hacklink Adalet.az | DƏLİLƏR ŞƏHƏRİ Adalet.az | DƏLİLƏR ŞƏHƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DƏLİLƏR ŞƏHƏRİ

24806    |   2012-12-14 23:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nədədi bu şəhərin cazibəsi? Nədən gözəl təbiəti - yaşıl meşələri, göz yaşı kimi dumduru bulaqları, zümzüməsi könül oxşayan çayları, gül-çiçəkli düzləri, qürurlu dağları, dərin dərələri, saf suyu, təbii meyvə - tərəvəzi, səmimiyyətli insanları ilə füsunkar olan kənd həyatını bu cazibə unutdurur çoxlarına? Şəhərdəki sərbəstlikmi, kənddəki bir çox ölçü və meyarların, mental qadağaların, qınaqların hələ də qalmasımı, yoxsa burada şəraitin rahatlığı(?!).

Bir xarici tələbənin Bakı haqqındakı müsahibəsindən: " bu şəhərdə hamı acıqlıdı, əsəbidi..." Bu sözlərin doğruluğuna əmin olmaq üçün bircə günümüzə diqqət yetirək...

Səhər tezdən qapıdan çıxanda məktəbə getmək istəməyən oğlunu kötəkləyən əsəbi qonşu qadının əlindən güclə alıram. Həyətə düşərkən axşamdan ipə sərdiyi paltarlarının üstünə zibil tökülmüş alt mərtəbədəki qadın ağzını açıb, gözünü yummuşdu...

Xırdalanda "yenə" yollar tikilir. Neçə vaxtdı bu şəhərə gedən üç yolun ikisi təmirə bağlanıb. Üç yolda hərəkət edən avtomobillərin bir yola sıxışdırılmasının yaratdığı qarışıqlığı özünüz təsəvvür edin. Sürücülər onlara verilən intervalda mənzil başına çatmaq üçün öz marşrutlarından çıxaraq münasib bildikləri bütün döngə-dalanlardan istifadə etməyə məcburdular. Və bu əsəblə sərnişinlərin əsəbləriylə necə oynadıqlarının fərqində deyillər. Bu səhər də mindiyim avtobusla digərinin bir-birinə toxunması qabaq faralarının qırılması ilə nəticələnir. Sərnişinləri unudaraq bir-biri ilə əlbəyaxa olan sürücülərin heç biri əsəblərini cilovlaya bilmir...

Pasport şöbəsinə yaxınlaşıram. Vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin bərpa etmək istəyən vətəndaş qapıda dayanan polis nəfərindən hansı sənəd lazım olduğunu soruşmaq istəsə də növbədəki adamlar imkan vermirlər (nədənsə qaydalar haqda divarda heç bir lövhə yoxdu!). Bir müddət sonra növbə çatanda "Get, banka ödəniş et, şəkil çəkdir, arayış al, sonra növbəyə dur" deyirlər. Vətəndaşlar əsəbdən özlərindən çıxaraq banka üz tuturlar. Bankda növbə, MİS-də növbə ... əsəb. Qayıdanda yenidən növbəyə durmağa məcbur olursan. Bayırda yazılası lövhə içəridə asılıb. Cərimə qaydaları haqqında yazılan lövhədə bir neçə ödəniş məbləği pozulub... Yenə əsəb...

Mağazada, ticarət mərkəzlərində, xəstəxanalarda... hər yerdə əsəbi adamlar. Noolub bu camaata? Avtobusda qarşısındakını itələyərək düşən sərnişin "yolunu kəsdiyi üçün" bu hərəkətində özünü haqlı bilir və bir-iki təhqiramiz sözlər də deməsə hirsi soyumur. Alış-veriş mərkəzində biri geyinib baxdığı paltarı bəyənməyib almırsa həngamə çıxaran satıcının yanından əbləşmədən keçmək mümkün deyil. Hələ dəri gödəkcə satanlardan mal almamış qurtulmaq müşkül məsələdi...

Yarmarkalarda meyvə-tərəvəz ucuzdu deyə camaat ora axışsa da, qiymətlərin bazarlardan fərqlənmədiyini görüb əsəbləşirlər və geri qayıtmağı lüzumsuz bilib alver etməyə məcbur olurlar. İrandan idxal olunan aşağı keyfiyyətli kartofu "atamın goru haqqı Gədəbəy kartofudu!" deyə sırımaq istəyən satıcının yazıq atasının goru hər gün bir az çatlamırmı görəsən? Yerli və xaricdən gətirilən limonu seçə bilən adamın üzünə duraraq "Allaha and olsun öz həyətimdən dərmişəm" deyərək yalan danışan cənib bölgədən olan qadına necə əsəbləşməyəsən?

...Rayondan gələn kişinin dayanacaqda mübahisə edən gənclərə yaxınlaşıb nəsə soruşması ilə sanki dayanacaqda bomba partladı. "Ayə dərden alem, mən saa nə dedem ki, yolu soruşdum dana! Ayə bu xarava şəhərdə camaatın hamısımı dəlidi, yoxsa maa ras gələnlər?".

Qocanın sözləri məni fikirdən ayırır. Bunlar bircə günün əsəbiləri ilə rastaşdığımdı. Doğrudan nə olub bu şəhərə, şəhərdəkilərə? Bəlkə doğrudan dünyanın sonu yaxınlaşıb? Əgər belədisə, onda əsəbi yox, mehriban olmaq lazımdı axı. Cənnətdə, cəhənnəmdə üz - üzə gəlmək var!!!

Doğrudan ha fikirləşsəm də tapa bilmirəm. Nə olub? Bəlkə siz bilirsiniz? Deyin, yoxsa bu şəhərin bir dəlisi də artacaq...

Fəridə RƏHİMLİ

f_rehimli@rambler.ru



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK