ANA SƏHİFƏ / YAZARLAR

XƏCALƏT TƏRİ

15893    |   2014-01-18 06:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Pilləkənlərlə ağır-ağır ikinci mərtəbəyə qalxırdı. Hər dəfə bu mərtəbəni qalxanda elə bil ki, çiynində dünyanın ən ağır yükünü daşıyırdı. Elə ki, ikinci mərtəbəni qalxdı, qapını döydü və qapı onun üzünə açıldı, bax, onda dünyanın ən ağır yükü Afiqin çiynindən götürülürdü...
Yenə pilləkənləri yavaş-yavaş arxada qoydu. Bir qədər ehmalca qapıya yaxınlaşdı. İstədi qapının zəngini bassın, ancaq əli gəlmədi. Dedi ki, ağsaqqal yatmış olar, yuxusuna haram qataram. Ona görə də əlini qapının zəngindən çəkdi və sakitcə qapının ağzında durdu. Sən demə, ikinci mərtəbənin eyvanından Şakir Ənvəroviç onu görürmüş. Görürmüş ki, Afiq utana-utana blokdan içəri keçdi və yuxarı qalxdı. Heç qapını döyməyə ehtiyac qalmadı. Çünki Zakir Ənvəroviç evdəki xidmətçiyə dedi ki, get qapını aç, qonağım gəlir. Xidmətçi qadın qapını açdı və heç bir söz demədən gözlərini Afiqin gözlərinə zillədi. Sonra da dilləndi:
- Zakir Ənvəroviç səni gözləyir. Buyurun içəri!
- Çox sağ olun, xanım - deyə, Afiq xidmətçiyə öz minnətdarlığını bildirdi.
Dəhlizdən keçib yaraşıqlı, iri və hündür otağa girdi. Gördü ki, Zakir Ənvəroviç qabağına çoxlu kağız-kuğuz töküb nəsə oxuyur:
- Hər vaxtınız xeyir olsun, Zakir müəllim!
- Hər vaxtınız xeyir! - deyə Zakir Ənvəroviç ayağa qalxdı. Sonra da diqqətli baxışlarla onu süzdü:
- A kişi, neçə aydır görsənmirsən, harda itib-batmısan? Allah köməyin olsun, mən də deyirəm yəqin dostum xəstələnib. Telefon nömrən də yadımdan çıxıb, yoxsa hal-əhval tutardım.
Afiqin bu sözlərdən ürəyi sakitləşdi və sonra da arxayın halda üzünü Zakir Ənvəroviçə çevirdi:
- Ağsaqqal, vallah, xəstələnməmişdim. Başım bir az uşaqların işinə qarışmışdı. Böyük qıza toy eləyirdim.

Zakir Ənvəroviç sevincək halda dilləndi:
- Ay saqqalı ağarmış, bəs məni niyə yaddan çıxarmısan? Özün də bilirsən ki, o uşağın üstündə əziyyətim çox olub. Nə zülmlə ona iş tapmışıq. Bəs belə gündə də adam dostunu yada salmaz?
Afiq başını aşağı salıb yavaş səslə:
- Zakir müəllim, vallah, utanıram, çünki o biri uşaqların toyunda da sənin əziyyətin çox olub. Üç qız köçürmüşəm, iki oğlan evləndirmişəm. Dördünün də xeyir işində mənə çox kömək olmusan. Heç yadımdan çıxmaz, qızlarımın birinin toyunda beş yüz dollar pul yazdırmışdın. Hələ üstəlik bir dənə də yataq dəsti göndərmişdin. Məgər bunları yaddan çıxarmaq olar?
Zakir Ənvəroviç:
- Onlar hamısı boş şeydir. Allah mənə yetirmişdi, mən də sənə əl tutdum. Heç elə şeyləri dilinə gətirmə. İndi de görüm, nə çətinliyin var?
Zakir müəllimin həssas yanaşmasından Afiq ürəkləndi və qəlbində olanları danışmağa başladı:
- Siz mənə o qədər əl tutmusunuz, kömək eləmisiniz, özüm də sizə gələndə utanıram. Hələ indiyə qədər mənim bir stəkan çayımı içməmisiniz. Həmişə əliboş gəlmişəm, mənim cibimə pul qoyub yola salmısınız, Allah min əvəzini versin. Bu dəfə kiçik bir xahişim var. İstəyirəm oğlumu polisə işə düzəldəsiniz. Düzdür, polisə elə-belə heç kimi işə qoymurlar, amma mən də bir həsirəm, bir də Məmmədnəsir.
Zakir Ənvəroviç bir qədər fikrə daldı və sonra da əlavə etdi:
- Heç qəm eləmə, bu yaxınlarda bir hörmətli yoldaş var, onunla görüşəcəm. Uşağın işini danışıb düzüb-qoşacam. Amma bir az bizə vaxt lazımdır. Ona görə də darıxma!
Afiq:
- Allah sənin balanı saxlasın. Sənin kimi arxası olan adam niyə darıxmalıdır?! Siz də yaxşı bilirsiniz ki, mənim Allahdan və sizdən başqa heç bir köməyim yoxdur. Düzdür, varlı qohumlarım çoxdu, ancaq heç biri yaralı barmağa məlhəm qoyan deyil. Yaxşı deyiblər ki, yetimə gəl-gəl deyən çox olar, çörək verən az.
Zakir Ənvəroviç təzədən dərindən nəfəs aldı:
- Çayını soyutma, götür iç! Sənə dedim ki, ürəyini sıxma. Birinci hər şeyi düzəldən Allah-Təaladır. İkinci də bu dünyada bircə ölümə çarə yoxdur.
Afiq xrustal stəkana süzülmüş çaydan bir-iki qurtum içdi. Zakir müəllim gördü ki, o, çayı utana-utana içir. Ona görə də heç nə nəzərindən qaçmadı:
- Afiq, utanma, çayını iç! Üstəlik də səhər yeməyinin üstünə gəlib çıxmısan. Deməli, qayınanan səni çox istəyir. Qaymaqdan, baldan, pendirdən, sosiskadan, sardelkadan, kolbasadan ürəyin istəyəni götür ye.
Afiq isə hələ də o bir stəkan çayı içib qurtarmamışdı. Gördü ki, Zakir Ənvəroviç onu yedirtməsə əl çəkən deyil, ona görə də süfrənin üstündəki sardelkanı götürdü. Bir neç dişlək yeyəndən sonra Zakir müəllimə dedi:
- Ağzının dadını yaxşı bilirsən, düz iyirmi ildir Sovet hökumətinin dövründən bəri sardelka yemirəm. Nə qədər gözəl tamı var.
Sardelkanı gözünə elə təpdi ki, elə bil aclıqdan çıxmışdı. Bayaqdan bəri əlini süfrəyə aparmayan Afiq iki sardelka, bir dənə də sosiska yedi. Sonra da gülə-gülə Zakir Ənvəroviçə:
- Eşitmisiniz də, Molla Nəsrəddin birinin evinə gedir. Və ev sahibi də ona deyir ki, Molla, dolma ye. Molla da ev sahibinə bildirir ki, vallah, ay qohum, boğaza qədər yemişəm. Ev sahibinin çox təkidindən sonra molla dolmaya girişir, nə az-nə çox, düz on dolma yeyir. Sonra da ev sahibi zarafatla molladan soruşur: - Ay molla, əgər boğazdan yuxarı on dolma yemisənsə, gör onda boğazdan aşağı nə qədər yemək yeyə bilərsən. Molla da özünü o yerə qoymur, dillənir ki, vallah, evimizdə iyirmi dolma yemişdim.
Zakir Ənvəroviç başını bulayaraq asta səslə:
- Bizim çörəyimiz yeyilməli çörəkdir. Bir də qonaq evə gələndə gərək onun yemək yeyərkən ağzına fikir verməyəsən. Çünki belə addım düzgün deyil. Mən də sənə "Qobusnamə"dən bir hadisəni xatırladım. Orda da bir qonaq yaxın dostunun evinə gedir və yemək yeyilən məqamda ev sahibi qonağa deyir ki, tikənin üstündəki o tükü götür. Qonaq da tikəni yerə qoyur və ayağa qalxır. Bildirir ki, əgər bir adam mənim tikəmin üstündəki tükü görürsə, o çörək heç vaxt mənim boğazımdan keçməz və balıq sümüyü olub boğazımda qalar. Qonaq tikəni yerə qoyub çıxıb gedir.
Bir saata yaxın idi şirin söhbət eləyirdilər. Elə oldu ki, Zakir Ənvəroviçə zəng gəldi. O, tez əyin-başını geyinib ayağa qalxdı və Afiqdən də üzr istədi. Üzr istəyə-istəyə dedi ki, on beş gündən sonra ya bizə gəl, ya da zəng elə. Sənə qəti söz deyəcəm. Zakir Ənvəroviçi aşağıda xidməti maşını gözləyirdi. Pilləkənlərlə hər ikisi aşağı endi, Zakir Ənvəroviç maşına əyləşdi və Afiq isə avtobus dayanacağına sarı üz tutdu.
...Bir aydan sonra Afiqə Zakir Ənvəroviç zəng elədi və şad xəbər verdi:
- Oğlun günü sabahdan polisə işə düzəlir. Əvvəlcə tibbi müayinədən keçəcək, sağlamlığı yoxlanılacaq və sonra da Bakının rayonlarından birinə əmri veriləcək.
Afiq:
- Zakir müəllim, Allah balanı saxlasın. Heç bilmirəm sizə necə təşəkkür edim. Bu qədər mənim işimə kömək eləmisiniz, amma sizin xəcalətinizdən çıxa bilməmişəm. İnşallah, kənddən sizə yaxşı bir qara quzu gətirəcəm.
... On beş gündən sonra Afiqin oğlu Tofiq polisdə işə düzəldi və işə başlayan kimi də ağıllı hərəkətləri, peşəyə sevgisi ilə digərlərindən seçildi. Özü də bilirdilər ki, onu işə düzəldən Zakir Ənvəroviçdir. Çoxlarının da işi Zakir müəllimdən keçdiyinə görə bir kimsə onun adamına artıq-əskik söz deməzdi...
...Hadisədən iki-üç ay keçmişdi. Afiq kənddən kəsdirib gətirdiyi qara quzunu səliqə ilə ağ cunaya bükdürüb karton qutuya qoymuşdu. Yenə Zakir Ənvəroviçin blokuna yaxınlaşdı. Qutunu qucağına aldı. Bu dəfə də tər onu basırdı. Bu tər xəcalət təri idi. Çünki həmişə bu pilləkənlə qalxmış, evə daxil olmuş və Zakir müəllimdən xoş sifət görmüşdü. O qədər yaxşılıqların müqabilində heç nə eləmədiyinə görə alnında tər puçurlanar və bədəni cum-culuq tər olardı.
... Qapının zəngini yenə basmadı. Çünki bu dəfə də Zakir Ənvəroviç onu eyvandan görmüşdü və xidmətçi də gəlib qapını açmışdı. O da əlində gətirdiyi qutudakı payı dəhlizə qoyub iri yaraşıqlı otağa keçmişdi. Cibindən dəsmalını çıxarıb alın tərini sildi. Sonra da Zakir Ənvəroviçə minnətdarlıq elədi:
- Sən heç vaxt məni darda qoymadın və qoymamısan da. Allah da sənin köməyin olsun. Elə bil məni bu hərəkətinlə göyün yeddinci qatına qaldırdın.
Zakir Ənvəroviç isə özünəməxsus bir ağayanalıqla irəli gəldi və ona dedi:
- Bunlar hamısı boş şeydi, bu vəzifə, pul var ey, bu gün-sabah adamın əlindən çıxa bilər, amma elədiyin yaxşılıq heç vaxt itən deyil. Görürəm ki, mənə pay da gətirmisən, amma onu qəbul eləyən deyiləm. Apar onu balaların, nəvələrin yesin. Onsuz da Allah mənim ruzumu verir. Səndən bir şey istəyirəm, həmişə mənə Allahdan dua elə. Bax, bunu eləsən, elə bil dünyanı mənə verərsən.
Gətirdiyi payı Afiq götürmək istəmirdi. Zakir Ənvəroviçin təkidlərindən sonra qutunu qucağına götürüb dilləndi:
- Zakir müəllim, Allah sənin balalarını və nəvələrini qorusun. Bu ürək ki sizdə var, onu sizə çox görməsin.
... Ehmalca əlində qutu həyətə düşdü və qutunu maşının yük yerinə qoyub düz evə sarı getdi...

Faiq QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK