warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | UNUDULSAN, QORXMA... Adalet.az | UNUDULSAN, QORXMA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

UNUDULSAN, QORXMA...

21899    |   2013-12-14 07:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sən buna oxumaqmı deyirsən, əzizim?! Səsin qulağına çatırmı heç? Deyəsən, özünü dinləməmisən. Yoxsa... yazığın gələrdi eşidənlərinə. Ağlasaydın bundan qat-qat yaxşıydı. Deyərdilər, ürəyi dolub ağlayır. Səsin yetən yerəcən sürüyürsən adamı. Yandırmaq da deyilməz buna. Yanıb kül olanda biryolluq can qurtarır. Nə layla çalırsan, nə şikəstə deyirsən, nə də ağı deyib ağlayırsan. Üçünü də bir yerə yığsan, bir iniltinə dəyməz sənin. Ağlamırsan sən, könülləri dağlayırsan. Hıçqırırsan, inləyirsən, boğulursan. Elə incə, kövrək, yaxınsan kiSəsindən nə doymaq olur, nə qopub ayrılmaq. Nə də sənə çatmaq mümkün deyil...
Nədən qorxursan?! Bunca qorxuludurmu ayrılıq? Bu qədər adamın içində bir nəfərin yoxluğu dağıdıbmı dünyaları? Çoxmu bağlanmışdın ona? Ondan özgəsini görməmisən, görə bilməmisən demək...
Kim unudub səni?! Unutmağı bacaranı niyə unutmursan sən də? Bu qədər həsrətnən, yanğıynan necə yaşayırsan?!.
Yaman yersiz sual verdim...
Necə yaşamağın səsindən bəllidi...
"Nikah kıyılıb evlendigim günden
Unutursun diye, çok korkuyorum..."
Nikahınız qıyılanda özünü xoşbəxt bilmisən, yəqin. Ayrılıqlar bitdi burda, daha bizə üstün gəlməz, deyə düşünmüsən. Nikah bağını son nöqtə, həsrətin qabağını kəsən sədd kimi görmüsən çoxları kimi. Aldatmısan özünü. Unutqanlarçın son nöqtə deyil, yeni macəraların başlanğıcı olur bəzən nikahlar. Çətir olur, bəlgə olur evlilik...

***
Belə oxuma. İçində yan, ağla, amma belə oxuma...
Qorxuram o da eşidər səni. Eşidər, sevinər. Bir ürəyi odlar-alovlar içində qoyub getməsiynən, dalınca axıdılan göz yaşlarıynan öyünər. Sevinməyindən qorxuram. Onsuz da anlamayacaq səni. Anlasaydı itirməzdi ki... Unutqanlar itirdiklərinin qiymətini bilməzlər...
Düşünmə onu. Oxu! Ancaq onunçun yox...
Unudulanlar, itirilənlər üçün oxu...
Özünsə... heç vaxt axtarma onu... Tapa bilməyəcəksən. Yoxdu o...
Onu sən yaratmışdın. Təklikdən qorxduğunçun yaratmışdın. Arzularından, xəyallarından, görmək istədiklərindən don biçmişdin ona.
Geyinə bilmədi... Özgə əyninə biçiləni geyinmək olmur. Hərənin öz əyni var...
Qəlbi, vicdanı kimi... Sevgisi də əyninə görədi hər kəsin. Qəlbinə, vicdanına görədi...
Sənə qulaq asanlar ağlaya bilirlər. Sənsə bunu da bacarmırsan. Bacarsaydın, nəğmən belə sızlamazdı... Gözünün yaşını da oğurlayıb unuda bilmədiyin o unutqan...
Allahımız verib bizim. Səsin, nəğmən həyatımızı doldurub. Ürəyimizin boş qalan yerlərini tutub. Hamımız belə oxuya bilmirik, axı... Darıxanda da səni eşitmək istəyirik, ağlamaq istəyəndə də...

***
Görürsən, bu mahnın payıza necə yaraşır?! Onun da üzü o yanadı indi. Beş-altı gündən sonra bizləri atıb, unudub gedəcək. Budaqlardakı sarı yarpaqların halına bax. Sızıldayırlar sənin kimi, səsin kimi... Dünən yamyaşıl idilər. Günəşə, küləyə, yağışa naz satırdılar. Həmişə belə olacağına inanırdılar...Onları da payız bu günə qoydu. Saraltdı, qurutdu, külək əlləriynən vurub ayaqlar altına saldı. İndi atıb gedir. Hardasa yaşıl olan yarpaqları saraltmağa, bağ-bağçaları viran qoymağa gedir...
Sənin unutqanın kimi...
Sən oxuyanda nənəmin bayatısı düşür yadıma. Eynən sənin kimi hıçqıra-hıçqıra, içini çəkə-çəkə oxşayardı: "...ayrılanlar ayrılsın, mən ayrılsam, ölürəm..."
Bilirsən, səsin niyə tez çatdı mənə?!.
Mənim də yaralarım gec sağalır...
Heç özün unutmamısan?! Hamımız kimisə unutmuşuq, axı... Bircə fərqlə; unudulandan sonra unutmuşuq. Məcbur olmuşuq unutmağa. Güclə boynumuza qoyublar ayrılığı...
Keşkə, unudanı unuda bilsək...

***
Nə sənin adını çəkəcəm, nə də oxuduğun mahnının. Sən mənsən, bizsən, onlarsan... Sən hamısan... Bu qədər hamıyçın oxuyan adam görməmişəm mən. Bu qədər qəlbə, cana, ruha yayılan səs dinləməmişəm...
Sən kimsən?!...
Kimsənsə, bu qədər qorxma ayrılıqdan. Bir dəfə ürəkdən ağlarsan, hər şey keçib gedər...
Göz yaşlarının yuduğunu dəryalar yuya bilmir...
Yaxşı ki, unuda bilirik...
Yoxsa... çoxdan ölmüşdük...

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK