Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR: KEMAL TEBRİZİ: Adalet.az | ORALARDA KİMLƏR VAR: KEMAL TEBRİZİ: Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR: KEMAL TEBRİZİ:

Bir gün İranda da senzurasız filmlər çəkiləcək

15861    |   2007-08-22 05:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bahtiyar Küçük - Tuba zdendən uyğulama

"Mana kinofirması", siyasət, Mövlanə, senzura, kərtənkələ, Ahmedinecad, ana sevgisi haqqında birbaşa, səmimi olaraq danışa biləcəyimiz neçə insan tapmaq olar? Bu sorunun cavabını Konyada keçirilən 2-ci Beynəlxalq, Uluslararası Aşkın Film Festivalına gələn İran kinosunun önəmli təmsilçilərindən Azəri rejissor Kemal Tebrizidən aldıq.
   
   Mövlanənin "Məsnəvi"sini bir neçə dəfə oxuyan Təbrizi filmlərində bu qaynaqdan bəhrələndiyini deyir.İnşaat mühəndisliyi təhsili alan Təbrizi ruhuna uyğun olmadığını anlayaraq fakültəsini dəyişdirir. Telefilmlər fakültəsinə keçir.Fotoqraf aparatı ilə filmə gedən, yoldakı ilk "şikarı"nı yaxalayan gələcəyin sənətçisi sonralar 9 film çəkir.Bir filmi senzura tərəfindən qadağan olunub, nümayiş etdirilməyib.Bir başqası da eyni mövzudan bəhs etdiyi üçün heç göstərilməyib.İranlı azəri rejissor (belə deyək T.A.) ürəyi istədiyi filmi çəkmək üçün Ahmedinecadın hakimiyyətinin bitməsini dörd gözlə gözləyir.Məsləkdaşlarının əksinə, peşəkar aktyorlar əvəzinə həvəskarlardan yararlanan Təbrizi Berlin Film Festivalında ANA SEVGİSİ adlı filminə görə mükafat alıb. Bu filmdə baş rolu bir uşağa etibar edib. "ONLARIN BƏDƏNİ, RUHU TAMAMƏN TƏZƏDİR"-deyir sənətçi. 2005-ci ildə İrandakı Cumhurbaşkanlığı seçimlərində Rəfsəncani üçün seçim kampaniyası sənədli filmini hazırlayan Təbrizi seçim sonrası "Sənət gerçək üzərinədir, politika yalan.." deyərək siyasət üçün gerçək fikrini ortaya qoyur. Filmləri dünyanın dörd bir yanında göstərilən snətçinin özünü bir əcnəbi hiss etmədiyi tək yer Türkiyəymiş...
   
   
   
   Azəri olduğunuzu filmlərinizdə hiss etdirirmisiniz? Yoxsa sadəcə İran filmini çəkirsiniz?
   
   
   
   Filmlərimdə cəmiyyət-də baş verənləri əks etdirməyə çalışıram. Xalqın çatışmaz nəyi varsa onları göstərməyi hədəfləyirəm.Bəzi filmlərimdə Azəri mədəniyyətinin təsiri var.Ən önəmli çalışmalarımdan biri ünlü şair Şəhriyar haqqındadır.Digər filmlərimdə də Azəri mədəniyyətindən istifadə etmişəm.
   
   
   
   Filmlərinizdə Mövlanənin düşüncələrinə yer verirsiniz?
   
   
   
   Mövlanənin "Məsnəvi"sini dəfələrcə oxudum. Hələ də oxuyuram.
   
   Əsərlərimdə onun fikirləridən istifadə etməyə çalışıram,ondan yararlanıram.Film çəkən hər bir yaradıcı növbəti filmini çəkərkən onu son əsəri bilib bütün düşüncələrini göstərməyə çalışır. Bu düşüncələr də heç şübhəsiz yaradıcının yaxın olduğu mədəniyyət və yaşadığı ortamla sıx əlaqəlidir.Unversitetdə bir kurs işi hazırlamaq lazım idi.Mövzusu da Mövlanənin "Məsnəvisi"ndəki Şanapipiklə Tacirin hekayəsiydi.
   
   
   
   80-lərdən və 90-lardan fərqli bir kino var indilərdə İranda; Sizin başçılıq etdiyiniz "Məna" kinoşirkəti... Ahmedinecad sonrası siyasi bir gərilimin ardındanmı ortaya çıxdı?
   
   
   
   Hamısı bir-biriylə əlaqəlidir. 90-lardan sonra da, indi də hamısı biri-biriylə əlaqəlidir, sadəcə dəyişik formada göstərilməyə cəhd edilir. Bunların hamısı iki bölümə ayrılır. Bir qismi ən çox bər-bəzək kimi göstərilir, bir qismi isə insanın içini axtarmağa meyllidir.Hamısı eyni şeydi. Sadəcə insanların gözünə kül üfürürlər.Halbuki, nə çəkilirsə dövrün və zamanın diqtəsindən,siyasi ortamın istəklərindən qırağa çıxmır.
   
   
   
   "Məna" kinoşirkəti içindəmi çəkirsiniz filmlərinizi?
   
   
   
   Hər filmin öz çəkiliş yeri var. Filmin anlamı düşüncələrin rəsmə dönüşməsidir. Filmlərdə gördüyümüz hekayələrin heç biri gerçək deyil. Hamısı bizim xəyal məhsulumuzdur. Xəyallarımız həqiqətə çevrilsin istəyirik. Belə olduqda, o əsərin təsiri də bir başqa olur.
   
   
   
   Ahmednecadın hakimiyyətə gəlməzdən öncəsi ilə sonrası arasında bir fərq varmı? Senzuranın hakimiyyəti yenə də davam edirmi əskisi kimi?
   
   
   
   Senzuranın fəaliyyətini sözlə anlatmaq qeyri-mümkündür.Hərə bir cür aradan çıxmağa çalışır.Senzura deyilən şeyin də bir səviyyəsi olmalıdır.O səviyyəni aşdığı zaman tam tərs düşür hər şey. Ahmedinecad dönəmində senzuranın və basqının daha çox olması kimi bir şey deyə bilmərəm.İranın Kültür Mərkəzi var. Ora Ahmedinecadın yaxınlarının əlinin altında. Bunlar kültürdən, kinodan anlamırlar.Onların yanına bir şeylər aparanda başı çıxmadığı şeyləri öldür qəbul etməzlər.Viza verməzlər. Ahmedinecadın dönəmi bitdiyi zaman bu çətinliklər də bitər inşallah.
   
   
   
   Siz filmlərinizdən birini(Wind Carpet) Yaponlarla birlikdə çəkmisiniz.Bu filmdəki məqsədiniz nədir?
   
   
   
   İran mədəniyyəti ilə Yapon kültürü bir-birinə çox bənzəyir. Böyüklərə, anaya,babaya sayqı bir-birinə çox bənzər bu iki ölkədə.Yaponlar mədəniyyətləri ilə nə eləyirsə, iranlılar da onu eləyir.İranda böyüklər uşaqlar kimidirlər,onların səviyyəsinə enib onlarla oynayırlar.Yaponiyada belə şey olmaz.Filmdə bir yapon ata uşağıyla bunu eləyir. Buradakı məqsədimiz bu iki- Doğu-Batı mədəniyyətini birləşdirməkdir.
   
   
   
   "Kərtənkələ" filmi gizlin də olsa nümayiş etdirildi,amma xəbər tutulan kimi qadağan olundu.Nədən?
   
   
   
   "Marmoulak" (Kərtənkələ) filmində biz dinə tama ayrı bir bucaqdan baxmışıq.Onun üçün İranda çox rəğbət oldu filmə. Bunu qəbul etməyənlərin din haqqında düşüncələri təbii ki,üst-üstə olmadı. Ancaq insanlar bir şəkildə bu filmi tapıb baxırlar.
   
   
   
   Çəkmək istədiyiniz, amma senzuranın qəzəbinə tuş gəlib çəkə bilmədiyiniz projeniz olubmu?
   
   
   
   "Eşq qurbanı" adlı bir filmim var. Heç göstərilmədi, göstərilməyəcək də. Film İran-İraq savaşı ilə bağlı.
   
   
   
   Filmlərinizdə sonluq olmur. Sualla bitir. Neyçün bir sonluq düşünmursünüz filmlərinizə?
   
   
   
   Filmin sonu ən önəmli hissəsidir.Siz əgər gerçəkləri söyləmək istəyirsinizsə, o zaman yaxşı bir sonluq düşünmək çətindir.Tamaşaçı ilə bir ünsiyyət yaratmaq istəyirsinizsə, tamaşaçı sonu necə istəyirsə qoy elə olsun. Son üç filmimdə buna çalışmışam mən.
   
   
   
   Filmlərinizdə daha çox həvəskarlar və səriştəsizlər çəkilir.Bunun xüsusi bir səbəbi varmı?
   
   
   
   "Ana sevgisi" filmində baş rolda oynayan uşağı türmədən çıxardaraq çəkmişəm.İndi İranın ən populyar aktyorlarındandır.Həvəskarlarla çalışmaq peşəkarlardan daha asan başa gəlir.Onların bədəni, ruhu tamamən təzədir.Onun üçün həvəskaralara daha çox müraciət edirəm. Peşəkarlar oynayırlar.Ancaq tamaşaçı onun rol olduğunu anlayır.Həvəskarlar həyatda necədirlərsə, ekranda da elədirlər.
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK