilər. İndi nə oldu da birdən-birə bu qədər adiləşdi, itmək təhlükəsi qarşısında qaldı bu gözəlliklər? Hətta bayram axşamı da facebooka nəzər salanda əksər tanınmış adamların saatlarca orada vaxt keçirdiyini "gördüm". Halbuki qonaq gedilərdi, qarşılanardı, küsülülər barışardı, yaşlılar, xəstələr ziyarət edilərdi, uşaqların çərşəmbə torbası bayram payı ilə bərabər ürək dolusu sevinclə yüklənərdi... Bütün sakinləri rayon adamları olan yataqxanada belə, sönük, adi keçdi Novruz. Qapı döyüb, "pay yığan" uşaqlar da seyrəlib artıq... əvvəlki illərdə səs-küylə rəngbərəng yumurtalar üstə dava salan, gecə yarısınadək qapını "dinc qoymayan" uşaqlar indi səssizcə, utana-utana bir neçə qapıya papaq atıb çəkildilər...
Sizi bilmirəm, mənə bu bayram çox böyük bir qüssə gətirdi!!!
Nə qaldı ki, əlimizdə! Biz hiss etmədən ən qiymətli adət-ənələrimiz əldən gedir və bizə bunların arxasınca yazıq-yazıq baxmaqdan başqa bir şey qalmır...
2010-cu ildə BMT Baş Assambleyasının qərarı əsasında Beynəlxalq Novruz Günü elan ediləndən sonra sanki bir süstlük, maraqsızlıq yarandı bu gözəl milli bayramımıza qarşı. Qərb bizdə nəyə əl uzadırsa, korlayır, məhv edir və bu yolda onlara "züy tutanlarımız", "ələkçinin qıl verənləri", "sapı özümüzdən olan baltalar" da az yardım etmir. Son vaxtlar mətbuatımızda bir tənqidetmə kampaniyası nəzərə çarpmaqdadır. Yeri gəldi-gəlmədi, atalar sözlərimiz, məsəllərimiz (hətta bu mövzuda duzsuz bir veriliş də var!!!), xalq, aşıq mahnılarımız, filmlərimiz, ənənələrimiz tənqid olunur. Bu yaxınlarda facebookda hörmətli yazarlarımızdan birinin statusunu oxudum. Köhnə "Ay, göy dondakı" aşıq havasını lağa qoyaraq, ələ salaraq yazırdı. Bu, keçmişimizə sayqısızlıqdımı, təcrübəsizlikdimi, milli dəyərlərimizə hörmətsizlikdimi, yoxsa sadəcə "like"lar yığmaq xəstəliyi idimi, deyə bilmərəm, amma bu məni həqiqətən kədərləndirdi. Özü də adını "A balkondakı" yazmışdı. Əvvəla, "balkon" sözü dilimizə qonaq gələndə "göy donlu" haqqındakı aşıq havalarımız burda idi, əgər məqsəd müasir musiqimizdəki bayağılıqları göstərmək idisə, bunun bu havaya heç bir dəxli yoxdu. Çünki qədimdə indiki kimi fb-də qızla iki dəfə salamlaşandan sonra görüşə çağırmaq yox idi. Sevgiyə uzun yol keçərək, əzablar hesabına çatmağa nail olunduğundan qəlbdə də əbədi qalardı. Uzaqdan seyr edilərdi sevilən, işarələrlə, eyhamlarla bildirilərdi sevgilər. "Adını demirəm, eldən ayıbdı" məsəli, gizli saxlanardı, ta ki, sevən də, sevilən də bir-birinin ürəyinə hakim kəsildiyinə əmin olanadək. Bu vaxta qədər də edilən həmin işarələrdən, paltarının, özlərinin, gözlərinin rəngi ilə(məs. Sarıköynək, Sarı gəlin, ay göy dondakı, alagöz, badam gözlüm, qaragöz... ), dayandığı yerlə (ay eyvandakı, çeşmə başındakı, bulaq üstündə və s.), bənzədildiyi güllə, meyvə ilə (almadan qırmızısan, güləndam və s.) işarə edilər, çağırılardı. Bu da bir növ, ətrafdakılara hörmət, böyüklərdən utanıb-çəkinmək, dilə-dişə düşməkdən ar eləməkdəndi. "Yandırıb-yaxırsan, ay eyvandakı... ay göy dondakı..." çox gözəl bir aşıq havasıdır və bunu, təbii ki, indi nə qədər çətin olsa da, tənqid yox, təbliğ etməyin tərəfdarıyam. Lütfən, "Can-cana" qondarma mahnısı ilə qədim aşıq mahnımızı bir tutmayın! Hər kəs keçmişimizi, milli dəyərlərimizi bu status qədər bir azcıq baltalasa, qərbə də, düşmənə də ehtiyac qalmayacaq. Bir milləti yox etmək üçün dilini, dinini, adət-ənənəsini yox et, öz-özündən məhv olacaq... və təəssüf ki, qərb də buna çox asanlıqla nail olmaqdadır.
Vallah, ürək ağrısıyla yazıram, barı özümüz özümüzə bunu etməyək! Ziyanın yarısından dönək, gözəlliklərimizi qoruyaq, əldə olanlarımızın qədrini bilək! Çünki adətlərimizə biz sahib çıxmasaq, başqaları çıxacaq.

Fəridə RƏHİMLİ
f_rehimli@box.az


İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK