Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | XALQA YAXINLIQ VƏ YA UZAQLIQ... Adalet.az | XALQA YAXINLIQ VƏ YA UZAQLIQ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XALQA YAXINLIQ VƏ YA UZAQLIQ...

12022    |   2008-03-15 00:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ARA QARAYEV-90
   
   
   
   Əslində 2008 QARA QARAYEV ili olmalıdı
   
   
   
   Bir o qədər də aşina deyiləm yubiley şeyləri yazmağa. Və ruslar demiş: tembole, indiki mədəniyyət nazirimiz Qara Qarayevin əqrəbalarından sayılır. Yubiley günlərində ha yazdılar ...ha yazdılar. Olan işdi bunlar. Mən bu yazını yazarkən çətin günlər idi. Zor günlər idi. O çətin günləri yaşayıb bu günlərə gəlməyin özü bir TALE işidir. Bunu ona görə deyirəm ki, minnətsiz yazılan bir yazıdır, dəfələrlə əl gəzdirilib, dəyişilib, əlavələr edilib, bu yazı üstündə iş bir türlü bitməyib. Qara Qarayevin həyatı və musiqisi nə qədər canlıdırsa, bu yazı da gəncləşməyə və yaşamağa davam edəcək. Zaman-zaman dəyişəcək.
   
   Bu yazının qəribə tarixçəsi də var. Bunu yazı bitəndən sonra anladacam. Hələ o zaman Azərbaycan radiosu ilə MELODİYA radio klubunda QARA QARAYEV haqqında verilişimi dinləyən həmkarlarımdan biri demişdi: "Gərək Qara Qarayevdən o ki var yazsınlar. Təkcə ona görə ki, bu Adam ölkənin ən baş mükafatına - Lenin mükafatına layiq görülən iki azərbaycanlıdan biridir". Bu, həqiqət idi. Yazı çapa hazırladığım PUBLİSİSTİKA-1 kitabına daxil ediləcək.
   
   
   
   Maraqlıdır ki, həmişə özüm üçün müqayisə aparanda Qara Qarayev musiqisinin başqa sənət sahələrində qohumluğunu, Qarayev taleyinin paralelini gəzəndə, bu musiqinin başqa sənət janrla-rında "doğmasını" tapmaq istəyəndə belə düşünmüşəm /irəlidə bu barədə qısa yazmışdım/.
   
   Musiqidə Qara Qarayev nəydisə,
   
   Poeziyada Rəsul Rza eləydi...
   
   Rəssamlıqda Toğrul Nərimanbəyov eləydi...
   
   Teatr aləmində Cəfər Cəfərov eləydi...
   
   Bəlkə də bu adların biri o birindən əvvəl olmalıdı, bunun məncə elə fərqi yoxdu.
   
   Nədənsə mənə elə gəlirdi ki, bu yaradıcıları qəribə bir Tale, qəribə bir Xətt, Ziyalılıq, əsl, əsl Azərbaycanlılıq birləşdi-rir!
   
   Və yaşlaşdıqca bu daha qabarıq hiss olunurdu.
   
   4 oktyabr, 1974-cü il. Qara Qarayev:
   
   "Bu gün, bu saat mən dinləyicilərə daha yaxın olmağa, daha aydın olmağa çalışıram. Bəlkə buna görə də mən teatr və kino musiqi-sinə müraciət eləmişəm. Bu musiqinin dinləyici auditori-yası çoxdur. Bu mənə tam aydındır ki, seçicilərlə olan vaxtaşırı görüşlərim zamanı onların fikirləri, düşüncələri, qayğıla-rıyla tanışlıqdan sonra hiss elədim ki, yeni musiqi əsərlərimin forması da, özü də mənim üçün təzədi:mən bunu musiqi plakatı adlandırıram. Qeyd eləyim ki, bu heç də terminoloji bir fən deyil, mövzunu işləmək üçün yaradıcılıq prinsipidir: mövzunun özəyində bir aydınlıq, sadəlik, musiqi mövzusunun həllində bir plakatlıqdır...
   
   ...Bu kimi bir neçə əsər mənim yaradıcılığımda mühüm yer tutur və əgər bilmək istəyirsiniz bu mənim vətəndaşlıq kredomdur".
   
   Bu fikirlər 56 yaşlı Qara Qarayevindir.
   
   On il qabaq isə, 1964-cü ildə yaradıcılığının ən mübariz dövründə Qara Qarayev musiqisiylə səsləşən "Rənglər" silsiləsi kimi gözəl şerlərini yazan xalq şairi Rəsul Rza deyirdi:
   
   "Mən yolçuyam,
   
   mən yoldayam.
   
   Od nə çəkdi
   
   Küldən soruş.
   
   Hansı şerim,
   
   Hansı sözüm
   
   Yaşayacaq məndən sonra,
   
   Mən bilmirəm,
   
   Eldən soruş!
   
   Bu sətirlər 54 yaşlı Rəsul Rzanındır.
   
   Heç bir sübüt, heç bir dəlil lazım deyil ki, rəssam Toğrul Nərimanbəyov yaşı qırxı keçəndən sonra bir az ağsaqqallaşmış, bir az öz "narlarıyla", ölməz miniatürlərlə bu torpağa və xalqa aydın olmağa çalışmışdır.
   
   Axı, onu da bir vaxt mücərrədçilikdə haqsız tənqid eləyirdilər.
   
   Cəfər Cəfərov ömrünün gözəl çağlarında, gənclik illərində mübariz bir alim kimi deyirdi ki, görəsən bizim tənqidçilərimiz həyata nə vaxtadək qırmızı eynəkdən baxacaqlar?
   
   Bu daha cavan Cəfər Cəfərovun sözləridir.
   
   İndicə oxuyacağınız bu sətirlər isə yazıçı Anarın "Dünya bir pəncərədir" kitabındakı "Sənət yanğısı" oçerkindəndir:
   
   "Onunla /Cəfər Cəfərovla -T.A/ Moskvada olmuş işçilərdən biri aeraportdan qayıdarkən maşında danışırdı ki, Cəfərov Moskvada klinik ölüm keçirdi, indi onunla gələn tibb bacısı nəfəsiylə ona nəfəs verib, həyata qaytarıb. Vəsiyyət edib ki, nəvəmə mənim adımı qoyarsınız, bir də tetrın yüz illiyi bayram ediləndə məni unutmayın, axı mən hər halda bu teatr üçün bir iş görmüşəm. 15 yaşımdan səhnəyə aşiq olmuşam. 35 ildir ki, ondan ayrılmıram. MƏN ÇOX ŞEY İSTƏMİRƏM, AMMA TETARIN YUBİLEYİNDƏ YADA SALINMAA HAQQIM VAR". (ayrıntı bizimdir)
   
   Yaşlaşdıqdan sonra bu sənətkarların içlərindən gələn həyəcanla deyilən sözlərdə qəribə oxşarlıq, qəribə bir narahatlıq...
   
   Və qəribə bir nigarançılıq var.
   
   Nədi bu nigarançılıq?
   
   Və ümumiyyətlə bu nigarançılığa əsas varmı?
   
   Axı nədi bu nigarançılıq?
   
   
   
   XALQ SEVGİSİNİ QAZANMAQ!
   
   
   
   Hər halda bu adamların hər biri bizim xalq üçün əvəzsizdi!
   
   Mən bilmirəm, bilə də bilmirəm niyə bu sənətkarlardan hər biri öz içərilərində o sevgiyə can atırlar. Və Qara Qarayev də məhz bu sənətkarlardan biriydi. z intelekti, öz dünya duyumu, öz sənətinin əvəzsizliyilə xalqın qarşısında getməklə xalqa can atırdı. Və xalqa can ata-ata bəlkə də öz şəxsi taleyilə məşğul olmağa vaxt tapmırdı.
   
   
   
   ATA VƏ OUL
   
   
   
   Mən Qara Qarayevin mehriban bir Ata, həqiqi və gözəl bir Ata olduğuna şübhə eləmirəm. Ancaq mən onun oğlu Fərəc Qarayevin "Qoyya" filmi üzərində atasıyla birgə işlədikləri illər barədə qeydlərini oxuyanda, Qara Qarayevin bəlkə də bir az sərt ata olduğunu anlamağa çalışdım.
   
   "Yox, birgə işləmək üçün heç bir ağıllı forma zad fikirləşmə-mişdim. Mən bircə onu fikirləşmişdim ki, hansı yolla və necə eləyim ki, bu işdən boyun qaçırım. Axı, mənim həyatım onun idi. Təlaş içində elə bir söz tapmaq istəyirdim ki, mən özümün haqlı olduğumu da deyə bilim və müəllim də öz şagirdinin fikrini bəyənsin, müdafiə eləsin. Və bir Ata öz Oğlunu başa düşsün. Vəssalam!"
   
   Maraqlıdı mən bu məqaləni hazırlayanda jurnalist dostlarımdan biriylə söhbət edirdim. O, çox gözəl bir söz dedi: "Fikir vermisənmi, Qara və Fərəc münasibətlərində birgə işlədiyi illəri nəzərdə tuturam, qəribə bir soyuqluq, sərtlik var. Ata Oğul münasibəti yoxdur".
   
   Fərəc Qarayev yazır: "1963-cü ildən 1970-ci ilə kimi atamla bir dənə də olsun şəkil çəkdirməmişəm.
   
   İyirmi yaşında bu bəlkə düzgün haldı.
   
   İyirmi beş yaşında təbii bir hal.
   
   ...Baxış tamaşasından sonra dörd saat davam edən fikirlər mübadiləsi zamanı qəribə rəylər meydana çıxdı. Mən bu adamların arasında öz biliyimlə seçilə bilmədiyimdən və üstəlik də alman dilini siz deyən başa düşmədiyimə görə sakitcə, adi tamaşaçı kimi çəkildim arxaya, müşahidə eləməyə başladım. Atam alman dilini yaxşı bilirdi.
   
   Buna görə də o saat mübahisələrə qoşuldu və güman elədi ki, əsil həqiqət məhz mübahisə vaxtı aşkarlanır.
   
   Ancaq bir neçə dəqiqə keçməmiş o soyudu, bir də gördüm ki, mənə sarı gəlir, gəldi və oturdu mənim yanımda. Eynəyi çıxartdı, siqaretə güc verdi. Sifətində tanış cizgilər göründü: mehriban, həm də darıxdırıcı.
   
   Uşaqlıqdan tanış olan güclü, doğma ifadə.
   
   Elə ifadə ki, sanki qulaq asır, maraqla, ancaq öz aləmindədi, öz fikirlərinin içindədi, çəkilib öz içinə və tamamilə başqa şey barədə düşünür.
   
   "...düşüncələrdən yayınma..."
   
   Əvvəllər bu qorxudurdu bizi. Heç nədən inciklik yaranır, uşaqlar nəsihət sevər olurlar və valideyinlərinin anlaşılmaz hərəkətlərini başa düşməyə həvəs göstərirlər: gözləməyi çox sevmirlər, eqoizm-uşaqlar üçün ən maraqlı və seçilən xasiyyətdir.
   
   "Atam çalışır" - bacım Züleyxa ilə birlikdə bu, bizə həmişə aydın idi.
   
   Royal arxasındadı? Əlbəttə! Stol arxasında orkestrləşməylə məşğuldu və yaxud otaqda təlaşla gəzişir, nəsə danışır öz-özünə. Bu, artıq tanışdı.
   
   Nə yeməkbazlıqdı, çalışır da!... Qəzetə baxır, krasvord həll eləyir, musiqi barədə düşünür. Eyvanda oturub çay içir, sualları-mıza məhəl qoymur...
   
   ...1963-cü ildən 1970-ci ilə kimi atamla bir dənə də olsun şəkil çəkdirməmişəm.
   
   İndi mənim otuz dörd yaşım var, indi azı qəribə gəlir mənə bu...
   
   ...Bu gün çox yatdı atam... Nəhayət durdu, duran kimi də xəbər aldı: nədi, səni ata evinə gətirən, nə yaxşı gəlmisən?
   
   Mən sakitcə partituranı ona uzatdım.
   
   O vərəqlədi. Baxdı-partituranı qaytardı, bir kəlmə də demədi, başını aşağı salıb mətbəxə çay içməyə keçdi...
   
   ...Atacan, sən sərt adamsan?!
   
   Sonra mən ona yaxın durmadım. Qayğıları başından aşırdı, o çalışırdı, həmişəki kimi canına qəsd eləyirdi.
   
   Həmişəki kimi..."
   
   Mən bu fikirlərdən təkcə birini olduğu kimi saxlamaq istəyi-rəm və tərcümə eləsəm də, bu məni qane eləmir. İkinci dəfə tərcü-məsiz verirəm. Fərəc təkrar soruşur, güman ki, öz-özündən:
   
   
   
   "PAPA, TI STROQİY?!"
   
   Mən Rusca-Azərbaycanca" sözlüyə baxıram. Fərəcin sorusundakı sözlərin hər biri mənə tam aydındır. Ancaq "stroqiy" sözünün tərcümədə çalarları, sinonimləri məni maraqlandırır:
   
   Stroqiy:
   
   1.Sərt, qəti, tələbkar, zabitəli, acıqlı.
   
   2.Kəskin, şiddətli, sərt, ağır.
   
   3.Məs: təmiz, ləkəsiz, saf.
   
   Elə sözlər var ki, onlar bizim dilə tərcümə olunanda onun altı-yeddi sinonimini görürsən və onların da çoxu həqiqətən yerinə düşmüş olur, necə ki.bax bu "stroqiy" sözü də eləcə.
   
   QARA QARAYEV CİDDİ ADAM İDİ, TƏLƏBKARDI, ZABİTƏLİYDİ.
   
   Bütün bunlar oğlunun məktublarında da, onların ata-oğul münasibətlərində də görünür. Bu gün faliyyət göstərən, tanınmış bəstəkarların da xatirələrində biz bu fikirlərə tez-tez rast gəlirik.
   
   QARA QARAYEV TƏMİZ ADAM İDİ, LƏKƏSİZ İDİ, SAF İDİ.
   
   Bütün bunları biz onun müasirlərindən dəfələrlə eşitmişdik, onun haqqında yazılan yazıları oxumuşduq. Tələbələrinin onun haqqında olan xatirələrində bunlar təkrar-təkrar göstərilir.
   
   Qara Qarayev bizim yadımızdadı, mənim göz yaddaşımdadı: oturuşu-duruşu, şəhərdə gəzintisi, jurnalistlərə münasibəti, sorğular zamanı onun danışığının təbiiliyi indi də qulaqlarım-dadı, sadəliyi indi də misaldı. İnsanlığı indi də yandırır bizi. Yaxşı mənada.
   
   Bir az da qaraqabaq idi. Və demək olar ki, gördüyüm fotolarında həmişə beləcədi. Həyatda gördüyüm anlarda da beləcə görmüşəm.
   
   Güman eləyirəm ki, başqa Qara Qarayev də olub: həlim, mehriban, zarafatcıl, deyib-gülən Qarayev də olub.
   
   Bir şəklə baxıram və mən istəyirəm ki, bu şəklin arxasındakı yazıları oxuyucuların diqqətinə çatdıram. Şəkil nəvəsinə göndərilib.
   
   "Əzizim Adoxa! Bu məktubu sənə göndərirəm, burada sənin çox sevdiyin maşınların şəkilləri çəkilib, bir də qoşqulu trolleybus.
   
   Necə yaşayırsan?
   
   İşlərin necədir?
   
   zünü necə aparırsan?
   
   Qara baba və Tanya nənə səndən ötrü darıxırlar. Sənə öpüşlə salam göndərirəm. Sənin baban Qara! Hamıya salam de".
   
   Qara Qarayev fenomeni. Qarayev dahiliyi, Qarayev əfsanəsi bu kövrək məktubda nə qədər qabarıqdı.
   
   Bu sətirlərdən tükənməz bir xoşbəxtlik qoxusu gəlir!
   
   
   
   QARA QARAYEV XOŞBƏXT ADAM İDİMİ?
   
   
   
   Bu mücərrəd, bu intəhasız, bu naqolay sual nə qədər dəyənək olsa da hər dəfə deyilib, soruşulub. Yada düşüb.
   
   Qara Qarayev ümumiyyətlə Xoşbəxt Adam idimi?
   
   Ayrı-ayrı vaxtlarda. Ayrı-ayrı illərdə bu sualla ona müraciət eləyən jurnalistlərə, sənət adamlarına Qara Qarayevin cavabında bir yığcamlıq və dəqiqlik var. İstedadlı rejissor Oqtay Mirqası-movun bəstəkara həsr olunan "Bu həqiqətin səsidir" kinolentində həmin suala o belə cavab verib:
   
   "Mən heç zaman özümə belə sual verməmişəm. Necə deyim: insan, sənətkar, xoşbətlik. Heç tutan söhbət deyil. Elə ki, sənətkar özünü xoşbəxtliyin zirvəsində hesab elədi, deməli onun kitabı bağlan-dı..."
   
   Ekranda səslənən bu sözləri özü üçün izah eləyən kinoşünas belə nəticəyə gəlir: "Vallah, bu adam xoşbəxtdir. Narahat sadəliyilə, yanğısı, həvəsiylə, həqiqəti və öz xalqının qulluğunda dayanmış istedadıyla".
   
   Mən qəti hökm verə bilmərəm. Ancaq onu deməyi borc bilirəm ki, SSRİ xalq artisti, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dünyaca şöhrəti olan Qara Qaryev kimi bir oğlu olan xalq özünü xoşbəxt hesab eləyə bilər.
   
   Qara Qarayev özü xoşbəxt adam idimi?!!
   
   Parisdə, böyük komediyaçı Molyerin abidəsi üzərində bu sözlər həkk olunub: "Onun şöhrəti üçün heç nə gərək deyil. O, bizim şöhrətli olmağımız üçün gərəkdir!"
   
   Əgər haçansa Qara Qarayevə abidə qoyulsa, buna bənzər sözlər yazılmalıdır onun üzərinə...
   
   1988.
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK