Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR: Adalet.az | ORALARDA KİMLƏR VAR: Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR:

YAHYA KEMAL BAYATLI, ORHAN GENCEBAY

17413    |   2008-04-16 00:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

YAHYA KEMAL BAYATLI 2008-Cİ İL YAHYA KEMAL BAYATLI İLİdir Bunun bütün Türk dünyasına dəxli var

Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi (ELƏSAM) Başkanı İhsan Işık, ölümünün 50-ci ili olunduğunu bildirərək: "::Böyük Türk şairi və ədəbiyyatşünası Yahya Kemal Bayatlının əziz xatirəsini yaşatmaq boynumuzun borcudur"::- demişdir. Işık birliyin yerləşdiyi ofisdə keçirdiyi mətbuat konfransında Yahya Kemalın Türk ədəbiyyatının ən böyük şairlərindən biri olduğunu, Türk və dünya ədəbiyyatına ölümsüz əsərlər verdiyini vurğulamışdır.
   Makedoniyanın paytaxtı Üsküpdə 2 dekabr 1884-cü ildə anadan olan gələcəyin böyük şairinin on səkkiz yaşında İstanbula köçdüyünü anladan Işık "::Şeir və yazılarında həm Türkiyəni, həm də Makedoniyanı yaşadan böyük Türk şairi və alimi Yahya Kemal Bayatlının əziz xatirəsini yaşatmaq boynumuzun borcudur"::-sözlərini çıxışına əlavə etmişdir. Kültür və Turizm Bakanlığının Yahya Kemalın ölümünün 50-ci iliylə üs-üstə düşən 2008-ci ili "::YAHYA KEMAL BAYATLI İLİ ":: elan etməsinin sevindirici olduğunu bildirən Işık daha sonra demişdir: "::Yahya Kemal Bayatlının doğulduğu ev yıxılmışdır. Üsküpdə bu gün Yahya Kemalın dünyaya gəldiyi evin yerində sadəcə bir maşın parkı vardır. Ancaq uşaqlığını keçirdiyi Qumbaraçılar Qonağı səmtindəki evlər hələ də boşdur və ha bu gün, ha sabah yıxılacaqdır.Yaxında bu mədəniyyət yadigarlarımızdan birinin də yoxa çıxmaq qorxusunu yaşamaqdayıq".
   
   
   
   YAHYA KEMAL BAYATLIdan BİR ŞEİR
   
   
   
   SESSİZ GEMİ
   
   Artık demir almak günü gelmişse zamandan
   Meçhule giden bir gemi kalkar bu limandan
   
   Hiç yolcusu yokmuş gibi sessizce alır yol
   Sallanmaz o kalkışta ne mendil, ne de bir kol
   
   Rıhtımda kalanlar bu seyahatten elemli
   Günlerce siyah ufka bakar gözleri nemli
   
   Biçare gönüller, ne giden son gemidir bu
   Hicranlı hayatın ne de son matemidir bu
   
   Dünyada sevilmiş ve seven nafile bekler
   Bilinmez ki, giden sevgililer dönmeyecekler
   
   Bir çok gidenin her biri memnun ki yerinden
   Bir çok seneler geçti; dönen yok seferinden
   
   
   
   ORHAN GENCEBAY
   
   NE GÜNLER VARDI, EFENDİM!
   
   
   
   Türkiyənin bugünkü günündə ən populyar müğənnilərindən biri sayılan və 70-lərdə, 80-lərdə bizim məmləkətimizdə də ən sevilən ifaçılardan biri olan Orhan Gencebay "Popstar" yarışması günlərində baş verən bəzi şeylərə və özünün bir müddət qadağan olunmuş müğənni olaraq yaşadığı illərə açıqlamalar gətirmişdir:
   "Dövlət televizyonu olan TRT-də mənim oxuduğum mahnılara qadağa qoyulması həmin televizyonun daxili şərtləriylə bağlı idi. Və mən rəsmən yasaqlanmışdım. Bu təkcə qadağan olunma deyildi, həm də insanı incidən və təhqir edən bəzi davranışların da ortaya çıxmasına nədən olmuşdu. 70-ci illərdə mənim asılmamı istəyənlər belə olmuşdu."
   Bura bir not düşək:
   Maraqlıdır ki, keçdiyimiz günlərdə bizim qəzetlər bir xəbər yaydı və bu xəbər üstünə də Samir Sarı sarkazmla dolu bir yazı yazmışdı: şair Zakir Fəxrinin QALMAZ BELƏ, QALMAZ DÜNYA sözlərinə oxunan mahnı da ölkəmizin bir çox yerində qadağan olunub.
   -İndiki məqamda çox populyar bir teleyarışda, "Popstar"da jüri üzvüsünüz və daha nə kimi işlər görürsünüz?
   - Bir "Mavi sinqle" hazırlayıram. Beş mahnı, bir dənə də instrumental əsər var. İnstrumental əsərin yazılışı çox çətin keçir. Hələ tamamlayıb başa çıxa bilməmişəm. Yoxsa albom çoxdan satışa çıxacaqdı. Ayrıca bir kitab yazmağa başladım. Redaktor dostlarla çalışırıq onun üzərində.
   -Orhan bəy geriyə qayıdaq. Arabesk çox pis bir şeymi ki, TRT-də illərcə yasaqlandı?
   - TRT-nin öz inancları vardı və bu inanclar təbii ki, o zaman müzakirə olunmalıydı. TRT-də bir növ müəyyən şeylərin qorunub saxlanması üçün səy göstərilirdi. Qoruduğu dəyərlər miras qalan dəyərlər idi. Bunun xaricinə çıxıldığında pis qarşılanırdı.Və yabançı musiqi kimi dəyərləndirilirdi. Məntiq buydu. Yeni olan bir şeyi asanlıqla götürmək və təbliğ etmək istəmirdilər. Bütün etirazlar da burdan başlanırdı.Və onların istədiyi ənənədən uzaq olmayan və ənənəyə dayanan bir sənət yolu idi. Belə bir mübarizə 25-30 il davam etdi. Bunun altını çox çəkdim mən. O qərara boyun əyməyən tək mən idim. Mən: sənət azad olmalı deyirdim. Düşüncəyə və sənətə ştamp vurmaq olmaz. O zaman heç bir inkişaf olmaz. Sonunda dediyimdə haqlı çıxmış oldum.
   -Sizə mane olanlar çoxdumu?
   TRT-nin məqsədlərinə tərs düşmüşdük və mən rəsmən qadağan olunmuşdum. 25-30 il sonra başa düşüldüm. İndiki gənclər bilməzlər, TRT bir sənətçinin belini necə qıra bilirmiş. Təkcə belimiz qırılsaydı nə vardı ki, düzələrdi. Nə işlər gəldi başımıza. Təhqir dolu şeylər çıxdı ortaya, şərəfimizə sataşdılar, "Bir Təsəlli Ver" mahnısını yazdığım günlərdə TRT-də məndən "Xaricilərin təsirinə düşmüş bir musiqiçi deyə danışırdılar. Bu əsər çalınarkən valları mismarlarla cızıq-cızıq eləyirdilər, üstünə min cür şeylər atırdılar... Hətta 1970-ci illərdə mənim edamımı istəyənlər olmuşdu. Onlara görə Türk musiqisini korlamışdım. Məni Türk musiqi sənətini, xalq musiqisini dejenere etməkdə suçlayırdılar. Xeyr. Mən öz musiqimi yaradırdım.
   -Dövlət sənətçisi ünvanı götürülür. Sizin fikriniz nədir?
   -Dövlət sənətçisi adının verilməsinin tərəfdarı deyiləm. Çünkü ayrı-seçkilik olur. Hamımız dövlətin sənətçisiyik. Kommunist düşüncənin çox əcaib bir quraması olan bu çinlər və adlar sənətçini sadəcə satın almaq kimi bir ünsürdür. Mənə də verdilər bu ünvanı. Mənə görə bu ad artıq bir şeydir. Bir yanlış varsa dövləti də tənqid edəcəyik. Mən yaxşı bir vətənsevərəm. Amma yanlış varsa söylərəm.
   
   
   
   DÜNYANIN ƏN QƏRİBƏ
   QANUNLARInı YARADANLAR
   
   
   
   Britaniyanın "Times" qəzeti dünyanın ən qəribə, ən komik qanunlarını ortalığa çıxarmışdır. Bunların bəziləri artıq aradan götürülmüş, həyatın həqiqətlərinə uymadığı üçün unudularaq yaddan çıxmış, amma kağız üzərində hələ də öz qüvvəsini saxlayır.
   Məsələn :
    İngilis Parlamentində ölmək yasaq,
   Bir donuza Napoleon adını vermək cinayətdir.
   Üzərində kral və ya kraliçanın rəsmi olan pulu tərs yapışdırmaq vətənə xəyanətdir.
   York şəhərində isə tarixi suların içində bir isveçrəlini öldürmək olar. Ancak əlində ox və yay olması lazım.
   İngilis sularında ölü tapılan balinanın başı kralın, quyruğu isə kraliçanın malı sayılır.
   Bəhreyndə kişi ginekoloq qadın xəstəsini ancaq aynadan baxaraq müayinə edə bilir.
   ABŞ-nın Vermont əyalətində qadınlar ərlərindən aldıqları imzalı izin kağızıyla protez gəzdirə bilərlər.
   Çester şəhərində Qalliləri şəhər surları içində və gecə yarısından sonra oxla vurmaq sərbəstdir.
   Floridada bazar günü paraşütlə atlayan subay qadınlar həbsə məhkum edilə bilər.
   London limanına girən bir savaş gəmisi London Qülləsinin gözətçisinə bir varil rom verməyə borcludur.
   Alabamada şoferin gözləri bağlı olaraq maşın sürməsi yasaqdır.


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK