ANA SƏHİFƏ / YAZARLAR

Qadın gülərsə...

Bir anlıq həyatı qadınsız təsəvvür edin. Nələr olar?..

22534    |   2014-03-08 01:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Qadınlar bayramıdır. Gözəlindən, çirkinindən, günahkarından, məsumundan, ağıllısından, avamından, vəzifəlisindən, işsizindən, gəncindən, yaşlısından asılı olmadan hər bir qadının bu gündən bir gözləntisi var...
Huzurlu bir qadın əsl kişi xarakterinin əsəridir, deyiblər. Hər qüdrətli kişinin arxasında mükəmməl bir qadın dayanır. Və... qadın mələkdir, qanadları sındırılanda süpürgəsinə minər, zarafatı (əslində, həqiqəti-F.R) da var. Odur ki, qadınına yaxşı davranan kişi elə özünə yaxşılıq etmiş kimidir, qənaətindəyəm. Qadın hər şeyin fərqindədir əslində, ona kələk gəlindiyində, yalan söyləndiyində, avam yerinə qoyulduğunda, oyalandığında, istənmədiyində, dəyərsiz görüldüyündə, xəyanət edildiyində və... sevildiyində, qiymətləndirildiyində. Sadəcə, bunu hər dəfəsində üzə vumağı lazım bilmir...
"Bir nəfər sevənim yoxdu", dedim, anam: "Mən hələ ölməmişəm!" dedi". 8 martı uzun illər həm də analarımızın bayramı kimi qəbul etmişik. Nə sirrdisə, aldığımız hədiyyə nə olursa, olsun, eyni sevinclə qəbul edib. İllər sonra anlamışıq ki, elə biz özümüz onun üçün hədiyyəymişik...
Bu bayramın səbəbkarı, uzun illər Bakıda adına böyük bir küçə (indiki Təbriz küçəsi) olan Klara Setkini illər ərzində lənətləyən kişilər və rəhmət oxuyan qadınlar olsa da, onun əslində kim olduğu haqda çoxlarının məlumatı yoxdur. Ümumiyyətlə, bu bir günlük bayramın səfasını yaşayan qadınların çoxunu səbəbkarın kim olması qətiyyən maraqlandırmır. Əsas odur ki, əksər qadınlar onlara olan bu məcburimi, içdən gələnmi "diqqətlə" məhz bu bir gün xoşbəxt olub, özlərini qadın kimi hiss edirlər.
1908-ci ildə Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
Alman sosialistlərindən olan K.Setkinin başçılığı ilə qadınlar iş saatının azaldılmasına, maaşların artırılmasına və iş şəraitinin yaxşılaşdırılmasına görə mübarizəyə qalxdılar. Öz xalqının müqəddəs bayramını yaşatmaq üçün, Klara Setkin 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən beynəlxalq konqresində çıxış edərək 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsini təklif etdi. "Öz xalqı" deyərkən bilmənizi istəyirəm ki, Klara Setkin yəhudu olub. Beləliklə, 1966-cı ildən L.İ.Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilən, uşaqların "Analar günü", böyüklərimizin "Qadınlar günü" kimi qeyd etdiyi bu gün əslində, bir yəhudi bayramıdır. Bu gün, yəni 8 mart günü yəhudilərin Purim adlı bayramları qeyd olunur. E.ə.480-ci ildə 13 Adara günündə yaranmış bu bayram Esfir adlı yəhudi qadının öz ərinə hiylə işlədərək, yəhudi olmayan və dövlətin elita sayılan şəxslərini qətlinə səbəb olmasıyla bağlıdır. Bu qətliamda 75000 insan qətl edilib. E.ə 480-ci ildə Yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilmişdi.Yəhudilər bu bayramı yəhudi olmayan xalqalar üzərində qələbə kimi qeyd edirlər!
"Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir, ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarında olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi..."
Bəli, biz müsəlmanlar da yəhudilərin digər xalqalar üzərində, xüsusən də müsəlmanlara qarşı törətdikləri fitnə-fəsadlar, qırğınlar kimi qələbəsini "qadınlar bayramı", "analar bayramı" adı altında qeyd edirik! Amma əsl müsəlman xanımının günü hesab olunmalı, İslam Peyğəmbərinin qızının doğum tarixindən xəbərsizik...
1911-ci ildə Kopenhagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrədə bayram kimi qeyd edilmişdir. 1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və sülh" adlı nümayiş keçirdilər.
1977-ci ildə BMT Ümumi Qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi. Bu gün 8 mart Avropa ölkələriylə bərabər Anqola, Burkina-Faso, Qvineya-Bisau, Anqola, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya, Uqanda və sair ölkələrdə də qeyri-iş günü sayılır.
"Qadınlarla insafla rəftar edin. Əgər onlar xoşunuza gəlməsə, nifrətinizi izhar etməyin. Çünki Allah sizin xoşunuza gəlməyən şeylərin çoxunda sizin üçün çoxlu xeyir qərar vermişdir". "Nisa" surəsi, ayə:19.
Qadın zərif bir şüşədir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər. M.Servantes
Qadın istənilən milyarder kişini milyonçu edə bilər. - Çarlz Çaplin
Hər bir aşbaz qadın dövləti idarə etməyə qabildir. - Vladimir İliç Lenin
Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür. - Onore de Balzak
Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir. - Fransua de Laroşfuko
Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər.- Ərəb atalar sözləri
Qadın qoxusunu yalnız tənhalıqda ətrafa yayan bir çiçəkdir.- Ərəb atalar sözləri
Qadınların pislərindən çəkinin, xeyirlilərinə ehtiyatla yanaşın. - Əli bin Əbu Talib
Bir qadına etməməli olduqlarını söyləmək ona nələr edə biləcəyini göstərməkdir.- İspan atalar sözləri
İlk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər. - Yapon atalar sözləri
Qadını dirçəldən , onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir. - Fyodor Dostoyevski
Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə. - Bencamin Franklin
Kişilər qadınların ilk sevgilisi, qadınlar isə kişilərin son sevgilisi olmaq istəyərlər. - Oskar Uayld
Qadınlara hərdən itaət etmək lazımdır ki,onun üzərində hökmranlıq edəsən. - Viktor Hüqo

Qadın gülərsə, bu issiz mühitimiz güləcək
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

H.Cavid

Sual: Qadınların əli niyə öpülür? Cavab: Bükə bilmədiyin biləyi öpəcəksən!!!
Təməli məkrli niyyətlə qoyulsa da, bu gün dünya qadınlarının əksəriyyətinin bayramıdır 8 MART və bu münasibətlə bütün qadınlarımızı təbrik edirəm!

Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-19
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK